118
tutan Qara Yusif Təbrizin 2 fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu
il avqustun 30-da Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın
qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış Əhməd qaçıb Təbriz
sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi. Baba əd-Din onu tutub Qara Yusifə verdi, Sultan
Əhməd əmirin əmri ilə öldürüldü. Cəlairilər dövləti süqut etdi, onun yerində baharlı tayfasından olan hökmdar
Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti yarandı. 1413-cü ildə Qaraqoyunlu dövlətinin tərkibində
şimalda Kür çayına qədər Azərbaycanın böyük bir hissəsi, Ermənistan, Kürdüstan və Ərəb İraqı daxil idi. Təbriz
bu dövlətin paytaxtı oldu. Baharlılar sülaləsinin başçılıq etdiyi Qaraqoyunlu dövləti 1410-cu ildən 1468-ci ilə
qədər davam etdi. Yuxanda qeyd etdiyimiz kimi, sultan Əhməd Təbrizi tərk etməzdən
əvvəl Şirvanşah
İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi.
Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvəri '' gəlib çatdı. Gecə o, Qara Yusifiın
qoşunlarının qəfil hücumuna məruz
qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında
saxlanılırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi.
26
Lakin Qara Yusif
Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərdi və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə
məktub göndərdi. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassalı olmaq
barədə onunla saziş bağlamasın dan şübhələnərək oğlunu edam etdirdi.
27
Kəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa yollandı. Sonra o,
Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən İbrahim
Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı II Konstantinlə ittifaqda on iki
minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. İbrahim əvvəllər də gürcü hökmdarı ilə dostluq münasibətləri
saxlayırdı və onunla müttəfiq idi. Qələbə çalacağına əmin olan Qara Yusif böyük qoşunla, soyurqal və
hədiyyələr bağışladığı vassalları - Cənubi Azərbaycanın iri feodalları ilə birlikdə çıxış etdi. Şeyx İbrahim
[215 -
216]
Kür sahilində düşərgə saldı. Vuruşma h.815-ci ilin şaban ayında (1412~ci il noyabrın 6-dan dekabrın 4-
dək) oldu. Qara Yusifin qüvvələri Şirvanşahın, gürcü hökmdarının və şəkili Sidi Əhınədin birləşmiş
qoşunlarının qüvvəsindən xeyli üstün idi. Vuruşma zamanı müttəfıq qoşunlarının son dərəcə mərdliklə
döyüşməsinə baxmayaraq, üstünlük Qara Yusifin tərəfində oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayib
qaçdı. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfıqlərin birləşmiş qoşunu Qara
Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. Bu an Şirvanşah İbrahinı atla xəndəyin
üstündən sıçrayıb keçməyə cəhd göstərdi, lakin yaşlı olduğu üçün (onun yaşı 60-a yaxın idi) duruş gətirə
bilməyərək yıxıldı və qolu sındı. Türkmən döyüşçüsü onun paltarını, atını əlindən alaraq öldürmək istəyirdi.
İbrahim özünü nişan verməli oldu. Onda türkmən onun boynunu qurşaqla bağlayıb Qara Yusifin yanına gətirdi.
Gürcü hökmdarı Konstantin, Şeyx İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilüllah, Mənuçöhr,
Əbdürrəhman, Nəsrətullah və Haşım, qardaşı Şeyx Bəhlul, Şirvanın adlı-sanlı adamları - qazı Bəyazid (Əbu
Yəzid), əmir Huşəng və oğulları, qazı Mövlana Zahirəddin, habelə, təbib, münəccim, "carçı" və digər əyanlarda
əsir alınmışdılar. Onların hamısı qandallarda Qara Yusifin hüzuruna gətirildilər. Qara Yusif sıravi Şirvan
döyüşçülərini pulsuz buraxdırdı, gürcü əsirlərin isə edam alınmasını əmr etdi. Üç yüz aznaur, eləcə də gürcü
hökmdarının qardaşı qılıncdan keçirildi. Özünü məğrur aparan hökmdar Konstantini isə Qara Yusif və oğlu
Pirbudaq öz əlləri ilə öldürdülər. İbrahimi, onun oğullarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə
göndərib zindana saldılar. Qara Yusif Şamaxını, Şirvanın digər yerlərini və kəndlərini tarmar edib Təbrizə
yollandı. O, ölkədən bir milyon mal-qara qovub apardı. Onların böyük bir qismi yolda soyuqdan tələf oldu.
Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq
tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi.
Sonra Qara Yusif Şirvanşahdan sarayda (ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və
qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda
Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq
verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Bu fakt təbrizlilərin
Şirvanşahlara böyük hörmət və rəğbət bəslədiklərini göstərir. Qara Yusif buna razı oldu və təbrizlilər Qara
Yusifin divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan
divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi. Bundan sonra Qara Yusif
İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu. Şirvanşah Qara Yusifin vassallığını qəbul etdi və
ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə
etmək hüququnu təsdiq edən fərman aldı. Şirvanşah İbrahim və digər Şirvan əsirləri h. 816 (1413)-ci ilin
baharında vətənə qayıtdılar. Qara Yusif Ucana getdi və onun qoşunları Şirvanı tərk etdi.
28
Şirvanşah İbrahim
əvvəlki kimi, otuz beş il ərzində hakimiyyət sürdüyü böyük bir dövlətin hökmdarı idi. Şeyx
[216 - 217]
İbrahim
Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək h.820(1417) ölmüşdür. Cənnabi, Qaramani və başqa
müəlliflər İbrahimin ölüm tarixini h.821-ci il göstərsələr də, Hacı Xəlifənin "Cahannamə " əsərində onun
varisinin h.820-ci ildə taxta çıxdığı qəti surətdə göstərilir.
29
Şeyx İbrahimin hakimiyyəti illərində Şirvan güclü
Dostları ilə paylaş: |