Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   107   108   109   110   111   112   113   114   ...   147

126 
 
oğlu Şeyxşahla döyüşdə Sultanəli Rüstəmin tərəfində mərdliklə vuruşmuşdur. Sultanəlinin şücaəti və qızılbaşlar 
arasında nüfuzunun Rüstəm padşahı qorxuya salırdı. Buna görə  də o, Sultan-əlidən ehtiyat etməyə başladı. 
Rüstəm onu aradan çıxarıb məhv 
 
etmək üçün Ayba Sultan Qacarı və Hüseyn bəy Əlixanini Ərdəbilə göndərdi. 
Onlar Sultanəlini və onun qardaşlarını  həbs etməli idilər. Sultanəli  Ərdəbil yaxınlığındakı    Şəmasi kəndinin 
yaxınlığında 
 
onlarla döyüşə girdi. Qızılbaşlar məğlub oldular və Sultanəli öldürüldü. Yeniyetmə  İsmayıl və 
qardaşı sədaqətli müridlərin köməyilə qaçaraq,  Səfəvilərin tərəfdarı olan Biye-Piş vilayətinin hakimi Karkiyə 
Mirzə Əlinin yanında gizləndilər. Karkiyə Mirzə
 
Əli Rüstəm padşahın İsmayılı ələ vermək tələbini hər dəfə bir 
bəhanə  gətirməklə  rədd edirdi.
76
 On üç yaşında ikən Səfəvi ordeninin şeyxi sayılan  İsmayıl Ağqoyunlu 
dövlətində baş verən ar çəkişmələrindən istifadə edərək Gilandan Ərdəbilə qayıtdı. Onu ətrafına 300-ə yaxın 
döyüşçü mürid-qızılbaş toplandı. Fərrux Yasarın müttəfiqləri - cəyirli tayfasından olan 
[229 - 230]
  Ərdəbil 
hakimi  Əli bəy və
 
Talış hakimi Məhəmməd ona qarşı  çıxdılar. Onların niyyəti  İsmayılı yaxalayıb  Şirvanşaha 
göndərmək idi. Buna görə  də ustaclı tayfasının
 
əmirləri  İsmayılla birlikdə Qarabağa getməyi qərara aldılar. 
İsmayıl oradan Gəncəyə, sonra isə Göyçə gölünün sahillərinə, Çuxursədə yollandı. 1499-cu ilin sonunda 
Ərzincanda onun bayrağı altında ustaclı,  şamlı, rumlu, təkəli, zülqədər, afşar, qacar, varsaq, qızılbaş 
tayfalarından və    Qaracadağ sufılərindən 7 min qazi toplandı. Qızılbaş  əmirlərinin  İsmayılın qışladığı 
Ərzincanda keçirilən müşavirəsində  Səfəvilərin irsi düşməni  Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq 
qərara alındı.
77
  Şirvanşahlar tərəfindən öldürülən atası  və babasının intiqamını almaq hissilə yaşayan  İsmayıl 
əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra h.906 (1500)-cı ildə  Fərrux yasara qarşı 7 
min qızılbaşla hücuma keçdi. Qoşunun  Əmir Bayram xan Qaramaninin başçılığı ilə  təkəli və zülqədər 
tayfalarından olan döyüşçülərdən ibarət avanqard dəstəsi Qoyun ölümü deyilən yerdə Kürü keçməli idi. Lakin 
əmir çayı keçməyi mümkün hesab etmədi. Özünü yetirən İsmayıl birinci olaraq atın üstündə üzərək qarşı sahilə 
çıxdı. Onun ardınca bütün qızılbaş qoşunu çayı keçərək Şamaxıya doğru irəlilədi. Bu vaxt İsmayılın qarşısına 
çıxan  Şəki hakiminin qoşunları  qızılbaşlar tərəfindən darmadağın edildi. Şah  İsmayıla  Şirvan  əhli olan bir 
nəfərdən xəbər çatır ki, Fərrux Yasar öz sarayında  İsmayıla da atasının aqibətinin üz verəcəyini bildirmişdir. 
İsmayıl Kilid-i-Gilana yollandı  və  əhalidən öyrəndi ki, Şirvanşah onun yaxınlaşdığını  eşidib, müharibəyə 
hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir. Ona görə də İsmayıl 
Şamaxını 
 
tutmağı qərara aldı. O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin 
etmək məqsədilə adamlarından Qulu bəyi Şamaxıya göndərdi. Lakin İsmayıl Şamaxıya daxil olanda öyrəndi ki, 
bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmişdir. Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz 
qoşunları ilə Buğurt qalasının yaxınlığındakı meşədə düşərgə saldığını və onun ətrafına paya çəpər çəkdirdiyini 
öyrəndi.  İsmayıl düşməni təqib etmək qərarına gəldi, lakin onu həmin yerdə tapmadı. Belə ki, qızılbaşların 
Şamaxını tutması xəbərini alan Fərrux Yasar Gülüstan qalasına çəkilməyi qərara almışdı. Lakin o, həmin qalaya 
çata bilmədi,  İsmayıl qızılbaş qoşunu ilə Cabani adlanan yerdə onu haqladı. H.906 (1500)-cı ilin payızında 
burada  Şirvanşah və  Şirvanlılar üçün fəlakətlə qurtaran ən qanlı vuruşmalardan biri baş verdi. Xəndəmir və 
Həsən bəy Rumlu bu vuruşmanı müfəssəl təsvir etmişlər. İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və  
hərbi  nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib etmişdir. Ehtimal ki, göstərilən mənbələr qəsdən 
Şirvanşahın qoşunlarının sayını artırır.  İsmayılın döyüşçülərinin sayını isə azaldırlar. Bu vuruşmada Fərrux 
Yasarın qoşunları darmadağın edildi və qaçdı. Şirvanşah qoşunlarının Cabani yaxınlığındakı vuruşmadan sonra 
salamat qalmış hissələri gülüstan qalasına çəkildi. Qızılbaşlar qənimət olaraq çoxlu əmlak və mal-qara ələ 
keçirdilər. Onlar öldürülənlərin başlarından qələbələrini təsdiq edən qala düzəltdilər. Lakin Şirvanşah qoşunları 
məğlubiyyətə uğrayandan sonra da mərdlik və inadkarlıqla vuruşaraq, süvarilər və piyadalarla birlikdə həmlələr 
edirdi. Bütün qoşunları  məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək 
qalan 
[230 - 231] 
Şirvanşah atla Buğrut qalasına tərəf qaçmağa başladı. Lakin qızılbaş dəstəsi Gülüstan qalasının 
yaxınlığında onu haqladı. Onlar tanımadıqları Şirvanşahı atdan saldılar, qoşqunu əlindən aldılar. Qızılbaşlardan 
biri, Hüseyn bəy Lələnin  Şirvanşahı atdan çəkib salmış cilovdan Şahgəldi ağa Fərrux Yasarın başını  kəsərək 
İsmayıla gətirdi. Əsir şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb onu dəfn etdilər.
78
 
Münəccimbaşı Fərrux Yasarın həlak olmasını başqa cür təsvir edir: "Bəziləri deyir ki, o, əsir alınmış və 
sonra əlləri bağlı (səbran) öldürülmüşdür".
79
 Ehtimal ki, Həsən Rumlunun məlumatı daha inandırıcıdır. 
Otuz beş ilə yaxın hökmranlıq edən Fərrux Yasarın ömrü belə başa çatmışdır. 
Fərrux Yasar məğlub edilərək həlak olduqdan və Şamaxı alındıqdan sonra İsmayıl atasının və babasının 
qisasını almaq üçün tutduğu bütün əsirləri öldürtdü. O, üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil 
oldu. Burada onu seyidlər, qazılar, rəislər  şəhər  əyanları qarşıladı. Cənnabinin (XVI əsr) məlumatına görə
 
Şamaxıya girən İsmayıl taxta çıxdı. Lakin şəhərdə yalnız bircə gün  qaldı.
80 
 
Fərrııx Yasar mənbələrdə "öz yüksək əsil-nəsibi ilə digər sərhəd vilayətlərinin hakimlərini ötüb keçən 
və  şöhrəti ilə  ən böyük və möhtərəm  şəxsiyyətləri kölgədə qoyan"
81
  ədalətli və  mərhəmətli hökmdar kimi 
səciyyələndirilir. Şirvanşahlar öz şəcərələrini Sasani hökmdarı Xosrov Ənuşirəvana bağlayırdılar. 
Fərrux Yasarın hakimiyyəti dövründə Şirvan dövləti feodal inkişafı və müstəqillik dövrü keçirirdi. Bunu 
Şirvanşah Fərrux Yasarın hakimiyyətinin birinci ilində - h.869 (1465)-cu ildə
82 
sonra isə h.888 (1483/4)
83
  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə