Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   108   109   110   111   112   113   114   115   ...   147

127 
 
h.905 (1499-1500)-ci
84
 illərdə Şamaxıda onun adından kəsilmiş gümüş sikkələr - təngə də təsdiq edir. 1948-ci 
ildə İçərişəhərdə aşkar edilmiş böyük sikkə dəfinəsində Fərrux Yasarın adından Şamaxıda kəsilmiş azacıq qızıl 
qarışığı olan gümüş sikkələr də tapılmışdır. Həmin sikkələrin üzərində yazılmışdır: "Əzəmətli sultan, Şirvanşah 
Fərrux Yasar, Şamaxı zərbxanası". Sikkənin arxa tərəfində tarix, ənənəvi din rəmzi və dörd xəlifənin adı həkk 
olunmuşdur. Fərrux Yasarın adından zərb edilmiş bütün sikkələrdə hökmdarın adından əlavə Şirvanşah (şirlər 
şahı) titulu da qeyd olunur. Yalnız Fərrux Yasara aid edilən bu titul Dərbənddəki Cümə  məscidinin 
mədrəsəsindəki kitabədə və Abşeronun Mərdəkan kəndindəki Tuba Şahı məscidindəki h.886 (1481/2)-cı ilə aid 
kitabədə də rast gəlinir. Dəfinədəki qeyd olunan sikkələr aşağıdakı tarixlərə aiddir. H.869 (1465)-cu il, h.879 
(1474/5)-cu il, h.881 (1476/7)-ci il, h.887 (1482/3)-ci il, h.888 (1483)-ci il, h.892 (1486/7)-ci il, h.893 (1487/8)-
cü ıl, h.897 (1491/2)-ci il, h.898 (1492/3)-cü il, h.900 (1494/5)-cü il, h.901 (1495/6)-ci il, h.902 (1496/7)-ci il, 
h.903 (I497/8)-cü il, h.904 (1498/9)-cü il, h.905 (1499-1500)-ci il, h.906 (1500)-cı il
85
 Sikkələrin çoxluğu 
ölkədə daxili və xarici ticarətin xeyli inkişaf etdiyini göstərir. İstər I İbrahim, istərsə də Xəlilüllahın zamanında 
sikkələr anonim, Şirvanşahların adları göstərilmədən zərb olunurdu. Onların hakimiyyəti dövründə  Şirvan 
Cənubi Dağıstanin bir sıra iri yaşayış  məntəqələrini öz nüfuz dairəsinə tabe etmişdi. Qaytaq usmisi, Şirvanın 
vassalı Məhəmməd bəyin varisləri Şeyx İbrahimin ona bağışladığı bir sıra kəndə, habelə Kurak və Təbərsərana 
hakimliklərini davam etdirdilər.
86 
[231 - 232]
 
Fərrux Yasar hakimiyyəti dövründə Dərbənd və Dağıstanın cənub əyalətləri Şirvanın tərkibinə daxil idi. 
Bunu Axtı kəndinin məscidindəki kitabə də təsdiq edir. "Bu qalanın sahibi Şirvanşah ibn Xəlilüllah".
87
 Fərrux 
Yasar Axtı kəndində qaladan başqa Dərbənd səhərində mədrəsə binası da tikdirmişdi. Kitabədə bu barədə xəbər 
verilir: Uca və pak olan Allah dedi: "Elm verilmiş şəxslər üçün Allah yanında dərəcələr vardır". 
Allahın xalis bəndəsi və onun istəklərinə talib olan (razı olan) və onun qəzəbindən qaçan, dünyada gözəl 
əxlaq sahibi, zəmanə əmirlərinin ən ədalətlisi, Şirvanşah orada (mədrəsədə) qiyamət gününə qədər şəriət elmləri 
təhsil edən tələbələrin xatiri üçün bu mübarək mədrəsənin tikilməsindən ötrü hicri səkkiz yüz yetmiş 
doqquzuncu ildə əmr etmişdir (h.879 (18.V.1474-6.V.1475)-cu il).
88
 
Fərrux Yasar 1466-cı ildə qaytaqlıların tutub apardıqları əsirlərin və malların qaytarılmaısnı tələb etdiyi 
Qaytaq usmisi və qaynı Adil bəyi də öz iradəsinə tabe etdirmişdi.
89
 Şəki də Şirvanşaha tabe idi. Lakin 1497-ci 
ildə  Şəki hakimi Şah Hüseynlə  Fərrux Yasar arasında hərbi toqquşmaya gətirib çıxaran narazılıq baş verdi. 
Şirvanşahın Şah Hüseyn tərəfindən qızışdırılan oğlu Şeyxşah da Fərrux Yasara qarşı çıxdı. Onlar 8 gün ərzində 
Şirvanın tərkibinə daxil olan Qəbələ mahalını viran və talan etdilər. Lakin digər oğulları  və böyük qoşunla 
Qəbələ hakimi Əbülfət bəyin köməyinə gələn Fərrux Yasar Şah Hüseyn və Şeyxşahın qoşunlarını məğlub etdi. 
Bundan sonra Şeyxşah atası ilə brışdı.
90
 
Fərrux Yasar dövlət idarəçiliyinə,  Şirvanın  şəhər və yerlərində  rəiyyətin dolanışığına böyük diqqət 
yetirir, qanuna riayət olunmasını  tələb edirdi. O, dövlət idarəçiliyinin mühüm məsələlərində alimlərin və ali 
rütbəli din xadimlərinin fıkrilə hesablaşırdı.  Şirvanşah onların rolunu yüksək qiymətləndirir, onlara dövlətin 
dayağı kimi baxır, rəiyyəti onların köməyi olmadan itaətdə saxlamağı mümkün saymırdı.
91
  Fərrux Yasar 
dərvişlərə ehtiram göstərir, xeyriyyə  işləri ilə  məşğul olurdu. O, h.895 (1490)-cı ildə Bakıdakı  Əbu Səid 
ibadətgahının vəqfinə Abşeronda neftli torpaqlar, əkin yerləri və üzümlüklər vermişdi.
92
 
Fərrux Yasarın həlak olması ilə  Şirvanşahlar dövlətinin tərəqqisinə  və qüdrətinə son qoyuldu. Fərrux 
Yasarın üç oğlu var idi. Məhəmməd Qazi bəy, Bəhram bəy və II Şeyx  İbrahim (Şeyxşah). Onlar atalarının 
ölümündən sonra növbə ilə  Şırvana hakimlik etmişlər.  
 
BƏHRAM BƏY İBN FƏRRUX YASAR 
Fərrux Yasarın yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra 
h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt 
İsmayıl Təbrizə girmiş, Azərbaycanı tutmuş qüdrətli olmuşdu.
93
 
İsmayıl  Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış 
oğlu II Şeyx  İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki  Şəhrinou qalasındadır və atasının qoşunlarının 
salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi 
əmr etdi və özü də  səfərə  çıxdı. Hülafə  bəyin qarşısında duruş  gətirə bilməyəcəyini görən  Şeyxşah yaxın 
adamları ilə birlikdə 
[232 - 233]
 Gilan Biye Piş  əyalətinin hakimi Karkiyə Mirzə  Əlidən sığınacaq istəmək 
məqsədilə  gəmi ilə oraya yollandı.
94
 Hürşahın fərziyyəsinə görə,  Şeyxşah Rəşt hakimi əmiri Hüsaməddinin 
sarayında gizlənmişdi. Bu daha ağlabatandır. Belə ki, həmin vaxt Əmirlə  Səfəvilər arasında düşmənçilik 
münasibətləri var idi və buna görə  də o, Fərrux Yasarın oğluna sığınacaq verə bilərdi.
95
 Müqavimətə rast 
gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Şəhərin hakimi onun yanına gələrək itaətini bildirdi. Ertəsi gün 
İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum 
oldıı ki, Bakı  şəhərinin  əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və 
qızılbaşlara müqavimət göstərirlər.
96
  Şirvanın qala və  şəhərləri bütün xəzinələri  ilə birlikdə  İsmayılın  əlinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə