137
Türkiyə-İran müharibələrinin ideoloji əsasını dini motivlər
təşkil etməsinə baxmayaraq, əslində Osmanlı
Türkiyəsi cənubi Qafqazın zəngin ölkələrini və Azərbaycandan keçən tranzit ticarət-karvan yollarını ələ
keçirməkdə maraqlı idi. Bundan başqa, Türkiyə Bakı limanını tutmaqla Xəzər dənizinə çıxmağa cəhd göstərirdi.
Türk sultanlarının Azərbaycanı işğal etməyə sövq edən amillərdən biri də Şirvanın sərvətləri - nefti, dıızu, ipəyi,
pambığı və s. idi.
2
Şirvanın işğalına, zahirən, Şirvanşahlar xanədanının bəzi nümayəndələrinin öz keçmiş hakimiyyətlərini
bərpa etmək məqsədilə sünnilərinin Səfəvilər əleyhinə üsyana başçılıq etmək barədə İstanbula, türk sultanlarına
müraciətləri bəhanə olmuşdu.
Şirvanın şəhərləri və digər məntəqələri Osmanlıların hakimiyyəti altına düşdüyü hallarda belə
Şirvanşahların nəsillərinin ölkənin formal idarəsini bərpa etmələri qısamüddətli və səbatsız olurdu. Türklər
tutduqları Azərbaycan şəhərlərində öz qarnizonlarını yerləşdirdilər və ölkəni paşalıqlara və sancaqlara böldülər.
Şirvan iki bəylərbəyliyə - Şamaxı və Dərbənd bəylərbəyliklərinə bölündü. Osman
paşa Şirvan bəylərbəyi təyin
olundu. Şamaxı vilayəti
16
sancaqdan ibarət idi: Lahıc (Hövz-i Lahıc), Ağdaş, Salyan, Zərdab, Şəki, Bakı
(Badku) (Abşeronla birlikdə - S. A. )
Səde-ru, Qara Ulus, Axtı, İxir, Diku, Siryan (Sirhan), Osmani Xudaverd
(Xudaderd), Mahmudabad, Ərəş.
Dərbənd vilayəti 8 sancaqdan ibarət idi: Dəmirqapı (Sancaq başı), Şabran (Şaburan), Axtı (bu sancağın
adı Şamaxının 10-cu
sancağı kimi çəkilir), Quba, Müskir (yaxud Məskür), Kürə, Çiraq Restav.
3
Osmanlı məmurları şəhər və yerlərdə əhalini siyahıya alaraq Osmanlı vergi sistemi tətbiq edirdilər.
Sikkələr sultanın adından kəsilməyə, məscidlərdə xütbə III Muradın adından oxunmağa başladı.
Mustafa paşa
Osmanlı qarnizonlarını Şirvan və Azərbaycan şəhərlərində yerləşdirdikdən, Şamaxı və Bakı, Ərəş və digər
şəhərlərdə qalaları möhkəmləndirdikdən sonra ordunu buraxdı və onu geriyə, Gürcüstan yolu ilə Ərzuruma
qışlamağa göndərdi. O, Özdəmir oğlu Osman paşanı Şirvanda işğal qoşunlarının komandanı təyin etdi. 1580-ci
ildə Səfəvilər türk ordusunun getməsindən istifadə edərək Osmanlılara qarşı yenidən hərbi əməliyyata
başladılar. Türk qoşunları Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə tərəfindən məğlub edildi. Bu zaman
Şamaxıda olan və h.974 (1566)-cü ildə ölmüş Abdulla xan Ustaclını əvəz
[248 - 249]
edən Şirvan
bəylərbəyliyi
Aras xan Rumlu tərəfindən mühasirəyə alınan Osman paşa Şirvanı tərk edərək Dərbəndə qaçmağa məcbur oldu.
Səfəvilər Osmanlılar üzərində bir neçə dəfə qələbə qazandılar. Lakin tezliklə Səfəvilər dövlətində gedən daxili
mübarizə və iğtişaşlar nəticəsində onların uğurları dayandırıldı. 1582-ci ilin sonunda III Mıırad Məhəmməd
şahla sülh bağlamış Sinan paşanı kənar edərək müharibəni Azərbaycan ərazisində davam etdirməyi qərara aldı.
1584-cü ilin yayında 100 minlik (başqa mənbələrə görə 80 minlik) Krım qoşunu Osmanlıların vassalı
Məhəmməd Gireyin başçılığı ilə Şimali Qafqazdan Azərbaycana soxuldu və Osman paşanın qoşunları ilə
birləşərək Qarabağ vilayətini və Şirvanı qarət etdi. Həmin il Şamaxı və yenidən Osmanlı qoşunları tərəfindən
tutuldu. Məhəmməd Girey xan və Osman paşa Şamaxıya daxil olaraq üç gün orada qaldılar, qızılbaşları məhv
etmək üçün Şirvanın hər tərəfinə dəstələr göndərdilər. Bakını tutmağa göndərilmiş qoşunlar şəhəri ələ keçirib,
onun müdafiəçilərindən 600 nəfəri qırdılar. Xanəli və Maqsudsultanı iyirmi qızılbaşla əsir aldılar. Osmanlı
tarixçisi Asəfı qeyd edir ki, Azərbaycana səpələnmiş Krım qoşunları Şirvanın və ölkənin digər vilayətinin
rəiyyətini amansızcasına
qarət edir, onlara zülm göstərirdilər. Onlar çoxlu əsir götürüb, Gəncəni, Qarabağı və
Qızılağaca qədər Muğanı qarət edib, qışın yaxınlaşması ilə Krıma qayıtdılar.
4
Krım qoşunlarının Azərbaycandan getməsindən istifadə edən şah Məhəmməd Xudabəndə türklərlə
mübarizə aparmaq üçün qızılbaş əmirlərinin başçılığı ilə Şirvana qoşun göndərdi. Səfəvi qoşunları Bakını
mühasirəyə aldı. Lakin qalanın Osmanlıların qoyduğu Əhməd bəyin rəhbərliyi ilə inadla müdafiə olunması,
Dərbənddən dəniz yolu ilə kömək - barıt və silah alınması
- mühasirədəkilərin Bakını qoruyub saxlamasına
kömək etdi. Osmanlı mənbələrinin verdiyi məlumata görə qalanın mühasirəsi qırx gün çəkdi. İsgəndər Münşiyə
görə mühasirə 18 gün davam etmişdir. Qızılbaş əmirləri Bakıya yaxınlaşaraq qalanı mühasirəyə almağa
başlayanda
Müseyib xan Təkəli, Şahrux xan Zülqədər və Pirməhəmməd Ustaclı arasında ixtilaf meydana çıxdı;
onların hər biri ayrıca hərəkət etmək istəyir, başqalarına tabe olmaqdan boyun qaçırırdı. Səfəvi qoşunlarının
düşərgəsində aclıq başladı və onlar məqsədlərinə çatmadan mühasirəni götürməyə və geri çəkilməyə məcbur
oldular. Tezliklə qızılbaşlar Osman paşa tərəfindən məğlubiyyətə uğradıldılar və üstünlük yenidən türklərə
keçdi. 1585-1588-ci illər arasındakı dövrdə türklər Azərbaycanın
müharibə, qıtlıq və əmirlərlə şah arasındakı
daxili mübarizə nəticəsində dağılmış şimal və cənub vilayətlərini tutdular.
5
Şirvan yenidən türklərin hakimiyyəti altına düşdü. Bakının qala divarlarını uçurmuş qızılbaş
qoşunlarının getməsindən istifadə edən Osman paşa Bakı qalasını bərpa etdirdi və möhkəmləndirdi. Şəhəri tərk
etmiş əhali onun göstərişilə yenidən Bakıya qayıtdı. Asəfinin məlumatına görə, "Badkuye" qalası 4-5 ay ərzində
əhalinin amansız istismarı və şəhərə qayıdarkən öz evlərini də təmir və bərpa edən rəiyyətdən toplanan vergilər
hesabına dirçəldi.
6
1587-ci ildə, ölkənin hissəsi osmanlılar tərəfindən tutulduğu bir vaxtda, şamlı və tayfalarının
əmirləri Qəzvində Məhəmməd
Xudabəndənin kiçik oğlu, on altı yaşlı I Abbası (1587-1629) şah elan etdilər. Bu
vaxt İranı şərqdən özbəklər, ölkənin daxilində isə
[249 - 250]
qiyamçı qızılbas tayfaları təhdid edirdi. Bu, şah
Abbası Osmanlılarla mübarizədən imtina etmək məcburiyyətində qoydu. 1590-cı il mayın 21-də şah Abbas