Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   119   120   121   122   123   124   125   126   ...   147

140 
 
mütəkkə qoyulmuşdu".
27
Boyaqçılar yunu boyamaq üçün əncir yarpağından, soğan qabığından, zəfərandan, nar 
qabığından və digər bitkilərdən boyaq hazırlayırdılar. Xalçaların rəngləri  şux və davamlı idi.
28
 Bakıda, 
Şamaxıda, Dərbənddə pambıq parçalar toxunurdu. Şirvanın şəhərlərində 
 
sənətkarlar, kankanlar, dəyirmançılar, 
qayıqçılar yaşayırdılar; burada, xüsusilə  Şəkidə  dəri istehsalı da inkişaf etmişdi. Qoyun və keçi dərisindən 
papaq, üst paltarın və ayaqqabı tikilirdi. Sənətkarlıq istehsalı nümayəndələrinə sikkə zərbetmə ustaları da daxil 
idi. XV-XVI əsrin birinci yarısına aid arxeoloji və numizmatik materiallar Bakıda,  Şamaxıda, Dərbənddə  və 
digər şəhərlərdə tapılmış çoxlu sikkə dəfınələri,
29
 dövrümüzədək gəlib çıxmış tam bir sıra memarlıq abidələri, 
keramika qalıqları - ticarət  əlaqələrinin inkişafından xəbər verir. Lakin XVI əsrin 70-ci illərindən Türkiyə-
Səfəvi müharibələri ilə əlaqədar Şirvanda şəhər həyatının tənəzzülə uğradığı müşahidə edilir.
30
 XV əsrin ikinci 
yarısı Venesiya səyyahları Barbaro və Anzieolellonun qeyd etdikləri kimi Dərbənd bu dövrdə liman kimi 
əhəmiyyətini itirmişdir. Sonuncunun yazdığına görə, "...əvvəllər Dərbənd limanına 800-dək çəllək yüklənən 
böyük gəmilər gəlirdi, indi  gələn  gəmilər isə  200  çəlləkdən çox  götürmür".
31
 XV-XVI əsrlərdə    əlverişli  
liman    kimi    Bakının  əhəmiyyəti artır. Xezərsahili ölkələrlə ticarət mübadiləsi aparılırdı. Ticarət malları 
içərisində neft, duz, boyaqotu, ipək var idi. Bu mallar uzaq ölkələrə, istər Bakıdan (cənubda) və Bilgəhdən 
(şimalda) dəniz yolu, istərsə də, quru yolu ilə daşınırdı. 
[253 - 254]
 Keçmiş əsrlərdə olduğu kimi Çindən böyük 
təlabat olan bahalı qablar, seladon gətirilirdi. Həmin qablardan Şirvan feodal əyanları istifadə edirdilər. 
Şirvanşahlar sarayı  ərazisindəki quyulardan birindən tapılmış çini boşqab maraq doğurur. Onun üzərində 
qıvrılmış iri quyruğu boşqabın bütün içini tutan əjdaha təsvir olunmuşdur.  Şəkil kobaltla çəkilmişdir. Bu 
boşqab, oradan tapılmış sikkə kimi XV əsrə aiddir. 
Şirvanşahlar sarayı  ərazisində  Dərbənd hakimlərinin sarayında və  Şamaxıda tapılmış çini qablar 
arasında Çindən gətirilmə farforla yanaşı, onlara oxşadılan yerli qablar da vardır.
32
 Orta əsr  Şirvan 
Şəhərlərindən farfor və seladondan qayrılmış çini qabların tapılması Çin mallarının XV-XVI əsrlərdə  də 
Azərbaycana idxal olunduğunu və Azərbaycanla Çin arasında ticarət və  mədəni  əlaqələrin mövcudluğunu 
göstərir. Şirvanın Hindistanla iqtisadi və mədəni əlaqələri nəinki orta əsrlərə, hətta daha qədim zamanlara gedib 
çıxır. Abşeronun Suraxanı  kəndindəki hind məbədi - "Atəşgah" və Bakının  İçəri  şəhər hissəsindəki XV-XVI 
əsrlərə  aid Multanı karvansarayı dövrümüzədək qalmışdır. Şamaxıya və Bakıya gələn hind tacirləri ədviyyatla 
yanaşı, qızıl qiymətinə satılan bahalı  Kəşmir parçaları -"tirmə" də  gətirirdilər. Bu parçanın qalıqları Bakıdakı 
Şirvanşahlar sarayının XV əsrə aid türbəsindəki sərdabədən tapılmışdır.
33
 Orada İrandan gətirilmə ipək və 
zərxara parçasının da qalıqları aşkar edilmişdir. Şirvan şəhərləri Orta Asiya və Dağıstanda da ticarət əlaqələri 
saxlayırdılar.
34
 
Konstantinopol 1453-cü ildə II Mehmet Fateh tərəfindən alındıqdan sonra keçmiş Bizans imperiyasının 
yerində  İtaliya ilə  Şərq arasında ticarətə əngəl törətməyə başlayan Osmanlı dövləti bərqərar oldu. Beynəlxalq 
ticarət bazarında Moskva dövlətinin rolu güclənməyə başladı, Avropa tacirləri Şərqlə Osmanlı imperiyasından 
yan keçən yeni ticarət yolları axtarırdılar. Bununla əlaqədar olaraq, Avropa ilə Azərbaycan və İran arasındakı 
baş yol şimaldan - Rusiyadan keçməyə başlayır. Həmin vaxtdan Avropa səyyahları Şirvana Volqa-Xəzər yolu 
ilə gəlirdilər. Şirvanın əsas ticarət tranziti məntəqələri çox rahat limanlar olan Dərbənd və Bakı idi. XV əsrdən 
etibarən müxtəlif orta əsr müəlliflərində  Xəzər dənizi  əvəzinə Bakı  dənizi adının çəkilməsi də Bakının liman 
kimi mühüm əhəmiyyət daşıdığını göstərir.
35
 Bakı və Dərbənddən İrana, Orta Asiyaya və Həştərxandan keçərək 
Rusiyaya və Avropaya, əsasən neft, ipək, duz ixrac olunurdu. XV əsrin sonu Venesiya səyyahı Donato da Leze 
yol qeydlərində xəbər verirdi ki, "... ədviyyat Hindistandan böyük şəhər Şamaxıya, oradan isə dörd günlük yol 
olan Xəzər dənizi sahilindəki Bakıya gətirilir. O, böyük ticarət  şəhəridir. Dəniz də onun adı ilə Bakı  dənizi 
adlanır. Burada ədviyyatı gəmilərə yükləyib, Volqa çayı üzərindəki tatar şəhəri Həştərxana aparırlar".
36
 XI əsrdə 
italyan gəmiləri ticarət məqsədilə Xəzər dənizində üzürdülər. Onlar Avropa ilə ticarətdə vasitəçi olub, Şirvanın 
şəhərlərinə, Bakıya, Dərbəndə, Şamaxıya yaxından bələd idilər.
37
 İtalyan tacir-səyyahları ilə yanaşı buraya rus 
tacirləri də gəlib çıxırdı. XV əsrin ikinci yarısında Moskva dövlətinin iqtisadi və siyasi yüksəlişi və tacir silkinin 
yeni mal tədavülü bazarlarına marağı ilə bağlı olaraq, Moskva ilə Şərq ölkələri, xüsusilə xam ipək, ipək parça və 
xalça ilə  zəngin olan Şirvan arasında ticarət  əlaqələri və diplomatik əlaqələr yaradılır.
38
 Bu vaxt Şirvandan 
beynəlxalq 
[254 - 255]
 bazarlara əvvəllərdə olduğu kimi xam ipək, ipək, yun 
 
və pambıq parçalar, neft, duz, 
zəfəran, düyü, mis qablar və digər mallar ixrac edilirdi. 
1465-ci ildə  Şirvanşah Fərrux Yasar Moskva dövləti ilə  Şirvan arasında dostluq və ticarət  əlaqələri 
yaratmaq məqsədilə Moskvaya III İvanın yanına Həsən bəyin başçılığı ilə qiymətli hədiyyələrlə birlikdə elçilər 
göndərmişdi.
39
 Buna cavab olaraq Vasili Papin III İvanın adından qiymətli hədiyyələrlə Şamaxıya gəldi, Papinin 
ardınca 1466-cı ildə Tver taciri Afanasi Nikitin öz tverli tacir yoldaşları ilə iki gəmi qayıraraq, onları malla 
yükləyib Volqa ilə  Şamaxıya yola düşdü.
40 
Həştərxandan Dərbəndə  gələrkən onlar yolda dəniz quldurlarının 
hücumuna məruz qalaraq qarət edildilər və Dağıstan (Qaytaq) hakimi tərəfindən əsir alındılar, lakin tezliklə rus 
səfıri Papinin xahişlə  Şirvanşah Fərrux Yasarın işə qarışması sayəsində azad olundular. Əsir ruslar digər 
Moskva tacirləri ilə birlikdə Dərbənddəkı Göytula -Şirvanşahın qərargahına göndərildi. Şirvanşah onları iltifatla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə