133
nemətlər vəd edərək onlara xəyanət edərək aldatdı. O, şəhərin yüksək rütbəli
sakinlərindən zorla iri məbləğdə
pul alaraq, sonra onların çoxunun edam olunmasını əmr etdi. Ertəsi gün Şahrux Hüseyn bəy, Məhəmməd bəy və
Şirvan əmirləri hədiyyələrlə Təhmasibin huzuruna gələrək saraylarının və xəzinələrinin açarlarını itaətlə şahın
vəkillərinə təqdit etdilər.
143
Şirvanşahların hələ XIII əsrdən Buğurt qalasında saxlanılan xəzinəsinə Təhmasib
sahib oldu.
144
Şahrux, Hüseyn bəy və Məhəmməd bəy həbsxanaya salındı. Buğurt qalasını uçurmaq əmr edildi.
H.945-ci il cəmadiyül əvvəl ayının üçündə cümə günü (27 sentyabr 1538-ci il) Gülüstan qalasının kütvalı
Nemətulla bəy şahın hüzuruna gəlib qalanı ona təslim etdi. Ayın on yeddinci günü Hüseyn bəy Lələ edam
olundu. Şərəf xan Bidlisinin yazdığına görə "Qızılbaşların amansız qılıncları ilə qalada mühasirədə olanlardan
altı yüzə yaxın adam öldürüldü. Hətta, şah Təhmasib babası sultan Heydərin qan intiqamı olaraq, bir neçə
Şirvan əyanını şəxsən Öz əli ilə qətlə yetirdi". Şah Təhmasib Şirvanı iqta kimi qardaşı Əlqas Mirzəyə verdi,
Şirvanşah Şahruxu da əsl qul kimi qandalladaraq özü ilə götürüb Təbrizə qayıtdı və h.946 (1539)-cı ildə onu
gizlincə edam etdirdi, "onun həyatı şahın əmri ilə söndü".
145
Təhmasib Şirvanı tutduqdan sonra Şirvanşahlar xanədanın devrildiyini elan etdi və Şirvanı Səfəvilər
dövlətinə birləşdirdi. Ölkə şahın qardaşı bəylərbəyi Əlqas Mirzənin idarə etdiyi vilayətə Çevrildi. Şirvanın,
demək olar ki, bütün zadəganları məhv edildi, torpaqları qızılbaş tayfalarının başçılarına, əmirlərə paylandı. H
941 (1535)-ci ildə Təbrizi tutmuş türk sultanı Süleymanın tərəfinə keçən Əmir Qazi xan Təkəli sonuncuya
xəyanət edərək, 6 minlik köçəri təkəli tayfası ilə Sürlük yaylağında şahın yanına gəldii. Şirvan vilayətinin bir
hissəsi - Salyan, Mahmudabad və Bakı mahalları tiyul kimi ona bağışlandı. Lakin müstəqillik ənənələrinə sadiq
qalan Şirvan əhalisi uzun müddət Şirvanşahlar dövlətinin məhv olması fıkri ilə razılaşmayaraq bir sıra yerlərdə
qızılbasla müqavimət göstərirdi. Qazi xan Təkəli inadlı və şiddətli mübarizədən sonra h.947 (İ540/l)-ci ildə Bakı
qalasını tutaraq, xeyli adam qırdı. Lakin h.950 (1543/4)-ci ildə Təhmasibin qəsddə iştirak etməsindən
şübhələndiyi Qazi xan Təkəli əmrinə əsasən Əlqas Mirzə tərəfindən qardaşları ilə birlikd Şirvanda edam
olundu.
146
Şirvandakı sonrakı hadisələr türk müdaxilələri və Şirvanşahlar nəslindən olan Bürhanəli Sultan,
Əbubəkr Mirzə Qasım Mirzə və b. şəxslərin başçıları ilə Şirvanşahların Səfəvilərə qarşı üsyanları ilə bağlıdır.
134
§2. Şirvanda Səfəvilər əleyhinə üsyanlar və Şirvanşahlar dövlətini bərpa etmək
uğrunda mübarizə (1548-1578-ci illər)
BÜRHANƏLİ SULTAN İBN SULTAN XƏLİL
Səfəvilər 1538-ci ildə Şirvanşahlar dövlətini tabe etdikdən sonra Şirvanda 1578-ci ilə qədər davam edən
bir sıra üsyanları yatırmalı oldular. Şirvanın müstəqilliyinin ləğvindən narazı olan yerli zadəganlar öz
dövlətlərinin müstəqilliyinin bərpa edilməsinə çalışırdılar. Əhalinin şah və onun canişinləri əleyhinə
qaldırdıqları bir sıra üsyanlara yerli zadəganların nümayəndələri başçılıq edirdilər.
Şahruxun əmisi oğlu Bürhanəddin, yaxud Bürhanəli Sultan ibn Sultan Xəlil ibn Şeyxşah uzun müddət
Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq h.951 (1544)-ci ildə Əlqas
Mirzə ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etdi. Əlqas Mirzə ilə bir neçə vuruşmadan sonra
məğlub olan Burhanəli II Sultan Süleymandan kömək almaq sədilə Türkiyəyə getdi. Bürhanəlinin köməyilə öz
düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid sultan onu böyük ehtiramla qarşıladı. Sultan
Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən başlarını böyük orduya malik
olmaları xəbərini aldı. Buna görə də, o, sultanın qoşunlarını Türkiyəyə qaytardı, özü isə Dağıstana gedərək
Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. H 955 (1548)-ci ildə sultan Süleyman böyük
ordu ilə Azərbaycana, Şah Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli
Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi. Sultan onu Şirvanı tutmaq üçün qoşun dəstəsi ilə
irəli göndərdi.
1
Şirvanın bəylərbəyi Əlqas Mirzə h.954 (1547)-cü ildə şah Təhmasibdən ayrılaraq onun əleyhinə
vuruşmağa başladı. Krım xanının köməyinə baxmayaraq, məğlııb olan Əlqas Mirzə Krıma qaçdı və oradan
İstanbula, sultan Süleymanın yanına getdi. Əlqas Mirzə qaçdıqdan və Şirvan tabe edildikdən sonra Təhmasib
h.954-cü ilin şaban ayında (1547-ci ilin oktyabrında) oğlu İsmayıl Mirzəni Şirvan bəylərbəyliyi təyin etdi.
2
Bürhanəli Qaytağı tərk edib Şirvana yollandı. İsmayıl Mirzə onun qarşısına çıxdı. Dərbənd yaxınlığındakı Filan
kəndində qızılbaş qoşunu onunla döyüşə girdi, lakin Bürhanəli duruş gətirə bilməyib qaçdı. Qızılbaşlar onu
təqib edərək xeyli döyüşçüsünü məhv etdi, Bu vaxt sultan Süleyman və Əlqas Mirzənin Cənubi Azərbaycana
yürüş etmələri və Təbrizə tərəf getmələri xəbəri alındı. İsmayıl Mirzə Bürhanəlinin qoşunlarını təqib etməkdən
əl çəkərək, atasına köməyə yollandı.
Bürhanəli dağlardan enib, h.955-ci ilin cəmadiyüləvvəl ayında (1548-ci ilin iyununda) Şamaxını tutub
böyük qənimət əldə etdi. 0, türk qoşunlarının və dağlarda, meşələrdə gizlənmiş Şirvan döyüşçülərinin köməyilə
Şirvan vilayətinin böyük bir hissəsini ələ keçirdi və Təhmasibin naiblərini oradan qovdu. Bürhanəli vali kimi iki
il Şirvanda qaldı.
3
Sultan Süleyman h.956 (1 549)-cı ildə müvəqqəti olaraq Təbrizi tutdu və tezliklə Cənubi
Azərbaycanı tərk etdi. Əlqas Mirzənin bu səfərdəki uğursuzluğu və bunun ardınca türk sultanı
[243 - 244]
Süleymanla aralarının dəyməsi, onun yaxalanıb Qahqah qalasına salınması və şahın əmri ilə edam olunması
Təhmasibə Şirvanı zəbt etmək üçün yenidən mübarizəyə başlamağa imkan verdi, Şah h. 956 (1549)-cı ildə
Şirvanın idarə olunmasını Abdulla xan Ustaclıya tapşıraraq, onu Bürhanın üzərinə göndərdi. Şərəf xan
Bidlislinin sözlərinə görə. "(Abdulla xan) Kür sularını: keçəndə Bürhan qəribə təsadüf nəticəsində anadangəlmə
xəstəlikdən öldü".
4
Həsən bəy və Şərəf xan Bidlislinin məlumatlarına görə Bürhanəli h.956(1549)-cı ildə
ölmüşdür.
5
Münəccimbaşıya görə isə Bürhanəli təqribən h. 958 (1551)-ci ildə vəfat etmişdir. Zeynaloğluna
görə
Bürhanəli 1550-ci ildə dünyadan köçmüşdür. Ehtimal ki, h. 956 (1549)-cı il tarixi daha dəqiqdir.
Həsən bəy Rumlıı xəbər verir ki, Bürhanəli öldükdən sonra Şirvan zadəganları onun meyidini
gizlətmişlər. Lakin Şirvan bəylərbəyliyi Abdulla xan Ustaclı onu tapmış, qəbirdən çıxararaq basını kəsmişdir.
7
Bürhanəlinin özündən sonra Şirvanda hakimiyyət sürə biləcək böyük uşaqları olmamışdır. Ailəsi, azyaşlı
uşaqları və qohumları isə Səfəvilərdən qorxaraq Dağıstana qaçdılar.
MEHRAB MİRZƏ
Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini
Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan
sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət
göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
8
QURBANƏLİ
Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu
Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından
*
birindəki Derov kəndinə qaçdılar. Abdulla
*
Zeynaloğluna görə üsyançılar Bakının cənub sahili qarşısindakı Zirə (Böyük Zirə, Kiçik Zirə və Qum Zirə) adalarında məskən
salmışdılar
.
Dostları ilə paylaş: |