130
gecə Şeyxşaha göndərdi. Sevincək Şeyxşah təbil vurub bayraqları açmağı əmr edərək, səhərin açılmasını
gözləmədən qoşunları ilə qaladan çixdı. Qəfıl yaxalanmış qızılbaşlar qaçmağa üz qoydular. Lakin onların çoxu
əsir düşdü və öldürüldü. Y. A. Paxomovun fıkrincə, Sultan Mahmudun səfəvi qoşunları ilə Şirvana yürüş edərək
Şamaxını və Şəbəranı tutması numizmatik məlumatlara görə h.911 (1505/6)-ci ildə baş vermişdi. Belə ki, həmin
vaxt bu şəhərlərdə kəsilən sikkələr Şeyxşahın deyil, Şah İsmayıl səfəvinin adından zərb edilmisdir.
Y. A. Paxomov bundan belə bir nəticə çıxarmışdır ki, "Əvvəla Sultan Mahmuda yardım göstərən Səfəvilər təkcə
Şamaxını deyil, Şəbəranı da zəbt etmişdilər, ikincisi bu yardımın əvəzində Sultan Mahmud özünü Şah İsmayılın
təbəəsi kimi tanımağı və onun adından sikkə kəsdirməyi öhdəsinə götürmüşdü".
118
Bizcə, Sultan Mahmud
öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali
[236 – 237]
hakimiyyətini qəbul etmək və
onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi. O, yalnız bundan sonra asudə hakimiyyət sürməyə başladı.
Beləliklə, Sultan Mahmudun səfərinin h.911 (1505/6)-ci ildə baş verməsinə dair Y. A. Paxomovun fıkrilə
razılaşmaq olar. Lakin mənbələr Sultan Mahmudun Şeyxşahın olduğu qalanı üç ay ərzində mühasirədə
saxladığını xəbər verirlər. Şeyxşahın adından, demək olar ki, iki il (h.911-912 (1505-1506/7)-ci illər) sikkə
kəsilməməsi isə ehtimal etməyə imkan verir ki, Şeyxşah qızılbaşların Gülüstan qalası yaxınlığında
məğlubiyyətindən sonra yalnız Şah İsmayılın ali hakimiyyətini tanıdıqdan və ona tabe olduqdan sonra Şirvanda
hakimiyyətini davam etdirmişdir.
Lakin Şeyxşah Şirvanı müstəqil idarə etmək fıkrindən əl çəkməmişdir. Şah İsmayılın h.913 (1507/8)-cü
ildə zülqədərlər tayfasının iğtişaşını yatırtmaq üçün Mərəş vilayətinə işğalçılıq yürüşündən istifadə edən
Şeyxşah İsmayıla ödəməli olduğu xəracı verməkdən boyun qaçırdı və onun elçilərinə ehtiram göstərmədi.
Həmin vaxtdan, yəni h.913 (1507/8)-cü ildən Şeyxşah yenidən öz adından sikkə zərb etdirməyə başladı. Şah
İsmayıl Şeyxşahın xərac vermək istəməməsi ilə əlaqədar h.915 (1509)-ci ilin sonralarında ikinci dəfə Şirvana
yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Bu xəbər bütün Şirvana yayıldı. Şahın gəlməsini
eşidən Şeyxşah qüvvələr nisbətini nəzərə alıb Buğurt qalasına çəkildi. İsmayıl əmirlərini Şamaxını tutmağa
göndərdi, özü isə qoşunlarının bir hissəsi ilə Bakıya yollandı. Bakı qalasının komendantı (kütüval) hədiyyələrlə
şahın qərargahına gələrək itaət göstərdi və şəhərin açarlarını ona təqdim etdi. İsmayıl Bakıdan Şəbərana getdi.
Bu vilayətin valisi və digər Şirvan qalalarının hakimləri də şahın hüzuruna tələsərək, öz itaətlərini bildirdilər və
buna görə mükafata və fəxri paltara layiq görüldülər, Şah həmin qalaların idarə olunmasını Lələ bəy Şamluya
həvalə etdi. Bundan sonra İsmayıl Dərbəndə yaxınlaşdı. Dərbənd istehkamlarının möhkəmliyinə güvənən
əmirlər Yar Əhməd ağa və Məhəmməd bəy şahın qarşısına çıxmadılar və ona hədiyyə göndərmədilər. Şah
İsmayıl Dərbəndi mühasirəyə almağa başladı. Qızılbaşlar qalanın bürcləri altından 12 lağım atdılar. Mühasirədə
olan dərbəndlilər qızılbaşların üstünə daş və ox yağdırdılar. Müqavimət göstərməyin mənasızlığını görən Yar
Əhməd ağa və Məhəmməd bəy boyunlarında qılınc, çiyinlərində kəfən İsmayılın gərargahına gələrək, təslim
olmağa razılaşdılar. Şah Mənsur bəyi Dərbənd hakimi təyin etdi. İsmayıl Şeyx Heydərin 22 il Təbərsəranda
qalmış cənazəsinin qalıqlarını Ərdəbilə köçürüb orada ailəvi türbədə dəfn etməyi əmr etdi. Şirvanı yenidən
özünə tabe edən Şah İsmayıl Kürü keçib qışı Qarabağda keçirdi, baharda isə Təbrizə qayıdaraq, Xorasan üzərinə
yeni yürüşə hazırlaşmağa başladı. Şirvana səfərindən sonra şahın uğurlarını və qələbələrini görən Şeyxşah
onunla yaxınlaşmaq qərarına gəldi və xərac verməyə razı oldu. Şah İsmayıl h.916 (1510/ll)-cı ildə Xorasanda
Şeybək xana qalib gəldikdə Şeyxşah, digər hakimlər kimi, İsmayılın sarayına səfirlik göndərərək, onu təbrik
etdi. Həmin vaxtdan şahla dostluq münasibətləri kəsilmirdi. İsmayılın Şeyxşaba iltifatlı münasibəti şah h.920
(1514)-ci ildə türk sultanı Səlimlə Çaldıran vuıruşmasında məğlubiyyətə uğradıqdan az sonra özünü göstərdi.
H.924 (1518)-ci ildə Təbriz sarayında şahzadə Sam Mirzənin anadan olması təntənə ilə qeyd edilərkən şah
Şeyxşahla danışıqlar aparmaq üçün əmirləri Mirzə şah
[237 - 238]
Hüseyni və Cəmaləddin Məhəmmədi Şirvana
göndərdi. Onlar Şirvanşahı İsmayılın ona yaxşı münasibət bəslədiyinə əmin etdilər və Təbrizə gəlmək dəvətini
yetirdilər. Şeyxşah cavabında onlarla birlikdə İsmayıla cins atlar, Bərdə qatırları, türk və Avropa parçaları, çoxlu
pul, daş-qaş yolladı və oğlunu səfəvi sarayına göndərməyi, əgər şah əmr edərsə, şəxsən özünün gəlməsini vəd
etdi. Həsən bəy Rumlunun məlumatına görə Şeyxşah h.924 (1518)-cü ildə başqa hakimlərlə birlikdə, şahın
Təbrizdəki sarayına gəlmişdir,
119
Belə ki, Münəccimbaşı yazır: "O (Şeyxşah), Şah İsmayılla sülhə can atır, ona
qılıq göstərirdi və h.927 (1521)-ci ildə onun hüzuruna gəlmişdi". Şah İsmayıl ona böyük iltifat və ehtiram
göstərdi, Şirvanı idarə etmək haqqında yeni fərmanlar verərək öz ölkəsinə yola saldı. Şirvanşah söz verdiyi kimi
oğlu, Sultan Xəlili qiymətli hədiyyələrlə Təbrizə, İsmayılın sarayına göndərdi və dostluq münasibətlərini daha
da möhkəmləndirmək məqsədilə sahın qızını oğluna istədi. Təklif qəbul edildi və İsmayıl qızı Pərixan xanımı
Şirvanşahın oğlu sultan Xəlilə
*
nişanladı. H.919 (1523)-cu ildə Şah İsmayıl Şirvanşah Şeyxşahın qızı ilə
evlənmək istədiyini bildirdi. O, həmin məqsədlə əmir Cəlaləddin Məhəmmədi və Dəmir bəyi qiymətli
hədiyyələrlə Şamaxıya göndərdi. Bu təklifdən son dərəcə məmnun qalan Şeyxşah şahın elçilərini böyük
ehtiramla qəbul edib qızını onlarla və məiyyətin müşayiətilə şaha göndərdi. H.929-cu il zilhiccə ayının 25-də (5
noyabr 1523-cü il) Təbriz yaxınlığında Şah İsmayılla Şirvanşahın qızınnı dəbdəbəli toyu oldu.
120
*
Dorn Şeyxşahın oğlunu səhvən Müzəffər Sultan adlandırır.
Dostları ilə paylaş: |