128
keçmişdi. Onların yalnız bəziləri təslim
olmaq istəmirdi. İsmayıl uzun çəkməyən mühasirədən sonra h.906
(1501)-cı ilin baharında Bakını aldı.
QAZİ BƏY İBN FƏRRUX YASAR
Bəhram bəyin ölümündən sonra h.907 (1501)-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn
Fərrux Yasar çıxdı. O, şah İsmayıl Səfəvinin Bakı şəhərini mühasirəyə alıb tutduğu altı ay müddətində
hakimiyyət sürdü.
97
XVI əsr tarixçiləri Xondəmir və Həsən bəy Rumlu İsmayılın Bakını almasından təfsilatı ilə
xəbər verirlər.
98
İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqutoğlu Xunuslu
qoşunların başında Bakı qalasını almağa göndərilmişdilər.
O vaxt Bakı şəhəri alınmaz qala sayılırdı. O, üç qat möhtəşəm divarla, bir tərəfdən dənizlə, quruda isə
geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı
İsgəndər səddini xatırladan qala divarlarının əzəmətinə heyran qaldılar. İsmayıl üçün bu qalanı tutmaq çox vacib
idi. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi.
Qızılbaş qoşunu Bakı qalasını mühasirəyə aldı və vuruşma başladı. Qədimdən Şirvanşahlar xanədanına sədaqətli
olan bakılılar istehkamlarının alınmazlığına, böyük silah, müdafıə ləvazimatı və ərzaq ehtiyatına güvənərək
igidliklə vuruşurdular."
Bu vaxt Fərrux Yasarın oğlu Qazi bəyin torpaqları Bakı, Mahmudabad və Salyandan ibarət idi.
100
O,
Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi. Qazi bəy olmadığı müddətdə şəhərin
müdafiəsinə onun adı mənbələrdə çəkilməyən mərd arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi və
tövsiyəsi ilə yanına gəlmiş elçisinin edam olunmasını əmr etdi. Onu İsmayılın qəzəbi ilə qorxudaraq təhdidlə
şəhəri qızılbaşlara təhvil verilməsini tələb edən Bakı darğası Əbdülfəttah bəyin də başına eyni aqibət gəldi.
Bakılıların inadlı ınüqaviməti İsmayıl Səfəvini sərkərdə Hülafə bəyin başçılığı altında yeni qüvvələr
göndərməyə məcbuır etdi. Mühasirənin sonuna yaxın o özü də buraya gəldi. Mühasirədəkilərin müqavimətini
görən İsmayıl lağım atıb qala bürclərindən böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı
yarığı çadır keçəsi ilə tutaraq üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları şiddətli həmlə ilə qalanı ələ
keçirib əhalidən xeyli adam qırdılar. Bakının 70 nəfər mötəbər şəxsi müqavimət
[233 - 234]
göstərməyin
mənasız olduğunu görərək, əllərində Quran, boyunlarında qılınc, kürəklərində kəfən İsmayılın hüzuruna gələrək
öz itaətlərini bildirdilər.
101
Həsən Rumlunun hekayəti Xondəmirin mətnindən bir qədər fərqlənir. O, nəql edir ki, İsmayıl özü
Bakıya yaxın gələrək xəndəyi daşla doldurmağı əmr etmişdir. Xəndəklər daşla doldurulub qala divarları ilə
bərabərləşəndə şəhər əhalisi İsmayıldan aman dilədi Onlar bağışlanmaq vədi alaraq, qapıları açdılar və
çiyinlərində kəfən, əllərində qılınc itaət göstərdiklərini və tabe olduqlarını bildirmək üçün onun hüzuruna
gəldilər.
102
Həsən Rumluya görə İsmayıl onları bağışladı və bakılılar "qan bahası" olaraq ona o dövr üçün böyük
məbləğ sayılan 1000 tümən verdilər,
103
İsmayıl sərkərdəsi Hülafə bəyə Şirvanşahların xəzinəsini ələ keçirib öz
düşərgəsinə göndərmək üçün qalanı təcili tutmağı əmr etdi. Hülafə bəy Bakının adlı-sanlı sakinlərini özü ilə
götürdü və sarayda çoxlu qızıl ələ keçirib, Şirvanşahların bütün sərvətini bakılıların qiymətli hədiyyələri ilə
birlikdə İsmayıla göndərdi. Həsən Rumlunun məlumatına görə qızılbaşlar Şirvanşah Mirzə Xəlilüllahın
cənazəsınin qalıqlarını tapıb yandırdılar, habelə onun türbəsinin günbəzi altında çoxlu qızıl tapdılar. Həsən
Rumlu və Xondəmirin məlumatına görə, İsmayıl şeyx Cüneydin öldürülməsində iştirak edənlərin qəbirlərini
qazıb, sümüklərini odda yandırmağı əmr etmişdir.
104
Ehtimal ki, bu məlumat Xəlilüllahın özünə aiddir, belə ki,
onun qəbri məlum deyildir.
Bakının İçərişəhər hissəsindəki sarayın ərazisindəki Şirvanşahlar türbəsində aparılan qazıntılar
nəticəsində Xəlilüllahın ailə üzvlərinin türbələrinə toxunulmadığı aşkar edilmişdir. Ehtimal ki, üzərində
kitabələr olan qəbir daşları sındırılmışdır. Belə ki, onlar qalmamışdır.
Divanxana pavilyonunun qapı açırımlarından birində pozulmuş, ola bilsin ki, sındırılmış və indiyədək
oxıınmamış ərəbcə bir sətirlık kitabə qalmışdır. Lakin V. M. Sısoyev həmin kitabədə I Xəlilüllahın adını və
h.832 (1428/9)-ci il tarixini oxuduğunu iddia edirdi ki,
105
bunu yoxlamaq mümkün deyil. Divanxananın xatirə
abidəsi olması haqqında mülahizələr vardır.
106
Güman ki, bu bina türbə olmuş və mənbələrin məlumatına görə
cənazənin qalıqları qızılbaşlar tərəfindən qəbirdən çıxarılıb yandırılan Xəlilüllah orada dəfn edilmişdi. İsmayıl
Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Çünki eşitmişdi ki, Şirvan qoşunlarının salamat qalmış
hissələri oraya çəkilmişdir. Qalanın müdafiəçiləri Buğurt və Surxab qalalarının Qazi bəyin oğlanlarının əlində
olduğunu güman edərək, bildirdilər ki, Qazı bəy öz qalasını təslim edərsə, onlar da təslim olarlar. Lakin İsmayıl
tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir.
1501-ci ildə Səfəvi qoşunları Şirvanı tərk edərək Azərbaycana - Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandılar.
107
Qızılbaşlar Şirvanı tərk edərkən burada Səfəvilərin nümayəndələrini qoyub getdilər. İsmayıl öz dayəsi Hüseyn
bəy Lələ Şamlunu Şirvana canişin təyin etdi, o isə öz yerində cilovdarı Şahgəldi ağanı qoydu.
108
Bakı qalasının
Şirvanşahlar sarayı yaxınlığındakı məhəllələrindən biri son vaxtlaradək ehtimal ki, o burada yaşadığından
Dostları ilə paylaş: |