85
üzərində şeyx
Üveysin oğlu, h.776 (1374/5)-cı ildən h.784 (1382)-cü ilədək hökmranlıq etmiş Cəlal əd-Din
Hüseynin, habelə onun qardaşı Qiyas əd-Din Əhmədin [h.784 (1382)-h.813 (1410)-cü illər] adları çəkilən kitabə
olan gümüş pullar zərb edilirdi.
247
Numizmatik materiallar Şirvanşahın Cəlairilərdən asılılığını təsdiq edir.
Mənbələrdə Huşəngdən öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair kimi danışılır.
248
Lakin
onun hakimiyyəti az - on il sürmüşdür. XIV əsrin sonlarında Şirvanda xırda feodalların və kəndlilərin
zadəganlar əleyhinə üsyanı baş verdi. Huşəng h.748 {1382)-ci ildə qəddarlığından qəzəblənmiş rəiyyəti
tərəfındən öldürüldü.
249
Bundan sonra Şirvan feodalları ehtimal ki,
Huşəngin birbaşa vəliəhdi
[157 - 158]
olmadığından onun ən yaxın qohumlarından birini Şirvanşahlar Dərbəndilər adlanan digər qolunun
nümayəndəsi Şeyx I İbrahimi hökmdar seçdilər.
Şirvanşahların XI əsrdən XIV əsrə qədərki hakimiyyət nəzərdən keçirdikdən sonra aşağıdakı nəticələrə
gəlmək mümkündür. Ərəb mənşəli Məzyədi Şirvanşahlar sülaləsində XI birinci rübündən etibarən dəyişiklik baş
verir. Əvvəlki ərəb adları Yəzid, Əhməd, Məhəmməd və s.əvəzinə fars adları - Ənuşirəvan Mənuçöhr, Axsitan,
Gərşəsb, Fəribürz və i.a. meydana gəlir. Onlar öz şəcərələrini Sasani hökmdarları Xosrov Ənuşirəvana və
Bəhram Gura bağlayırlar. Ərəb mənşəli Şirvanşahların Sasani şahlarına söykənən əsilzadə nəslindən olmalarına
iddia etmələri faktını onların qadın nümayəndələrinin qədim ənənələri dirçəldən Sasani mənşəli yerli hökmdar
ailələri ilə nikah əlaqələri ilə izah etmək mümkündür. XII əsrin əvvəlində və XIII əsrdə Şirvanşahlar sarayında
Builərin tənəzzülü dovründə Qərbi İranda meydana gələn Deyləmi - İran sülaləsi
Kakuyilərin nümayəndələri
mühüm rol oynayırdılar. Yüz ildən çox bir müddət ərzində həmin sülalənin nümayəndələri (XI əsrin sonu-XII
əsrin əvvəllərində Məhəmməd əl-Kakuya, 1204-ci ildə İshaq əl-Kakuya) Şirvanşahların vəziri olmuş, ehtimal ki,
onlarla qohumlaşmışdır.
Şirvanşahların XII-XIII əsrlərdə iranlaşması onların siyasi, sosial və mənəvi həyatlarının bütün
sahələrinə sirayət etmişdi. Yerli feodal nəsilləri ilə qohumlaşan Məzyədilər tədriclə öz ərəb mənşələrindən
uzaqlaşır. Şirvan aristokratiyası tərəfindən assimilyasiyaya uğrayaraq yerli hakim sülaləyə çevrilir. Şirvanşahlar
sünni idilər.
Onlar elmlərə, incəsənət və ədəbiyyata hamilik edirdilər, Paytaxt Şamaxı idi, XII əsrdən isə Bakı
şəhəri də onların iqamətgahı olmuşdu. XII əsrdə Şirvanşahlar sarayında poeziya və ədəbiyyat inkişaf etdi,
Xaqani və bir çox gözəl şairlər yetişdirmiş Azərbaycan şeir məktəbi yarandı. Rəsmi ədəbi dil fars dili idi. Ərəb
dilindən ilahiyyatda və dini ayinlərdə istifadə olunurdu. Canlı danışıq dili türk - Azərbaycan dili idi. Elmi
əsərlər həm fars, həm də ərəb dillərində yazılırdı. Şirvanşahlar dövründə XI-XIV əsrlərdə Şirvan şəhərlərində
müdafıə istehkamları — qalalar, qala divarları, bürclər tikilmişdi. Onlar məscid və xanəgahlar tikilməsminə
böyük diqqət yetirir, onları gözəl kaşılarla, ornamentli dekorlarla
bəzədir, müqəddəs şeyxlərə sitayiş ənənəsini
davam etdirirdilər. Şirvanşahlar öz dövrlərinə görə təhsil görmüş adamlar idi. I Axsitan
və Huşəng
poeziyaya
həvəs göstərir, özləri də şeir yazırdılar. Onlar sarayda yaşayan görkəmli şair və alimləri öz uşaqlarının təlim –
tərbiyəsinə cəlb edirdilər. Şirvanşahlar nəsli səlcuq və monqol ağalığına davam gətirə bilən çevik siyasətçi
idilər. Səlcuq, sonra isə İraq sultanları ilə vassal münasibətlərində olan, onların adından sikkə kəsən və onlara
xərac verən Şirvanşahlar, əslində, müstəqil hakimiyyət sürürdülər. Onların asılılığı çox
vaxt formal xarakter
daşıyırdı.Şirvanşahların monqollardan - Çingizilərdən, Cucilərdən, Çobani və Cəlalilərdən vassal asılılığı isə
daha güclü idi. Elxanilər zamanında Şirvanşahlar öz adlarından sikkə kəsmək ixtiyarını itirərək yalnız
süzerenləri adından sikkə zərb edirdilr.
Şirvanşahlar sülaləsinin bir sıra nümayəndələri - I Fəribürz, III Mənuçöhr və onun oğlu I Axsitan -
görkəmli diplomat və dövlət xadimləri idi. Onlardan bəziləri - III Fəribürz və Kavus
- yadelli işğalçılarla
vuruşan, Şirvan dövlətinin müstəqilliyi uğrunda
mərdliklə mübarizə aparan
[158 - 159]
bacarıqlı sərkərdə
olmuşlar. Şirvanşahlar yanına əl-adil, əl-müəzzəm, əl-alim və s.epitetlər qoşulmuş məlik, xaqan, monqolların
vaxtında isə sultan kimi xanədan titulları daşımışlar. Sülalənin bütün nümayəndələri Şirvanşah adlanmışdır.
Şirvan dövlətinin və onun hökmdarlarının real vəziyyətini əks etdirən bütün bu titullar və epitetlər istər
sikkələrdə, istərsə də kitabələrdə təsbit olunmuşdur.
Şirvan dövlətinin şəhərləri Səlcuqilər dövlətinin zəiflədiyi XII-XIII əsrin əvvəllərində yüksək iqtisadi
inkişaf səviyyəsinə çatdılar. Bu dövr kənd təsərrüfatında böyük dirçəliş, feodal cəmiyyətinin
məhsuldar
qüvvələrinin inkişafı, sənətkarlıq və ticarətin çiçəklənməsi, əmtəə-pul münasibətlərinin güclənməsi dövrü idi.
Monqol istilası dövrü böyük insan tələfatı, Şirvanın şəhər və kəndlərinin, memarlıq və maddi mədəniyyət
abidələrinin dağılması ilə əlamətdar olmuşdur. Lakin zəhmətkeş Azərbaycan xalqının yaradıcı qüvvələr, feodal
istismarına
baxmayaraq, Şirvan dövlətinin feodal cəmiyyətinin irəliləyişinə yardım göstərən iqtisadiyyat və
təsərrüfat həyatını tezliklə bərpa edirdi.
§2. XI əsrin əvvəli - XIII əsrin birinci rübündə şəhərlərin inkişafı
Feodal cəmiyyətinin məhsuldar qüvvələrinin inkişafı, sənətkarlıq, ticarət və əmtəə-pul münasibətlərinin
yüksəlişi Şirvan
dövlətində şəhərlərin və şəhər həyatının inkişafına səbəb oldu. XI-XIII əsrin birinci rübündə