83
illər) başqa əmirlərlərlə
cümlədən Şirvanşahlarla şiddətli mübarizə aparırdılar.
229
Həmin mübarizənin
nəticələrini numizmatik məlumatlar əsasında izləmək mümkündür.
H.736 (1335/6)-cı ildən Şirvan şəhərlərinin sikkəxanalarında yenidən sikkə kəsilməyə başladı.
230
Elxanilər sülaləsinin son nümayəndələrinin hakimiyyətini formal sürətdə qəbul edən və onların adından sikkə
kəsdirən Keyqubad və onun oğlu Kavus müstəqil hakimiyyət sürürdülər və Çobani Əşrəfin Şirvanı zəbt etmək
cəhdlərinə baxmayaraq öz müstəqilliklərini 1348-ci ilədək qoruya bildilər. Mənbələrdə Keyqubadın hakimiyyəti
haqqında verilən məlıımat çox cüzidir. Hacı Xəlifəyə görə Keyqubad ədaləti ilə şöhrət qazanmışdı.
231
Ehtimal
ki, Keyqubada ədalətli təşbihi verilməsi Şirvan
əhalisinin feodallar tərəfindən istismarının zəiflədilməsi və
ölkənin təsərrüfat həyatının dirçəlişi ilə bağlı idi. Şirvanşahın hakimiyyətinin möhkəmlənməsi Elxanilər
dövlətinin zəifləməsi, sonra isə süqutu və Şirvanın yüz ildən çox davam edən monqol zülmündə
azad olmasının
nəticəsi idi. Monqol işğalçılarının zülmündən narazı
olan Şirvan əhalisi Şirvanşahlar Keyqubad və Kavusun
Şirvan
dövlətinin müstəqilliyi uğrunda mübarizəsində onlara yardım
göstərirdilər.
[154 - 155]
KAVUS İBN I KEYQUBAD
Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu
Kavusa vermişdi. Ə. Ə. Əlizadənin fıkrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işrində fəal iştirak edə
bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu".
232
Şirvanşah Keyqubad öz hakimiyyətinə
Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə
"Şirvan və Samaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Sirvandan Qarabağa Məlik Əşrəfin
iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr - daş-qaşla islənmiş paltar
və başqa şeylər verir.
233
Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir
Vəfadan gözlənilmədən tutub öldürür.
234
Əşrəfin bu qəddarlığı Kavusu elə sarsıdır ki, elə həmin gecə
Qarabağdan qaçaraq Şirvana qayıdır. Şirvanşahla dostluğu pozmaq istəməyən məlik Əşrəf elçiləri Xacə
Əbdülheyin və Əxicuq Məliki Kavus və onun atası Keyqubad üçün qiymətli hədiyyələr - daş-qaşla bəzənmiş
[154 - 155]
kəmər, papaq və başqa şeylərlə Şirvana yollayır. O, eyni zamanda, Keyqubadın qızına elçi göndərir.
Şirvanşah Kavus elçiləri böyük hörmətlə qarşılayır və öz növbəsində Əşrəfə hədiyyələr göndərir, bacısını isə
ona ərə verməkdən imtina edərək Əşrəfın onları belə bir Şərəfə layiq görməsindən təəccübləndiyini bildirir.
Rədd cavabı alan Əşrəf Şirvana yürüş etmək qərarına gəldi, onun Şirvanşahla münasibətləri kəskinləşdi. Lakin
iş hərbi münaqişə dərəcəsinə gəlib çatmadı. Belə ki, başı Təbrizdəki hadisələrə qarışan Əşrəf öz gücünə bel
bağlaya bilmədi. Bir müddətdən sonra Əşrəf yenidən zəbt etməyə cəhd göstərdi. Lakin Şirvanşah Kavusun
müqavimətinə rast gələrək onunla sülh bağlamağa məcbur oldu. H.748 (1347/8)-ci ilin qışında Şirvan dövlətinin
güclənməsindən narahat, olan Əşrəf Şirvanı zəbt etmək məqsədilə vəziri Əbdülheyin və başqa əmirlərin
başçılığı ilə Şirvanşaha qarşı boyük qoşun göndərdi, özü ısə Qarabağa yollandı. Müqavimət göstərməyə imkanı
olmayan Keyqubad və Kavus möhkəmləndirilmiş qalalardan birinə çəkildilər. Əşrəfin qoşunları ölkəni dağıdıb,
əhalini qarət edərək geri
qayıtdı.Lakin Əşrəf Keyqubadı və Kavusu tabe edə bilrnədi. Bu hadisələrdən sonra
mənbələrdə Keyqubadın adı çəkilmir ki, o, h.748 (1347/8) və 758 (1356/7)-ci illər arasında ölmüşdür.
Keyqubad, ehtimal ki, Bakıda yaşayırdı. Şirvanşahlar sarayında sonralar yanında Seyid Yəhyanın türbəsi
tikilmiş Keyqubad məscidi (1918-ci ildə yanmışdır) onıın adı ilə bağlıdır. Məscidin xarabaları son vaxtlara
qədər qalırdı.
H.758 (1356/7)-ci ildə Kavus başqa Azərbaycan feodalları ilə birlikdə qəddar müstəbid Əşrəflə
mübarizə məqsədilə Qızıl Orda xanı Canı bəyin yanına elçilər göndərərək onu köməyə çağırdı. Canı bəy
şeyxlərin təkidilə böyük qüvvə ilə Dərbənd və Şirvandan keçərək Azərbaycana, Çobani Əşrəfın üstünə yürüş
etdi. Şirvanşah Kavus və yerli feodallar da öz qoşunları ilə ona qoşuldular. Cam bəy Əşrəfin qoşunlarını məğlub
edərək Təbrizə daxil oldıı və Azərbaycanı tutdu. Əşrəf əsir alındı və Kavusun təkidilə h.758 (1356/7)-ci ildə
edam olundu.
236
Şirvanşah Kavus oğlu Nödərlə birlikdə əmir Əxicuğun başçılıq etdiyi Əşrəfı feodalları ilə də
vuruşmuşdur. Bu mübarizədə Kavus Arran və Qarabağın yerli hakimləri ilə əlbir idi. Müttəfıqlərlə Əşrəfin
qoşunları arasında vuruşma Muğandakı Yeniçay yaxınlığında baş verdi. Kavus qələbə çalaraq Qarabağa gəldi.
Əxicuq bütün Əşrəfilərlə Arrana yollandı. Onlar Araz çayının kənarında rastlaşdılar. Burada baş verən
vuruşmadan sonra Araz üzərindəki körpüdə sülh müqaviləsi bağlandı. Kavus Şirvana qayıtdı. Əxicuq isə
Qarabağa daxil oldu. Bu hadisələrdən sonra Şirvan-şahın müstəqilliyinin və hakimiyyətinin möhkəmlənməsi,
habelə ölkədə hərbi əməliyyatların dayandırılması Şirvanda təsərrüfat həyatının dirçəlməsinə əlverişli zəmin
yaratdı. Bu arada Şirvanşahın qüdrəti xeyli artdı. Həmin dövrdə köçəri əmirləri arasında Cənubı Azərbaycanda
hakimiyyət uğrunda mübarizə ərəb İraqının hökmdarı Həsən Bazarqun oğlu Cəlairi sultan Üveysin (1356-1374)
Azərbaycanı zəbt etməsi ilə nəticələndi. Cənubi Azərbaycanda möhkəmlənən sultan Üveys Arranı, Naxçıvanı və
digər vilayətlə
öz hakimiyyətinə tabe etdirdi. O, Şirvanı da tutmağa cəhd göstərirdi.
237
Yəqin ki, bu vaxt Kavus
formal surətdə özünün Üveysin
vassalı olmasını qəbul etmişdi. Bunu Şirvanşahın Üveysin adı ilə Şirvan
şəhərlərində - h.762 (1360/l)-ci ildə Bakuya, Şəbəran və Güştəsbidə, h.764 (1362/3)-cü ildə isə Bakuya və
Şəbəranda kəsdirdiyi
[155 - 156]
anonim gümüş sikkələr də təsdiqləyir. Ə. Ə. Əlizadənin “Şirvanşah Kavus
Dostları ilə paylaş: |