79
II FƏRRUXZAD İBN II AXSİTAN
Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin Şirvan üzərində hakimiyyəti gücləndi.
Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı.
Onlar münbit
torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri
feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter
daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl
Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi. Hülakü xan 1265-ci ildə öldükdən sonra onun
oğlu və varisi Abaqa xanın (1265-1282-ci illər) zamanında Qızıl Orda xanları dəfələrlə Dərbənd keçidindən
Şirvana soxulmuşdular. Abaqa xan Cucilərin hücumundan qorunmaq üçün Kür çayı boyunca bir sıra sədlər və
istehkamlar tikdirmişdi.
189
Şair Nizari h.679-cu ildə (1281-ci ilin əvvəlində) Kuhistandan Qafqaza xidməti səfəri zamanı karvan
yollarında çoxlu monqol qoşununun toplandığını müşahidə etmişdi. Saray şəhərindən Bakıya gələrkən yol, on
gün ərzində Arran hakimi, Abaqa xanın qardaşı Menqu-Timurun üstünə gedən monqol qoşunları tərəfindən
kəsilmişdi. Abaqa xan dəfələrlə Dərbənd keçidi vasitəsilə şimaldan Şirvana soxulan Qızıl Orda xanlarına qarşı
yürüş etmişdi.
Şanlı şah (Abaqa – S. A. )
Dərbəndə yollandı.
Arranın vadiləri türk ordusu ilə dolu idi.
Qoşunlar az qala bir aya Kürü keçdilər.
O taydan isə Dərbəndə birhəftəlik yoldur.
Ordu Terek çayının ətrafına toplandı,
Menqu-Timurla vuruşmaq üçün.
Lakin ilin son fəsli (qış) və yol uzaq idi.
Hər yanda nizə yarası,
Qar və şaxta. Onlar gözləməyə məcbur oldular.
190
Nizarinin 1281-ci ilin əvvəlindəki şahidliyi Qızıl Orda xanlarının Şirvan ərazisində Elxanilərə qarşı
hərbi əməliyyatlarının davam etdiyini göstərir. Nizari Bakıya - son
[147 - 148]
səfərinin son məntəqəsinə cətinliklə
gəlib çatır. Şəhər
ona kiçik, səliqəsiz və xoşagəlməz görünür. Hərbi əməliyyatlar Şirvanın şəhərlərinin və
əhalisinin güzəranına ağır təsir göstərirdi. Lakin Şirvanşahın vəziyyətinin ağırlığına və monqollardan vassal
asılılığının güclənməsinə baxmayaraq, Şirvanşahlar dövləti yaşayırdı. Nizari Bakıya gələrkən Şirvanın hakimi
adı bir neçə kitabədə çəkilən II Fərruxzad idi. XIII əsrin ikinci yarısından Şirvanşahların sikkəsi ya kəsilməmiş,
yaxud hələ aşkar edilməmişdir. II Axsitandan sonra gələn Şirvanşahlar haqqında yalnız epiqrafık mənbələrdən
məlumat ala bilirik. II Axsitanın varisi xanəgahdakı kitabələrdən birində adı çəkilən oğlu II Fərruxzad
olmuşdur. Məscidin mehrabındakı kitabədə deyilir: "Əs-sultan əl-azim Əbu-1-Fəth Fərruxzad ibn Axsitan ibn
Fəribürz ibn Gərşəsf Nasir əmir əl-möminin, xəms [və] sittin [və sittəmiə], tarix h.665 (1266/7)-ci il.
191
Bu
kitabə Şirvanşahın şəcərəsini dəqiq müəyyənləşdirir və onun hakimiyyət illərindən birini göstərir.
Y. A. Paxomovun haqlı olaraq qeyd etdiyi kimi "Bağdad Xilafətinin süqutundan" və 1258-ci ildə sonuncu
Abbasi xəlifəsi Müstəsimin olunmasından sonra "möminlər əmirinin köməkçisi"
titulunun işlədilməsi
anlaşılmır".
192
Lakin ola bilər ki, sünni olan Şirvanşahlar Abbasi xəlifələrini tanınmış, yaxud əvvəllər
mənimsənilmiş bu titul, ənənəvi olaraq, real həqiqətə uyğun gəlmədən işlədilmişdir. Bakıdan 5-6 km aralı köhnə
Bibiheybət məscidinin divarındakı digər kitabə XIII əsrin ikinci yarısına aiddir. Həmin kitabədən
A. Bakıxanov,
193
İ. P. Berezin,
194
B. Dorn,
195
N. O. Xanıkov
196
bəhs etmişlər. Xanıkov məsciddəki II Fərruxzad
ibn II Axsitan ibn III Fəribürzün adı çəkilən kitabədən danışarkən onun tarixini h.680 (1281-1282)-ci il
müəyyən edir. Kitabənin Xanıkov
197
, Dorn, Berezin və Paxomov
198
tərəfindən dərc olunmuş dörd variantı
əsasında onun mətnini aşağıdakı şəkildə təqdim edirik: “Əmir,
bina hazəl məscid əl-məlik əl-müəzzəm, əs-
Sultan, əl-əzim, Nəsr
əd-dövlə və-d-Din Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz Nasir əmir əl-möminin
xələz-Allahi məlikə və-d-dövlətə fi-t-tarix sanətə...səmanin..." (Bu məscidi tikməyi əzəmətli məlik, böyük
sultan,
dövlətin və dinin qoruyucusu, möminlər
əmirinin köməkçisi Əbü-1-Fəth Fərruxzad ibn Axsitan, ibn
Fəribürz, Allah onun hakimiyyətini ucaltsın... səksəninci il tarixdə (1281/2-ci il) əmr etdi). Bu kitabənin mətni
xanəgah məscidinin mehrabındakı kitabənin yuxarıda gətirilən mətninin, demək olar ki eynidir və ondan
təqribən on beş il sonraya aid edilir. Bakıxanovun fikrincə, Fərruxzadın adı məsciddə, Şirvanşahın onu bərpa
etdirməsi münasibətilə təsbit olunmuşdur.
199
Yuxarıda gətirilən kitabələrə əsasən belə hesab etmək olar ki,
Şirvanşah II Fərruxzad ibn II Axsitan Elxanilər Hülakü xan və Abaqa xan zamanında h.658 (18.XII.1259-
5.XIL1260)-cı ildən h.681 (1282/3)-ci ilədək hakimiyyət sürmüşdür.
Ola bilsin ki, Fərruxzad yaxşı müdafiə
olunan Bakı qalasında yaşamışdır.
III AXSİTAN İBN II FƏRRUXZAD
80
XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, görünür,
Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və
Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı
[148 - 149]
Güştəsbiyə köçürən Şirvanşah
Axsitan barəsində bəzı məlumatlar verilir. Təvəkkül ibn Bəzzaz Axsitanı Şirvanşah və Güştəsbinin hökmdarı
adlandırır ki, bu da Şirvanşahın tabeliyində olan ərazinin kiçildiyini göstərir. Şirvanşahın monqol işğalçılarından
asılılığı həmin mənbədə söylənilən aşağıdakı epizoddan da görünür. Axsitanın Siamərk adlı oğlu var idi. Bir
dəfə Siamərk xanın iqamətgahına getdi. Atası Axsitan tərəfındən xan qarşısında üstünə şər atılan Siamərk saraya
çatarkən Arqunun əmri ilə onu həbs qara ölüm demək olan qara mahuda bükdülər və təpiklə öldürdülər.
200
Monqollar xoşları gəlməyən vassallarına, hakimiyyətdə olan hökmdar ailəsi üzvləri olmasına baxmayaraq,
divan tuturdular.Məlumdur ki, Abaqanın oğlu və Hülakü xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək
hökmranlıq etmşisdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür
201
Beləliklə, II Axsitan
Arqunun vaxtında Şirvanda hökmranlıq edə bilməzdi. Ehtimal ki, sohbət II Fərruxzadın oğlu III Axsitandan
gedir. Bunu, Tovəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir.
Onun dediyinə görə, Səfəvilər
sülaləsinin banisi şeyx Səyfı əd-Dinlə [d.h.650 (1252/3)-h.735 (1334/5)] qohum olmaq istəyən Şirvanşah
Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb, cehiz olaraq 14.000 dinar və gəliri bir neçə min taqar düyü
olan suvarma kanalı verməyi vəd etmişdir. Səfı əd-Din bunun cavabında demişdir. "Mən buna nə deyə bilərəm?
Şirvanşah hökmdardır, mən isə adicə dərvişəm". Əgər Şirvanşah II Axsitan 1260-cı ildə öldürülmüşdüsə, onda
bu vaxt şeyxin 7-8-dən çox yaşı olmazdı və Səfı əd-Din bu yaşda şeyx ola bilməz və Şirvanşahın qızına evlənə
bilməzdi. Beləliklə ehtimal etmək olar ki, II Fərruxzaddan sonra təqribən 1283-cü ildən 1294-cü ilədək onun
oğlu III Axsitan hakimiyyət sürmüşdür. Bu, Təvəkkül ibn Bəzzazın Güştəsbi əhalisinin və Şirvanşahın özünün
tezliklə müqəddəs şeyxlərin və zəvvarların yığıncaq yerinə çevrilən ibadətxana tikdirdikləri şeyx Zahidə
Axsitanın böyük ehtiram bəsləməsi fıkri ilə ziddiyyətə girmir. Onun "möcüzələri"
haqda şayiələr hər tərəfə
yayılır və bir çox hakimlər, əyanlar, habelə kəndlilər və sənətkarlar açıq şəkildə onun müridləri və şagirdləri
olurlar. Şirvanşah Axsitan rəiyyətinin əksəriyyətinin şeyx Zahidin [d.h.615 (1218/9 - ö.h.700 (1300/l)-cü il]
ardıcılı olub ibadətə uyduqların;, təsərrüfatı, tarlaların becərilməsini başlı-başına buraxdıqlarını - bu isə dövlətin
rifahına mənfi
təsir göstərirdi - gördükdə müridləri suya atıb boğdurmaq, ibadətgahı isə dağıtmaqla hədələyir.
III Axsitan 1283-1294-cü illər arasında hakimiyyət sürmüşdür. Bu vaxt şeyx Zahidin 65-76 yaşı var idi ki, bu da
həqiqətə uyğundur. Həmin mənbədə Şirvanşah Axsitanın
Güştəsbidə ruhi xəstəlikdən öldüyü də xəbər verilir.
202
Axsitanın isə 1260-cı ildə Hülakü xan tərəfındən öldürüldüyü məlumdur. Beləliklə, güman etmək olar ki,
Şirvanda Fərruxzaddan sonra 1283-cü ildən 1294-cü ilə qədər onun oğlu hakimiyyət illəri
Abaqa xanın oğlu
Arqunun səltənət dövrünə (1284-1291-ci illər) müvafıq gələn III Axsitan hökmranlıq edə bilərdi.
III Axsitanın h.700 (1300/1 )-cü ilə qədər yaşayan şeyx Zahidin sağlığında öldüyü məlumdur. Dornun
xanəgahda oxuduğu və 693-cü il rəcəb ayına/iyun, 1294-cü ilə aid kitabədə "məlik Keykavus ibn Axsitanın" adı
çəkilir.
203
Deməli, III Axsitan h.682 (1283)-ci
[149 - 150]
ildən h.693 (1294) - cü ilədək hakimiyyət sürmüşdür.
1294-cü ildə isə hakimiyyətə oğlu məlik I Keykavus ibn III Axsitan gəlmişdir.
I KEYKAVUS İBN III AXSİTAN
III Axsitanın ölümündən
sonra Şirvanda ehtimal ki, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq
etmişdir. Dorn özünün yol qeydlərində xanəgahdakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adlarını
çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb (?) ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin
məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir".
204
Minarənin şərq tərəfindəki bu
ikisətirlik kitabəni oxuyan Ə. Ə. Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı
çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər
əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, quds
ül-Allahi rühə".
"Allahın adı ilə. Adil şah Keykavus (Allah onun ədalətini daha da artırsın) zamanında pir Şirvanının
şeyxi Pirhüseyn xanəgahında (Allah onun rulıunu müqəddəsləşdirsin) bu minarənin tikilməsini... "İkinci sətir bir
neçə söz istisna olmaqla tam oxunmamışdır".
205
Beləliklə, bu kitabə Dornun hakimiyyət illərindən birini, ehtimal
ki, başlanğıcını - 1294-cü il müəyyənləşdirdiyi Şirvanşahın adının, onun
fərz etdiyi kimi, Güştəsb ibn Axsitan
deyil, Keykavus ibn Axsitan olduğunu dəqiq sübuta yetirir. V. M. Sısoyev xanəgahda olarkən bu kitabəyə
diqqət yetirmiş, lakin onun məzmununu verməmişdir: "Minarənin səkkizüzlü hissəsinin cənub-qərb üzündə də
Şeyx Pirhüseynin adı çəkilən 2 sətirdən ibarət kiçik (lx
1
/
2
arşın) kitabə vardır".
206
Bu Şirvanşah haqqında hələlik
başqa məlumatımız yoxdur. Beləliklə, Şirvanşah Keykavus h.693-cü ilin rəcəb (iyul, 1294) hakimiyyətdə
olmuşdur. Lakin onun hökmranlığının nə vaxt başlanıb, nə vaxt qurtardığı hələlik məlum deyil. Onun sonunu
yeni məlumatlar əldə edilənədək, təxmini olaraq h 717 (1317/8)-ci il hesab edirik. Y. Zambaur və
V. V. Bartoldun tərtib etdikləri şəcərəyə görə, həmin vaxtdan Şirvanşah Keyqubad ibn Fərruxzadın
hakimiyyəti
başlanır.
207
Keykavusun hakimiyyət dövrü 1294-cü il Arqunun oğlu Keyxatu xanın hakimiyyətinin sonuna
(1291-1295-ci illər) təsadüf edir. Bu dövrdə Elxanilər dövləti iqtisadi tənəzzül keçirirdi. Xəzinə boşalmış, qızıl