Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   62   63   64   65   66   67   68   69   ...   147

76 
 
Fəribürz öz sərkərdələrini toplayaraq vəziyyəti onlara izah etdi və dedi: "Ola bilsin ki, bizi mühasirəyə alan 
gürcülər qalib gəlsinlər və o zaman atam heç birimizi sağ qoymayacaqdır, gürcülər isə ölkənin yarısını, bəlkə də 
hamısını tutacaqlar. Bu isə  dəhşətli olacaqdır. Biz onlara qarşı bir dəstə ilə  çıxmalı  və onları birinci olaraq 
qarşılamalıyıq. Əgər biz qələbə qazansaq, Allaha çox şükür, onlar qalib gəlsələr, 
[141 - 142] 
o zaman (xilas yolu) 
mühasirədədir". Qoşun başçıları bununla razılaşdılar və III Fəribürz min nəfərə yaxın kiçik bir süvari dəstəsinin 
başında gürcülərin üçminlik qoşununun qabağına çıxdı, döyüşdə qalib gələrək onları darmadağın etdi. Qaçmağa 
başlayan gürcülərin bir çoxu öldürüldü və  əsir alındı. Çox az adam, o cümlədən devrilmiş  Şirvanşah canını 
qurtara bildi və olduqca pis vəziyyətdə Gürcüstana qayıtdı. Gürcülərin nümayəndələri Gərşəsbə onların ölkəsini 
tərk etməyi təklif etdilər. "Sənin ucbatından biz heç nə əldə edə bilmədik". Lakin biz səni qınamırıq, ancaq daha 
bizim 
 
ölkəmizdə qalma". Gərşəsb Gürcüstanı  tərk etdi, lakin uzun müddət sığınacaq tapa bilmədi. Bu 
hadisələrdən sonra III Fəribürz
 
Şirvanda hakimiyyəti möhkəmləndi. O, ədalətli hökmdar idi, “qoşun və rəiyyətlə 
yaxşı  rəftar edirdi, camaatın torpağını  və zorakarlıqlara  əlindən alınmış pulların özlərinə qaytardı  və onlara 
şahın hakimiyyəti sayəsində xoşbəxt həyat sürdülər". Bəhs edilən hadisələrdən azacıq sonra, 1225-ci ildə, 
xarəzmşah Cəlal  əd-Din Məngburni böyük ordu ilə Zaqafqaziya ölkələrinə soxuldu. O yetmiş minlik gürcü 
ordusunu darmadağın edərək, qaçmağa məcbur etdi və ölkələrini viran qoydu. Sonra o, Azərbaycanı və Gəncəni  
zəbt etdi.
166
  Hələ I Axsitan dövründən Xarəzmşahların artmaqda olan qüdrətini görən  Şirvanşahlar onlarla 
dostluq münasibət yaratmağa çalışırdılar. Cəlal  əd-Dinin atası  Əlaəddin Məhəmmədin (1200-1220) Şirvana 
hücumundan qorxuya düşən I Gərşəsb ta Dərbəndə  qədər  Şirvan  şəhərlərinin məscidlərində sultanın  şərəfinə 
xütbə oxunmasını  əmr etmişdi.
167
  Ən-Nəsəvinin məlumatına görə sultan (Cəlal  əd-Din) h.622 (1225)-ci ildə 
Arranı ələ keçirdikdən sonra Şirvanşah Fəribürz ibn Gərşəsbə (mətndə, səhvən, Əftidun ibn Fəribürz getmişdir. 
Ehtimal ki, ən-Nəsəvi III Fəribürz əvəzinə onun Şəki və Qəbələ hakimi olan oğlu Əfridunun adını çəkmişdir) 
məktub göndərərək, Məlik şahın xəzinəsi üçün ayrılmış xəracı tələb etmişdi. Lakin Şirvanşah öz dövlətinin ağır 
vəziyyətdə olduğunu, ölkəsinin böyük bir hissəsinin, məsələn,  Şəki və  Qəbələnin onun nəzarəti altından 
çıxdığını bəhanə gətirdi. Həm də, gürcülər ölkənin ucqarlarını zəbt etmişdilər. "Bu məsələ barəsində onlar, bir-
birinə elçi göndərməkdə davam etdilər və nəhayət, hər il Cəlal əd-Dinin xəzinəsinə əlli min dinar verilməsinə 
razılaşdılar".
168
 Xarəzmşah Gürcüstana soxulduqdan sonra "gürcülərin bir neçə il ondan əvvəl, hələ güclü 
olarkən  Şirvanşahın  əlindən tutub aldıqları  Şirvan  şəhərlərini - Şəki və  Qəbələni geri qaytardı  və  həmin 
şəhərlərə hakimlər təyin etdi. Xarəzmşahın Beyləqana və Muğana ikta şəklində sahib olan vəziri Şərəf əl-Mülk 
ixtiyarında olan vilayətləri çapıb-talayır, türkmənlərin mal-qarasını qovub aparır, həmin yerlərin bütün 
gəlirlərini mənimsəyirdi.  Şərəf  əl-Mülk 1227-ci ildə Muğanda olarkən III Fəribürzdən  Şirvanşahın sultanın 
xəzinəsinə verməyi öhdəsinə götürdüyü 50 min dinarı tələb etdi. Lakin vəzirin pulu mənimsəmək istəməsindən 
şübhələnən  Şirvanşah pulu verməkdən imtina etdi. Onda Şirvanşahı  cəzalandırmaq qərarına vəzir  Şirvana 
soxulmaq məqsədilə dörd min süvari ilə Kürün sahillərinə yaxınlaşdı. Lakin Şirvanşah Şirvanı tərk etdi və Şərəf 
əl-Mülkün ekspedisiyası bir nəticə vermədi. Bundan sonra vəzir Ara keçərək Şirvanşaha məxsus olan Güştəsbi 
vilayətini tutdu. Şirvanşahın amillərini (vergi yığanlarını) oradan qovdu və vilayət

200 min dinara icarəyə 
(daman) verdi. 
[142 - 143]
 Şərəf əl-Mülkün bu hərəkət Fəribürzü Güştəsbi vilayətinin gəlirindən məhrum etdi. 
Güştəsbi vilayəti Kür və Araz çayları arasında yerləşirdi və ora ancaq gəmi ilə getmək olardı.
169
  
Xarozmşah Cəlal  əd-Din Tiflisi aldıqdan sonra Gərşəsbin oğlu Cəlal  əd-Din Sultanşahı  əsirlikdən 
qurtarıb özü ilə
 
apardı və Muğana qayıtdıqdan sonra Güştəsbi vilayətini iqta
 
şəklində ona verib həmin vilayətin 
sahibi etdi. Nəsəvi yazır; “Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... 
Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək 
səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi. Sonra onu atas;ndan qalan mirasın bir hissəsinin - 
Güştəsbinin hakimi təyin etdi...” Nəsəvi Cəlal əd-Din Sultanşahı yetim adlandırır ki, bu da onun Rəşid, yaxud 
Fəribürzün deyil, Gərşəsbin oğlu olduğunu göstərir, Xarəzmşah Soltanşahı  əsirlikdən Tiflisi aldıqdan sonra, 
h.623-cü il rəbiüləvvəl ayının 8-də (9 mart 1226), Gərşəsb artıq həyatda olmadığı vaxt azad etmişdi. Bu vaxt 
Xarəzmşahın  Şirvana soxulacağından qorxuya düşən III Fəribürz “Sultanın xalçasına ayaq basmasının onun 
üçün  şərəf sayılacağını, taleyin dönüklüyündən qoruyacağını, qara gün üçün ehtiyat alacağını” fıkirləşərək 
sultanın qərərgahına gəldi. Şirvanşah sultana 500, vəzir Şərəf əl-Mülkə isə 50 türk atı hədiyyə verdi. Bəxşişin 
azlığından narazı qalan vəzır sultana Şirvanşahı həbs etməyi və ölkəsini sultanın onunla qonşu olan torpaqlarına 
birləşdirməyi məsləhət gördü. Lakin sultan vəzırınin məsləhətinə rəğmən Şirvanşaha fəxri geyim bağışladı və 
ona “hakimliyinin təsdiq olunması  və (xəzinə üçün) nəzərdə tutulan
 
məbləğin iyirmi min dinar azaldılması” 
barədə fərman (tauki) verilməsini əmr etdi. Şirvanşah da fərmanın tərtibinə görə vəzirə min
 
dinar bağışladı.
170
 
Beləliklə, Şirvanşah öz müstəqilliyini, ölkəsini 
 
isə dağıntıdan və müharibədən qoruyub saxlaya bildi. 
III Fəribürzün hakimiyyəti dövründə, h.629 (1231/2)-cu ildə
 
ölkə ikinci dəfə 8 il ərzində Qafqaz 
ölkələrini, o cümlədən  Şirvanı 
 
işğal etmiş monqolların hücumuna məruz qaldı. Numizmatık və epiqrafik 
məlumatlar ölkənin monqol işğal dövründə Şirvanşahın real vəziyyətini əks etdirir. III Fəribürzün də, atası kimi, 
bir neçə sikkəsi qalmışdır. Onlardan ən qədimi h.622 (1225)-ci ilə aiddir. Onların bir tərəfındə  "əl-məlik  əl-
müəzzəm Fəribürz ibn Gərşəsb, Fərruxzad ibn Mənuçöhr", digər tərəfdən isə həmişəki kimi din rəmzi və xəlifə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə