75
görə Şirvanın paytaxtı Şamaxının hakimi “Dərbənd əmirinin qardaşı – Şirvanşah” idi.
161
XI əsr
mənbələri yerli
Haşimilər sülaləsindən olan əmirlər tərəfındən idarə olunan bu müstəqil şəhər-dövlətə sahiblik iddialarından əl
çəkməyən Şirvanşahların Dərbəndi zəbt etdiklərini xəbər verirlər. Mənbələr və numizmatik dəlillər XI əsrin
üçüncü rübündə Dərbəndin Şirvanşahlar dövlətinin tərkibinə daxil edildiyini təsdiqləyirlər. XII əsrin
əvvəllərində Dərbəndi öz müstəqilliklərini yüz ilə yaxın qoruyub saxlamış yerli ərəb nəslindən olan Suləmi
əmirləri idarə edirdilər. Şirvanşahların Dərbəndi ələ keçirmək üçün göstərdikləri bir neçə cəhd uğursuzluqla
qurtarmışdı.
l62
Dərbənd əmirliyinə yalnız 1239-cu ildə Dərbənd və bütün ölkə monqollar tərəfindən istila
edildikdən sonra son qoyuldu. İbn əl-Əsirin adını çəkdiyi Şirvansah Rəşid görünür Şirvanşahlar
sülaləsinə
mənsub Dərbənd maliki olmuşdur. Yuxarıda göstərildiyi kimi, Axsitan Dərbənd əmiri Müzəffər ibn
Məhəmmədin qızına və Bəybars ibn Müzəffərin bacısına evlənmişdi. Ehtimal ki, Rəşid və Dərbənd əmiri ilə
qohumluqdan dolayı I Gərşəsbin qardaşı olmuşdur.
Yuxarıda deyilənlərdən aydın olur ki, qıpçaqlar Dərbəndə yaxınlaşarkən onun hakimi Şirvanşah
Gərşəsbin qardaşı Rəşid idi. Qıpçaqlar ona aşağıdakı sözlərlə müraciət etdilər: "Tatarlar ölkəmizi tutub,
əmlakımızı qarət
etmişlər, Biz sənin ölkəndə yaşamağa gəlmişik. Biz sənin qulunuq, sənin üçün vilayətlər fəth
edəcəyik və sən bizim sultanımızsan". Lakin Rəşid razılıq vermədi və onların xahişini rədd etdi. Qıpçaqlar
həmin xahişlə yenidən onun yanına elçi gondərdilər. Onların müsəlman olan başçılarından biri tərəfindən
Dərbəndi hiylə yolu ilə tutmaq niyyətində olan qıpçaqların məkrindən xəbərdar edilən Rəşid həmin başçıya
qoşun və silah verməyə razı oldu. Bu başçı qıpçaqların üzərinə yeridi, bir neçə dəfə hücum edərək onların bir
hissəsini qırdı və qarət etdi. Lakin qipçaqlar hiylə ilə Rəşidi aldadıb Dərbəndə girdilər, onu həbs edib bütün
ölkəni ələ keçirmək istədilər. Lakin Rəşid qalanın gizli qapısından Şirvana qaçdı. Qıpçaqlar qaladakı bütün
silahları və Rəşidın
əmlakını götürüb Dərbəndi
tərk etdilər, sonra isə vaxtilə gürcüləri əlində olan Qəbələyə tərəf
yönəldilər və onu mühasirəyə aldılar-Bundan xəbər tutan Rəşid Dərbəndə qayıtdı, qalanı ələ keçirərək
orada
qalmış bütün qıpçaqları qırdı. Bütün Qəbələ vilayətini qarət edən qıpçaqlar Gəncəyə doğru hərəkət edərək orda
yerləşdilər. Gürcülərlə döyüşdə məğlubiyyətə uğrayan və onlara qarşı üsyan
qaldıran yerli Gəncə əhalisindən
qorxuya düşən qıpçaqlar Şirvan istiqamətində hərəkət edərək, sonra ləkzlər ölkəsinə əhalisi gürcü,
ləzgi və digər
xalqlarla birləşərək qıpçaqları darmadağın etdi, bir hissəsini qırdı, bir hissəsini isə əsir aldı. İbn əl-Əsrin
sözlərinə görə "qıpçaq əsiri (məmlük) Dərbənd-Şirvanda
ucuz qiymətə satılırdı". Monqollar Beyləqanı
dağıdaraq qarət etdikdən və qıpçaqlar ölkəsinə getdikdən sonra şəhərin canını qurtara bilmiş sakinləri geri
qayıtdılar və şəhərin divarlarını yenidən bərpa etdilər. Lakin bu vaxt, h.619-cu ilin səfər ayında (fevral, 1222)
Beyləqan gürcülərin hücumlarına məruz qaldı. Şəhəri tutarkən adətən, əhalidən müəyyən məbləğdə pul alıb
gedən gürcülər
[140 - 141]
bu dəfə əhalinin üstünə düşərək "tatarların özlərinə etdikləri qətl-
qərar onların başına
gətirdilər".
163
Bu dövrdə çiçəklənən şəhər
və kəndləri viran qoyan, əhalisini qırıb çatan monqolların hücumlan
ilə əlaqədar Şirvanın, Qafqazın və bütünlükdə Yaxın Şərq ölkələrinin ağır siyasi vəziyyəti, gürcülərin və digər
yadelli işğalçıların Şirvana təcavüzkar basqınları, eləcə də Xarəzmşahın hücum təhlükəsi Şirvanşahlar
dövlətinin zəifləməsinə səbəb oldu. Gürcülərin Şirvana arasıkəsilməz təcavüzkar basqınlarının qarşısını almaq
üçün Şirvanşah Gərşəsb "oğlu Cəlal əd-Din Sultanşahı (girov kimi) gürcülərə verdi. Gürcülər isə onu Tamarın
qızı hökmdar Rusudana ilə evləndirmək məqsədilə xaç suyuna saldılar".
164
1225-ci ildə Şirvanı və bütün
Zaqafqaziyanı Xarəzmşah Cəlal əd-Din Məngburninin hücum təhlükəsi təhdid etdiyi bir zamanda Şirvanşahlar
dövlətinin daxilində Şirvanşah Gərşəsbin hakimiyyətindən böyük narazılıqlarla bağlı hadisələr baş verirdi.
Şirvanşahın oğlu Fəribürzün başçılığı ilə qalxan üsyan nəticəsində Gərşəsb taxtdan salındı və onun yerinə oğlu
keçdi. İbn əl-Əsir yazır: “H.622 (1225)-ci ildə Şirvanşaha qarşı onun oğlu üsyan qaldırdı, onu məhrum etdi və
ölkədən qovdu, özü şahlıq etməyə başladı.
səbəb bu idi ki, Şirvanşah iyrənc həyat tərzi keçirirdi, çox və
ədalətsiz adam idi. O, [tez-tez] təbəələrinin var-dövlətinə və mülklərinə əl uzadır, həmçinin, deyirlər ki, hətta
qadınlar və oğlan uşaqlarının namusuna təcavüz edirdi. Onun xalqa ümidi çoxalmışdı və ona görə də qoşunun
bir hissəsi onun oğlu ilə əlbir olaraq, atasını ölkədən qovdu”.
165
Beləliklə, Şirvanşah I Gərşəsbin hökmranlığı
h.622(1225)-ci ildə sona çatdı.
III FƏRİBÜRZ İBN I GƏRŞƏSB
I Gərşəsb h.622 (1225)-ci ildə taxtdan salınandan sonra elə hər il Şirvanın hakimi
onun oğlu III Fəribürz
oldu. O, xoş əxlaqi qoşununun və rəiyyətinin məhəbbətini qazandı. Lakin Fəriburz hakimiyyəti dövründə
gürcülərin basqınları, sonra isə Xarəzmşahın hücumu kimi kədərli hadisələr baş vermişdir. Gərşəsb devrildikdən
sonra Fəribürz ona aşağıdakı məzmunda məktub göndərmişdi. "Mən səni qalaların birində saxlamaq, səni və
sənin yanında saxlamağı arzu etdiyini bütün şəxslərə bol təminat təyin etmək istəyirdim. Lakin sənin nalayiq
hərəkətlərin, ölkənin əhalisinə qarşı ədalətsizliyini və onların sənə bəslədiyi nifrət
məni səninlə rəftar etdiyim
kimi davranmağa vadar etdi". Bundan sonra Gərşəsb kömək istəmək üçün gürcülərin yanına getdi. Bu vaxt
Gürcüstanda hökmranlıq edən Rusudana ona yardım göstərdi. Hakimiyyəti özünə qaytarmaq uğurunda oğlu ilə
müharibə aparmaq üçün onu ordu ilə təchiz etdi. Gərşəsb qalib gələrsə, ölkəsinin yarısını gürcülərə verməyi vəd
etdi. O, böyük gürcü ordusu ilə hərəkət edərək Şirvan (ehtimal ki, Şamaxı) şəhərinə yaxınlaşdı. Bu arada