Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   56   57   58   59   60   61   62   63   ...   147

70 
 
ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. O, İraq səlcuqilərinin daha güclü olduğunu görüb, ona 
xərac verir və zərb etdirdiyi sikkələrdə səlcuq sultanlarının da adını çəkirdi. Lakin bu vassallıq formal xarakter 
daşıyırdı və Şirvansahlar XII əsrin ikinci rübündən monqol basqınlarına qədər güclü mərkəzləşdirilmiş dövlətin 
tam səlahiyyətli və müstəqil hökmdarı olmuşlar. Axsitan kimi, sonrakı Şirvanşahlar da öz dövlətlərinin müdafiə 
qabiliyyətinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verirdilər. Mənuçöhr, Axsitan və onların varisləri 
dövründə  Şirvanda,  Şamaxıda, Bakıda və Abşeronda dövrümüzədək gəlib çatmış bir sıra qala, qəsr, divar və 
qala istehkamları tikilmişdir. Hələ  Məzyədilərin  Şirvanın qədim torpaqlarından saydıqları  Dərbəndə  gəlincə, 
Axsitan onu öz nüfuzuna tabe etdirmək məqsədilə gürcü hökmdarı I Demetrinin (1125-1156)
110
 kürəkəni olan 
Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızı və əmir Bəybarsın bacısına evlənmişdi. Beləliklə, I Axsitanın 
arvadı İsmət əd-Din Səfvət əd-Din Səfvət əl-İslam Axsitanın dayısı qızı (anasının qardaşı I Demetrinin qızı) və 
gürcü hökmdarı III Georginin bacısı  qızı (Axsitanın dayısı  oğlu III Georginin bacısı  qızı) idi. Bu nikahla 
Axsitan həm Dərbənd hakimləri, həm də gürcü hökmdar evi ilə qohumluq və müttəfıqlik münasibətləri 
yaratmışdı. Bununla Dərbəndin və Gürcüstanın  Şirvana qarşı daim mövcud olan hücum təhlükəsi aradan 
qaldırıldı, habelə, Axsitanın Dərbənd arxasındakı Dəşt-i Qıpçaq çöllərində və Gürcüstanda yaşayan və Şirvana 
düşmən münasibət bəsləyən qıpçaqlar üzərində nüfuzu möhkəmləndi.  Şirvanşahlarla Eldəgezlər arasındakı 
qarşılıqlı münasibətlərə dair daha sonrakı – XVI əsr mənbələrində məlumat verilir. Həmin mənbələrdə göstərilir 
ki, “Səlcuqi II Toğrulun qardaşı sultan Məsud [h.529-547 ((1134-1152)–ci illər] Atabəy Şəms əd-Din Eldəgəzi 
(h.531-571 -ci illər) qoşıınun bir hissəsi ilə Arrana göndərdi və o, qısa Arran, Gəncə, Sirvan və Bakını 
bütövlükdə  zəbt etdi...”
111 
Lakin Hadi Həsən X. F. Əhmədrozun  əsərinə istinad edərək Eldəgəzin nə vaxtsa 
Şirvanşaha qarşı çıxıb, onun ərazisini
  
tutduğuna şübhə ilə yanaşır. Ehtimal ki, Eldəgəz və sonralar Qızıl Arslan 
Şirvanı həqiqətən tutmuşlar. Lakin bu, Eldəgəzin gürcülər üzərinə məlum hərbi səfərlərində gürcü qoşunlarının 
darmadağın  edərək Qafqaz ölkələrini işğal etdiyi vaxtlar olmuşdur.
112
 Gürcü 
 
hökmdarları o vaxtlar 
Zaqafqaziyanın nüfuzlu və güclü dövlətlərindən olan Şirvan dövləti ilə müttəfiq olmaqda maraqlı idilər ki. Belə 
ki, onlar Şirvanşahların simasında XII əsrdə  dəfələrlə Gürcüstana
 
hücum etmiş  səlcuqilər və Atabəylərlə 
uzunmüddətli mübarizələrində özlərinə istinadgah axtarırdılar. Bu mürəkkəb xarici siyasi
 
vəziyyətdə Axsitan 
dayısı  oğlu və arvadının dayısı olan gürcü hökmdarı III Georgiyə  həlledici yardım göstərdi. “Kartlis 
tsxovreba”da I Axsitanın gürcü hökmdar evi ilə  əlaqələri  əksini tapmışdır. Gürcü salnaməsi xəbər verir ki, 
"Movakanın,  Şirvanın və  Dərbənddən Xalxala qədər dəniz sahilinin hökmdarı Aqsartan (Axsitan – S. A. ) 
Georgiyə 
[131 - 132]
 (1156-1184) oğul münasibəti bəsləyirdi. Çünki o, böyük hökmdar Davidin bu ölkələrə ərə 
verdiyi bibisi Tamarın oğlu idi. Dərbənd xəzərləri bu Şirvanşahı  sıxışdırmağa başlayanda, o, kömək üçün 
hökmdara müraciət etdi, hökmdar Lix dağlarının hər iki tərəfindən qoşun topladı, yunan imperatorunun qardaşı 
Androniki də özü ilə götürüb, Dərbənd qapısından keçərək Müşkür,  Şarabama (Şəbəran  –S. A. .)  mahallarını 
viran etdi və Şaburan (Şəbəran) şəhərini aldı. Hökmdar şəhərin qapıları qarşısında olarkən Andronik onun və 
bütün qoşunun diqqətini cəlb etdi. Georgi şəhəri dayısı oğlu Şirvanşaha verdi.
113
 Bu məlumata görə, Şirvanşah 
Axsitan həmin vaxt Şərqi Gürcüstan sərhəddindəki Xalxala qədər Dərbənd Qafqaz dağlarında yerləşən Qəbələ 
ilə  həmsərhəd olan Mavakan, yaxud Muğan da daxil olmaqla böyük əraziyə sahib idi.
114
 Bu vaxt Bizans 
imperatorunun qardaşı, III Georginin bibisi oğlu və Axsitanın xalası oğlu Andronik Komnen arvadı və uşaqları 
ilə  Şirvanla Gürcüstan sərhəddində qonaq idi.
115
 Onlar Axsitanla birlikdə  Şirvan-Gürcüstan qoşunun başında 
duraraq, rusların və  qıpçaqların  Şirvana basqının dəf olunmasında fəal iştirak etdilər. Gürcü salnaməçisi bu 
müharibədə
 
Axsitanın və  Şirvan qoşununun həlledici rolunun üstündən sükutla keçərək, qələbəni bütövlükdə 
Georginin və Andronikin igidliyi ilə
 
bağlayır. Həmin hadisələr Xaqaninin I Axsitana həsr olunmuş  və
 
onun 
qələbəsini tərənnüm edən üç mədhiyyəsində də əksini tapmışdır. Həmin şeirlərdə Xaqani Volqadan keçib gələn 
rus dəniz basqınından danışaraq deyir ki, onlar 73 gəmi ilə Ruinas (Sarı) adasına yaxınlaşıb, lövbər saldılar, 
sonra Kür çayı ilə üzüyuxarı qalxaraq Ləmbərana gəlib çıxdılar. Eyni vaxtda, qıpçaqlar Dərbəndi ələ keçirdilər 
və  cənubdan irəliləyərək  Şəbəran qalasını tutdular.
116
 Zavallı Axsitan, göründüyü kimi, kömək üçün III 
Georgiyə müraciət etmişdir. Gürcü-Şirvan qoşunları ilə birlikdə  işğalçıları  məğlubiyyətə  uğradaraq  Şirvandan 
qovmuş, donanmalarını isə məhv etmişdilər. Qıpçaqlar da məğlub edildilər. Axsitan Dərbəndi və Şəbəranı geri 
aldı və onlar yenidən Şirvanşahın torpaqlarına daxil oldular.
117 
Həmin mədhiyyələrin birində Xaqanı deyir: 
Böyük xaqanimiz Əbülmüzəffər, 
Zəfərçalanların önündə gedər. 
Xəzran ordusuna qələbə çalmış, 
Boynuna Xizərən kəməndi salmış... 
Göylər qılıncına göstərdi mədəd,  
Fəth oldu əliylə Şəbəran, Dərbənd.
118
 
Şirvana edilən bu basqın Axsitanın hakimiyyət dövrünün mühüm hadisələrindən biri olub, h.570 
(1174/5)-ci ildə baş vermişdir.
119 
Axsitanın gürcü xanədan evi ilə  əlaqələri sonralar da davam etmişdir. 
Xaqaninin Təbrizdən gürcü hökmdarına göndərdiyi məktubdan aydın olur ki, III Georgi h.573 (1177/8)-cü ilin 
əvvəlində Şamaxıda Axsitanın sarayında qonaq olmuş, burada dostluq haqqında müqavilə imzalayıb Gürcüstana 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə