Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə202/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   198   199   200   201   202   203   204   205   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

komment -komen-
tari 
sözü 
şərh 
sözünü uğursuz şəkildə “əvəzləmişdir” 
Ümumiyyətlə, internetin inkişafı ilə, eləcə də sosial şəbəkə-
lər vasitəsilə rabitənin vüsət alması dilimizə çox sayda ingilis 
dilli kompüter texnologiyaları ilə bağlı terminlərin daxil olması-
na səbəb olmuşdur. Azərbaycan dilinin terminologiyasında ingi-
lis dilindən alınmalar işlənmə tezliyinə görə üstünlük təşkil edir. 


388 
Onların böyük qisminin son dövrlərin ictimai-siyasi və iqtisadi 
innovasiyaları sayəsində mənimsənilmiş terminlər təşkil edir. 
Unifikasiyanı alınma terminlərin mənimsənilməsi kimi qiymət-
ləndirən N.Məmmədli bu prosesi sözlərin dilimizin normalarına 
tabe olması hesab etmişdir
1

Terminlərin alınması terminlərin beynəlxalq unifikasiyası 
ilə bağlı hadisədir. Beynəlxalq unifikasiya olunmuş terminlər 
dünyanın müxtəlif dillərində işlənir. Müasir kompüter texnikası 
və texnologiyası, habelə proqramlaşdırma dillərində istifadə olu-
nan terminlərin vahid dil materialı əsasında formalaşdırılması bu 
sahələrin inkişafına da müsbət təsir göstərir. Onlar dilə bir məna 
ilə keçirlər, həmin məna dəyişməz qalır və xüsusi leksikaya qo-
yulan bütün tələblərə cavab verir. Son dövrdə Avropa mənbəli 
alınmaların sayı artmaqdadır. Onların böyük bir qismi dildə fo-
netik, qrammatik, semantik səviyyələrdə mənimsənilmişdir. Be-
ləliklə, alınma terminlər mənimsənilməsi prosesində dilimizin 
normalarına tabe olması və semantik planda diferensiallaşması 
ilə xarakterizə olunur. 
 
 
 
 
 
 


 

1
Məmmədli N. Alınma terminlər. Bakı, Elm, 1997, səh. 230. 




389 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə