Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə2/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   2   3   4   5   6   7   8   9   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

ÖN SÖZ
1
 
Dil cəmiyyətlə bağlı olan ictimai hadisədir. Cəmiyyətdə in-
sanlar arasında ünsiyyətin həyata keçirilməsində əsas vasitə kimi 
çıxış edən dil müxtəlif sosial sferaların təsiri ilə inkişaf edir. So-
sial quruluşun dillə əlaqəsi sosial təbəqələr və onları birləşdirən 
elementlərlə vəhdət yaradır. Peşə, mədəniyyət, adət-ənənə hər 
biri dildə öz silinməz izini buraxır. Lakin bu amillər eyni dilin 
daşıyıcıları arasında ünsiyyət imkanlarını pozmur, onların bir-bi-
rini anlamasına əsaslı şəkildə mane olmur. Cəmiyyətdə gedən 
bütün proseslər, ictimai hadisələr və ətraf mühitin insan təfəkkü-
rünə təsiri dildə öz əksini tapır. Qarşılıqlı əlaqələr genişləndikcə, 
elmi-texniki tərəqqi inkişaf etdikcə fikrin, həmin hadisələrin ifa-
dəsi üçün dildə yeni leksik vahidlərin meydana gəlməsi zərurəti 
yaranır. Ünsiyyət vasitəsi olan dilin bugünkü inkişaf səviyyəsinə 
rekonstruktiv yanaşma təsdiqləyir ki, dilin inkişaf xətti yüksələn 
xətlə gedir. Bu da, təbii ki, cəmiyyətin inkişaf səviyyəsi ilə, icti-
mai-siyasi hadisələrlə, müxtəlifyönlü qlobal dəyişikliklərlə bir-
başa əlaqədardır. Dil ictimai hadisə olduğundan, onun inkişafı 
cəmiyyətin tərəqqisi ilə, xalqın keçdiyi tarixi yolla, ictimai-iqti-
sadi və mədəni inkişafla bağlıdır. Azərbaycan dilinin lüğət tərki-
binin inkişafı əsasən iki istiqamətdə gedir. Bunlardan biri dilin 
lüğət tərkibindən istifadə etmək, ikincisi isə sözlərin alınma pro-
sesidir. Onu da qeyd etmək lazımdır ki, bu prosesdə terminlər - 
dilin xüsusi funksiya daşıyan sözləri mühüm rol oynayır. Ümu-
miyyətlə, dilin leksik sistemi bütövlükdə götürüldükdə iyerarxik 
ardıcıllıqla düzülmüş spesifik səviyyələrə malik müxtəlif sistem-
lərin toplusudur. Bu sistemdə dilin ümumi leksikası, onun mü-
əyyən bir hissəsini təşkil edən xüsusi leksika və bu leksik qatın 
müəyyən bir qismini özündə birləşdirən terminoloji leksika bir-
1
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fon-
dunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF-KETPL-2-
2015-1(25)-56/46/5 



birini tamamlayır. Bu leksikada, qədim kitabə və abidələrimizdə 
xalqımızın etnoqrafiyası, mədəniyyəti, dilin inkişaf səviyyəsi öz 
əksini tapır. Dil situasiyası mühitlə, cəmiyyətlə bağlı reallığı əks 
etdirir, dil siyasəti probleminin nəzəri inkişafını istiqamətləndi-
rir. Ona görə də müxtəlif mərhələ, ictimai-siyasi dövrlərdəki dil 
situasiyası və bu proseslərin dildə təzahürü, izləri ətraflı linqvo-
politoloji tədqiqatla meydana çıxarıla bilər. Dildə söz yaradıcılı-
ğı prosesi birinci növbədə dilin daxili imkanları hesabına inkişaf 
edir. Buna görə də dildə yeni yaranan anlayışların adlandırılma-
sının optimal yolları müəyyənləşdirilməlidir. Çünki cəmiyyətin 
bir çox fəaliyyət sahələrində baş verən dəyişikliklərin dilə birba-
şa təsir dairəsi onun leksik səviyyəsi ilə bağlıdır. Leksikanın ən 
fəal, dəyişən, artan, təkmilləşən və yeniləşən layı olan termino-
loji leksika sosial-iqtisadi inkişaf və elmi-texniki tərəqqi ilə əla-
qədə inkişaf edir. Bu istiqamətdə bir sıra tədqiqat işləri aparılsa 
da, tarixən leksikanın inkişafı, bu inkişafa təsir edən amillərin 
müəyyənləşdirilməsi dilçiliyin aktual problemlərindəndir. Mo-
noqrafiyada dilin leksik qatının zənginləşməsinin nəzəri prob-
lemləri müxtəlif istiqamətlərdə təhlil olunmuşdur. Tədqiqatda 
ədəbi dilin zənginləşməsində qədim abidələrin rolu, orta əsrlərə 
aid tərcümə əsərlərinin, lüğətlərin rolu, söz yaradıcılığı və inki-
şaf meyilləri təhlil edilmişdir. Tərcümə başlıca informasiya vasi-
təsi olmaqla yanaşı, həm də ədəbi dilin lüğət tərkibinin leksik-
semantik potensialını zənginləşdirən mühüm amillərdən biridir. 
Tərcümə dilində işlədilən bir çox leksik vahidlər dilin lüğət tər-
kibinin bir elementi olsa da, çox zaman ümumişlək səciyyə daşı-
mır. Tərcümə ədəbiyyatı vasitəsilə dilin lüğət tərkibinə keçən 
sözlər bilavasitə müxtəlif sahələrdə, bu və ya digər situativ şəra-
itdə işlədilir. Tərcümə ədəbiyyatının təsiri ilə bu və ya digər dil-
də terminoloji səciyyəli söz birləşmələri meydana gəlir. Lakin 
xüsusi leksik vahidlərin bu yolla əmələ gəlməsi normativ xüsu-
siyyət deyildir. Ümumi halda, bir dildə mövcud olan bu və ya 
digər leksik-qrammatik forma başqa dildə motivasiya xüsusiy-



yətinə, yəni semantik əsasa malik deyilsə, onda bunlar həmin di-
lə ya struktur əsasda çevrilir, tərcümə edilir, ya da hazır şəkildə 
daxil olur. Beləliklə, tərcümənin təsiri ilə ikinci dildə də bilava-
sitə orijinal dilin təsiri ilə yeni məzmunlu söz birləşmələri və 
leksik vahidlər əmələ gəlir. Dildə özünəməxsus leksik-semantik 
motivasiya mövcud olduqda isə tərcümə dilinin təsiri ilə yeni 
formaların əmələ gəlməsinə ehtiyac olmur. Bu baxımdan XV-
XVI əsrlərdə dilimizə tərcümə edilmiş əsərlər sadə və anlaşıqlı 
bir dildə – canlı ümumxalq danışıq dilində qələmə alınmışdır. 
Həmin tərcümə örnəklərinin dilində xalq danışıq dilindən gələn 
deyimlərdən, atalar sözlərindən bol-bol istifadə olunmuş və bü-
tövlükdə götürüldükdə türkmənşəli sözlərə üstünlük verilmişdir. 
Qeyd edək ki, orta əsrlərdə “başı” tərkibi ilə düzəlmiş onlarca 
mürəkkəb söz işlənmiş, hətta həmin dövrdə fars dilinə də keç-
mişdir. Məsələn: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə