Sayali sadiqova


yarasın  əlilə sığadı. Tağ çiçəgi anan südilə sənin yarana  məlhəmdir



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə9/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   5   6   7   8   9   10   11   12   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

yarasın
 əlilə sığadı.
Tağ çiçəgi anan südilə sənin yarana 
məlhəmdir
.
Oğlanı 
həkimlərə
 ismarlayıb Dirsə xandan saqladılar.
Qan tamarları
 qaynadı.
Yumru-yumru ağladı, yanıq 
cigərcigini
 tağladı
.
Burada, üzvlər: “xəstə”, “yara” termini işlənsə də (döyüşlə 
bağlı) müalicə və xəstəliklərin növləri haqqında məlumat yox-
dur. Bunu dastanın epos təbiəti ilə izah etmək lazımdır. Çünki 
epos xalqın həyatının ümumi cəhətlərini ifadə edir, onun mədə-
niyyətini mücərrəd şəkildə qavrayır və təqdim edir. Bununla ya-
naşı abidə də professional tibb təfəkkürünün inkişafı var.
“Kitabi-Dədə Qorqud”da musiqi terminləri də işlənmə mə-
qamlarına görə diqqəti cəlb edir. Burada bir xalqın toy-düyünün-
də çalınan musiqi və onun alətləri, bir də xalqı döyüşə çağıran, 
yaxud döyüşü müşahidə edən musiqidən danışılır. Onu da qeyd 
etmək lazımdır ki, dastanda işlənən musiqi terminoloji sistemi 
onun mühafizə etdiyi musiqi təfəkküründən geri qalır. Məsələn: 
Gümbür-gümbür nəqarələr dögüldü. Burması altun tuc borular 
çalındı. Mənə ozan, nerəyə gedirsən? Ozan aydır: Bəg yigit, dü-
günə gedirəm. Surnaçılar qavdı, nəqaraçılar qovdı. Xanım məq-
sudum oldur ki, ərə varan qız qalqa oynaya, mən qopuz çalam. 
Gümbür-gümbür tavullar degilmədi
. Eposda döyüşün başlanma-
sını bildirmək üçün ən çox musiqidən istifadə olunmuşdur. Das-
tanda xalq mənəviyyatının, onun ilkin musiqi təxəyyülünün əsas 
atributu qopuzla müşayiət edilmişdir. S.Mehdiyeva yazır: “Qo-
puz” musiqi termini Azərbaycan yazılı abidələrində, xüsusən 
folklor abidəmiz “Kitabi-Dədə Qorqud” dastanında daha inten-
sivdir.”
1
O da qeyd edilir ki, türk xalqlarında qopuzdan musiqi 
aləti kimi istifadə etməklə yanaşı bu alətə xüsusi hörmət və ehti-
ram olmuşdur. Həmin müqəddəs münasibət “Dədə Qorqud” das-
tanında da izlərini saxlayır. 
1
Mehdiyeva S. Folklor abidələrinin linqvopoetik tədqiqi. Bakı, “Elm”, 2003, 
səh.89.


27 
Geniş söz ehtiyatına, dərin həssaslığa malik bir xalq eyni 
zamanda ədəbiyyatla bağlı anlayışları da yaratmışdır. Dastanda 
bu anlayışlar az olsa da işlənmişdir. Belə ki, “Kitabi-Dədə Qor-
qud” dastanlarında ədəbiyyatla bağlı “hekayət”, “boy”, “soy”, 
“oğuznamə”, “alqış”, “qarğış”, “söyləmə” anlayışları öz əksini 
tapmışdır. S.Quliyeva yazır: Qeyd etmək lazımdır ki “Kitabi-
Dədə Qorqud”da işlənmiş ədəbiyyatşünaslıq terminləri əsasən 
folklorşünaslıqla bağlı terminlər olub hər biri Azərbaycan mən-
şəlidir”.
1
Dastanda ən çox işlənən saylardır. Saylar isə riyazi termino-
logiyanın formalaşmasında əsasdır. Demək olar ki, dastanda 
sayların əksəriyyəti işlənmişdir. Məsələn,
Bir yıl də gəlməzsən, iki yıl baqam, 
İki yıl də gəlməzsən, üç-dörd yıl baqam, 
Dörd yıl da gəlməzsən, beş il, altı il baqam

Sayların əmələ gəlməsində sıra say şəkilçilərindən -ıcı/inci, 
ı/si, ər iştirak edir: üçüncü, biri, ikisi, birər; “Kitabi -Dədə Qor-
qud” dastanlarında yüz sayının işlənməsi də maraqlıdır. “Yüz” 
anlayışını ifadə etmək üçün “yüz” sayı ilə yanaşı “üç otuz on” 
da işlənir. Məsələn, 
Gerçəklərin üç otuzu on yaşını doldursa 
yeg.
Dastanda riyazi anlayışları ifadə edən ölçü vahidlər də iş-
lənməsinə görə diqqəti cəlb edir. Məsələn,
Hər atanda on iki 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə