Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə6/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   2   3   4   5   6   7   8   9   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

yel
əsdi, 
yağmur 
yağdı, bunu (
tufan
mənasında) qopdu. Kafəri qamış kimi od oluban yandırayım. 
Atlu baxub onun balçığına qunlar döşədim. Göründüyü kimi ter-
min yaradıcılığı prosesində türk dili fəal iştirak etmişdir. Təbiət 
leksikasını tədqiq etdikdə aydın olur ki, coğrafi terminologiya-
nın əsasını məhz azərbaycanca yaxud qədim dillərdən türkləşmiş 
vahidlər təşkil edir. Dastanın Azərbaycan mühiti ilə bağlılığı tə-
biət leksikasında daha açıq şəkildə görünür. Belə ki, ictimai qu-
ruluş, məişət həyatı dəyişir, təbiət isə natural mövcudluğunu qo-
ruyur. Bununla bağlı 
ala dağ, dağ ətəyi, qala dağ, qarşı yatan 
qara dağ ifadələri, yamac sözləri 
daha çox işlənir. Məsələn, 
Bo-
yu uzun Burla xatun oğlunun yamacına gəldi. Şami günlüyü yer
yüzünə dikdirmişdi. Alan sabah turmuşsan, ağ ormana girmiş-
sən.
Təsərrüfat leksikasında heyvandarlıq, əkinçilik terminləri 
çoxluq təşkil edir. Strabonun məlumatına görə, albanlar daha 
çox heyvandarlığa meyllidirlər və köçərilərə yaxındırlar, bu mə-
lumat da dastandakı hadisələrlə uyğun gəlir. Albanların yaşadığı 
ərazi barədə deyilir: “Onlar iberiyalılarla Kaspi dənizi arasında 
yaşayırlar: şərqdə onların ölkəsi dənizə qədər uzanır, qərbdə isə 
iberiyalarla həmsərhəddir. Yerdə qalan tərəflərə gəldikdə isə şi-
malda Qafqaz dağları ilə əhatə olunur, dağlar, düzənliklər üzə-
rində yüksəldiyinə və bir tərəfi dənizə söykəndiyinə görə Gera-
vin dağları adlanırlar.
1
“Kitabi-Dədə Qorqud” dastanında hərbi 
terminlər daha çox işlənilmişdir. Hərbi təsərrüfatın mövcudluğu 
1
Алиев К. Античные источники по истории Азербайджана. Б., «Элм», 
1987, с.19. 


23 
adətən, ictimai münasibətlərin xarakterinə təsir göstərir. Hərbi iş 
türklərin sənət səviyyəsi idi. Abidə də hərbi terminlərin əsasını 
milli vahidlər təşkil edir. Bir sıra qeyri-türk mənşəli hərbi ter-
minlər də abidənin dilində təsadüf olunur, bunlar mətnə sonra 
əlavə edilmişdir. T.Səlimov yazır: “Ümumiyyətlə, dastan o 
dövrdə (X-XV əsrlər nəzərdə tutulur) Azərbaycan xalqının icti-
mai-siyasi, ailə məişəti, mədəni həyatı ilə yanaşı, hərbi iş, qoşu-
nu, habelə silahları öyrənmək baxımından da qiymətli bir mən-
bədir”.
1
Bir sıra tədqiqatçıların dediklərinin əksinə olaraq, Azər-
baycan ərazisində yaşayan türklər barbar hərbçilər olmamışdır, 
əksinə hərbi iş onlarda sənət səviyyəsində idi, “Kitabi-Dədə 
Qorqud” dastanlarında işlənən faktlar bütün bunları dəqiqliyi ilə 
əks etdirir. Dastanda hərblə bağlı terminlər daha çox işlənmişdir. 
Məsələn: alay – üç yüz döyüşçüdən təşkil olunmuş hərbi dəstə 
mənasında işlənir. T.Səlimov göstərir ki, M.Kaşğari, İbn Bili, 
Əfləki, İbn Bətut, Rəşid əd-Din və s. üzrə aparılan tədqiqatlar-
dan belə nəticə çıxır ki, “alay” (polk) ən tezi səlcuqlar dövründə 
meydana gəlmişdir. Bu söz-terminin işləndiyi ilk mənbələrdən 
biri də “Dədə-Qorqud” dastanıdır. Dastanda ən çox adı çəkilən 
və oğuzların ən çox istifadə etdikləri silah giliz, gilizlamaq anla-
yışlarıdır. Hərbi terminologiyanın sistem olmasını şərtləndirən 
birinci əlamət burada hərb sənətinin ən müxtəlif sahələrinə aid 
olan anlayışların əhatə dairəsidir. Belə ki, abidənin dilində qo-
şun və onun bölüklərinin adları, silah və onun hissələrinin adları, 
hərbi geyim adları, hərbi leksika və hərblə bağlı hərəkət anlayış-
larını bildirən sözlər sistem şəkildə işlənir. Dastanda işlənən hər-
bi terminlər türk mənşəlidir. Məsələn,
Mərə nə heybətli qocasan 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə