Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə3/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   2   3   4   5   6   7   8   9   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

mollabaşı, qapuçıbaşı, topçıbaşı, yüzbaşı, min-
başı
və s. Yazılı abidələrdə işlənən belə sözlərin bir çoxu yeni-
dən dildə işləklik qazanır. Məsələn, 
alay, yüzbaşı, minbaşı, gizir, 
çavuş
sözləri hərbi terminologiyada həmin mənada hazırda iş-
ləklik qazanmışdır. 
Orta əsrlərə aid Azərbaycan tərcümə ədəbiyyatı nümunələri 
ədəbi dilimizdə söz yaradıcılığının tarixi aspektdə araşdırılması 
baxımından zəngin qaynaqdır. Bu baxımdan monoqrafiyada öz 
əksini tapan tərcümə əsərlərinin farsca mətnlərində işlənən bir 
sıra düzəltmə və mürəkkəb sözlərin dilimizə tərcüməsi xüsusilə 
diqqəti cəlb edir. Belə ki, Nişati, xüsusilə də Bəvazici ana dilinə 
çevirdiyi farsca mətndə işlənmiş bir çox düzəltmə və mürəkkəb 
sözlərin quruluşunu da tərcümədə eynilə saxlamağa çalışmışdır. 
Bu cür hallarda orta əsr mütərcimləri söz yaradıcılığı sahəsində 
uğurlu və səmərəli axtarışlar aparmış və özləri bir sıra yeni söz-
lər yaratmaqla yazılı ədəbi dilin daha da zənginləşməsi işinə öz 
töhfələrini vermişlər. Məsələn, Nişati “Şühədanamə”nin farsca 
orijinalında - “Rövzətüş-şühəda” kitabında olan “müvəkkil” sö-
zünü tərcümənin müxtəlif yerlərində onun ana dilindəki qarşılığı 



olaraq üç sözlə vermişdir: “qaravul”, “keşikçi” və “saxlayıcı”. 
Belə sözlərin və anlayışların ədəbi dilin lüğət tərkibinə daxil ol-
ması həm Azərbaycan dilini yeni məna, məna çalarları, həm də 
yeni struktur formalarla zənginləşdirir. Müasir Azərbaycan ədə-
bi dili uzun bir inkişaf yolu keçərək zaman-zaman cilalanmış, 
saflaşmış və təkmilləşmişdir. Yazılı mənbələrdə dini anlayışları 
bildirən bir çox söz və ifadələr ərəbcədən və farscadan ya olduğu 
kimi qəbul edilmiş, ya da onlara qarşılıq tapılaraq öz yazılı ədəbi 
dillərini daha da təkmilləşdirmişlər. Məsələyə tarixi aspektdən ya-
naşdıqda orta yüzilliklərdə Azərbaycan dilinin lüğət tərkibinin ye-
ni söz və terminlər hesabına zənginləşməsinə dair mənbələr sıra-
sına görkəmli söz sənətkarları Qazi Bürhanəddin, İmadəddin Nə-
simi, Məhəmməd Füzuli ilə yanaşı ilk növbədə aşağıdakı yazılı 
qaynaqları da xüsusi olaraq qeyd etmək lazımdır: 
1. Orta yüzilliklərdə ərəbcədən, xüsusilə də fars dilindən 
tərcümə olunmuş əsərlər; 
2. Orta əsrlərə aid ərəbcə-türkcə və farsca-türkcə lüğətlər. 
Ümumiyyətlə, klassik tərcümə əsərlərinin zəngin lüğət tər-
kibi tarixi leksikologiyanın hərtərəfli araşdırılması baxımından 
ilkin dəyərli qaynaqlardan biri sayılır. Türk dillərinin əski qatla-
rına aid sözləri əhatə edən bədii tərcümələr buna ən yaxşı dəlil-
sübut ola bilər. Bu tərcümələrin dilində çoxlu qədim və nadir 
türkmənşəli sözlər işlənmişdir ki, onların müəyyən bir hissəsi 
zaman keçdikcə unudularaq çağdaş ədəbi dilimiz üçün arxaik sə-
ciyyə daşıyan leksemlərə çevrilmiş, bəziləri isə dilimizin ayrı-
ayrı dialektlərində kiçik dəyişikliklə qorunub saxlanmışdır. Bu 
baxımdan orta əsrlərə aid Azərbaycan tərcümə nümunələrinin 
dilində işlənmiş türkmənşəli qədim sözlər monoqrafiyada geniş 
şəkildə təhlil edilmişdir. Xüsusən, dilin lüğət tərkibinin tarixən 
inkişaf yolları, yaranma üsulları, mənbələri zəngin faktlarla araş-
dırılmışdır. Tədqiqatda qeyd edildiyi kimi, dildə yaranan yeni 
anlayışların yaradılmasında əsas mənbə – Azərbaycan dilinin 
daxili imkanları nəzərə alınmalıdır. Dilin daxili ifadə imkanları-



nın geniş olduğunu nəzərə alaraq monoqrafiyada yaranan məf-
humları adlandırmaq, ifadə etmək yolları müəyyənləşdirilmişdir: 
dilin lüğət tərkibindəki sözlərə əlavə məna verməklə; milli söz-
lərə şəkilçilər artırmaqla; kökü alınma olan sözlərə milli şəkilçi-
lər artırmaqla; iki və daha artıq sözün birləşməsi ilə; köhnəlmiş 
sözlərdən istifadə etməklə; alınma sözlərin milli sözlərlə əvəz 
olunması ilə; dialekt sözlərdən istifadə etmək yolu ilə. Bu yollar 
nəzərə alınaraq monoqrafiyada dilin daxili imkanları əsasında 
termin yaradıcılığı prosesi və üsulları zəngin faktlarla təhlil 
olunmuşdur. Hazırda söz yaradıcılığına dilxarici faktorlar da 
güclü təsir edir. Həm də bu zənginləşmə əvvəlki illərdən fərqli 
olaraq, beynəlmiləl xarakterli sözlərin – terminlərin hesabına 
olur. Həmin problemləri araşdırıb təhlil edərkən bununla bağlı 
nəzəri məsələlərə də aydınlıq gətirilmişdir. Çünki elmi anlayış-
ların dərkedilmə prosesi bilavasitə terminlər vasitəsilə reallaşır 
və ayrı-ayrı anlayışları ifadə edən terminlərin düzgün, uğurlu se-
çilməsi dərketmə prosesinin optimallığını şərtləndirən həlledici 
amillərdəndir. Bu amillər əsas götürülərək, dilin terminoloji sis-
temi, onun əsas xüsusiyyətləri və spesifik cəhətləri ilə bağlı 
araşdırmalar aparılmışdır. Dilin daxili imkanlarından istifadə et-
məklə yeni terminlərin yaradılma ənənəsi termin yaradıcılığında 
əsas istiqamətlərdən biri olmuşdur. Uzun tarixi inkişaf yolu keç-
miş terminoloji qatın zənginləşməsində dilin daxili imkanları 
əsasında – leksik, morfoloji, sintaktik üsulla yaranan terminlərin 
mühüm rolu olmuşdur. Elmi-texniki tərəqqi, xüsusilə də Avro-
paya inteqrasiya, ictimai-siyasi yeniləşmə bir çox anlayışların, 
məfhumların meydana gəlməsi ilə nəticələnir. Qloballaşma 
dövründə bir sıra elm sahələrinin sürətli inkişafı terminologiya-
nın da inkişafına təkan verir. Yeni elm sahələrinə məxsus ter-
minlərin əsas hissəsi yarandığı ölkənin dilindən alınır. Sözsüz 
ki, elmi kəşflərin meydana gəldiyi coğrafi məkanın dili - mor-
fem və leksemlər terminin yaranmasında əsas rol oynayır. Lakin 
terminlərin mühüm bir hissəsi ümumişlək sözlər əsasında yara-



nır və həm əvvəlki mənasını saxlayır, həm də sırf elmi anlayışla-
rın ifadəsinə çevrilir. Elmi fikrin ifadəsi dəqiqlik və konkretlik 
tələb etdiyindən termin də dəqiq və konkret olmalıdır. Ona görə 
də dilin daxilində işlənərək hər hansı bir ümumişlək anlayışı bil-
dirən söz leksem çərçivəsindən çıxaraq müəyyən elmi anlayışı 
dəqiq, konkret və birmənalı ifadə edir. Bu baxımdan dilin daxili 
imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas 
hissəsini təşkil edir. Hazırda dilimizin daxili imkanları əsasında 
terminyaratma meyilləri güclənmişdir. Milli termin yaradıcılığı 
ümumi ədəbi dilə əsaslanmalıdır. Bu, terminlərin asan başa dü-
şülməsinə, tələffüzünə, tez yadda qalmasına, termin yaradıcılığı 
prosesinə müsbət təsir edir. Dilin öz lüğət ehtiyatından alınıb 
terminə çevrilmiş sözlərin həmin dildə müxtəlif məqamlarda iş-
lənilmə imkanı başqa dildən alınma terminlərə nisbətən daha 
çox olduğundan belə sözlərin termin kimi işlədilməsinə ehtiyatla 
yanaşmaq və sözü işlədərkən bütün bu incəlikləri nəzərə almaq 
zəruridir. Ona görə də ümumxalq dili termin yaradıcılığı üçün 
münbit mənbə sayılmalıdır. Azərbaycan ədəbi dilinin terminolo-
ji leksikasını təşkil edən terminləri iki qrupa ayırmaq olar: həm 
ümumişlək söz, həm də termin kimi işlənənlər; yalnız termin ki-
mi işlənənlər. Yalnız termin kimi işlənən sözlərin istifadəsi mü-
əyyən elm və sənətlə bağlı olub, konkret anlayış çərçivəsindən 
kənara çıxa bilmir. Ümumişlək sözlərin terminoloji funksiya da-
şıması bütün elm sahələrində müşahidə olunur ki, bu da elmi an-
layışı daha konkret ifadə etməyə xidmət edir. Deməli, terminlər 
dildə daha çox yeni söz kimi meydana çıxan vahidlər hesabına 
deyil, həm də əvvəlcədən mövcud olan sözlərin mənaca dəyiş-
məsi və yeni məna qazanması yolu ilə yaranır. Yeni terminlərin 
yaranmasında morfoloji üsuldan daha geniş istifadə olunur. Son 
dövrlərdə bəzi söz yaradıcılığı modelləri terminologiyanın inki-
şafına təkan verir. Termin yaradıcılığı prosesində -ma, -mə şə-
kilçilərinin feil kökləri və əsaslarına artırılması yolu ilə yeni an-
layışların yaradılmasından geniş istifadə olunur. Sözdüzəldici 



şəkilçilərdən -lıq
4
, -sız
4
, -çı
4
, -lı
4
, -ma
2
, -ıq
4
termin yaradıcılığın-
da məhsuldar şəkilçilərdən hesab olunur. 
Ayrı-ayrı elm sahələrində işlənən terminlərin mühüm bir 
hissəsini də söz birləşmələri şəklində olan terminlər təşkil edir. 
Bu mühüm amil nəzərə alınaraq monoqrafiyada sintaktik yolla 
yaranan terminlər iki qrupa ayrılaraq təhlil olunur: 1.leksik-sin-
taktik; 2.morfoloji-sintaktik. Hər bir tarixi şərait dilin lüğət tər-
kibinə, onun formalaşmasına, xüsusilə onun terminoloji sistemi-
nə təsir edir. Bütün bunlar əsərdə nəzəri aspektdən zəngin fakt-
larla təhlil edilmişdir. Əsərin ikinci fəsli akademik Möhsün Na-
ğısoylu, birinci, üçüncü və dördüncü fəsillər professor Sayalı 
Sadıqova tərəfindən yazılmışdır. Dilin lüğət tərkibinin zəngin-
ləşmə qaynaqları, dildə gedən söz yaradıcılığı prosesi təqdim 
olunan monoqrafiyada ilk dəfə olaraq geniş və ətraflı şəkildə 
araşdırmaya cəlb olunmuşdur. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə