Sayali sadiqova


Qapuçılar  səni görmədi,  Çavuşlar



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə7/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   2   3   4   5   6   7   8   9   10   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

Qapuçılar
 səni görmədi, 
Çavuşlar
 səni tutmadı 
Mənim görən gözlərim görməz oldu.
1
Səlimov T. “Kitabi-Dədə Qorqud”da qoşun və silah adları haqqında. 
Azərb. EA-nın Məruzələri, 1979 №3, səh.79.


24 
Bu dövrdə fəal şəkildə işlədilən döyüş və savaş prosesini və 
orada işlədilən alətlərin adlarını bildirən sapan, cida, gürz, yay, 
ox, dəyənək, topuz anlayışları artıq arxaikləşmiş terminlərdir. 
Məsələn: 
Ərənlər əvrənç Qaraçuq çoban sapanın ayasına. 
Qalxanını urdu, dəbilqəsini əzdi, üz-gözünü meyirdi, ancaq oğ-
lanı məğlub edə bilmədi. İki qardaşı oxa düşdü, səhid oldu. Qa-
ra polat uz qılıncın belinə quşadı. Ağ tozlıca qağı yayın əlinə al-
dı. Altun cidasın əlinə aldı. Oğlan qırq yığıdin boyuna aldı at 
dəpdi, cəng və savaş etdi. Əzrayıl nə çavuş gördü; nə qapuçı. 
Mənim avımı bozma, ləşkərimi
dağıtma. Çal qılıncın, ağam Qa-
zan, yetdim! -dedi. Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzə-
rinə sürdü.
Elə terminlər var ki, hazırda da o mənanı bildirir və işlənir. 
Məsələn, Dün qara pusarıq ordunun üzərinə tökülü gördün. Qa-
lan kafirlər bunu bildirər, 
meydanı
qoyub qaçdılar. Hünərin var-
sa, qardaşın Əlincə qalasında 
əsiridir,
get, onu qurtar. Tövlədən 
bir şahənə at çıxardı, yəhərlədi 
döyüş
paltarını
geyindi.
N.Həsənzadə yazır: “Nəhayət, bir qədər də irəli gedib deyə 
bilərik ki, Səfəvilər dövründə (XVI əsrin əvvəllərindən XVIII 
əsrin əvvəllərinə qədər), lap elə sonra da inzibati, həmçinin hərbi 
terminologiya nəinki Azərbaycan dilində, hətta fars dilində də 
məhz azərbaycanca olmuşdur. Deməli, XIX əsrə qədər Azərbay-
can dilində termin yaradıcılığının əsas mənbəyinin ərəb, yaxud 
fars dilinin olduğunu demək düzgün deyil – bu faktlarla təsdiq 
olunur”.
1
Yeməklə bağlı anlayışlar da abidədə zəngindir. Bu da Oğuz 
türklərinin qədim azərbaycanlıların təsərrüfat mədəniyyəti ilə 
əlaqədardır. Yeməklərin əksəriyyəti heyvandarlıqla bağlıdır. Ye-
mək adları, qab-qacaq adları və yemək hazırlamaqla bağlı əşya-
ların adları burada öz əksini tapmışdır. 
 
1
Həsənzadə N. “Kitabi-Dədə Qorqud”un terminoloji leksikası. Nam. diss. 
B., 1992, səh.34. 


25 
Altun ayaq sürahilər düzülmüşdü 
Adam ətin yəxni qılan 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə