Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə18/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   14   15   16   17   18   19   20   21   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

Parsaira didəm bər kenar-e dərya. 
Bir salehi gördüm kənarında dərya.
Naməlum orta əsr mütərcimi farsca bu cümləni həmin dil-
lərdəki sözlərin sırasını saxlamaqla tərcümə etmiş və göründüyü 
kimi, bunun nəticəsi olaraq, birincisi, tərcümədəki “gördüm” xə-
bəri yerində işlənməmiş, ikincisi isə, “dərya kənarında” söz bir-
ləşməsindəki sözlərin sırası pozulmuşdur.
İkinci növ – sərbəst tərcümə prinsipi, əsasən, poetik əsərlə-
rin tərcüməsində tətbiq olunmuşdur. Bu prinsiplə edilən tərcü-
mələrdə mütərcimlər bir növ orijinalın mətninə müdaxilə etmək 
statusunda olmuş, buna görə də onun istənilən yerini qısaltmış, 
əksər hallarda isə tərcümənin mətninə mövzu ilə bağlı öz fikir və 
düşüncələrini də artırmışlar. Nümunə üçün qeyd edək ki, Şirazi-
nin “Gülşəni-raz” tərcüməsi farsca orijinalından həcmcə ikiqat 
çoxdur. Belə ki, tərcümənin orijinalında – Şəbüstərinin fars di-


62 
lində yazdığı “Gülşəni-raz” məsnəvisində beytlərin ümumi sayı 
1006-1007 beyt olduğu halda, Şirazinin sərbəst-yaradıcı tərcü-
məsində beytlərin ümumi sayı 2800-3000 beyt arasındadır 
1
.
Ortaçağ Azərbaycan tərcümə nümunələrinin ədəbi dil tarixi 
üçün əhəmiyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, onlar 
ilk növbədə XV-XVI əsrlər Azərbaycan ədəbi dilinin leksikası-
nın araşdırılması baxımından zəngin qaynaqlardır. Bu baxımdan 
həmin yazılı mənbələrdə işlənmiş və müasir ədəbi dilimiz üçün 
arxaik səciyyə daşıyan bir sıra qədim türk sözləri xüsusilə diqqə-
ti cəlb edir. Həmin leksik vahidlər haqqında bilgi verməzdən ön-
cə qeyd edək ki, klassik tərcümə örnəklərinin orijinallarının əldə 
olması onların mətnlərində işlənən qədim sözlərin leksik-seman-
tik mənasının dəqiqləşdirilməsi işini xeyli asanlaşdırır. Məsələn, 
professor Mirzə Rəhimov XVI əsr tərcümə abidəsi “Şühədana-
mə”nin mətnində işlənən bəzi arxaik sözlərin mənasını məhz 
onun farsca orijinalına (“Rövzətüş-şühəda”) əsasən müəyyənləş-
dirmişdir.
2
Ana kitabımız “Dədə Qorqud” dastanlarında işlənən 
bəzi sözlərin düzgün oxunuşu və mənaları isə, məlum olduğu ki-
mi, hələ də mübahisə mövzusu olaraq qalmaqdadır.
XV-XVI əsrlərdə dilimizə tərcümə edilmiş əsərlər ərəb və 
fars dillərini bilməyən türklər üçün nəzərdə tutulmuş, bu səbəb-
dən də onların əksəriyyəti olduqca sadə və anlaşıqlı bir dildə – 
canlı ümumxalq danışıq dilində qələmə alınmışdır. Məhz buna 
görə də həmin tərcümə örnəklərinin dilində xalq danışıq dilin-
dən gələn deyimlərdən, atalar sözlərindən bol-bol istifadə olun-
muş və bütövlükdə götürdükdə türkmənşəli sözlərə üstünlük ve-
rilmişdir. Məsələn, Şirazinin “Gülşəni-raz” tərcüməsində elə şeir 
parçaları vardır ki, bütünlüklə türkmənşəli sözlər üzərində qurul-
muşdur. Tərcümənin ayrı-ayrı yerlərindən seçdiyimiz aşağıdakı 
şeir örnəkləri bunu əyani şəkildə sübut edir:
1
Nağısoylu M. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Filoloji-tekstoloji araşdır-
ma, mətnin transfontliterasiyası. Bakı, “Nurlan” 2004. 
2
Rəhimov M. Azərbaycan dilinin XVII əsr yazılı abidəsində işlənmiş bir sıra 
sözlər haqqında, “Elm və təhsil”, 2011, səh.46-88.


63 
1. Bir od vardur dəmürdə, taşda gizlü, 
Nə içdədir ol od, nə taşda gizlü...
2. İşini tezrak tut, qoma gecə, 
Gecəyi gündüz et, gündüzi gecə... 
3. Yemişlü ağacın yemişi tamlar
Kim, anunla tolisər neçə tamlar... 
4. Yenə gündüz ilə gecə qarışdı, 
Bu yerdə kim od ilə su barışdı... 
5. Tavuq yumurdasından toğmaz ördək,
Nə diksən, anı bitürür çəgirdək... 
6. İkindiyə demədi kimsə öglə

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə