39
dinamiklik sosial sistemlərin inkişafında qeyri-bərabərliyi aşkar etməyə,
tsikllərin və fazaların bir-birini əvəz etməsini, sosial böhranların əmələ
gəlməsini, sistemlərin qarşılıqlı əlaqəsini görməyə imkan verir.
Sosiogenetika sistem mövcud olduğu dövrdə onun mövcud dəyişikliklərə
uyğunlaşmasını əsaslandıran irsi dəyişkənlik mexanizmlərini izah etməyə,
dəyişən sosial şəraitdə sistemin yaşamaq imkanlarını qoruyan və genotipi
zənginləşdirən təbii və məqsədyönlü seçmə bacarıqlarını müəyyənləşdirməyə
imkan yaradır. Ən mürəkkəb və məsuliyyətli element olan tsiklik dinamikanın
proqnozu tsikllərin və onun fazalarının, mərhələli böhranların bir-birini əvəz
etməsini nəzərdə tutur. Hər bir tsikl öz inkişafında 5 mərhələ keçir: 1) əvvəlki
tsiklin nüvəsində yeninin əmələ gəlməsi; 2) yayılma (diffuziya); 3) sabit
inkişaf (yetkinlik); 4) köhnəlmə; 5) yeni, daha proqressiv sistem tərəfindən
sıxışdırılma. Bu mərhələlərdən sonra sistem ya yeni mərhələyə keçir, ya da
süqut edir. Sosial sistemin dinamikasında tsikllər müxtəlif müddətli olur: qısa
müddətli tsikllər (3-4 il); orta müddətli (8-12 il); uzun müddətli (40-60 il); çox
uzun müddətli (bir neçə əsr) və minillik tsikl.
Sosial sahədə proqnozlaşdırmanın 3 növünü fərqləndirirlər: I – qeyri-sabit
hadisələrin proqnozlaşdırılması; II – müəyyən dərəcədə düzgün təkrarlanma,
tsiklik xüsusiyyətli hadisələrin proqnozlaşdırılması; III – bu və ya digər
ümumi tendensiyaların inkişafının proqnozlaşdırılması. Proqnoz verərkən
genetik və ilahiyyatçı yanaşmalar nəzərə alınmalıdır. Genetik yanaşma tədqiq
edilən obyektin qanunauyğunluqları və tendensiyalarının dərindən
öyrənilməsinə əsaslanır. İlahiyyatçı yanaşma subyektiv və obyektiv
qanunauyğunluqların təhrif olunmasına əsaslanır. Hər iki yanaşmanın
kombinə
edilməsi
pronozların
əsaslandırılmasını,
fəallığını
və
məqsədyönlülüyünü təmin edir. Hal-hazırda əsas üç amil: 1) bazar
iqtisadiyyatı şəraitindəki qeyri-sabit və dəyişkən mühit; 2) mülkiyyətin
mərkəzdən uzaqlaşması; 3) açıq cəmiyyət, çoxsahəli iqtisadiyyat əsas rol
oynayır.
Sosial proqnozlaşdırmanın üç əsas funksiyasını fərqləndirirlər:
1)Proqnozlaşdırılan obyektin inkişaf və qarşılıqlı əlaqələndirilməsi sisteminin
tendensiyasının proqnozlaşdırılması; 2) Qəbul edilən qərarların proqnozlu
əsaslandırılması; 3) Qərarların yerniə yetirilməsinin proqnozla müşayiət
edilməsi – proqnozlaşdırmaya əsaslı təsir göstərir.
Sosial proqnozlaşdırma qeyri-müəyyən, bir mənalı olmayan və strateji
xarakterli olur. Proqnozun qiymətləndirilməsi onun həqiqilik dərəcəsinə
uyğun olur. Mütləq verifikasiya proqnozun empirik təsdiqinə və ya inkarına
əsaslanır. Nisbi verifikasiya yoxlama tədqiqatlarla proqnozlaşdırılmış
hadisənin düzgünlüyünün əvvəlcədən öyrənilməsinə cəhd edir. Yüksək
40
həqiqilik dərəcəsi təsdiq olunan pronoz plan işlərinin əsasını təşkil edir. Əks
təqdirdə proqnozun həqiqiliyi dəqiqləşdirilir.
Sosial proqnozlaşdırma aşağıdakı mərhələlərə bölünür:
1) proqnozdan əvvəlki mövqeyin və ya tədqiqat proqramının tərtib edilməsi.
Bu zaman proqnazlaşdırma obyekti və proqnozun parametrləri müəyyən
edilir. Proqnozun parametrləri dedikdə – əsaslandırma mərhələsi,
müəyyənləşdirmə mərhələsi və proqnozun həqiqiliyi nəzərdə tutulur. Burada
məqsəd və vəzifələr, parametrələr, problemlər, hipotezlər, metodlar, tədqiqatın
strukturu və təşkili formalaşdırılır.
2) Proqnozlaşdırma obyektinin modeli qurulur.
3) Obyektin inkişafına təsir edən xarici amillərin təhlili yolu ilə
proqnozlaşdırma fonu müəyyən edilir.
4) Modelin maksimal və minimal imkanları hesablanır və mümkün problemlər
ağacı qurulur.
5) Normativ proqnozlaşdırmada ideal (qeyri-məhdud proqnozlaşdırma fonu)
və optimal (məhdudiyyətlərin nəzərə alınması) vəziyyəti müəyyənləşdirilir və
bu istiqamətdə mümkün fəaliyyət yolları hazırlanır.
Proqnozların tipologiyası məqsəd, vəzifə, obyekt, problem, metodlar,
pronozlaşdırmanın təşkili və s. kimi müxtəlif meyrlara görə müəyyənləşə
bilər. Əsas meyar problem-məqsədli meyardır: proqnoz nə üçün hazırlanır?
Əsasən proqnozun iki tipi fərqləndirilir: kəşfiyyat və normativ. Kəşfiyyat
pronoz – təzahürün gələcəkdə mümkün vəziyyətinin müəyyənləşdirilməsinə
yönəlir. Mümkün qərar və fəaliyyətdən təcrid edilərək, tədqiq edilən
təzahürün keçmiş və cari inkişaf meylləri nəzərə alınmaqla onun gələcək
inkişaf meyllərini dəyişmək və proqnozun özünü reallaşdırması, yaxud özünü
məhvi prosesinə nail olmaq mümkündür. Belə proqnoz – mövcud meyllərin
saxlanması şəraitində nə baş verə bilər? – sualına cavab verir. Kəşfiyyat
proqnoz müəyyən imkanlar şkalası əsasında qurulur və bu əsasda
proqnozlaşdırılan təzahürün ehtimal dərəcəsi müəyyənləşir.
Kəşfiyyat proqnozlaşdırma və ya ekstrapolyasiya idarəetmə obyektinin
keçmiş və müasir inkişaf tendensiyalarını nəzərə alaraq, onun gələcəkdə
mümkün vəziyyətini müəyyənləşdirməkdir. Bu ənənəvi, məqsədli
proqnozlaşdırmadır. Bu proqnozlaşdırma növü sosial idarəetmə obyektinin
müxtəlif nöqteyi-nəzərlərdən analiz edilən bir sıra ehtimali vəziyyətlərini
öyrənir. Bu gələcək problemli vəziyyəti ifadə edən informasiya olub,
idarəetmə qərarlarının qəbul edilməsinə xidmət edir. İdarəetmə obyekti
haqqında düzgün proqnozlar söyləmək üçün sosial mühitin inkişafına təsir
edən keyfiyyət dəyişiklikləri nəzərə alınmalıdır. Proqnoz dairəsi elmi-texniki,
demoqrafik, ekoloji, iqtisadi, daxili və xarici siyasi vəziyyəti və cəmiyyətin
Dostları ilə paylaş: |