SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə24/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   116

 
 
58 
aparılmadan  həyata  keçirilə  bilməz,  yəni  indeksləşmədə  mövcud  çətinlik 
tədqiq  edilən  obyektin  əsas  göstəricilərinin  tapılması  və  seçilməsilə  bağlıdır. 
Sxem şəklində bu proses iki səviyyədən ibarətdir: 
- sadalanan əsas göstəricilər; 
- göstəricilərdən hər biri tərkib hissəsi kimi müəyyənləşdirilərək, göstəricilərin 
formal şəcərəli strukturunu yaradır.  
Göstəricilərin tezaurusunun (işarəli görünüşünün) qurulması                 
İnformasiya  toplanması  prosesində  tədqiqatçıya  verilən  sualların  siyahısı 
və təsnifatı əsasında göstəricilərin tezaurusu qurulur. Tezaurus – tədqiq edilən 
obyektin  sosial  göstəricilərinin  siyahısı  olub,  qəbul  edilmiş  sxemə  uyğun 
olaraq  toplanmış  və  sistemləşdirilmiş  sosioloji  informasiyaya  əsasən  hasil 
edilmiş metodik sənədlərin analizi nəticəsində qurulur. Tezaurusda bilavasitə 
istifadə  edilən  məhdud  sayda  göstəricilər  toplanır.  Bu  göstəricilər  elm  üçün 
zəruri  praktik  məsələləri  əks  etdirir  və  tədqiq  edilən  obyektin  əsas 
problemlərilə  bağlı  olur.  Sosioloji  tədqiqatın  mövcud  probleminin  və 
mahiyyət göstəricilərinin ilkin sxem əsasında təsnif edilməsi gümanı  sistemin 
qurulması  ilə  bağlı  nəzəri  hipotez  ola  bilər.  Metodiki  hipotez  isə  müasir 
sosiologiyada  istifadə  edilən  göstəricilərin  kəmiyyətinin  məhdudluğu  və 
hesaba  alınması  ilə  bağlıdır.  Tədqiqatın  empirik  sahəsi  sosioloji 
informasiyanın  toplanması  prosesində  kitabxana,  arxiv  və  təşkilatın 
məlumatlar  bazasından  əldə  edilmiş  metodiki  sənədlər  toplusu  ola  bilər.  Hər 
bir  göstərici  (sual  və  cavab  variantları)  ayrıca  kartoçkaya  köçürülür  və 
şifrələnir. Tədqiq edilmiş sənədlərin kartotekası yaradılır. Təcrübə göstərir ki, 
milli münasibətlər, dəyər yönümləri, mədəniyyət, ictimai həyat, sosial təminat 
və  s.  tipli  obyektlər  üçün  sosioloji  tədqiqatda  istifadə  edilən  və  sosial 
göstəricilərin mahiyyyətini tam əks etdirə bilən məlumatlar 200 – 300 sənədin 
analizi əsasında aşkar edilə bilər. Bununla yanaşı tədqiqatçı obyektin tədqiqat 
istiqamətlərinə dair təsəvvür əldə edir (məsələn, ictimaiyyətə əks təzahürtlərin 
analizi zamanı ilk növbədə hüquqi və əxlaqi-etik aspektlərin pozuntusu təhlil 
edilir və ictimaiyyətə əks fəaliyyətə gətirən səbəblərə daha az diqqət yetirilir). 
Tədqiq  edilmiş  göstəricilər  sisteminin  oxşar  tədqiqatlarla  müqayisəsi  daha 
əhəmiyyətlidir. 
Bu, 
əldə 
edilmiş 
göstəricilərin 
daha 
obyektiv 
qiymətləndirilməsinə  şərait  yaradır.  Lakin  nəzərdə  saxlamaq  lazımdır  ki, 
sistem  tədqiq  edilən  obyektin  bütün  göstəricilərini  sərf  etmir  və  nisbi 
bütövlüyə  malik  olur.  Onun  əsas  funksiyası  –  tədqiq  edilən  obyektin 
göstəricilər sisteminin qurulmasında məlumatlandırma mənbəyi olur.  
Göstəricilərin ekspert qiymətləndirilməsi 
Göstəricilər  sisteminin  qurulmasının  metodoloji  problemlərindən  biri 
göstəricilərin  seçilməsi  meyarlarının  müəyyənləşdirilməsidir.  Bu  problemə 


 
 
59 
məntiqi  və  tarixi  yanaşma  fərqləndirilir.  Məntiqi  yanaşma  tədqiq  edilən 
obyektin  formal  strukturunun  analizi  ilə  bağlıdır.  Tarixi  yanaşma  obyektin 
funksiyalaşmasının  tarixi  mahiyyətilə  bağlıdır  və  metodoloji  xüsusiyyətli 
hipotez  irəli  sürməyə  imkan  verir.  Hipotezin  yoxlanması  üçün  ekspert 
qiymətləndirməsi medodundan istifadə edilir. Bu zaman sosial problemlər və 
sosial 
məqsədlər 
vəhdətdə 
götürülür. 
Kəşfiyyat 
və 
normaiv 
proqnozlaşdırmanın  əsas  mərhələsi  «problemlər  ağacı»  və  «məqsədlər 
ağacının»  qurulmasıdır.  «Məqsədlər  ağacı»  ayrılıqda  nə  mücərrəd-deduktiv 
əsaslarda,  nə  də  empirik-induktiv  əsaslarda  qurulmamalıdır.  Bir  tərəfli 
yanaşma  məqsədlərin  qoyuluşunda  səhvlərə  səbəb  olur.  «Problemlər  ağacı» 
qurularkən nəzəriyyə  və praktikanın qarşılıqlı əlaqəliliyi saxlanmalıdır və bu 
ekspert  qiymətləndirilməsinin  əsas  tələbidir.  İdealda  «məqsədlər  ağacı»  ilə 
«problemlər  ağacı»  üst-üstə  düşməlidir.  Ekspertlər  müəyyən  sosial 
problemlərlə bağlı mütəxəssis olmalı və tədqiq edilən sosial təzahür və onun 
inkişaf  meyllərilə  bağlı  tam  təsəvvürə  malik  olmalıdırlar.  Buna  görə  də 
soğrunun  keçirilməsində  müxtəlif  ekspert  qruplarıının  cəlb  edilməsi  və  bir 
neçə  ekspert  sorğu  metodundan  istifadə  edilməsi  vacibdir.  Sorğular  məntiqi 
ardıcıllığa malik olmalıdır. 
Birdəfəlik qiyabi ekspert sorğusu 
Tədqiq edilən obyektin problem və məqsədlərinin müəyyənləşdirilməsində 
ekspertlərin  iştirakı  və  ekspert  metodlarının  istifadəsi  çox  səmərəlidir. 
Birdəfəlik qiyabi ekspert sorğusunun məqsədi tədqiq edilən obyektin gələcək 
problemlərinin  sosial  mahiyyət  səviyyəsini  aşkar  etməkdir.  Ekspertizanın 
uğuru  sorğu  aparılan  qrupun  tərkibi  və  səriştəliliyindən  asılıdır.  Ekspertlərin 
və  nəzarət  qrupunun  üzvlərinin  seçilməsi  tədqiqatın  vacib  hissəsidir. 
Ekspertlər qrupunun xalq təsərrüfatının müxtəlif sahələrində təcrübəyə malik 
olan  mütəxəssis-təcrübəçilərdən  seçilməsi  səmərəlidir.  Nəzarətçi  qrup 
problemin  müxtəlif  sahələrini  tədqiq  edən  nəzəriyyəçi  elmi  işçilərdən  təşkil 
oluna  bilər.  Tədqiqatın  birinci  mərhələsində  tədqiq  edilən  obyektin  əsas 
problemlərinin  ilkin  siyahısı  tərtib  edilir,  kontent-analiz  vasitəsilə 
ümumiləşdirmə  və  dəqiqləşdirilmə  aparılır.  Nəzarət  qrupu  ekspertlərin 
«komissiya  metodu»  ilə  apardığı  əyani  panel  sorğusu  problemin 
ümumiləşdirilməsi,  bir-birini  təkrarlayan,  yaxud  xüsusi  mahiyyət  kəsb  edən 
ayrı-ayrı  hissələrin  kənarlaşdırılmasına  imkan  yaradır.  Nəticədə  «ekspert 
anketinin»  son  variantı  hazırlanır.  Ekspertizanın  məqsədi  seçilən  sosial 
problemləri və uyğun  göstəriciləri ictimai  həyatdakı aktuallıq və problemləri 
səmərəli  əks  etdirmə  səviyyəsinə  görə  nizamlamaqdır.  Problemlər  və 
göstəricilər  iki  metodika  –  sıralama  və  bilavasitə  balla  qiymətləndirmə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə