SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə20/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   116

 
 
47 
keyfiyyət  səviyyəsilə  bağlıdır.  Əgər  yeni  elmi  məlumat  əsaslı  elmi 
nəzəriyyəyə  söykənirsə,  əgər  məlumat  elmi  tədqiqatın  inanılmış  metodlar, 
prosedurlar və əməliyyatları nəticəsində əldə edilibsə, o əsaslandırılmış hesab 
edilir.  Elmi  məlumatın  həqiqilik  meyarı  təcrübədir.  Təcrübə  yalnız  empirik 
olan  kimi  başa  düşülməməlidir,  bu  zaman  ümumilikdə  insan  cəmiyyətinin 
tarixi-inkişaf  prosesində  əldə  etdiyi  təcrübə  nəzərdə  tutulur.  Əgər  proqnoz 
səmərəli nəticə göstəricilərinə malikdirsə, verifikasiya məqsəd ola bilməz. 
III. Proqnoz universal və hər şeyə qadir olan deyil. Proqnozun hazırlanma 
xüsusiyyətləri proqnozlaşdırmanın həm zaman diapazonunda, həm də tədqiqat 
obyekti  diapazonunda  məhdud  olduğunu  və  bu  xüsusiyyətin  daim  nəzərə 
alınmalı olduğunu göstərir.              
YOXLAMA SUALLAR 
1.Qabaqcadangörmənin hansı səviyyələri fərqləndirilir? 
2.Proqnozun hansı tipləri fərqləndirilir? 
3.Proqnozlaşdırma hansı informasiyaya əsaslanır? 
4.Proqnoz qurularkən hansı vasitə və üsullardan istifadə edilir? 
5.Proqnozun qurulmasının əməlliyyatlar ardıcıllığı necədir? 
REFERAT MÖVZULARI 
1.Proqnozlaşdırmanın nəzəriyyəsi və təcrübəsi 
2.Sosial proqnozlaşdırmanın mahiyyəti və əsas xüsusiyyətləri  
3.Sosial proqnozların tipologiyası 
4.Proqnozların alətlər kompleksi 
5. Proqnozun hazırlanmasının əməliyyatlar ardıcıllığı  
  ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс  лекций. 
М.: Педагогическое общество России. 2001. 
2.  Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок 
социальных процессов. М.: Поиск, 1992. 
3.Бешелев  С.Д.  Гурвич  Ф.Г.  Экспертные  оценки.  М.,  Изд-во  Педагогическое  общество 
России, 1999. 
4.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
5.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 
6.Методологические  проблемы  социального  прогнозирования  /  Отв.  ред.  В.И.  Куценко. 
Киев, 1996. 
7.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 1982. 
 
 
 
 
 
 
 


 
 
48 
Mövzu 
3. 
SOSİAL 
PROQNOZLAŞDIRMANIN 
OBYEKTİ, 
PRİNSİPLƏRİ 
 
Proqnozlaşdırmanın  obyekti  –  1)  müəssisənin  istehsal  tələbatları;  2) 
istehsal ehtiyatlarına (maddi, maliyyə, əmək, məlumat) tələbatdır. Proqnoz hər 
hansı  bir  elmi  təzahür,  iqtisadiyyatın  inkişafı  və  onun  ayrı-ayrı  sahələri  ilə 
bağlı elmi uzaqgörənlikdir. Proqnozlaşdırmanın əsas məsələləri sosial iqtisadi 
və  elmi  texniki  məsələlərin  elmi  analizi,  gələcəkdə  göstərilən  proseslərin 
inkişafının  qiymətləndirilməsi,  bu  inkişafla  bağlı  yeni  problemlər  haqqında 
məlumat verilməsi, sosial, iqtisadi və elmi-texniki proseslərin mümkün inkişaf 
variantlarının aşkar edilməsi və analizidir. Xalq təsərrüfatında proqnozlar qısa 
müddətli  (3  ilədək),  orta  müddətli  (5-7  ilədək)  və  uzun  müddətli  (10  ildən 
yuxarı)  fərqləndirilir.  Xalq  təsərrüfatının  proqnozlaşdırılması  sistemi 
demoqrafik, sosial və iqtisadi proqnozlar, elm və texnikanın inkişafı ilə bağlı, 
həmçinin  təbii  ehtiyatlarla  bağlı  proqnozları  əhatə  edir.  Proqnozlaşdırma  – 
texnologiyaların,  texnoloji  proseslərin,  hadisələrin  ehtimali  baş  vermə 
müddətini, mümkün işlərin məcmusunu müəyyən edir.  
Sosial  nəzəriyyədə  proqnoz  aşağıdakı  aspektlərdə  öyrənilir:  gələcək 
haqqında  məlumat,  öncəgörmə  forması  və  s.  Lakin  sosiologiyada  proqnoz 
fəaliyyət mövqeyi nəzərindən, yəni proqnozun həm də insan, şəxsiyyət, fərdin 
xüsusi  fəaliyyət  forması  olması  öyrənilməyib.  Proqnozlu  fəaliyyət  inkişaf 
edən  sistemin  ayrılmaz  hissəsi  olub,  rəhbər  və  idarəetmə  fəaliyyətinin  əsas 
elementlərindəndir.  Proqnoz  tarix  boyu  həm  funksional,  həm  də  təşkilati 
olaraq əmək prosesinə tabe edilib. Proqnozlaşdırma kooperasiya və kollektiv 
işin  əsas  forması  olub,  zəhmətkeş  kütlələri  ictimai  inkişafın  planlaşdırılması 
və  rəhbərliyi  prosesinə  cəlb  edir.  Əmək  fəaliyyətinin  hər  bir  formasında, 
idarəetmə  və  təsərrüfat  qərarlarının  qəbulu  zamanı    bu  fəaliyyət  sahələrinin 
necə  dəyişəcəyini  və  bu  dəyişikliklərin  qərarların  qəbul  edilməsinə  təsirini 
əvvəlcədən  görmək  vacibdir.  Fəaliyyətin  sosial,  iqtisadi,  ekoloji  təsirini 
əvvəlcədən  görmək  onların  gələcək  uğuruna  şərait  yaradır.  Proqnozlaşdırma 
gələcək  təzahür  və  tendensiyalar  haqqında  bilikdir.  Proqnozlaşdırma  çox 
aspektli  sosial  məlumatın  sistemli  ümumiləşdirilməsini  tələb  edir.  Müsbət 
proqnoz  arzu  edilən  olub,  insanları  nailiyyətlər  əldə  etməyə  yönəldir,  mənfi 
proqnoz isə təhlükəli olub, onun qarşısının alınması üçün ictimai qüvvə tələb 
edir. Sistemli analiz  -  
1)  proqnozun  predmetinə  təsir  edən  müsbət  və  mənfi  xüsusiyyətli 
faktorlararası əlaqələri;  
2) tendensiyanı sürətləndirən amillərin bir-birini tamamlamasını;  


 
 
49 
3)  tədqiq  edilən  tendensiyaya  təsir  etməyən  və  ya  mövcud  şəraitdə  mümkün 
dəyişikliklərdə neytral amillərin əlaqəsinin müəyyənləşdirilməsini;  
4) müəyyən mərhələdə inkişaf meyllərini zəiflədən amillərin qarşılıqlı təsirini 
müəyyən və tədqiq etməyə çalışır.   
Proqnoz  –  idarəetmə  obyektinin  inkişafı  ilə  bağlı  olan  çoxvariantlı 
modellərin  planlaşdırılmasından  əvvəl  hazırlanması  prosesidir.  Müddət,  işin 
həcmi,  obyektlərin  rəqəmli  göstəriciləri  və  s.  proqnozlaşdırmada  nisbi 
xüsusiyyət  daşıyır  və  gələcəkdə  düzəlişlər  edilməsi  nəzərdə  tutulur. 
Proqnozdan  fərqli  olaraq,  plan  planlaşdırma  obyektinin  xüsusiyyətlərini 
nəzərə  almaqla  müəyyən  vaxtda  həyata  keçirilir.  Planlaşdırma  daha  rasional 
proqnoz  variantı  əsasında  aparılır.  Proqnozlaşdırma  zamanı  aşağıdakı 
məsələlər fərqləndirilir:  
1)  proqnozlaşdırma  üçün  vacib  məlumatın  toplanması,  sistemləşdirilməsi, 
analizi və düzəlişlər edilməsi;  
2) obyektin inkişaf problemlərinin və mövcud tendensiyaların analizi;  
3) obyektin inkişafının planlaşdırılması çərçivəsində proqnozun hazırlanması.  
Proqnozlaşdırma üçün əsas informasiya mənbələri aşağıdakılardır:  
1) dövlətin statistik hesabatları;  
2) kütləvi və seçmə tədqiqatların nəticələri;  
3)  müəssisə  və  təşkilatların  statistik,  maliyyə-mühasibat  və  operativ 
hesabatları;  
4)  ölkə  daxilində  və  xaricdə  elm  və  texnikanın  inkişafına  dair  məlumatlar 
əsasında elmi-texniki sənədləşdirmə;  
5) patentli-lisenziyalı sənədləşdirmə.  
Tədqiq  edilən  obyektə  görə  proqnozlaşdırma  modelləri  qurulur,  bu 
modellər obyektin gələcəkdəki mümkün vəziyyəti  haqqında məlumat almağa 
imkan verir. Model – obyektin şərti təsviri olub, onun tədqiqini asanlaşdırmaq 
məqsədilə  qurulur.  Makroiqtisadi,  mikroiqtisadi,  nəzəri,  tətbiqi,  bərabər 
ölçülü,  səmərələşdirici,  statik,  dinamik,  determinik  və  stoxastik  (ehtimali, 
təsadüfi) modellər fərqləndirilir. Makroiqtisadi modellər – maddi və maliyyə 
göstəricilərinin sıx qarşılıqlı əlaqəsinə əsaslanan iqtisadiyyatı vahid tam kimi 
təsvir  edir.  Mikroiqtisadi  modellər  –  iqtisadiyyatın  müxtəlif  struktur  və 
funksional tərkibinin qarşılıqlı təsirini, yaxud bazar mühitindəki hər hansı bir 
tərkibinin  davranışını  təsvir  edir.  Nəzəri  modellər  –  iqtisadiyyatın  ümumi 
mahiyyətini,  onun  xarakterik  elementlərini  öyrənməyə  imkan  verir.  Tətbiqi 
model  –  konkret  iqtisadi  obyektlərin  funksiyalaşması  parametrlərini 
qiymətləndirməyə  və  təcrübi  qərarların  qəbul  edilməsi  üçün  məsləhətləri 
müəyyənləşdirməyə  imkan  verir.  Taraz  ölçülü  modellər  –  müxtəlif 
vəziyyətlərdə  obyekti  öz  mövcud  halından  sapdırmağa  çalışan  amillərin 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə