SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə21/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

 
 
50 
cəhdinin  heçə  bərabər  olduğunu  təsvir  edir.  Statik  modellər  –  obyektin 
müəyyən vaxt çərçivəsindəki vəziyyətinin təsvirini verir. Dinamik modellər – 
idarəetmədə  real  proseslərin  gedişinə  təsir  edən  müxtəlif  qüvvə  və  qarşılıqlı 
təsirləri  təsvir  edir.  Determinik  modellər  –  dəyişən  göstəricilər  arasındakı 
ciddi funksional əlaqənin təsvirinə əsaslanır. Stoxastik (ehtimali) modellər – 
tətbiq  edilən  göstəricilərə  təsadüfi  təsirlərin  mümkünlüyünü  qəbul  edir  və 
onların təsvirində nəzəriyyəyə əsaslanır.  
Sosial proqonzlaşdırmanın prinsipləri  
Elmi texniki prqnozlaşdırmanın əsas prinsipləri aşağıdakılardır:  
- proqonozlaşdırmanın sürəkliliyi  prinsipi (proqnozlpşdırma obyekti haqqında 
daim daxil olan məlumatların islah olunması); 
- sistemlilik,   
- komplekslilik;  
- fasiləsizlik;  
- alternativlik;  
- adekvatlıq, yaxud uyğunluq;  
- optimallıq. 
 
YOXLAMA SUALLAR 
1.Sosial proqnozlaşdırmanın obyekti nədir? 
2.Proqnoz nədir? 
3.Proqnozlaşdırmanın əsas informasiya mənbələri hansılardır? 
4. Proqnozlaşdırmanın prinsiplərini sadalayın. 
5.Hansı proqnoz modellər fərqləndirilir? 
 
REFERAT MÖVZULARI 
1.Proqnozlaşdırmanın obyekti 
2.Proqnozlaşdırmanın informasiya mənbələri 
3.Proqnoz modellərin hazırlanması 
4.Sosial proqnozlaşdırmanın prinsipləri 
 
ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2.  Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок 
социальных процессов. М.: Поиск, 1992. 
3.Бешелев  С.Д.  Гурвич  Ф.Г.  Экспертные  оценки.  М.,  Изд-во  Педагогическое 
общество России, 1999. 
4.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
5.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 


 
 
51 
Mövzu  4.  TƏDQİQAT  PROQRAMLARININ  HAZIRLANMASI 
(proqnozdan əvvəlki yönəlmə) 
 
Sosial  tədqiqatın  proqnozlaşdırma  proqramı  –  tədqiqatın  nəzəri  əsasları, 
məqsəd  və  vəzifələrindən  ibarət  sənəd  olub,  informasiyanın  toplanması, 
hazırlanması 
və 
analizinə 
əsaslanır. 
Proqnozlaşdırma 
proqramı 
proqnozlaşdırmanın  əsas  elementi  olub,  ilkin  mərhələdə  tərtib  olunur  və 
aşağıdakı funksiyaları yerinə yetirir: 
1.  metodoloji  –  elmi,  yaxud  praktik  problem  müəyyənləşdirilir.  Bu  zaman 
problemlə bağlı tədqiqat aparılır, ümumi məqsəd və məqsədə nail olmaq üçün 
vacib məsələlər müəyyənləşir. 
2.  metodiki  –  ölçü  metodlarının  istifadəsi  üçün  tələblər  meyarı 
müəyyənləşdirilir;  metodiki  vasitələr  və  qoyulan  məsələyə  dair  prosedurlar 
nizamlanır; tədqiqatın ümumi məntiqi planı hazırlanır; 
3. təşkilati – əməyin rasional bölgüsü məqsədilə tədqiqat qrupunun üzvlərinin 
birgə fəaliyyəti həyata keçirilir; tədqiqatın mərhələli gedişinə nəzarət edilir.  
Tədqiqat  proqramının  hazırlanması  üçün  əsas  normativ  tələblər 
aşağıdakılardan ibarətdir: 
1.  məntiqi  analiz  tədqiqatın  son  nəticələrinə  və  praktik  reallaşdırılmasına 
yönəldilir;  
2.  tədqiq  edilən  problemə  dair  təcrübənin,  mövcud  informasiyanın,  həqiqi 
məlumatın təcrübədə istifadə edilməsi
3. tədqiqatın bütün elementlərinin və prosedurlarının, tamlığının və konseptual 
əsaslarının əsaslandırılması; 
4.  növbəti  mərhələlərdə  vəziyyətin  çevikliyi  əsasında  həmin  vəziyyətin 
analizi, dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi imkanları.  
Proqnozlaşdırmadan  əvvəlki  oriyentasiya  aşağıdakı  mərhələlərdən 
ibarətdir: 
1. Obyektin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi. Ümumiyyətlə, sosial 
proqnozlaşdırmanın obyekti sosial orqanizm olan cəmiyyətdir. Sosial sahənin 
müxtəlif  aspektlərini  əhatə  edən  konkret  obyektlər  aşağıdakı  kimi 
sistemləşdirilir: 
-  ictimai  fikir  formaları  (dünyagörüşü,  elm,  incəsənət,  əxlaq,  hüquq,  siyasət, 
din); 
-  həyat  fəaliyyəti  formaları  (əmək,  məişət,  asudə  vaxt,  ictimai-siyasi 
fəaliyyət); 
- fəaliyyətin formalaşması (təhsil, tərbiyə, idman); 
- əhali artımı (demoqrafiya, etnoqrafiya və s.); 
- məskunlaşma (region, şəhər, kənd, ekologiya və s.); 


 
 
52 
- sosial inkişaf (cəmiyyət, kollektiv); 
- sosial dəyişikliklər və struktur
- sosial institutlar; 
- sosial qruplar; 
- kütləvi informasiya (ictimai fikir, nəşr, radio, televiziya və s.); 
- dövlət, beynəlxalq münasibətlər, milli hərəkat və s. 
Hər  bir  sosioloji  tədqiqatda  olduğu  kimi,  proqnozlaşdırmanın  obyekti  – 
problem  vəziyyətin  əsas  göstəricisi,  sosial  reallığın  müəyyən  sahəsi,  ictimai 
həyat  subyektinin  fəaliyyət  sahəsidir.  Tədqiqat  obyekti  problemin  analizi 
əsasında müəyynləşir. Obyekt olaraq, sosial fəaliyyət sahəsi götürülür.  
2.Problemli  vəziyyət  –  sosial  obyektin  inkişaf  vəziyyəti  olub,  obyektin 
funksiyalaşmasının  onun  gələcək  inkişaf  tələblərinə  uyğunsuzluğu  ilə 
xarakterizə olunur.  
3.Sosial  proqnoz  problemi  –  problem  vəziyyətin  elmi  təsviri  forması  kimi 
sosial  həyatın  müəyyən  sahəsinin  tədqiqi,  nəzəri  və  təcrübi  fəaliyyət 
vasitələrinin işlənməsi ilə bağlı zəruri göstəri kimi formalaşır, həqiqi və arzu 
olunan vəziyyət arasındakı uyğunsuzluğun aradan qaldırılmasına yönəlir. 
4.Proqnozlaşdırmanın  predmeti  –  sosial  orqanizm  olan  cəmiyyətin 
inkişafını  və  funksiyalaşmasını  əsaslandıran  sosial  mexanizmlər,  bu  və  ya 
digər  sosial  təzahürə  dair  ilkin,  aralıq  və  son  vəziyyət  və  proseslərin,  sosial 
təzahürün keçmiş, indiki və gələcək inkişaf perspektivlərin məcmusudur. 
Tədqiqat predmetinin əsas mexanizmləri: 
- sosial fəallıq; 
-  cəmiyyətin  müəyyən  struktur  qruplarına  bölünməsi  və  bu  qrupların 
mürəkkəb sosial əlaqələr əsasında inteqrasiyası; 
-  cəmiyyətin  sosial  təşkili,  onun  müəyyən  sosial  institutlara  bölünməsi  və 
müəssisələr,  təşkilatlar  və  s.  arasında  yaranan  əlaqələr  əsasında  həmin 
institutların inteqrasiyası və s.; 
- cəmiyyətin sosial idarəçiliyi.  
Müəyyənləşmiş  tədqiqatların  predmeti  təsadüfi  olaraq  seçilmir,  tədqiqat 
probleminə  və  tədqiqat  obyektinin  xüsusiyyət  və  əlamətlərinin  analizinə 
əsasən    formalaşır.  Predmetin  düzgün  seçilməsi  uyğun  hipotezin  irəli 
sürülməsi və tədqiqat probleminin uğurlu həllinə şərait yaradır.  
5.Proqnozlaşdırmanın  məqsədi  –  problemlərin  həlli  modelidir.  Proqramda 
qoyulan  məqsədə  nail  olma  nəzəri,  metodiki  və  təşkilati  prosedurların  əsas 
səmərəlilik  göstəricisi  kimi  çıxış  edir.  Məqsədin  dəqiq  formalaşdırılması 
tədqiqat  probleminin  vacib  metodoloji  tələbidir.    İctimai  elmlərdə 
proqnozların obyekti daimi dəyişikliklərə uğrayır və bu əsasda sadə proqnoz 
özünü  reallaşdıra,  yaxud  özünü  məhv  edə  bilər.  Təşkilati-idarəetmə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə