53
qərarlarının
məqsədyönlülüyü,
planlaşdırılması,
proqramlaşdırılması,
layihələşdirilməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə uyğun
proqnozlar hazırlanır.
6. Proqnoz tədqiqatların vəzifəsi – problemin həlli məqsədilə irəli sürülmüş
müəyyən tələblər sistemidir. Vəzifələr proqnozun reallaşdırılması vasitəsidir.
Vəzifələr proqnozdan əvvəl oriyentasiya, ilkin model və proqnoz fonunun
yaradılması, kəşfiyyat və normativ proqnozların hazırlanması, onların
verifikasiyası, tövsiyyələr verilməsindən ibarət tədqiqat strukturunu yaradır.
7.Tədqiqatın əsas metodoloji aləti işçi hipotezdir. Bu əsasda hipotezin iki
forması fərqləndirilir:
1) metodoloji (alətli): müəyyən şəraitdə tətbiq edilən hipotezin əsaslı nəticələr
verəcəyi gümanı;
2) konseptual (məzmunlu): tədqiq edilən obyektin gözlənilən, yaxud arzu
edilən vəziyyətinə dair gümanlar.
Proqnozda
əvvəlcədən
proqnozun
müddəti
(retrospeksiya)
müəyyənləşdirilməlidir. Müddətinə görə – operativ, qısa müddətli, orta
müddətli, uzun müddətli, daha uzun müddətli və çox uzaq müddətli olanlara
əsasən müəyyənləşir.
Proqnoz informasiyanın üç əsas mənbəyi mövcuddur: toplanılmış təcrübə,
mövcud meyllərə əsaslanan ekstrapolyasiya (kənar qiymətləndirmə), tədqiq
edilən obyektin modelinin qurulması. Bu əsasda proqnozların hazırlanmasının
bir-birini tamamlayan üç üsulu fərqləndirilir: ekspertiza (ekspert sorğusu
əsasında), ekstrapolyasiya (obyektin əvvəlki vəziyyətinin öyrənilməsi və
keçmiş və indiki inkişaf qanunauyğunluqlarının gələcəyə ötürülməsi),
modelləşdirmə (dəyişikliklərin miqyası və istiqaməti nəzərə alınaraq, obyektin
mümkün və ya arzu edilən dəyişilməsi əsasında onun modelinin qurulması və
tədqiqi). Ən səmərəli proqnoz modeli idarəetmə sistemidir. Modellərin digər
formaları – ssenari, imitasiya, cədvəllər, matritsalar və s. mövcuddur.
Qeyd edilən proqnozlaşdırma üsulları şərti olub, təcrübədə kəsişir, yaxud
bir-birini tamamlayır. Onlardan heç biri ayrı-ayrılıqa proqnozun həqiqiliyini,
dəqiqliyini və uzun müddətliliyini təmin edə bilməz, müəyyən uyğunlaşmada
səmərəli nəticə verə bilər. Proqnoz qiymətləndirmə ekstrapolyasiya və
modelləşdirmənin elementlərini özündə birləşdirir; ekstrapolyasiya prosesi
qiymətləndirmə və modelləşdirmə elementləri olmadan mümkün deyil;
modelləşdirmə əvvəlcədən qiymətləndirməni və ekstrapolyasiyanı nəzərdə
tutur. Proqnozlaşdırma təcrübəsində daim 10 – 15 (nəzəriyyədə 150-dən çox)
proqnozlaşdırma metodundan istifadə edilir, buraya bir sıra ekspert sorğusu
metodları, həmçinin bir sıra ekstrapolyasiya və digər (ssenari, matritsa,
şəbəkə, imitasion və s.) modellər hazırlanması vasitələri də daxildir.
54
Proqnozlaşdırma tədqiqatı dəqiq təşkilatçılıq tələb edir. Hətta nisbətən
sadə sosial proqnozlaşdırma üçün 5-7 mütəxəssisdən ibarət qrup və bir neçə
ay (adətən 3 – 6 ay) vaxt tələb olunur. Daha mürəkkəb proqnozlar üçün 10 –
15 nəfərlik mütəxəssis qrupu və 2 – 3 il vaxt lazım gəlir. Tədqiqat qrupunun
tərkibi: - rəhbər (ideyalar daşıyıcısı kimi);
- 2, yaxud 3 nəfər köməkçi (biri tənqidi düşüncə tərzinə malik moderator və ya
nizamlayıcı, digəri konstruktiv düşüncə tərzinə malik animator, və ya
ilhamverici, üçüncüsü analitik düşüncə tərzinə malik ideya sistematizatoru);
- 1 – 2 nəfər təkmilləşdirici-riyaziyyatçı (tədqiqat aparatını lazımi səviyyədə
formalaşdırma bacarığı olan);
- katibə kargüzar.
Qrupun 10-15 nəfərədək genişləndirilməsi köməkçilərin sayının artırılması
adətən informasiyanın toplanması və hazırlanması, yəni mənbələrin və
ədəbiyyatın xülasə edilməsi, ekspertlər və əhali arasında sorğu keçirilməsi,
model üçün materialların hazırlanması ilə əlaqədar köməkçi işçilərin işə daxil
edilməsi hesabına baş verir.
Ekspert qrupu adətən ekspertizaya təqdim edilən informasiyanı fərqli
ümumiləşdirmə təcrübəsi və iş xüsusiyyətinə görə informasiyaya fərqli
münasibəti olan müxtəlif səviyyəli ekspertlərdən təşkil olunur.
İşçi sənədlərin siyahısı:
1. İlkin modelin ilkin cizgiləri (ümumi matritsa - qəlib).
2. İlkin modelin parametrlərinin dəqiqləşdirilməsi üçün anket-intervü
nümunəsi.
3. Kəşfiyyat və normativ proqnoz modellərin dəqiqləşdirilməsi üçün anket-
üntervü.
4. Paralel ekspert sorğusu üçün anket nümunəsi.
5. Ölçü şkalası.
6. İntervü təlimatı.
7. Kodlaşdırma təlimatı.
8. Ekspertlərin kollektiv sorğusunun keçirilməsi təlimatı.
9. Ekspertlərin sorğusu ilə bağlı materialların hazırlanması.
10. Dəqiqləşdirilmiş ilkin modelin göstəricilərinin siyahısı.
11. Proqnoz fonunun xülasəsi.
12. Modeldən əvvəlki ssenari planı.
13. Kəşfiyyat modelinin işçi hipotezləri.
14. Normativ modelin qurulması meyarlarının planı.
İşçi sənədlərin kəmiyyəti, tərkibi, həcmi və xüsusiyyətləri tədqiqatın
xüsusiyyətləri, məqsədləri və vəzifələri əsasında formalaşır.
55
YOXLAMA SUALLAR
1.Proqnozlaşdırma proqramı hansı funksiyaları yerinə yetirir?
2.Proqramlaşdırmadan əvvəlki yönəlmə hansı mərhələlərdən ibarətdir?
3.Tədqiqat predmetinin əsas mexanizmləri hansılardır?
4.Proqnoz informasiyanın əsas mərhələləri hansılardır?
5.Tədqiqat proqramı hazırlanarkən hansı işçi sənədlər istifadə edilir?
REFERAT MÖVZULARI
1.Sosioloji tədqiqatın proqnozlaşdırılması proqramı
2.Konkret proqnozun hazırlanmasında proqnozdan əvvəlki yönəlmə
3. Proqnoz tədqiqatın təşkili – optimal tədqiqat qruppu
4. Proqnozlaşdırmanın avtomatlaşdırılması və kompüterləşdirilməsi
ƏDƏBİYYAT:
1.Бестужев-Лада И.В., Наместникова Г.А. Социальное прогнозирование. Курс
лекций. М.: Педагогическое общество России. 2001.
2.Бестужев-Лада И.В., Наместникова Г.А. Технология прогнозных разработок
социальных процессов. М.: Поиск, 1992.
3.Бешелев С.Д. Гурвич Ф.Г. Экспертные оценки. М., Изд-во Педагогическое
общество России, 1999.
4.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999.
5.Гражданников Е.Д. Экстраполяционная прогностика. Новосибирск. 2-ое изд.,
2001.
6.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995.
7.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977.
8..Методологические проблемы социального прогнозирования / Отв. ред. В.И.
Куценко. Киев, 1996.
9.Нормативное социальное прогнозирование. М.: Наука, 1987.
10.Основы экономического и социального прогнозирования / Под ред. В.Н.
Мосина, Д.М. Крука. М.: Высшая школа, 1985.
11.Поисковое социальное прогнозирование. М.: Наука, 1984.
12..Прогнозное обоснование социальных нововведений. М.: Наука, 1993.
13..Прогнозирование в социологических исследованиях. Методологические
проблемы. / Отв. Ред. И.В.Бестужев-Лада. М., Мысль, 1978.
14. Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.:
Мысль, 1982.
15.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика, 1984.
Dostları ilə paylaş: |