SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə25/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   116

 
 
60 
əsasında  qiymətləndirilir.  Ekspertizanın  nəticələrinin  hazırlanması  ənənəvi 
riyazi-statistik metodla yerinə yetirilir.   
Ekspertlərin panel sorğusu 
Tədqiq  edilən  obyektin  sosial  məqsədlərinin  müəyyənləşdirilməsi  sosial 
problemlərin  həlli  planında  baxılır.  Sosial  problemlər  vaciblik  və  aktuallıq 
səviyyəsinə  görə,  həmçinin  məqsədlərlə  dialektik  qarşılıqlı  əlaqədə  sıralanır. 
Bu  məsələnin  həlli  üçün  destruktiv  qiymətləndirmə  texnikası  istifadə  edilir. 
Bu texnika ekspert qrupuna aid olan intuitiv metodlar, rəylərin kollektiv təhlili 
və yeni ideyaların əmələ gəlməsilə bağlıdır. Bu metod ekspertiza keçirilməsi 
qaydalarına  əsaslanır  və  idarə  edilən  ekspert  sorğularına  aiddir.  Burada 
orijinal,  mürəkkəb  qiymətləndirmə  əldə  edilir.  Bu  texnikanın  mahiyyəti 
ekspertlərin  yaradıcılıq  potensialının  stimullaşdırılması  üçün  təklif  edilən 
qiymətləndirmənin  tənqid  edilməsi  və  «zehni  həmlə»  üsulu  ilə  yeni 
qiymətləndirmə əldə edilməsindən ibarətdir. Stimullaşdırma effekti əldə etmək 
üçün  işin  ilkin  mərhələsində  ekspertlərin  tənqidi  mühakimələri  süni 
kənarlaşdırılır,  ekspertlərin  orijinal  konstruktiv  mühakimələri  sayəsində 
onların yaradıcılıq potensialı «buxovdan azad edilir» və müzakirələr gedişində 
ekspertlər  problemi  yeni,  öz  həmkarlarının  yanaşması  ilə  görə  bilirlər.  Bu 
texnikanın  istifadəsi  mürəkkəb  sosial  təzahürlərin  yüksək  səviyyəli 
ekspertizasına 
şərait 
yaradır. 
Bu 
texnika 
alternativ 
variantların 
qiymətləndirilməsi zamanı da çox səmərəli nəticələr əldə etməyə imkan verir. 
Bu zaman ekspertiza alternativlər toplusunun müəyyənləşdirilməsinə yönəlir. 
Bu metod alternativlərin xüsusiyyətinə təsir edən amillərin aşkar edilməsi və 
qiymətləndirilməsi üçün də dəyərlidir.  
Destruktiv  qiymətləndirmə  metodu  aşağıdakı  mərhələlərdə  tətbiq 
edilir: 
1.Sorğu prosesinin təsviri və təhlil obyektinin xülasəsi əsasında problem 
siyahısının  tərtib  edilməsi.  Bu  mərhələ  problemin  qoyuluşu  və  sorğuda 
qoyulacaq məsələlərin sıralanması ilə başlanır. Burada ümumiləşmənin dəqiq 
aparılması  vacibdir,  buna  görə  də  adətən  mürəkkəb  obyektlər  daha  sadə 
elementlərə bölünür.  
2.Ekspert  qrupunun  formalaşdırılması.  Bu  qrupun  optimal  say  tərkibi 
empirik yollarla müəyyənləşdirilib, belə ki, daha sadə məsələlər qoyulduqda – 
bir  nəfər,  daha  mürəkkəb  məsələlərdə  isə  bir  neçə  nəfər  ekspert  cəlb  edilir. 
Tənqidi  düşüncə  tərzinə  malik  moderatorlar,  konstruktiv  düşüncə  tərzinə 
malik generatorlar və problemin  hər hansı bir sahəsi, yaxud bütöv problemlə 
yaxşı  tanış  olan  ekspertlərin,  həmçinin  digər  elm  sahələrindən  olan 
mütəxəssislərin cəlb edilməsi vacibdir. 


 
 
61 
3.»Zehni  həmlə»  qaydalarına  uyğun  olaraq,  problemin  təhlili  əsasında 
yeni  ideyaların  formalaşması.  Bu  zaman  aparıcı  mütəxəssis  təhlil  olunacaq 
problemi  təklif  edir,  yəni  sorğudan  bir  neçə  gün  əvvəl  ekspertlərə  təqdim 
olunmuş problem siyahısını açıqlayır, ekspertlərin məsələ ilə bağlı suallarına 
cavab verir, təhlil olunan problemi formalaşdırır və iştirakçıların fikrini «zehni 
həmlənin» həyata keçirilməsinə yönəldir: 
-  ekspertlərin  fikirləri  dəqiq  və  yığcam  olmalıdır  (reqlament:  1-2  dəqiqəlik 
müəyyənləşdirilir); 
- şübhəli yanaşmalar və əvvəlki çıxışların tənqidi qəbul edilmir;   
- hər bir ekspert bir neçə dəfə çıxış edə bilər
- əvvəlcədən hazırlanmış cavabların oxunmasına icazə verilmir
-  əvvəlki çıxışla bağlı fikirlər bildirilməsinə üstünlük verilir
- aparıcı ekspert digərlərini orijinal yanaşmasına görə təqdir edir
-  imkan  daxilində  ekspertlərin  təşəbbüskarlığını  və  yaradıcılıq  potensialını 
aşkar edən mükalimə şəraiti yaradılır.  
4.  Əvvəlki  mərhələdə  irəli  sürülmüş  fikirlər  sistemləşdirilir.  Bu  xüsusi 
analitik sorğu təşkilatçılar qrupu tərəfindən həyata keçirilir: 
- bütün qeyd edilən ideyaların siyahısı tərtib edilir; 
-  hər  bir  ideya  mövcud  tədqiqat  üçün  standart,  ümumi  qəbul  edilmiş 
anlayışlarla müəyyənləşdirilir; 
- bir-birini təkrar edən ideyalar aşkar edilir və kompleks yaradılır; 
- ideyalar qruplara görə təsnif edilir
-  növbəti  mərhələ  üçün  tezis-suallar  tərtib  edilir.  Təcrübə  göstərir  ki, 
ekspertlərə  siyahı  təqdim  edildikdə  onların  diqqətinin  digər  məsələlərə 
yönəlməsi təhlükəsi yaranır.  
5. İdeyaların dağıdılması və əks ideyaların irəli sürülməsi. Təhlil «zehni 
həmlə»  mərhələsində  aparılır  və  ekspertlərdən  yalnız hər  bir  ideyanın  tənqid 
edilməsi  tələb  olunur  və  əldə  edilən  nəticələr  problemin  mahiyyətinin 
dəqiqləşdirilməsi üçün istifadə edilir. 
6.  Ekspertizanın  nəticələri  ümumiləşdirilir:  bütün  tənqidi  qeydlərin 
siyahısı  tərtib  edilir.  Bu  metodun  istifadə  edilməsi  tədqiq  edilən  obyektin 
sosial  məqsədlərinin  ekspert  qiymətləndirilməsini  dəqiqləşdirməyə  və 
sistemləşdirməyə  şərait  yaradır.  Alınan  nəticə  sosial  təzahürün  ilkin 
proqnozlaşdırma modeli ola bilər.   
Tədqiq 
edilən 
obyektin 
mümkün 
göstəricilərinin 
ekspert 
qiymətləndirilməsi  sosial  statistikanın  müxtəlif  istiqamətlərinin  inkişaf 
etdirilməsinə və təkmilləşdirilməsinə imkan yaradır.   
Ekspertiza aşağıdakı mərhələləri əhatə edir: 


 
 
62 
1.İlkin göstəricilər toplusunun dəqiqləşdirilməsi üçün xüsusi əyani sorğu 
keçirilir. Bu zaman tədqiq edilən sahənin mütəxəssisləri ekspert rolunda çıxış 
edir.  
2.Dəqiqləşdirilmiş  göstəricilər  toplusunun  qiymətləndirilməsi  üçün 
ekspert qrupu yaradılır. Belə ki, əvvəlki qrupda aparılmış ekspert sorğusunun 
nəticələri  bir  tərəfli  qiymətləndirmə  olub,  digər  baxışları  nəzərə  almır. 
Müxtəlif  səviyyəli  və  profilli,  mürəkkəb  sosial  təzahürə  əsaslı  qiymət  verə 
bilən ekspertlərdən təşkil olunmuş ekspertlər qrupunun yaradılması problemi 
meydana  çıxır.  Bu  zaman  «qar  topası»  metodu  daha  əlverişlidir.  Bu  metoda 
görə,  bir  sıra  ekspert  sorğusu  keçirilir,  hər  bir  ekspertdən  yaradılacaq  qrupa 
daxil  edilə  biləcək  bir  və  ya  bir  neçə  mütəxəssisin  adının  çəkilməsi  təklif 
olunur.  Ekspert  seçilməsində  digər  metodlardan  biri  də  tədqiq  edilən 
problemlə bağlı müəlliflər siyahısından, həmçinin sənədli metod, eksperiment, 
səsvermə  və  özünüqiymətləndirmə  əsasında  daha  səriştəli  ekspertlər 
siyahısından istifadə edilməsidir. Sənədli metod ekspertin səriştəliliyini rəsmi 
göstəricilər  (elmi  dərəcəsi,  vəzifəsi,  iş  stajı  və  s.)  əsasında  müəyyənləşdirir. 
Eksperimental  metod  ekspertin  əvvəlki  sorğulardakı  iştirakının  nəticələrini 
nəzərə alır. Səsvermə metodu daimi elmi əlaqələrdə olan ekspertlərin qarşılıqlı 
qiymətləndirilməsinə  əsaslanır.  Özünüqiymətləndirmə  ekspertin  –  qoyulan 
problemlə  xüsusi  məşğul  olması,  bu  haqda  müəyyən  ədəbiyyatla  tanışlığı, 
yaxud problem haqqında ümumi təsəvvürü ilə bağlı verilən suallara cavabına 
əsaslanır. Bu metodlardan istifadə edərkən nəzərə almaq lazımdır ki, ekspert 
qiymətləndirməsi  əsasında  ekspertin  elmi  statusu  və  səriştəliliyi  ilə  həqiqi 
səriştəliliyi  və  özünüqiymətləndirməsi  arasındakı  fərqi  aşkar  etmək    heç  də 
həmişə  mümkün  olmur.  Ekspert  qiymətləndirməsi  ilə  bağlı  ədəbiyyatlarda 
qeyd  edilir  ki,  ekspertin  səriştəliliyinə  dair  ən  səmərəli  göstərici 
özünüqiymətləndirmə  əsasında  alınır.  Ekspert  qrupunda  optimallığa  nail 
olmaq üçün ekspert qrupuna tədqiq edilən problemin bütün sahələri ilə məşğul 
olan  mütəxəssislər  cəlb  edilməldir.  Geniş  və  dar  profilli  mütəxəssislərin 
səmərəli  əlaqələndirilməsi  hər  bir  tədqiqatda  xüsusi  nəzərə  alınmalıdır. 
Ekspert qrupunun say tərkibi qeyri müəyyəndir.  
3.Hər hansı məhşur metodlardan biri vasitəsilə ekspertizanın aparılması 
– ekspert qiymətləndirilməsinin dəqiqliyi, qrup qiymətləndirməsi üçün uyğun 
metodların  seçilməsi,  ümumi  razılığın  əldə  edilməsi  və  bir  sıra  digər 
məqamların nəzərə alınması ilə bağlıdır.    
4.Anoloji  modellərin  müqayisəli  analizi  –  sistem  göstəricilərinin 
təkmilləşdirilməsi  məqsədilə  tədqiq  edilmiş  sistemlərin  öyrənilməsi,  onların 
müqayisə edilməsi, üstün və zəif tərəflərinin nəzərə alınmasına əsaslanır. Bu 
zaman  lazımi  sayda  eyni  növlü,  eyni  məzmunlu,  strukturlu  və  məqsədyönlü 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə