267
texniki təhsilə yiyələnənlər yüksək ixtisaslı fəhlələr olurlar. Orta ixtisas təhsil
müəssisələrinin məzunları orta təbəqəni təşkil edirlər. Ali təhsil
müəssisələrinin məzunları isə, ziyalılar təbəqəsi kimi, cəmiyyətdə əsas mənəvi
dəyərlərin daşıyıcısı kimi çıxış edirlər.
Kadrların təkmilləşdirilməsi təkmilləşdirmə institutları vasitəsilə həyata
keçirilir. Elmi sahədə bu aspirantura və dokturanturalarda təhsilin davam
etdirilməsinə yönəlir.
Təhsil sisteminin yeni modeli
Təhsil sisteminin yeni modeli aşağıdakı istiqamətlər üzrə inkişaf edir:
- təhsil fəaliyyətinin təşkilati-hüquqi formasının dəyişkənliyi;
- təhsillənmənin dəyişkənliyi;
- çoxpilləli təhsil;
- təhsil müəssisələrinin dəyişkənliyi.
Ümumtəhsil məktəblərinin yeni tipli məktəblərə (gimnaziya, litsey,
çoxprofilli məktəblər və s.) çevrilməsi meyli müşahidə olunur. Universitetlərin
nəzdində xüsusi ixtisaslı litseylər və gimnaziyalar açılır və təhsil prosesində
aşağıdakı xüsusiyyətlər təzahür edir:
- təhsil prosesinin ayrı-ayrı pillələri arasında sıx əlaqənin yaranması;
- peşə yönümünün möhkəm əsaslarının yaranması;
- gənclərin gələcək peşə seçiminə düşünülmüş yanaşmanın formalaşması;
- gənclərin müasir cəmiyyətdəki dəyərlərə yönəlməsi və peşə seçimindəki
meyllər;
- təhsil prosesində şəxsiyyətin inkişafı;
- təhsil prosesinin sosial sifarişə yönəlməsi üçün şəraitin yaranması.
Təhsil prosesinin idarə edilməsi
Təhsil prosesinin idarə edilməsi təhsil sisteminin funksiyalaşması və
inkişafı ilə bağlı xüsusi sosial tənzimləyici kimi çıxış edir. Burada təhsil
sisteminin mövcudluğu, onun daimi yeniləşməsinə nəzarət həyata keçirilir.
Təhsil prosesinin idarə edilməsi dövlət standartlarının və yeni formalarının
təhsilə ötürülməsi xüsusiyyətini daşıyır. Ali səviyyəli idarəetmə çərçivəsində
hər hansı bir təşkilat sosial siyasi xüsusiyyət kəsb edir. Bu səviyyədə
ideologiya, dövlət və Milli siyasət paradiqmaları reallaşdırılır. Təhsil
sahəsində idarəetmənin obyekti iki təşkilati forma – dərs vəsaiti və sosial
olandır. Dərs vəsaiti texnoloji təhsil, sosial təşkilat isə, təhsil subyektlərinin
qarşılıqlı münasibətlərilə bağlıdır.
Təhsil prosesinin idarə edilməsinin aşağıdakı səviyyələri fərqləndirilir:
- mikrosistemli (dərs məşğələsi);
- makrosistemli (təhsil müəssisəsi);
- meqasistemli (bütövlükdə təhsil sistemi).
268
Təhsil prosesinin layihələşdirilməsinin üstünlükləri
Təhsil prosesinin layihələşdirilməsi müəyyən sosial dəyərlərə və meyllərə
əsaslanır. Bu sırada aşağıdakıları fərqləndirmək olar:
- etik üstünlüklər insanın azad təhsil alma hüququnun ədalətli həyata
keçirilməsinə əsaslanır.
- siyasi üstünlüklər hökumətin müəyyən təhsil alma imkanları ilə bağlı milli
ictimai ehtiyatlara iddia edən müəyyən sosial qrup və sosial təbəqələrə qarşı
durmaq bacarığını əks etdirir. Bununla yanaşı təhsil büdcəsi cəmiyyətin
maraqlarını əks etdirən müəyyən sosial qrupun təsiri altında müəyyənləşə
bilər.
- iqtisadi üstünlüklər bir tərəfdən cəmiyyətin iqtisadi imkanları, digər tərəfdən
təhsil sisteminə qoyulan investisiyalarla əlaqədardır. Təhsilə qoyulan kapital
ən səmərəli kapital hesab edilir və əks münasibət qeyri peşəkar kadrlara malik
olan iqtisadiyyatın zəifləməsinə səbəb olur.
- yaradıcı üstünlüklər bilavasitə cəmiyyətdə yüksək keyfiyyətli məhsulların
və yüksək ixtisaslaşmış kadrların mövcudluğu ilə müəyyənləşir və məhz bu
əsasda cəmiyyətin sabitliyi təmin olunur.
Sosial təhsil
Sosial təhsil xüsusi sosial fenomen olub, subyektin sosial dialoq aparmaq
kimi zəruri sosial funksiyanı həyata keçirmək bacarığını əks etdirir. Sosial
təhsilin iki forması – ümumi və xüsusi – fərqləndirilir. Birinci halda sosial
təhsil zəruri, lakin köməkçi təhsil kimi, ikinci halda isə, müəyyən ixtisaslı
kadrların hazırlanmasına yönəlmiş təhsil kimi qəbul edilir. «Differencia
specifica» sosial təhsilin üçüncü forması kimi qəbul edilir və əsasən təhsilin
ilkin, səciyyəvi xüsusiyyətini əks etdirir.
Sosial dialoq
Sosial dialoq – cəmiyyətin funksional xüsusiyyəti olub, subyektlərarası
qarşılıqlı münasibətlər və qarşılıqlı fəaliyyət forması kimi çıxış edir. Bu ilk
növbədə vətəndaş cəmiyyəti və dövlət arasında yaranan dialoqdur. İctimai
münasibətlərin subyekti olan bütün sosial qruplar, siyasi partiyalar və
hərəkatlar, ictimai birliklər, Milli, dini və digər təşkilatlar və təbəqlər arasında
sosial dialoq mövcuddur. Fərd və sosial qrup, fərd və cəmiyyət, fərd və dövlət,
həmçinin sosial qrup və cəmiyyət, sosial qrup və dövlət arasında qarşılıqlı
fəaliyyətin reallaşdırılması sosial dialoqdur. Sosial dialoq qeyri-təşkilati, təbii
və təşkilatlanmış ola bilər.
Təhsilin dualizmi
Təhsilin dualizmi aşağıdakı kimi müəyyənləşdirilir:
- Xüsusi təhsil - Ümumi təhsil
- Təhsil şəxsiyyətin formalaşdırılması prosesi kimi – Peşə təhsili
269
- Təhsil yaradıcılıq kimi – Təhsil istehsal kimi
- Özünütəhsilləndirmə – Təhsil biliklərin, bacarıqların, məlumatın
məqsədyönlü ötürülməsi prosesi kimi
- Universitet təhsili – İxtisas təhsili
- Sənət, peşə əldə edilməsinə yönəlmiş təhsil – Təhsil təhsillənmə məqsədi
daşıyan peşə kimi
- Qeyri formal təhsil – Formal təhsil
Təhsildə dualizmlə bağlı fiziklər və liriklər, humanitar və təbiətşünaslıq,
dövlət və özəl təhsil müəssisələrində təhsil, ənənəvi və innovasion, klassik və
qeyri-klassik, dövlət standartlarına uyğun olan və qeyri-standart təhsil
formaları fərqləndirilə bilər.
Sosial təhsilin arxitektonikası
Sosial təhsilin əsas məsələsi sosial dialoqun subyekti olan insan
formalaşdırmaqdır. Sosial təhsilin mahiyyəti və arxitektonikası sosial tarixi
inkişaf prosesində şəxsiyyətin rolunun dərk edilməsinə yönəlir.
Sosial təhsil subyektləri sosial hədlərin direktiv (əmrverici) olandan
mental (zehni) olana yönəlməsi istiqamətində fəaliyyət göstərirlər.
YOXLAMA SUALLAR
1.Təhsil sosiologiyasının predmetini izah edin.
2.Təhsilin sosiologiyasının əsas kateqoriyaları hansılardır?
3.Təhsil prosesinin tədqiqatının əsas istiqamətlərini izah edin.
4.Təhsilin sosiologiyasının strukturu necədir?
5.Təhsilin əsas funksiyaları hansılardır?
REFERAT MÖVZULARI
1.Sosial təhsil
2.Təhsil prosesinin layihələşdirilməsinin üstünlükləri
3.Təhsil prosesinin idarə edilməsi
4.Təhsilin sosial təşkilati modeli
ƏDƏBİYYAT:
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным
развитием. Минск: Наука и техника, 1936.
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совер-
шенствования распределительных отношений /Тематический сборник/. Баку, БФ
ЛФЭИ, 1988.
3.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по
социологии знания. М., 1995.
4.Годин В. В., Корнеев И. К. Управление информационными ресурсами. М.,
2000.
5. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие.
Ростов н/Д: «Феникс», 2001.
6.Попов С. А. Стратегическое управление. М., 1999.
Dostları ilə paylaş: |