261
2.respondentlərin seçicilik təcrübəsi: seçkilərdə iştirak, səsvermə ilə bağlı
qərarları və s.;
3.yaşadığı ölkə, regionun problemlərinin qavranılması, siyasi yönümləri;
4.seçici məqsədləri: seçkilərdə iştiraka hazırlıq və bu və ya digər iddiaçıya
səs vermə, bu davranışların səbəbləri, onların sabitlik səviyyəsi;
5.seçkilər qabağı tədbirlərə münasibət, seçki kampaniyasında bu
tədbirlərin səmərəlilik səviyyəsi.
Sesiçi fəaliyyəti ilə bağlı tədqiqatlar hakimiyyət uğrunda mübarizədə
siyasi sahə və institutların funksiyalaşması haqqında cəmiyyətin fasiləsiz
məlumatlandırılmasına olan tələbatla bağlı meydana gəlib. Seçici davranışı ilə
bağlı tədqiqatların dörd forması fərqləndirilir:
1.Məlumatlandırma – cəmiyyətin siyasi institutlarını mövcud siyasi
davranış haqqında həqiqi məlumatla təmin etmək;
2.İslahedici (korrektə) – qəbul edilən idarəetmə qərarlarının
yoxlanılmasını təmin etmək, seçici davranışının xüsusiyyətlərinin və
istiqamətlərinin islah edilməsi;
3.Proqnozlaşdırıcı – tədqiq olunan proses və təzahürlərin inkişafına dair
proqnozların həyata keçirilməsi;
4.Təbliğatçı – geniş ictimaiyyətin sosial meyarların nəticələri, seçki qabağı
kampaniyanın gedişi ilə tanış edilməsi seçicilərin düzgün istiqamətlənməsinə
və seçkilərə marağının yüksəlməsinə kömək edir.
Seçici davranışın proqnozlaşdırılması
Seçici davranışın prqnozlaşdırılması iki tədqiqat məsələsi əsasında
müəyyənləşir. Birinci məsələ seçkilərdə iştirak edənlərin sayının, ikinci
məsələ səslərin son miqdarının müəyyənləşdirilməsi ilə bağlıdır. Əldə edilən
məlumatlar seçki vəziyyətinin və seçki gedişinin prqnozlaşdırılmasına şərait
yaradır. Seçkilərə dair tədqiqatın üç mərhələsi fərqləndirilir: seçki qabağı
tədqiqat, seçki günü aparılan tədqiqat, seçkilərdən sonrakı tədqiqat. Burada
mövcud siyasi vəziyyətin və reytinqin öyrənilməsilə bağlı seçki qabağı
tədqiqat əsas mərhələ hesab edilir, hər 5 – 6 gündən bir təkrar sorğular aparılır
və son tədqiqat seçkilərə 3 – 4 gün qalmış olur. Alınan nəticələr müqayisə
edilir və bu əsasda seçicilərin davranış xüsusiyyətləri müəyyənləşdirilir.
Reytinq müəyyənləşdirilərkən əsasən «tərəzi» və «xəlbir» metodları
istifadə edilir. «Tərəzi» metodu ilə reytinq fərqli münasibətlər və «Əgər
seçkilər yaxın bazar günü keçirilsə idi, siz kimə səs verərdiniz?» və «Əgər
seçkilər yaxın bazar günü keçirilsə idi, siz kimə səs verməzdiniz?» sualları
əsasında müəyyənləşdirilir. «Xəlbir» metodu istifadə edilərkən, hər bir siyasi
lider və siyasi partiyaya münasibət müəyyənləşdirilir və bu zaman aşağıdakı
göstəricilər istifadə edilir:
262
- liderin tanınması səviyyəsi;
- partiyanın tanınması səviyyəsi;
- nüfuz səviyyəsi;
- siyasi etibarlılıq ölçüləri;
- mövcud məqamda konkret fəaliyyətin qiymətləndirilməsi;
- mövcud liderin gələcəyinə inam;
- mövcud partiyanın gələcəyinə inam.
Bu ölçülər təsadüfi qiymətləndirmədən uzaq olduğu üçün daha dəqiq
proqnoz verməyə imkan yaradır.
Seçkilər günü və seçkilərdən sonra keçirilən tədqiqatlar zamanı «Siz
namizədlərdən hansına səs vermisiniz?» sualından istifadə edilir. Bu
tədqiqatın məqsədi seçkilərin ümumi nəticələrinin seçkiqabağı tədqiqat
nəticələrini manipulyasiya etməsi imkanlarının qarşısını alınmaqla bağlıdır.
Uğursuz proqnozlaşdırmadan sonra səhvlər üzərində iş aparılmalıdır.
Bütün
toplanmış
təcrübə
təhlil
edilməli,
seçici
davranışının
proqnozlaşdırılmasına
dair
etibarlılığı
təmin
edən
yanaşmalar
müəyyənləşdirilməlidir. Proqnozlaşdırmanın metodik əsasları təmin edilməli,
informasiya mənbələri genişləndirilməli, keyfiyyət metodları istifadə edilməli,
sorğuların gedişi bir qədər dəyişdirilməli, riyazi modellər əsasında modellər
qurulmalıdır.
Seçici davranışının sosial layihələşdirilməsi və proqnozlaşdırılması
istiqamətləri
1.Cəmiyyətin siyasi parityalara münasibətinin və vətəndaşların seçici
davranışının aydınlaşdırılması və prqnozlaşdırılması.
2.Əhalinin siyasi partiyaların proqramları haqqında məlumatlılıq
səviyyəsi.
3.Seçicilərin sosial strukturu.
4.Partiya və hərəkatların potensial seçiciləri.
5.Seçicilərin yaş strukturu.
6.İki partiyalılıq sisteminin tərəfdarları ilə çox partiyalılıq tərəfdarlarının
partiya liderlərinə münasibətləri.
7.Seçici göstəricilərinin etibarlılıq səviyyəsi.
8. Partiyaların seçicilərlə yaxınlığı.
9.Seçici davranışının mənfi və müsbət variantları.
Cəmiyyətin siyasi partiyalara münasibəti və vətəndaşların seçici davranışı
siyasi partiyaların fəaliyyəti və apardığı siyasətin analizi əsasında
müəyyənləşdirilir. Cəmiyyətin bu və ya digər siyasi partiyaya münasibəti
seçicilərin partiyaların fəaliyyəti və siyasi məqsədləri haqqında məlumatları
əsasında müəyyənləşir. Seçicilərin sosial strukturunun və seçici
263
davranışlarının təhlili bu və ya digər siyasi partiyanın sosial əsasları haqqında
proqnoz verməyə kömək edir. Partiyaların potensial seçiciləri səs verməyə
hazır olan sosial qrupları müəyyənləşdirməyə əsas verir. Proqnozlaşdırma
zamanı seçkilərdə iştirak etmək fikrində olmayan qrup xüsusi qrup kimi çıxış
edir. Seçici qruplarının vəziyyətilə bağlı fərqlər təsnif edilərkən, seçicilər dörd
qrupa bölünür:
- zəif mobilliyə malik olanlar (seçkilərdə iştirak etmək niyyəti olmayanlar);
- hissəli mobilliyə malik olanlar (şəxsi təşəbbüs, yaxud seçici vərdişinə
əsaslanan iştirak);
- yüksək mobilliyə malik olanlar (situativ səbəblərə əsaslanan iştirak);
- son hədli mobilliyə malik olanlar (hər hansı bir partiyanın tərəfdarları).
Bu
bölgü
seçicilərin
seçkilərdə
iştirak
səviyyəsi
əsasında
müəyyənləşdirilib.
Partiyaların oxşarlığı partiya liderlərinin oxşar tərcümeyi-halı, siyasi
proqramların uyğunluğu, siyasi, sosial və ümumbəşəri dəyərlərin bənzərliyi və
s. ilə əlaqədardır. Seçici davranışının mənfi və müsbət tərəfləri
proqnozlaşdırmanın əsası kimi çıxış edir. Seçici şüuru və davranışının
aşağıdakı xüsusiyyətləri fərqləndirilir:
- fəhlə seçicilər liberal və xalq demokratik partiyaların, birliklərin və
hərəkatların uğurlarını qiymətləndirərək, onlara səs verirlər;
- mühəndis-texniki seçicilər tərəqqipərvər və millətçi partiya və birliklərin
uğurlarını qiymətləndirərək, onlara səs verirlər;
- xidmət sahəsi işçiləri və sahibkarlar daha çox səs çoxluğu ilə çıxış etsələr də,
əsl mövqelərini daha az təzahür etdirirlər.
YOXLAMA SUALLAR
1.Seçici davranışınının strukturunu izah edin.
2.Seçkilərdə zəif iştirakı hansı səbəblərlə bağlıdır?
3.Seçici davranışın proqnozlaşdırılması xüsusiyyətlərini izah edin.
REFERAT MÖVZULARI
1.Seçici davranışın proqnozlaşdırılması xüsusiyyətləri
2.Seçici davranışının öyrənilməsinin tarixi kökləri
3.Elektoral davranışın layihələşdirilməsi
4.Seçici davranışının sosial layihələşdirilməsi və proqnozlaşdırılması istiqamətləri
ƏDƏBİYYAT:
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным развитием.
Минск: Наука и техника, 1936.
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совершенствования
распределительных отношений /Тематический сборник/. Баку, БФ ЛФЭИ, 1988.
3.Бергер П., Лукман Т. Социальное конструирование реальности/ М., 1995.
Dostları ilə paylaş: |