252
müəssisələr tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq, hüquqi
nəzarəti çox zaman «rəsmi» nəzarət adlandırırlar. Cəmiyyətin normativ nizamı
ümumi və struktur qaydalarla yönəldilmiş və qarşılıqlı fəaliyyətdə olan fərdlər
və qrupların tələblərinin və maraqlarının qaydalar və sosial nəzarət əsasında
həyata keçirilməsilə müəyyənləşir. Hüquqi nizamın sabitliyi sosial nəzarətin
legitimliyinə əsaslanır. Legitimlik zəif olduqda xarici məcburiyyət də güclü
olur və əksinə. Sosial nizamın legitimliyi vətəndaşların dövlət konstitusiyasına
tabeçilik səviyyəsindən asılı olub, siyasi konformizmdə öz əksini tapır. Sosial
nəzarətin sabitliyi yeniləşmə mexanizmlərinin fəaliyyətilə bağlıdır.
Sosial nizamın layihəli legitimliyi
Vətəndaş birliyi aşağıdakı hallarda konstitusiyaya diqqəti artırır:
1.konstitusiya dəyərlərinin üstünlüyü, təhlükə və zərərlər kütləvi şüurda
həyəcan doğurduqda;
2.konstitusiyaya dəyişikliklər, yaxud konstitusiyanın ümumi təftişi
layihəsi əsas siyasi mövzuya çevrildikdə;
3.düzəliş prosedurları ilə bağlı mümkün pozuntulara diqqət artdıqda;
4.konstitusiyadan yayınmaların məhkəmələrdə mübahisə mövzusuna
çevrilməsinə diqqət artdıqda.
Beləliklə, konstitusiyanın legitimlik dərəcəsi normativ, nominal və
semantik ola bilər. İctimai rəyin konstitusiyaya yönəlməsi legitimliyin empirik
göstəricisi kimi müəyyənləşir.
Normativ nizamda hüququn rolu
Sosial nizamın institutlaşması cəmiyyətin normativ sisteminin hüquqi
status qazanması, hüquq və məsuliyyətlərin ümumiliyi əsasında müəyyənləşir.
İnstitutlaşma cəmiyyətin fərdi və kollektiv üzvlərinin normativ tənzimlənməsi
üç sahəni əhatə edir: ümumi dəyərlərə münasibət, cəmiyyətin hakimiyyət
tərəfindən idarə olunmasına münasibət, hüquq qaydalarının təmin olunmasına
münasibət. Hüquq qaydalarının müdafiəsi xüsusi dövlət orqanlarına tapşırılır
və hüquq mühafizə institutları vasitəsilə tənzimlənir. Sosial nizamın
institutlaşmasının hüquqi əsasları vətəndaş səlahiyyətləri, ictimai münasibətlər
sahəsində hüquqa malik olmaq və məsuliyyət daşımaq imkanları ilə bağlıdır.
Hüquqi nizam hüquqi bəyannamələrlə yanaşı əxlaqi məsuliyyətə əsaslandıqda
leqal olandan legitim olana çevrilir. Konstitusiya qanunları, konstitusiyaya
dəyişikliklər, beynəlxalq müqavilələr, parlament reqlamentləri, dövlət
hakimiyyəti icra orqanlarının normativ aktları və s. konstitusiyalı nəzarətin
obyekti kimi çıxış edir.
253
YOXLAMA SUALLAR
1.Normativ sərəncamların mahiyyətini izah edin
2.Hüquq elmində normaların təsnifatı hansı əsaslara malikdir?
3.Cəmiyyətin normativ nizamı dedikdə nə nəzərdə tutulur?
4.Hüquqi nəzarət hansı əsaslarda sosial nəzarət forması kimi çıxış edir?
5.Sosial nizamın layihəli legitimliyi nədir?
6. Normativ nizamda hüququn rolunu izah edin.
REFERAT MÖVZULARI
1.Normativ-hüquqi layihələşdirmə
2.Hüquq elmində normaların təsnifatı
3.Hüquqi nəzarət sosial nəzarət forması kimi
ƏDƏBİYYAT:
1.Антонюк Г.А. Социальное проектирование и управление общественным
развитием. Минск: Наука и техника, 1936.
2. Ахмедли Дж.Т. Активизация человеческого фактора и проблемы совер-
шенствования распределительных отношений /Тематический сборник/. Баку, БФ
ЛФЭИ, 1988.
3.Бергер П., Лукман Т. Социальное конструирование реальности: Трактат по
социологии знания. М., 1995.
4.Блэк С. Введение в паблик рилейшнз. Ростов-на-Дону, 1998.
5.Гасанов Р.М. Формирование гражданского общества в условиях
трансформации. Б., Изд-во БСУ «Китаб алями», 2003.
6. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие.
Ростов н/Д: «Феникс», 2001.
7.Попов С. А. Стратегическое управление. М., 1999.
8.Рагимов А.А., Гасанов Р.М. Трансформационные процессы и проблема
национальной безопасности в Азербайджане. Б., Нурлан, 2003.
9.Разу М. Л. Управление программами и проектами. М., 2000.
254
18.5 MİQRASİYA DAVRANIŞIN LAYİHƏLƏŞDİRİLMƏSİ
PRİNSİPLƏRİ
Miqrasiya siyasəti: əsas anlayışlar, kateqoriyalar
Əhali hərəkətinin üç forması fərqləndirilir: doğum və ölümün təbii
dinamikası, əraziyə görə yerdəyişmə və sosial dinamika (sosial iqtisadi
strukturun dəyişməsi), yaxud sosial mobillik. Əhali hərəkətinin hər bir forması
qarşılıqlı əlaqəli və qarşılıqlı asılı fəaliyyətdir. Əhalinin məkanda hərəkəti –
yaşayış və iş yerinin dəyişdirilməsilə bağlıdır. Ərazi yerdəyişməsi dedikdə,
ərazilər arası və ərazi daxilində yerdəyişmə nəzərdə tutulur. Ərazilər arası
yerdəyişmə bilavasitə miqrasiyaya aiddir. Məhz miqrasiya əsasında dünya
əhalisinin məskunlaşması xəritəsi yaranır. Ərazilər arası hərəkət ölkələr,
rayonlar və digər yaşayış məntəqələri üzrə əhalinin yerdəyişməsi davamiyyət
dərəcəsindən asılı olaraq, dönməz və dönən formalara malik olur. Dönməz
formalı miqrasiya əhalinin yerdəyişməsi, dönən formalı miqrasiya isə
mövsümi xüsusiyyət daşıyır. Miqrasiyanı növ, forma və tipinə görə də
fərqləndirirlər. Əhali miqrasiyasının iki tipi – beynəlxalq (xarici) və daxili –
fərqləndirilir. Dövlətlərarası miqrasiya ilə bağlı immiqrasiya və emiqrasiya
anlayışları fərqləndirilir. İmmiqrasiya dedikdə, işləmək, oxumaq, həmçinin
vətəndaşlığın dəyişdirilməsilə bağlı yerdəyişmə nəzərdə tutulur. Miqrasiya
növləri dedikdə, dönməz köçmə, mütərəddid (davamsız), mövsümi
yerdəyişmə nəzərdə tutulur və aşağıdakı miqrasiya növləri fərqləndirilir:
I. Dönən miqrasiya.
1.Təsadüfi miqrasiya – işgüzar, istirahət məqsədli və eyni istiqamətli və
müntəzəm olmayan səyahətlərlə bağlıdır və ən çox təsadüf edilən miqrasiya
növüdür.
2.Mütərəddid (dəyişkən) miqrasiya dedikdə, insanların gündəlik olaraq,
evlə iş yeri arasındakı yerdəyişmələri nəzərdə tutulur. Bu zaman əhali öz
rahatlığı ilə bağlı bəzi şərtləri nəzərə almalı olur.
3.Mövsümi miqrasiya əmək qabiliyyətli əhalinin müvəqqəti iş yeri ilə
əlaqədar olaraq, müəyyən müddətdə öz daimi yaşayış yerini dəyişməsilə bağlı
olur.
II. Dönməz miqrasiya.
Dönməz miqrayia növü miqrasiyanın əsl mahiyyətini əks etdirir. Bir çox
tədqiqatçılar bu növ miqrasiyanı tam miqrasiya kimi müəyyənləşdirirlər.
Dönməz miqrasiya iki şəraitlə bağlı olur: 1) əhali bir yaşayış yerindən digərinə
köçür; 2) yerdəyişmə yaşayış yerinin daimi dəyişdirilməsilə müşayiət olunur.
BMT ekspertləri mühacirlərin beş qrupunu fərqləndirilər:
1.təlim və təhsil almaq üçün ölkəyə daxil olan əcnəbilər;
Dostları ilə paylaş: |