255
2.işlə
əlaqədar yerdəyişən mühacirlər;
3.daimi yaşayış
yerinə köçən mühacirlər;
4.ailələrin birləşdirilməsilə bağlı köçən
mühacirlər;
5.humanitar baxışlardan ölkəyə buraxılan mühacirlər (qaçqınlar, sığınacaq
axtaran qaçqınlar).
Müasir sosial iqtisadi şəraitdə miqrasiya aşağıdakı mahiyyətləri kəsb edir:
1.millətlərarası münaqişələr nəticəsində miqrasiyaya Milli və etnik
xüsusiyyətlər qazanır;
2.miqrasiya daha geniş miqyaslı və
intensiv olub;
3.miqrasiya axınının istiqamətləri dəyişib.
Müasir dövrə qaçqınlar və məcburi köçkünlərin yerdəyişməsi
miqrasiyanın fərqli forması kimi geniş miqyas alıb. Belə ki, bu zaman
miqrasiya xarici qüvvələrin təsirilə baş verən yerdəyişmə kimi məcburilik
xüsusiyyəti daşıyır. Məcburi miqrasiya kimi müəyyənləşdirilən bu
yerdəyişmənin siyasi,
iqtisadi, sosial, ekoloji səbəbləri fərqləndirilə bilər.
Miqrasiya siyasəti miqrasiya davranışına və bu davranışı əmələ gətirən
şəraitə təsir sistemi kimi çıxış edir. Miqrasiya siyasəti miqrasiya davranışının
əmələ gəlməsilə bağlı olan səbəbləri – iş yerləri bölgüsü, əhalinin həyat
şəraitindəki fərqlər, həyat tərzi müəyyənləşdirməli, bu əsasda əhalinin
yerdəyişməsinə təsir göstərməli, məhdudlaşdırıcı tədbirlər görməlidir.
Miqrasiya siyasətinin nəticələrinə dair iki istiqaməti fərqləndirmək olar:
1. miqrasiya davranışının genişlənməsi ilə bağlı nəticələr;
2. əhalinin ərazi bölgüsünün mütləq və nisbi həcminə dair nəticələr.
Miqrasiya siyasətinin əsas mahiyyəti miqrasiyanın təbii inkişafı ilə bağlı
olub, bu prosesə təsir mexanizmlərinin hazırlanmasına və cəmiyyət və dövlətə
dair mənfi nəticələrin aradan qaldırılmasına, mühacirlərin potensialının
səmərəli istifadə edilməsinə yönəlir. Miqrasiya siyasətinin əsas prinsipi bu
siyasətin reallaşdırılması və miqrasiya qanunvericiliyinin hazırlanması
gedişində dövlətin maraqlarının üstün mövqeyi ilə bağlıdır. Miqrasiya
siyasətinin və onun realaşdırılması mexanizmlərinin aşağıdakı istiqamətləri
fərqləndirilir:
1.mühacirlərin iqtisadi fəal hissəsinin qəbulu və yerləşdirilməsi və onların
mövcud sosial iqtisadi vəziyyətə uyğunlaşması üçün şərait yaradılması;
2.məcburi, zəif müdafiə olunan köçkünlərin dövlət tərəfindən müdafiə
olunması;
3.məcburi köçkünlərin yaşayış təminatı mexanizmlərinin
dəyişdirilməsi;
4.miqrasiya proseslərinin tənzimlənməsinin iqtisadi mexanizmlərinin
hazırlanması, ərazilərin dəstəklənməsi və mühacirlərin müəyyən ərazilərə
axınının tənzimlənməsində dövlət maraqlarının nəzərə alınması.
257
7.
Mühacir – yaşayış yerini dəyişən şəxsdir. Yeni yaşayış yerinə köçüb
gələn şəxs –
immiqrant, yaşadığı yeri tərk edən şəxs isə,
emiqrant
adlandırılır.
8.
Məcburi köçkünləri ilk qəbul edən məntəqə – dövlət miqrasiya
müəssisəsi kimi, köçüb gələnlərin qəbulu və müvəqqəti yerləşdirilməsi
xidmətini yerinə yetirən məntəqədir.
9.
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi mərkəzi – məcburi
olaraq, yaşayış yerini tərk etməli olan insanların yeni dövlət ərazisində
yerləşdirilməsilə məşğul olan müəssisələrdir.
10.
Miqrasiya nəzarəti məntəqəsi – ərazi miqrasiya xidməti ilə bağlı
orqanın alt bölməsi olan və dövlət sərhəddində yerləşən nəzarət
müəssisələrindən ibarətdir.
11.
Məcburi köçkünlərin yerləşdirilməsi – məcburi köçkünlərin iş və
yaşayış yeri ilə təmin olunmasına, sosial adaptasiyasına köməklik
göstərilməsidir.
12.
Sıx məskunlaşma – məcburi köçkünlərin 50 ailədən az olmayaraq,
eyni ərazidə məskunlaşmasıdır.
Miqrasiyanın səbəbləri
Miqrasiya prosesinin əsas səbəbləri ailə vəziyyəti, iş yerinin
dəyişdirilməsi, təhsillə bağlı yerdəyişmə, iqtisadi (işsizlik), ekoloji (iqlim
dəyişiklikləri, ekoloji böhranlar), siyasi (Milli münaqişələr, siyasi
dəyişikliklər) proseslərlə bağlıdır.
Miqrasiya axınlarının müasir təsnifatı
1.Məcburi miqrasiya;
2.
Xarici miqrasiya;
3. Xarici əmək miqrasiyası;
4.Qeyri qanuni miqrasiya;
5.Daxili miqrasiya.
Məcburi miqrasiya
Məcburi miqrasiya əsasən qaçqınlar və məcburi köçkünlərin axının
tənzimlənməsinə yönəlir. Məcburi mühacirlərin aşağıdakı kateqoriyaları
fərqləndirilir:
1.hərbi qulluqçular və onların
ailələri,
muzdlu hərbçilər;
2.ekoloji böhran zonasının əhalisi.
Qaçqınlara kömək məqsədilə aşağıdakı tədbirlər görülür:
- immiqrantların müvəqqəti yerləşdirilməsi mərkəzi;
-qaçqınların daimi yaşayış məntəqələrində yerləşdirilməsi, onlara ev
almağa köməklik göstərilməsi ilə bağlı təşkilatlar.
Xarici miqrasiya