SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə103/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   116

 
 
243 
nəzərə alınmasıdır. Üfiqi əmək bölgüsü uyğun ixtisaslı mütəxəssislər arasında 
müəyyən iş formalarının bölüşdürülməsilə bağlıdır. Eyni şöbədə sıravi işçilər, 
şöbə  müdirləri,  regional  inzibati  idarəçilikdə  departament  direktorları, 
bələdiyyə sədrləri bu sıraya daxildir. Bu qruplar bir-birinə münasibətdə üfiqi 
əmək bölgüsü mövqeyindən çıxış edir.    
Şaquli  əmək  bölgüsünə  görə  hər  bir  işçi  qrup  daxilən  şaquli  əmək 
bölgüsünə  malikdir.  Əgər  üfiqi  əmək  bölgüsü  hamıya  aiddirsə,  şaquli  əmək 
bölgüsü yalnız rəhbər işçilərə aiddir.   
Regional layihələşdirmənin məqsədləri 
Regional layihələşdirmənin əsas məqsədləri aşağıdakılardan ibarətdir: 
1.mərkəzi  fəaliyyət  sahələrilə  bağlı  əsas  strateji  məqsədlərin 
müəyyənləşdirilməsi; 
2.uyğun  müəssisələrlə  müqayisədə  regional  təşkilatların  üstün  və 
çatışmayan cəhətlərinin ümumi qiymətləndirilməsi; 
3.təşkilatın mövcud və ehtimali fəaliyyət istiqamətlərinin analizi; 
4.təşkilatın perspektiv və illik büdcəsinin hazırlanması. 
Məqsədlərin  müəyyənləşdirilməsi  –  qərar  qəbul  edilməsi  forması  kimi 
müəyyən vəzifələrin hazırlanmasını tələb edir. Layihələşdirmənin məqsədləri 
ümumi və xüsusi olanlara bölünür və regionun daxili və xarici ehtiyatları ilə 
bağlı  əsas  inkişaf  istiqamətlərini  əhatə  edir.  Regional  təşkilati  strukturların 
fəaliyyətində  üstün  və  əsas  olanları  müəyyənləşdirmək  üçün  məqsədlər 
sıralanır,  yəni  mühümlüyünə  görə  düzülür.  Məsələn,  regional  idarəçiliyin 
kommunal yaşayış təsərrüfatında ümumi məqsədlər aşağıdakı ardıcıllığa malik 
ola bilər: 
1.şəhər və rayon bölmələrinin sabit funksiyalaşmasına kömək; 
2.optimal gəlirə nail olma;  
3.yeni xidmət sahələrinin mənimsənilməsi; 
4.tərəqqipərvər texnoloji və kadr dinamikası. 
Xüsusi məqsədləri aşağıdakı kimi müəyyən etmək olar:  
1.kommunal  yaşayış  təsərrüfatı  sahəsində  müəyyən  xidmət  səviyyəsinin 
əldə edilməsi; 
2.müəyyən fəaliyyət formalarında gəlir səviyyəsinin bərabərləşdirilməsi; 
3.  kənd  əhalisinin  su  təchizatını  –  90%,  şəhər  əhalisinin  su  təchizatını  – 
30% səviyyəsinə çatdırmaq məqsədilə lazımi ləvazimatların əldə edilməsi;  
4.məskulaşmış  sahələrdə  əhalinin  su  ilə  təmin  edilməsi  və  suyun 
təmizlənməsi məsələlərinin həll edilməsi. 
Regional layihələşdirmə strategiyasının müəyyənləşdirilməsi  
Regional  layihələşdirmə  strategiyası  müəyyən  məqsədlərə  nail  olunması 
ilə  bağlı  iri  həcmli  tədbirlər  sistemini  əhatə  edir.  Strategiya  müəyyənləşmiş 


 
 
244 
fəaliyyətlər toplusu kimi, nəzərdə tutulmuş strateji məqsəd, yaxud məqsədlər 
qrupunun  həyata  keçirilməsinə  yönəlir.  Strateji  idarəetmə  aşağıdakı 
elementlərdən ibarətdir:  
- strateji məqsədlərlə bağlı ehtiyatların seçilməsi; 
- strategiyaların təmin olunması mərkəzlərinin təşkili; 
-müəyyən 
məqsədlərin 
həyata 
keçirilməsinə 
yönəlmiş 
icraçıların 
stimullaşdırılması. 
Regional  layihələşdirmənin  strategiyasını  onun  rəhbəri  olan  regional 
inzibati  idarə  heyəti  yerinə  yetirir.  Bu  məqsədlə  inzibati  idarə  heyəti  və 
bələdiyyə işçiləri və rəhbərlərində strateji düşüncə tərzinin inkişaf etdirilməsi, 
regional  təşkilatların  strateji  məqsədlərinin  təmin  olunmasına  yönəlmiş  əsas 
istiqamətlərin təmin olunması vacib şərtdir. Məqsədə nail olmaq üçün bölmə 
rəhbərləri  və  işçiləri  strateji  planların  və  onların  reallaşdırılması 
mexanizmlərinin  hazırlanmasına  cəlb  edilməli,  regional  təşkilatların 
strategiyasının həyata keçirilməsi nəticələri haqqında onlara sistemli məlumat 
verilməlidir.  Regional  təşkilatda  strateji  idarəetmə  təsərrüfatın  perspektiv 
strukturunun formalaşdırılmasına yönəlir.  
Regional layihələşdirmənin formaları          
Regional  strategiyanın  bir  çox  formaları  mövcuddur.  Bu  sırada 
aşağıdakıları qeyd etmək olar: 
- «inkişaf strategiyası» regional təsərrüfatın sabit funksiyalaşmasının (regional 
iqtisadi təkrar istehsalın genişlənməsi) təmin olunmasına yönəlir; 
-  «sosial  inkişaf  strategiyası»  əhalinin  rifah  və  mədəni  səviyyəsinin 
yüksəldilməsi ilə bağlıdır;  
-  «regionun  istehsal  funksiyasının  gücləndirilməsi  strategiyası»  regional 
təsərrüfat  kompleksinin  ümumi  əmək  bölgüsü  ərazisində  müəyyən  istehsal 
funksiyaları məcmusunun yerinə yetirilməsinə istiqamətlənir. 
Müəyyən  strategiyanın  seçilməsi  regionun  rəhbər  orqanları  tərəfindən 
həyata  keçirilir.  Strateji  məsələlərə  dair  qərarlar  yuxarıdan  aşağıya 
istiqamətində  qəbul  edilir.  Seçilmiş  strategiyalar  əsasında  regional 
idarəetmənin  fərqli  üslubları  müəyyənləşdirilir,  onlardan  ən  əsası 
aşağıdakılardır: 
1.məntiqi ekstrapolyasiya əsasında idarəetmə
2.nəzarət əsasında idarəetmə; 
3.idarəetmədə improvizasiya; 
4.regional  orqanlara,  səhmlər  paketi,  yaxud  müəyyən  qrup  müəssisələrin 
hissələrinə yiyələnmə əsasında idarəetmə;   
5.prinsipcə yeni strategiyaların hazırlanması əsasında idarəetmə. 


 
 
245 
Regional təşkilatların strategiyalarının formalaşması xüsusiyyətləri işləyib 
hazırlamanın və reallaşdırmanın açıqlığı ilə bağlıdır.  
Strateji layihələşdirmə və planlaşdırma           
Strateji  layihələşdirmə  və  planlaşdırma  strateji  məqədlərə  nail  olma 
mərhələlərinin  (kəmiyyət  və  keyfiyyət)  və  vasitələrinin  (ehtiyat  və  fəaliyyət 
formalarının)  hazırlanmasından  ibarətdir.  Belə  ki,  strateji  planlaşdırma 
müəyyən müddət ərzində müəyyən fəaliyyət ardıcıllığından ibarət olduğundan 
uzun  müddətli  planlaşdırma  kimi  qiymətləndirilir.  Strateji  planlaşdırma  hal-
hazırda  qəbul  edilən  qərarların  gələcək  vəziyyəti  ilə  bağlı  olur.  Onun  əsas 
xüsusiyyəti təşkilatın uzaq gələcək üçün tələb olunan təsvirinin yaradılması və 
bu  vəziyyətin  əldə  olunması  yolları  və  vasitələrinin  hazırlanmasına  yönəlir. 
Strateji planlaşdırma prosesində dörd prinsipial mərhələ fərqləndirilir: 
1.regional ehtiyatların bölüşdürülməsi;  
2.mühitə uyğunlaşma; 
3.regiondaxili əlaqələndirmə; 
4.təşkilatlanmış strateji öncəgörmə. 
Regional ehtiyatların bölüşdürülməsi əsas fondlar, dövriyyə vəsaiti, enerji 
qüvvəsi, əmək ehtiyatları, texnologiyalar və yüksək ixtisaslı kadrlar əsasında 
müəyyənləşir.  Mühitə  uyğunlaşma  dedikdə,  regionda  istehsal  proseslərinin 
ümumi iqtisadi şəraitə və hüquqi münasibətlərə uyğunlaşması nəzərdə tutulur.  
Regional strateji layihələşdirmə və planlaşdırmanın prinsipləri                
Strateji planlaşdırmanın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 
1.layihələşdirmə  və  planlaşdırma  obyektlərinin  vaciblik  xüsusiyyətlərinə 
görə sıralanması; 
2.plan və layihələrin variativliyi
3.layihə və planların balanslaşdırılması; 
4.planların xarici mühitin parametrlərinə uyğunluğu; 
5.planlaşdırma və layihələşdirmənin uyğunlaşdırılması; 
6.strateji və taktiki layihə və planların varisliyi;  
7.layihə və planların sosial yönümü; 
8.layihə  və  planların  gələcək  qeyri  müəyyənliyinin  nəzərə  alınması 
əsasında qurulması; 
9.idarəetmə funksiyası kimi planlaşdırmanın əks əlaqəliliyi
10.layihələşdirmə və planlaşdırmanın avtomatlaşdırılması; 
11.plan və layihə göstəricilərinin mümkünlüyü. 
Məqsədli regional proqramlar  
Regional strateji layihələşdirmə və planlaşdırmanın əsas amillərindən biri 
regionda məqsədli proqramların sahə və ərazi proyeksiyasının qurulmasından 
ibarətdir.  Məqsədli regional  proqramlar  müasir  dövrdə  bazar  iqtisadiyyatının 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə