166
4.Sosial layihələşdirmənin predmeti hansı əsaslarda formalaşır?
REFERAT MÖVZULARI
1.Sosial mühəndislik
2.Sosial layihələşdirmənin metodologiyası
3.Sosial layihələşdirmənin predmeti və obyekti
4.Sosial strukturun layihələşdirilməsi
5.İdarəetmə sisteminin təşkili mərhələləri
ƏDƏBİYYAT:
1.Антонюк Г.А. Социальное проектирование. Минск, 1978.
2.Бергер П., Лукман Т. Социальное конструирование реальности. Трактат по
социологии знания. М., 1995.
3.Карташов А.В. Проектное знание: опыт методологического анализа.//
Системные исследования. Методологические проблемы. Ежегодник, 1988. М.,
1989,с . 163.
4. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие.
Ростов н/Д: «Феникс», 2001.
5.Лакис П.П. Методологические и логические аспекты прогнозирования. Рига,
1985.
6.Лисичкин В.А. Теория и практика прогностики: Методологические аспекты.
М., 1972.
7.Луков В. А. Социальное проектирование. М., 2000.
8.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. :
Изд-во Моск. гуманит ун-та : Флинта, 2006.
9.Любимова Т.В. Будущее – это истина прошлого // Экология культуры. М.,
1991.
10.Методологические проблемы социального прогнозирования / Под ред.
А.П.Казакова. Л., 1975.
11.Прогнозное социальное проектирование : Теоретико-методологические и
методические проблемы / Ин-т социологии РАН ; отв. ред. Т. М. Дридзе. 2-е
изд., испр. и доп. М. : Наука, 1994.
12.Раппапорт А.Г. Границы проектирования.// Вопросы методологии. N 1, 1991,
с. 20.
13.Розин В.М. Проектирование как объект философско-методологичекого
исследования.// Вопросы философии. N 10, 1984, с. 32.
167
Mövzu 13. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN STRATEGİYASI VƏ
ALƏTLƏR KOMPLEKSİ
Sosial layihələşdirmənin əsas məqsədi sosial layihələrin hazırlanmasıdır.
Sosial layihə müəyyən maliyyə, əmək, maddi, yanacaq-enerji, o cümlədən
intellektual, idrak, evristik, dəyər ehtiyatlarının mövcudluğu şəraitində
sistemin gələcək arzu edilən vəziyyətinin müəyyənləşdirilməsi məqsədini
daşıyır. Elmi əsaslandırılmış sosial layihə aşağıdakı tələblərə cavab
verməlidir:
1.layihələşdirilən obyektin yalnız dəqiq layihə əsasında aşkar edilə biləcək
xüsusiyyətlərinin olması;
2.sosial sifarişi yerinə yetirə biləcək parametrlərin olması;
3.müəyyən zaman müddətində yerinə yetirilə biləcək xüsusiyyətlərin olması.
Mümkün sosial sistemlərin, proseslərin və təzahürlərin sosial layihəsinin
hazırlanması bir sıra şərtlərə uyğun olmalıdır: elmi əsasda qurulmalı,
reallaşması nöqteyi-nəzərindən səmərəli olmalı, ziddiyyətlərsiz olmalı,
reallaşmaq üçün yönəlməlidir. Sosial layihənin əsas xüsusiyyətlərindən biri də
onun mövcud mənəvi və ümumqəbuledilmiş sosial normalara zidd
olmamasıdır. Sosial layihə işarəli məlumatlar strukturuna malik olduğundan
informasiya daşıyıcısı kimi beş əsas prinsipə malikdir: birmənalılıq, zərurilik,
tamlıq, ziddiyyətsizlik, səmərəlilik. Layihənin daşıdığı informasiya zəruri və
kafi olmalıdır. İşarəli məlumatlar kifayət qədər olmalı, onların azaldılmasına
ehtiyac duyulmamalıdır.
Sosial layihənin həyata keçirilməsi vasitələrinin (o cümlədən texniki,
riyazi və məntiqi) köməyilə sistem və proseslər, onların inkişaf meylləri,
problemli vəziyyətin əmələ gəlməsi və inkişafı, subyektlərin tələbatları,
layihələşdirmə vasitələri və s. haqqında informasiya toplanır, təhlil edilir və
ümumiləşdirilir. Müasir dövrdə layihələşdirmənin texniki vasitələri,
avtomatlaşdırılmış layihələr geniş yayılıb.
Sosial layihələrin strategiyaları
Layihə texnoloji strategiyalar. Sosial layihələşdirmə prosesində tətbiq
edilən texnoloji strategiyalar konkret layihələşdirmə vəziyyətindən asılı olaraq
müəyyənləşdirilir. Məsələn, problem sahənin bəzi qeyri-müəyyənliyi
şəraitində layihə qərarlar qəbul etmək üçün vacib olan birmənalı və dəqiq
müəyyənləşmiş planın olmaması ilə əlaqədar təsadüfi kəşfiyyat strategiyasının
seçilməsi mümkündür.
Xətti strategiya bir qayda olaraq, qarşılıqlı əlaqəli ardıcıl fəaliyyətlə
əlaqədar tətbiq edilir. Bu zaman bir fəaliyyət digərindən sonra gəlir, lakin
özündən əvvəlki fəaliyyətin nəticəsi olmur.
168
Şaxəli strategiya layihələşdirmə prosesində çox variantlı və alternativ
fəaliyyətin reallaşdırılması ilə bağlıdır. Bu zaman variantlar mərhələli
müqayisə edilir və bir-birindən və layihələrdən asılı olmayaraq, inkişaf edə
bilər. Bu isə bir neçə layihə modelinin bir-birini qarşılıqlı tamamlayaraq
istifadə edilməsinə şərait yaradır.
Dövrü (tsiklik) strategiyanın tətbiq edilməsi layihələşdirmə prosesində
təşkilatlanmanın əvvəlki mərhələlərindən birinə qayıtmağa imkan yaradır.
Adaptaptiv
(uyğunlaşdırılmış)
strategiya
ilkin layihələşdirmə
fəaliyyətilə bağlı olur.
Atrım strategiyası ənənəvi layihələşdirmə şəraitində uyğunlaşdırılmış
kəşfiyyatın formalarından biri kimi çıxış edir. Sosial layihələrin yaradılması
üçün istifadə edilən ümumiləşdirilmiş strategiyalar fərqli sosial layihələrin
tələblərinə cavab verən universal xüsusiyyətlərə malik olur. Layihə
strategiyaları layihələşdirmə fəaliyyətinin məqsədlərindən asılı olur. Mərhələli
məqsədlər layihələşdirmənin ayrı-ayrı mərhələlərində yerinə yetirilir.
Layihə strategiyasının seçilməsi layihə fəaliyyətinin metod və vasitələrinin
seçilməsi, həmçinin təşkilati proqramın tərtib olunması ilə müşayiət
olunmalıdır. Sosial layihələşdirmədə ən çox istifadə edilən metodlar – sosial
normativlər, sosial tarazlıq, sosial səmərələşdirmə, sosial tənəzzül, sosial
nəticələr, sosial tipologiyalar və təsnifatlar, sosial xəritələşdirmədir.
Təşkilati layihələşdirmənin bütün strateji mərhələlərində sosial
layihəçilərin məqsədyönlü və razılaşdırılmış fəaliyyətini təmin edir. Təşkilati
proqramın köməkliyilə layihələşdirmə müddətində layihə fəaliyyəti strukturlu
dinamik vahid kimi yaradılır və himayə edilir. Təşkilati layihələşdirmə
aşağıdakı struktura malikdir:
1.bilavasitə layihəçi üçün layihə fəaliyyətinin məqsəd və vəzifələrinin
müəyyənləşdirilməsi;
2.icraçılar üçün fəaliyyət bacarığından asılı olaraq, rolların bölüşdürülməsi;
3.layihələşdirmə obyektinin sistemləşdirilməsi;
4.qoyulan məqsədlərə nail olmaq üçün planlaşdırılmış fəaliyyətin dəqiq izahı;
5.fəaliyyət vasitələri və gözlənilən nəticələrin siyahısı.
Təşkilati proqramlaşdırma müəyyən dərəcədə layihə obyektindən asılı
olur. Seçilən stratiegiyadan asılı olaraq, təşkilati proqramlaşdırma layihə
obyektini qabaqlaya, müşayiət edə və geri qala bilər. Sosial layihələşdirmə
təcrübəsində sosial layihələşdirmə obyekti haqqında hipotetik təsəvvürlərin
birləşdirilməsinə və mövcud layihənin reallaşdırılması xüsusiyyətlərinə
əsaslanan təqlidi model geniş istifadə edilir. Təqlidi (imitasion) model sosial
eksperiment kimi dəyərli olub, sosial obyektin xüsusi təşkil olunmuş sosial
Dostları ilə paylaş: |