186
Hansı fəaliyyət həyata keçirilməlidir? 2. Fəaliyyət məkanı haradır? 3.
Fəaliyyət hansı zaman çərçivəsini əhatə edirr? 4. Hansı vasitələrdən istifadə
ediləcək? 5. Məqsəd nədir? 6. Fəaliyyət subyekti kimdir?
Planlaşdırmaya ictimai sistemin xarakterindən asılı olmayaraq, qeyri-
siyasi, əlaqələndirici mexanizm kimi baxılır. Planlaşdırma planlı qərarların
əsaslandırılması qanunauyğunluğunu və prinsiplərini açıqlayır. Təşkilati
planlaşdırma çox mürəkkəb və çoxtərəfli əqli fəaliyyət forması olub, aşağıdakı
prinsipial xüsusiyyətlərə malikdir:
1.Planlaşdırma müəyyən qərarlar qəbul edilməsi olub, perspektivdə
müəyyən nəticələrin əldə edilməsinə yönəlib.
2. Planlaşdırma sistemi həm idarəetmə obyektinin, həm də xarici mühitin
çevik və daimi dəyişikliklərinə uyğunlaşma bacarıqlı olmalıdır. Yəni plan
daim düzəlişlərə ehtiyac hiss edir, çünki planlaşdırılmış nəticənin olması
qarşılıqlı əlaqəli şərtlərin və amillərin fəaliyyətindən asılı olaraq
müəyyənləşir. Bu şərt və amillər həm obyekt səviyyəsində, həm də xarici
mühitdə dəyişikliklərə səbəb olur. Hər hansı bir obyektin gələcək vəziyyəti
həmişə qeyri-müəyyən olur, belə ki, bir problemin həll edilməsi, digər bir
problemin yaranması ehtimalını yaradır.
3. Planlaşdırma prosesi həmişə arzu edilən vəziyyətin alınmasına yönəlir
və səhv fəaliyyətin qarşısının alınması və istifadə edilməmiş imkanların
istifadəsinə çalışır.
4. Planlaşdırmanın məqsədi obyektin gələcək vəziyyətinin söylənməsi və
tədricən baş verən dəyişikliklərə uyğunlaşdırılması deyil. Planlaşdırma
obyektinin
fəaliyyətinin
xarici
mühitə
münasibətdə
yenidən
formalaşdırılmasıdr.
Planlaşdırma prosesi – hər bir rasional fəaliyyətin ayrılmaz hissəsi olub,
cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Ancaq insan öz gələcək
fəaliyyətinin nəticələrini müəyyənləşdirə bilər, yəni gələcəyə baxa bilər.
Planlaşdırma daha vacib, gərəkli işləri müəyyənləşdirməyə, onları həyata
keçirmək üçün mövcud resursların istifadəsinə, onların optimal təminatına
imkan yaradır. Pis planlaşdırma pis nəticələrə gətirir. Səmərəli planlaşdırma
nəticələri yaxşılaşdırır. Planlaşdırmada səmərəlilik qoyulmuş məqsədlərin əldə
edilməsi ehtimalını yüksəldir. Planlaşdırma sahibkarlıq fəaliyyətinin mühüm
hissəsidir. Menecment klassikləri göstərirlər ki, planın olmaması mövqenin
zəifləməsinə, işlərin pisləşməsinə səbəb olur. İstehsal proseslərinin
əlaqələndirilməsi, bölüşdürülməsi, mübadilə və istifadəsinin yaxşılaşdırılması,
idarəetmə kadrlarının işinin təşkili və onların hazırlığı, beynəlxalq əlaqələrin
genişlənməsi və mürəkkəbləşməsi, elmi-texniki tərəqqinin inkişafı, əxlaqi-
187
siyasi aspektlər və s. planlaşdırma elminin inkişafını tələb edir. Planlaşdırma
aşağıdakı məqsədlərə nail olmağa yönəlir:
1.Müdafiə məqsədli gəlirlər əsasən qərarlar qəbul edilərkən yaranan
ixtisarlar nəticəsində təzahür edir.
2. Müsbət gəlirlər təşkilati məqsədlərə nail olmaq imkanlarını artırır.
Planlaşdırmanın tətbiqi:
1.planlaşdırma obyekti üçün gələcək əlverişli şəraitin hazırlanması
imkanlarını yaradır;
2. yaranan problemləri aydınlaşdırır;
3. gələcək işdə menecerlərin qərarlarının reallaşdırılmasını stimullaşdırır;
4. təşkilatda fəaliyyətlərin əlaqələndirilməsini yaxşılaşdırır;
5. menecerlərin təhsil hazırlıqlarını yüksəltmək üçün əsaslar yaradır;
6. sahibkar subyektin vacib informasiya ilə təmin olunması imkanlarını
artırır;
7. ehtiyatların daha rasional bölüşdürülməsinə imkan yaradır;
8. təşkilatda nəzarəti yaxşılaşdırır.
Planlaşdırmanın mahiyyəti:
1. makro səviyyədə planşadırma obyektiv qanunlar sisteminin, əsas nəzəri
fərziyyə və nəticələrin, toplanmış təcrübə və təsərrüfat praktikasının şüurlu
istifadəsidir.
2. mikro səviyyədə planlaşdırma – təsərrüfat subyektinə daha çox gəlir
gətirmək üçün istehsalın uyğun növləri, miqyası, müddəti və digər
göstəricilərini daha yaxşı əsaslandırmalıdır.
M.Alekseyevə görə, planlaşdırmanın iki mənası var:
1. ümumi iqtisadi nöqteyi-nəzərdən planlaşdırma mexanizmdir;
2. konkret idarəetmə mənasında planlaşdırma – menecment
funksiyalarından biri olub, müəssisənin gələcəyilə bağlı uzaqgörənlikdir.
Müəllifə görə, planlaşdırma menecmentin birinci və daha dəyərli
mərhələsidir. Planlaşdırmada:
1. idarəetmə mərhələsi vaxta görə konkretləşdirilir;
2. qərarlar qəbul etmək üçün nə az, nə çox, lazımi qədər vacib olan
informasiya olmalıdır;
3. plan fəaliyyətə təsir göstərir, lakin özü fəaliyyət deyil;
4. əgər planı tərtib edən həmin planın reallaşdırılmasında və inkişafında
iştirak edərsə, plan daha çox ehtimalla yerinə yetiriləcək;
5. plan dəyişən vəziyyətə uyğunlaşdırılmalı, yəni kəskin olmamalıdır;
6. plan yerinə yetirilərkən planlaşdırma obyektinin monitorinqi
keçirilməlidir.
188
Planlaşdırmanın növləri:
1. Təşkilati səviyyədə planlaşdırma – tətbiq olunma sahəsinə, yəni
idarəetmənin makro və mikro sahələrinə, ərazi, regional, firmalararası
fəaliyyətə görə və planlaşdırma obyektinə, yəni idarəetmə subyekti və onun
struktur vahidlərinə görə müəyyənləşir;
2. İstifadə edilən amillərin xüsusiyyətlərinə görə planlaşdırma – əhatə
dairəsinə (ümumi, hissəli planlaşdırma) görə, planlaşdırma göstəricilərinin
xüsusiyyətlərinə görə (direktiv, yəni hüquqi qüvvəli planlaşdırma), indikativ,
yəni dövlətin sosial iqtisadi siyasətinin reallaşdırılma vasitəsinə görə,
planlaşdırmanın dərinliyinə görə məhdudlaşdırılmış, hissəli planlaşdırma,
göstəricilərin dəyişməsinə görə möhkəm və dəyişə bilən planlaşdırma;
3. Cəlb edilən vaxta görə planlaşdırmada – vaxt həm məqsəd, həm də
məhdudiyyət kimi götürülür və vaxta qənaət yaxud vaxtın itirilməsi nəzərə
alınır. Vaxt aspekti aşağıdakı meyarlara malikdir: planın formalaşdırılması
texnologiyasına görə tətbiq edilən planlaşdırma, keçid planları ilə bağlı olan
sürüşkən planlaşdırma, mərhələli planların hazırlanması ilə bağlı olan ardıcıl
planlaşdırma, parametrləri eyni vaxtda müəyyənləşən eyni vaxtlı
planlaşdırma, 10-25 illik tərtib edilən uzun müddətli planlaşdırma, orta
müddətli planlaşdırma, 1-2 illik qısa müddətli planlaşdırma və əvəzli
planlaşdırma fərqləndirilir.
4. Tətbiq edilən fəaliyyətə görə planlaşdırmada – planların işlənməsi
metodologiyasına görə - funksional, situasion; funksional əlaqələrin
xüsusiyyətlərinə görə inteqrativ, lokal; ümumi oriyentasiyaya görə - indiki
zamana tənzimlənən inaktiv, əvvəlki təcrübələrə əsaslanan reaktiv, gələcəyə
tənzimlənən preaktiv, qarşılıqlı təsirə əsaslanan interaktiv; məqsədli
yönəlməyə görə – normativ, yəni vasitə, məqsəd və idealların seçilməsinə
yönəlmiş planlaşdırma, ayrı-ayrı əməliyyatların planlaşdırılması ilə bağlı
taktiki, vəzifələrin həlli vasitələrinin seçilməsinə yönəlmiş əməliyyatlı
planlaşdırma fərqləndirilir.
5. Funksional sahəyə görə planlaşdırma – sosial, iqtisadi, elmi-texniki,
ekoloji, mərkəzləşdirilmiş, mərkəzdən qaçma, məqsədli, vasitəli, proqramlı və
fəaliyyətin xüsusiyyətlərinə uyğun planlaşdırmadan ibarətdir.
6. Strateji planlaşdırma – strateji qərarların qəbul edilməsinə yönəlir.
Strateji inkişaf seçimində müəyyən rasionallıq səviyyəsinin əldə edilməsinə
görə korporativ; rəhbər işçinin təcrübə və intuisiyasına əsaslanan intuitiv;
problemlər, qərarlar, iştirakçılar və seçimlər arasında qəflətən yaranan
əlaqələrlə bağlı xaotik və s. planlaşdırma formaları seçilir.
Planlaşdırma mərhələsində bir neçə strategiya seçilir. Planlaşdırma
özündə proqnozlaşdırma və tədqiqat alternativlərini birləşdirir. Planlaşdırma
Dostları ilə paylaş: |