181
hazırlanması və istifadəsinə yönəlir. Sosial mühəndisliyin predmet sahəsi
aşağıdakı xüsusiyyətlər əsasında müəyyənləşir:
a) xüsusi sinif obyektlərin tədqiqi və dəyişdirilməsinə yönəlmə (süni sosial
sistemlər);
b) sosial idarəetmədə elmi metod
və vasitələrin tətbiq edilməsi;
c) sosial sistemlərdə xüsusi idarəetmə təsiri vasitələrinin (normativ və
tənzimləyici) istifadəsi;
ç) obyektin tipinin istifadə edilən metodlara uyğun olaraq daxili
diferensiasiyası (sosial mühəndislik fəaliyyətinin dərəcə və istiqamətlərə görə
təsnifi).
Sosial mühəndisliyin əsas məsələsi sosial sistem və institutların
məqsədyönlü dəyişdirilmə imkanlarının müəyyənləşdirilməsilə bağıdır.
Utopik mühəndislik istorizm fəlsəfəsinə və tarixi peyğəmbərliyə söykənir və
onun əsasında ideal cəmiyyət və dövlət layihəsi durur. K.Popper məhz bu
əsaslarda sosial mühəndisliyin metodoloji əsaslarını işləmişdir, lakin o, qeyd
edir ki, ideal təşkilatlanmış tənqidin obyekti ola bilməz, çünki ideal utopiya
olaraq qalır. Cəmiyyətin və onun institutlarının yenidən qurulması layihələri
tənqid edilməlidir. Popper qeyd edir ki, geniş miqyaslı sosial mühəndislik
üçün lazımi qədər bilik və təcrübə, həmçinin bu tip dəyişiklikləri əsaslandıra
biləcək sosioloji nəzəriyyələr yoxdur. Buna görə də utopik mühəndisliyin
bütün cəmiyyətin rasional planlaşdırılması ilə bağlı iddiaları əsassızdır.
Utopik
mühəndislik mümkün təhlükələrin nəzərə alınması məqsədilə nəzərdə
saxlanılır. K.Popperin qeyd etdiyi kimi, «Cəmiyyətin layihələşdirilməsi və
ideal dövlətə nail olma cəhdləri güclü mərkəzləşdirilmiş dövlətin olmasını
tələb edir və diktaturaya aparır». Sosial mühəndisliyə utopik yanaşmanın
çatışmazlığı bununla bağlıdır. Utopik mühəndislik tərəfdarları əmindirlər ki,
bu yanaşma cəmiyyətin inkişafına eksperimental metodun tətbiqi ilə bağlıdır
və ictimai həyatın bütün tərəflərini əhatə etməlidir. K.Popperin fikrincə,
utopik metodun reallaşdırılması çoxsaylı qurbanlar tələb edən ideal sxemlə
bağlıdır. Bu tezis XX əsrin əvvəllərində SSRİ məkanı ölkələrində iri miqyaslı
sosial dəyişikliklər edilməsi və sonradan bu dəyişikliklərin cəmiyyəti
özünüməhvə aparması fəaliyyəti ilə təsdiq edilmişdir. K.Popperin qeyd etdiyi
kimi, sosial mühəndislik xüsusiyyətli marksizm iri dəyişikliklərin həyata
keçirilməsinə qabil deyildi. Marksizmə xas olan determinizm və tarixi
peyğəmbərliyə cəhd sosial mühəndisliyin elmi imkanlarını təcrid edirdi.
Cəmiyyətin
rasional idarə edilməsi, iqtisadiyyatın və həyatın
bütün tərəflərinin
dövlət tərəfindən tənzimlənməsi iri miqyaslı sosial mühəndislik nümunəsidir
və xüsusilə birinci beşilliklərdə daha parlaq əks olunmuşdu. Beləliklə, sosial
mühəndislik metodu rasional təşkilati formada yalnız sosial institutların,