182
təşkilatların tədrici islahatlar vasitəsilə yenidən qurulmasına yönəlir. Sosial
mühəndisliyin elmi əsasları, K.Popperin qeyd etdiyi kimi, insanların məqsəd
və arzularına uyğun olaraq, sosial institutların qurulması yaxud dəyişdirilməsi
üçün zəruri olan həqiqi informasiyanın toplanması prinsipi əsasında qurulur.
Sosial mühəndisliyin elmi metodu səhvlər üzərində öyrənməyə hazırlıq
əsasında müəyyənləşir, yəni sosial mühəndislik metodu sınaq və səhvlər
metodudur. Sosial mühəndis öz nəticələrini peyğəmbərlik, yaxud qabaqcadan
xəbərvermə formasında deyil, hipotez şəklində ifadə edir və onu empirik
yoxlamağa yönəlir. Sosial mühəndisin əsas vəzifəsi «əldə edilməsi qeyri-
mümkün olanı müəyyən etməkdir». Bu onu düşünülməmiş və tələsik
qərarlardan çəkindirir. Sosial institutların qurulması və dəyişdirilməsi ilə bağlı
sosial mühəndis kiçik addımlar taktikasından istifadə etməli, həddən artıq
radikal və qlobal dəyişikliklərdən imtina etməlidir. K.Popperə görə, sosial
mühəndislik sosial sistemlərin hissəli, tədrici və mərhələli dəyişdirilməsi
metodu kimi zəruridir. Elmi sosial mühəndislik informasiyanın ilkin tədqiqi,
hipotezin irəli sürülməsi və yoxlanılması, elmi standartlara (aydınlıq,
səmərəlilik) əməl edilməsi əsasında qurulur. Hüquq, dil, bazar, xüsusi
mülkiyyət kimi institutlar dövlət təşkilatlandırmasının obyekti ola bilməz,
çünki onlar mədəni təkamül, mədəni dəyərlərin seçilməsi prosesində əmələ
gəlir və özünü inkişaf etdirən strukturlar kimi mövcud olur. Buna görə də
sosial institutların dəyişilməsi kortəbii baş verir. Vətəndaş cəmiyyətinin
inkişafı şəraitində azad ictimai təşkilatlar, KİV, sosial yardım fondları və
əhalinin digər nümayəndələri sosial mühəndislərə sifarişlər verirlər.
YOXLAMA SUALLAR
1.Sosial proyeksiya nədir?
2.Hansı layihələşdirmə hipotezlərini fərləndirmək olar?
3.Sosial mühəndisliyin əsas prinsipləri hansılardır?
4. Sosial mühəndisliyin predmet sahəsini izah edin.
REFERAT MÖVZULARI
1. Sosial layihələşdirmənin formaları
2.Sosial proyeksiya
3.Layihələşdirmə hipotezləri sosial proyeksiyanın formaları kimi
4.Sosial təşkilatlandırma və sosial mühəndislik
ƏDƏBİYYAT:
1.Джонс Дж. К. Инженерное и художественное конструирование. М.: Мир, 1976.
2.Карташов А.В. Проектное знание: опыт методологического анализа.// Системные исследования.
Методологические проблемы. Ежегодник, 1988.
3.Крик Э. Введение в инженерное дело. М: Наука, 1970.
4.Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. Ростов н/Д:
«Феникс», 2001.
183
Mövzu 15. PLANLAŞDIRMA SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN
FORMALARINDAN BİRİ KİMİ
Planlaşdırma konsepsiyası 2500 il bundan əvvəl yaranıb. İlk dəfə Sun
Tzun «Müharibə sənəti» əsərində «strateji planlaşdırma rəisi» ifadəsini
işlətmişdi. XIX əsrdə Anri Fayol Fransada şaxta nəzarətçisi vəzifəsində
qazandığı təcrübəni təsvir edərkən 10 illik plan-proqnozların mövcudluğunu
və hər 5 ildən bir onların yenidən təkmilləşdirildiyi haqqında məlumat verirdi.
Planlaşdırmanın geniş istifadəsi 1950-ci ildə Amerikada başladı və 1960-cı
illərdə bir çox korporasiyalarda tətbiq edilməyə başlandı. Bu haqda əsərlərin
olmasına baxmayaraq, «Planlaşdırma nədir?» - sualına dəqiq cavab
verilməmişdir. Bəzi müəlliflər üçün planlaşdırma gələcək haqqında düşüncələr
və ya əvvəlcədən təqdim edilmiş fəaliyyətdir. Minsverqin fikrincə
planlaşdırma anlayışı çox geniş məna kəsb edir. Diror planlaşdırmanı
menecment kimi izah edir. Digər müəlliflər üçün gələcəyin nəzarət altına
alınması və onun təsviridir və ya planlaşdırma – arzu edilən gələcəyin layihəsi
və onun səmərəli tətbiqi üsullarıdır. Planlaşdırma ətraf mühitdə nəzarətli
dəyişikliklərin yaradılmasıdır. Bəzi müəlliflərə görə, planlaşdırma –
məqsədlərə nail olmaq üçün şüurlu fəaliyyət istiqamətidir, yəni qərarlar
qəbulu prosesidir. Planlaşdırma məqsədə nail olmaq üçün fəaliyyətdir, insan
və fiziki ehtiyatların əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət
növüdür. Planlaşdırma indiki zamanda qəbul edilmiş gələcək qərarlar və
həmin qərarların qəbulu prosesidir. Planlaşdırma – dövlətin, idarəetmə
orqanlarının, təsərrüfat subyektlərinin, ölkənin, regionların, sahələrin sosial-
iqtisadi inkişaf perspektivlərinin əldə edilməsilə bağlı fəaliyyətidir.
Sosial
planlaşdırma
sosial
proseslərin
inkişaf
məqsədlərinin,
göstəricilərinin və məsələlərinin (müddət, sürət, nisbətlərin) elmi əsaslarda
müəyyənləşdirilməsi və əhalinin maraqları çərçivəsində həyata keçirilməsi
vasitələridir. Sosial idarəetmənin hansı səviyyəsində dəyişikliklər
keçirilməsindən asılı olaraq, sosial planlaşdırmanın səviyyələri fərqləndirilir.
Planlaşdırmanın birinci mərhələsi – əmək kollektivlərinin sosial inkişafının
planlaşdırılmasıdır.
İstehsal
kollektivlərinin
fərqli
formalarının
planlaşdırılması fərqli metodikaların istifadəsini tələb edir. Planlaşdırma
aşağıdakı prinsiplərə əsaslanır:
I Prinsip – İstehsalın inkişafı üçün işçi nə və hansı səviyyədə edə bilər və
işçi özü elmi-texniki və sosial tərəqqinin təsirilə necə dəyişəcək.
II Prinsip – Sosial planın təsirliliyi kollektivin insan üçün yaratdığı
şəraitdən asılı olur. Məsələnin mahiyyəti dövlətin və istehsal sahəsi, yaxud
regionun işçilərin həyat şəraiti və imkanlarını yüksəltmək məqsədilə birgə
Dostları ilə paylaş: |