179
alətləri sistemini və bu sistemin istifadəsi üçün zəruri olan üsullar və
bacarıqlar toplusunu ifadə edir. «Mühəndislik», «mühəndislik fəaliyyəti»
anlayışları insanların təcrübi fəaliyyətində mühəndis bilikləri və metodlarının
istifadəsini nəzərdə tutur. «Sosial mühəndislik» anlayışı sosial sahədə
mühəndis yanaşmanın simvolik ifadə forması kimi çıxış edir. Mühəndislik
fəaliyyəti yalnız təşkilatlandırma və layihələşdirmə ilə məhdudlaşmır,
həmçinin layihələşdirilən sistemlərin təhlil elementlərini, qurulmuş
obyektlərin istismarı, layihələrin reallaşdırılması texnologiyalarını və s.
özündə birləşdirir. Təşkilatçı mühəndislər, analitik mühəndislər, texnoloq
mühəndislər və s. fərqlənirlər. Layihələşdirmə universal fəaliyyət forması
olub, insan həyatının müxtəlif sahələrində istifadə edilir. Mühəndis
layihələşdirmə mühəndislik təcrübəsinin bir forması kimi çıxış edir. Sosial
mühəndislik süni sosial sistemlərin yaradılmasına yönəlmiş biliklər, təcrübi
fəaliyyət sahəsidir. Sosial sahədə süni sahə geniş təzahür və prosesləri əhatə
edir. Geniş mənada sosial həyat süni təbiətə malikdir və bəşəriyyətin
ən böyük
kəşfi hesab edilir. Qan qohumluğu olan insan birlikləri, etnik birliklər və
ittifaqlar, insan kütləsi, dostlar qrupu süni sistemlər nümunəsi hesab edilir.
Süni sosial sistemlər ümumi məqsəd və maraqları olan insanların birgə
fəaliyyəti əsasında əmələ gələn və funksiyalaşan məqsədyönlü sistemlər olub,
həm daxili, həm də xarici əlaqələrin normativ əsaslarda tənzimlənməsinə
əsaslanır. Sistem daxili və sistmelərarası münasibətlər institusional
möhkəmlənmiş olub, hüquqi və digər norma, qayda, razılaşmalar əsasında
müəyyənləşir. Süni sistemlər müəyyən təşkilati imkanlara və hüdudlara malik
olur. Süni sistemlərin yenidən qurulması zamanı elmi əsaslandırılmış layihədə
sistemin inkişaf məntiqi nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq, sosial
layihələşdirmə obyekti sistem əlaqələrinin təşkilatlanma səviyyəsi və
formalaşma dərəcəsinə görə fərqləndirilir. Süni tipli sosial sistemlər dedikdə,
əsasən sosial institutlar, sosial təşkilatlar, təşkilati qruplar nəzərdə tutulur.
Sosial institutlar sosial mühəndislik fəaliyyətinin ən çox tətbiq edildiyi
sahədir. Sosial sahədə mühəndislik fəaliyyəti süni sistemlərin – özünəməxsus
əlamətlərinə görə fərqlənən institutlar, təşkilatlar və qrupların yaradılması,
dəyişdirilməsi və inkişafına yönəlir. Sosial mühəndisliyin
predmet sahəsi onun
idarəetmə statusu ilə müəyyənləşir və sosial idarəetmənin elmi
əsaslandırılmasına yönəlir. Sosial mühəndisliyin əsas xüsusiyyəti idarəetmədə
əmək bölgüsünün təmin edilməsilə bağlıdır. Sosial mühəndislik fəaliyyəti
sosial idarəetmənin bütün funksiyalarının – planlaşdırma, layihələşdirmə,
proqramlaşdırma, təşkilatlandırma, əlaqələndirmə və nəzarət – reallaşdırılması
ilə əlaqəlidir. Sosial mühəndislik fəaliyyəti idarəetmə qərarlarının
hazırlanması ilə məhdudlaşmır, alternativlərin seçilməsi, qərarların ekspert