160
Mövzu 12.
SOSİAL LAYİHƏLƏŞDİRMƏ NƏZƏRİYYƏSİNİN
ƏSASLARI
Sosial layihələşdirmə sosial fəaliyyət forması kimi, proqnoz, model,
ssenari, plan, yaxud nümunənin nəzəri, yaxud təcrübi reallaşdırılmasına imkan
yaradır. Sosial layihələşdirmə xüsusi nəzəriyyə forması olub, sosial layihələrin
anlayışlar və kateqoriyalar aparatını, prinsip və qanunauyğunluqlarını, model
və metodlarını, metodikasını özündə birləşdirir. Layihələşdirmə – sosial
dəyişikliklərin təcrübi nəzəriyyəsi, yaxud sosial islahatların nəzəri
təcrübəsidir.
Hər cür sosial layihələşdirmə sosial fəaliyyətin modeli və təcrübi
reallaşdırılması kimi, obyektiv əsaslara malik olmalıdır. Sosial
layihələşdirmənin aşağıdakı sosial determinist əsasları fərqləndirilir:
1.Bu və ya digər sosial sistem, yaxud sosial obyektin mahiyyəti və
qarşılıqlı münasibətlərinin məqsədyönlü dəyişilməsinə və inkişafına dair
ictimai tələbat.
2.Sosial proseslərin kortəbii inkişafının qarşısının alınması və sosial
tələbatların təmin olunması istiqamətində yönəldilməsinə sosial zərurət.
3.Sosial yaradıcılığın reallaşdırılmasına tələbat.
4.Sosial sistem və proseslərin planlı, proqnozlu və idarə edilən inkişafına
sosial zərurət.
5.Daxili münasibətlərinin tarazlığı və digər sistemlərlə harmonik
münasibətlər yaradılması xüsusiyyəti ilə seçilən dinamik sosial sistemlərin
yaradılması tələbatı.
6.Sosial sistemin optimal formalarının, onun səmərəliliyi və rasionallığına
yönəlmə.
7.Sosial proseslərin konstruktiv xüsusiyyətlərinin reallaşdırılmasına sosial
tələbat.
8.Sosial destruktivliyin, sosial entropiyanın (dönmə, çevrilmə),
nizamsızlığın, təşkilatsızlığın və qeyri-sabitliyin səviyyəsinin azaldılmasına
sosial tələbat.
Sosial layihələşdirmə prosesinin daxili determinantları kimi aşağıdakılar
müəyyənləşdirilir:
1.Sosial proseslərin çox amilliliyi və dəyişkənliyinin nəticəsi kimi
müəyyən sosial proseslərin tədqiqinə ziddiyyətlli, nizamsız yanaşmalar.
161
2.Hər hansı bir inkişaf etmiş nəzəriyyə çərçivəsində mürəkkəb sosial
prosesin rekonstruksiyası (yenidən təşkilatlanması) və bütün vəziyyətlərdə
onun inkişafının tam sistemli proqnozlaşdırılmasının qeyri-mümkünlüyü.
3.Sosial münasibətlərin inkişafı və mürəkkəbləşməsi və sosial
layihələşdirmə nəzəriyyəsinin və təcrübəsinin inkişafı, ictimai həyatda onun
yeri və əhəmiyyəti.
4.Sosial layihələşdirmənin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və bu
sahədəki nəzəri araşdırmalar əsasında vahid nəzəriyyənin yaradılması
tələbatının inkişafı.
5.Sosial layihələşdirmənin əsası olan sosial və humanitar elmlər
kompleksinin inkişafı.
Yeni sosial problemlərin fərqli həlli variantlarının, həmçinin sosial planlar
və proqramların hazırlanması prosesində sosial layihələşdirmə məqsədyönlü
fəaliyyət forması kimi istifadə edilir. Layihələşdirmə qərarın hazırlanması və
qəbulu formalarından olub, idarəetmənin əsas funksiyalarından biri kimi çıxış
edir. Planlaşdırmadan fərqli olaraq, layihələşdirmə idarəetmənin digər
funksiyalarına daha az təsir göstərir və intellektual, maddi, əmək və maliyyə
ehtiyatlarından çıxış edərək, qərarların çoxvariantlı qəbulu imkanlarını qəbul
edir. Sosial proseslər və sosial institutların yenidən təşkilatlanması prosesi ilə
əlaqədar olaraq, sosial layihələşdirmə fərqli vəziyyətlərdə təkrar istehsalın,
yaxud dəyişikliklərin əsaslandırılması vasitələrinin axtarışına yönəlir. Eyni
zamanda sosial layihələşdirmə təxmini hesablara əsaslanaraq, müəyyənləşmiş
zaman müddətinə malik olmaya bilər.
Sosial təşkilatlandırma. Təşkilatlandırma fəaliyyəti sosial reallığın
yaradıcı mənimsənilməsi ilə bağlıdır. Sosial təşkilatlandırma belə bir ideyaya
əsaslanır ki, ən çox ehtimal edilən meyllə yanaşı ən az ehtimal edilən, yaxud
real mümkün olan meyl mövcuddur. Hər zaman mövcud sosial məsələnin həlli
üçün istifadə ediləcək daxili sosial ehtiyatlar mövcud olur. Mahiyyətcə yaxın
olan perspektiv məqsədlər hər hansı bir mərhələdə yerlərini dəyişə bilər,
yaxud eyni bir məqsəd müxtəlif vasitələrlə həyata keçirilə bilər.
Sosial mühəndislik. Sosial layihələşdirmə «sosial mühəndislik»
anlayışından fərqlənir. Sosial mühəndislik təzahür, yaxud obyektin aid olduğu
mühitin funksiyalaşma qanunauyğunluqlarını nəzərə alaraq, mümkün inkişaf
yollarını müəyyənləşdirməyə çalışır.
Sosial layihələşdirmənin metodologiyası sosial proseslərin tədqiqində,
modelləşdirilməsində,
təşkilatlandırılmasında,
planlaşdırılmasında,
proqnozlaşdırılmasında, yəni sosial layihələşdirilməsində istifadə edilən
müəyyənləşmiş metodlar sistemi haqqında elm kimi çıxış edir. Layihələşdirmə
məqsədyönlü sosial dəyişikliklərin gələcək variantlarının və sxemlərinin
162
qeyri-mütəşəkkil seçimi ilə bağlıdır. Sosial layihələşdirmə ideyaların
yoxlanılmasında uğursuz eksperimentləri də nəzərə almalıdır. Sosial
layihələşdirmənin metodologiyası üçün obyektlərin (sosial institutlar, sosial
proses və təzahürlər) düzgün müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
Buna görə də sosial layihələşdirmənin obyekti fərqli əsaslarda (cəmiyyətin
iqtisadi,
sosial-siyasi
və
mənəvi
sahələrinin
funksiyalaşmasının
təkmilləşdirilməsi) təsnif edilməlidir. Sosial layihələşdirmə cəmiyyətin bu və
ya digər sahəsinin səmərəli fəaliyyətilə bağlı şəraitin yaradılması ilə
əlaqədardır. Belə layihələr əmək fəaliyyətinin inkişafı üçün əhəmiyyət kəsb
edir. Qeyd etmək lazımdır ki, sosial layihələşdirmə yalnız xüsusi, konkret
ictimai münasibətlərin öyrənilməsi ilə bağlı olmayıb, həm də sosial
münasibətlər sisteminin kompleks təqdim edilməsi məqsədini daşıyır. Yalnız
kompleks, sistemli, vahid yanaşma əsasında ictimai proseslər və təzahürlər
səmərəli layihələşdirilə bilər. Sosial layihələşdirmənin əsas xüsusiyyəti insan
həyatının bütün sosial aspektlərini əhatə edən problemlərin həll edilməsinə
yönəlməsi ilə bağlıdır. Sosial layihələr təşkilat, rayon, şəhər, əyalət, respublika
və bütövlükdə respublika səviyyəsində hazırlana bilər.
Sosial layihələşdirmənin predmeti və obyekti. Hər bir nəzəriyyə kimi
sosial layihələşdirmə nəzəriyyəsi də obyekt və predmetə malikdir. Sosial
layihələşdirmənin obyekti aşağıdakı xüsusiyyətləri daşıyır:
1.sosial layihələşdirmənin obyekti öz mahiyyəti və keyfiyyəti, əlamətləri
və funksiyaları olan sadə sosial törəmədir;
2.sosial layihələşdirmənin obyekti mürəkkəb törəmə, yaxud nisbətən sadə
sosial törəmələr sistemidir, həmcins, yaxud müxtəlif cinsli, əlaqəli, yaxud
asılı, birləşmiş, yaxud ayrı, dinamikanın, yaxud statikanın tələblərinə cavab
verən çoxsaylı elementlər toplusudur;
3.sosial layihələşdirmənin obyekti mürəkkəb sosial törəmələr sistemidir.
Obyektin xüsusiyyəti layihələşdirmə prosesində bu və ya digər metodların
– təsviri, qeydə alınması, ixtisaslaşdırıcı, nümunəvi, birləşdirici, kəmiyyət,
keyfiyyət, analitik, sintetik və s. seçilməsinə şərait yaradır. Sosial
layihələşdirmənin obyekti ideal və real ola bilər. Real obyekt – sosial
dəyişikliklərlə bağlı fəaliyyət və idrakın obyektidir. Real obyekt empirik
dərketmə ilə bağlı olub, obyektin təsviri, onun mahiyyət və keyfiyyətlərinin
qeydə alınması, bu mahiyyət və keyfiyyətlərin təsnif edilməsi əsasında
müəyyənləşir.
Sosial layihələşdirmə obyektinin strukturu aşağıdakı səviyyələrdən
ibarətdir:
1.Sosial sistem səviyyəsi – sosial institutlar, təbəqələr və təşkilatların
mümkün qarşılıqlı fəaliyyət formaları.
Dostları ilə paylaş: |