Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Yasəmənlər saçın yolur sənsiz



Yüklə 84,56 Kb.
tarix06.05.2018
ölçüsü84,56 Kb.
#42108

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

g:\15.jpeg

Yasəmənlər saçın yolur sənsiz ...

(Nigar Rəfibəylinin anadan olmasının 100 illiyi)

Bakı-2013

Ön söz

Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatının ən görkəmli sənətkarlarından biri sayılır.

O, 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur.

İbtidai təhsilini Gəncədə almış Nigar xanım, 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdir. 1930-1932-ci illərdə Bakı Kinostudiyasının Ssenari şöbəsində, eyni zamanda fəhlə gənclər məktəbində, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor işləmişdir.

1932-1936-cı illərdə Mockvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir. 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor kimi çalışmışdır.

“Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şeirlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir. Nigar xanım “Zəfər nəğməsi” (1943), “Şeirlər” (1949), “Analarin səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir” (1964), “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974) və başqa kitabların müəllifidir.

Nigar Rəfibəyli uşaqlar üçün də əsərlər (“Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978)) yazmışdır.

Görkəmli şairə tərcümə fəaliyyəti ilə ilə də məşğul olmuşdur. Məshəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, F.Şillerin “Məkr və məhəbbət”, A.Çexovun “Vanya dayı”, “Albalı dramlarını”, E.Voyniçin “Ovod”, Q.Qonçarın “Bayraqdarlar” romanlarını, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Xidmətlərinə görə Nigar xanım 1967-ci ildə”Azərbaycanın əməkdar mədəniyyət işçisi”, 1981-ci ildə isə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülmüş, “Şərəf” nişanına və digər orden və medallarla təltif olunmuşdur.

Unudulmaz şairəmiz 1981-ci il iyul ayının 9-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.



g:\images.jpeg

Əsərləri

  1. Rəfibəyli,N. Şeirlər /Azərbaycan ədəbiyyatı antologiyası.-Bakı, Avrasiya Press, 2005, s.166-177.

  2. Rəfibəyli,N. Seçilmiş əsərləri: Şeirlər; Tərcümələr; Xatirə və qeydlər.-Bakı, Şərq-Qərb, 2004.-390 s.

  3. Rəfibəyli,N. Seçilmiş əsərləri: Şeirlər; Tərcümələr.-Bakı, Azərnəşr, 1993.-240 s.

  4. Rəfibəyli,N. Ana səsi: Şeirlər; Tərcümələr.-Bakı, Azərnəşr, 1969.-245 s.

  5. Rəfibəyli,N. Bahar nəğməsi:Şeirlər.-Bakı, Gənclik, 2003.-192 s.

  6. Rəfibəyli,N. Bir həzin axşamda düşsəm yadına: Şeirlər.-Bakı, Gənclik, 1982.-192 s.

  7. Rəfibəyli,N. İşıqlı dünyam: Şeirlər.-Bakı,Gənclik, 1969.-100 s.

Şairin üstündə ruzgarlar kimi

Həm sağa, həm sola birdən əsməyin. Hələ səsi gəlir, nəfəsi gəlir,

Onu basdırmağa çox tələsməyin.

(Nigar Rəfibəyli)

g:\images.jpeg

Haqqında

  1. Anar. Sizsiz: Roman-xatirə / Anar. Dünya bir pəncərədir.-Bakı, Gənclik, 1986, s. 359-331.

  2. Əhmədov,T. XX əsr Azərbaycan yazıçıları: Ensiklopedik məlumat kitabı.-Bakı, Nurlan, 2004.-984 s.

  3. Əhmədov,T. Azərbaycan sovet yazıçıları.-Bakı, Yazıçı, 1987.-704 s.

  4. Heydərova,F. Nigar Rəfibəylinin həyat və sənət yolu haqqında qeydlər /Risalə: Araşdırmalar toplusu.-Bakı, Nurlan, 2005, s. 127-137.

  5. Xəyal,S. Nigar Rəfibəyli.-Bakı, Nurlan, 2003.-148 s.

  6. Xəlilzadə,F. İpək ovqatlı misralar //Mədəniyyət.-2010.-27 avqust.-s.13.

  7. Tapdılar bir-birini sevgini bölüşdülər (Rəsul Rza və Nigar Rəfibəyliyə həsr olunmuş şeirlər, poemalar) / Tərt. Ed. Anar.-Bakı, Nurlan, 2002.-278 s.



Demirəm, dünyadan köçüb gedəndə

Vətəndə şöhrətli bir adım qalsın.

İstəyirəm bircə həzin xəyalım,

Bir də uçmaq istəyən iki qanadım

qalsın.

(Nigar Rəfibəyli)

g:\images.jpeg

Hazırladı:

Kütləvi tədbirlər şöbəsinin müdiri

Cəmilə Səmədova

g:\images.jpegg:\images.jpegg:\images.jpeg
Yüklə 84,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə