www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
10
həm universitetdə, həm İranda, həm də Avropada
təhsil almışam.
Uşaqlıqdan öz mühitimin ictimai dəyişiklikləri və
düşüncə
təbəddülatları
ilə
maraqlanmışam.
Dövrümün ideoloji hadisələri ilə birbaşa təmasım
olub. Ömrüm kitabla keçib. Qərb mədəniyyətinin
hücumları,
ziyalınümaların
təslimçiliyi,
müsəlmannümaların təəssüblü müqaviməti mənə
tanışdır! Biri din iddiasındadır, o biri isə müasirlik.
Cəmiyyətin adət-ənənə mərhələsindən modernizm
mərhələsinə keçid dövrünü yaşamışam; cəmiyyətdəki
dəyərlərin dəyişməsinə şahid olmuşam.
Kəndli mənşəyim toplum mənasının həqiqətini hiss
etməkdə köməkçim olub.
Aldığım dini tərbiyə məni xalqın fitri və dərin ruhu
ilə bağlayıb. Eləcə də, qərbdə təhsil aldığım üçün
əsrimin ruhunu və əqidəsini tanımışam. Dünyada baş
verən hadisələrdən xəbərdaram. Bu bilgilərin köməyi
ilə hiss etmişəm ki, qərb mədəniyyətinin günbəgün
güclənən
hücumları
qarşısında
məzhəbi
cəmiyyətimizi hansı aqibət gözləyir. Çünki bizim
cəmiyyətdə köhnəlmiş adət-ənənələr, irsi dəyərlər,
təlqini iman hakimdir. Qərb cəmiyyətində isə yaxşı-
pis hər nə varsa elmi şəkildə təqdim olunur, günün
ehtiyacı əsas götürülür və azadlıq şüarları altında
bütün dini və əxlaqi dəyərlər ikinci plana keçir.
Müşahidələrdən görünür ki, cəmiyyətimizdəki
mövcud məzhəb adət-ənənələr təəssübü ilə qorunur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
11
Dinin
elmi
və
düşüncə
əsasları
müasirliklə
ayaqlaşmır. Uzun bir dövr zamanla ayaqlaşan,
hadisələri qabaqlayan, ictimai və fərdi problemlərin
həlli yolunu göstərən İslam dini, özünü müqəddəs
göstərən bir qrup şəxs tərəfindən əhkam şəklində
dondurulub qorunur.
Amma zaman başqa zamandır! Öz iqtisadi
tərəqqisi ilə millətlərin gözünə kül üfürən düşmən
başımızın üstünü alıb. Onun bir əli İslamla tarixi
düşmənliyi olan qərb kapitalizminin ətəyindədir.
Şərqə ayaq açmaq üçün İslam dini onlara mane olur.
İslamı tanıyan, onun tarixini bilən, son iki əsrdə
qərbin təcavüzlərindən xəbərdar olan hər bir şəxs
yaxşı bilir ki, İslam dini yatmış cəmiyyəti oyatmağa,
onu hərəkətə gətirib, ayağa qaldırmağa qadirdir.
İslam təkcə iman dini deyil! Bu din ən sivil cəmiyyət
qurmaq üçün proqramlar verir və yad mədəniyyətlər
üçün boş yer saxlamır. İslamı aradan qaldırmaq
istəyən düşmənin məqsədi cəmiyyəti müdafiəsiz
qoymaq, ziyalıların düşüncəsini əsarətə almaq,
insanları tarixi kökdən və ruhi azadlıqdan məhrum
etməkdir. İslama formal yanaşan əksər cəmiyyətlərdə
istənilən bir vətəndaşı tora salıb, qibləsini qərbə
döndərmək çox asandır.
Mən
intellektual
dairəyə
poetik
həvəslə
qoşulmamışam. Bunun əsas səbəblərindən biri xalqın
içindən çıxmağımdır. Ziyalıların düşündüklərini mən
həyatda
görüb,
bütün
varlığımla
yaşamışam.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
12
Həyatımın hər bir anı ictimai təbəddülatları
düşünərək ötüb. Bu günkü mədəniyyət və dünənki
məzhəb cəbhələrinin hər ikisində iştirak etmişəm. Bu
günkü
məzhəbin
qərb
təcavüzü
qarşısındakı
vəziyyətindən, burjua baxışlarından xəbərdaram.
Ziyalı gənclərimizin İslam dinindən uzaqlaşma
səbəbləri mənə qaranlıq deyil. Onlar «bu günkü
din»dən qaçır! Amma hansı tələyə düşəcəkləri
müəmmalıdır.
Bu biliklər mənə haqq verir ki, dinin cəmiyyətdə
aqibəti, təbliğatçıların özbaşnalığı, xalqı dindən
uzaqlaşdıran səbəblər haqqında danışım və öz
biliklərimi
uyğun
mövzuların
elmi
şəkildə
öyrənilməsinə sərf edim.
Son iki əsrdə baş vermiş düşüncə qiyamları,
üçüncü dünyada istismara qarşı yönəlmiş hərəkatlar,
müasir ideologiyalar, dini cəmiyyətimizdə istismarın
macəraları ilə tanışlıq mənə daha çox haqq qazandırır
ki, ziyalılarımızın din qarşısındakı mövqeyi və onların
dinin bu günkü formasına münasibəti haqqında söz
deyim. Siz də mənə bu haqqı verin ki, bir mütəxəssis
kimi məzhəbdən, sizə bağlı təhsilli nəsildən,
məsuliyyətli olduğunuz cəmiyyətdən danışaraq, öz
mütaliə və təcrübələrimi hüzurunuzda təqdim edim.
Deyirlər ki, hamının xoşuna gələn tərzdə danışmaq
lazımdır. Amma vəziyyət məni fəryad çəkməyə vadar
edir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
13
Deyəcəklərimi
kor-koranə
qəbul
etməyinizi
istəmirəm. Amma unutmayın ki, sözlərimin elmi əsası
var və kimsənin xeyrinə danışmıram. Dediyim
sözlərin bütün təbəqələrə zidd olması bir daha sübut
edir ki, mən həqiqət naminə danışıram. Məni
danışmağa vadar edən yeganə şey—məsuliyyətdir!
Nəzərlərimdə nöqsan olsa da, niyyətim düzdür.
Məni Quranın buyuruğuna əsasən dinləyin: «O
kəslər ki, sözü dinləyib, onun ən gözəlinə uyarlar,
onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl
sahibi də onlardır»
1
.
Mən dindən bezib, hər hansı yad düşüncəyə pənah
aparmış bir ziyalı təbəqəsinin nümayəndəsiyəm. Siz
dininizə,
cəmiyyətinizə
və
ailənizə
görə
cavabdehsiniz. Ona görə də bilməlisiniz ki, bu
cəmiyyətin bir hissəsi olan mənim təbəqəm nə üçün
sizə və sizin dininizə biganədir. Mən ana və qızın bir-
birini
anlamamasının
səbəblərindən
danışmaq
istəyirəm. Bu gün qız ananı eşitmir. Çünki ananın
nəsihətində məntiq yoxdur! Ey atalar, övladlarınız
sizdən qaçırsa, bunun səbəbi onların əxlaqsızlığı yox,
düşüncə və inamlarındakı fərqdir. Siz müsəlmanlar
üzərində bu «dinsizlik əsri»ndə böyük məsuliyyət
vardır. Allah-təala buyurur: «Özünüzü və əhli-
əyalınızı
oddan
qoruyun».
2
Siz
dindarlar
1
«Zumər» surəsi, ayə: 18.
2
«Təhrim» surəsi, ayə: 6.
Dostları ilə paylaş: |