www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
20
Hansı ki, İslam dinində bu işlərin günah elan edildiyi
sənə məlumdur!
Bir sözlə, sənin mənə göstərdiyin din yolu məni
dünyada
düçar
olduğum
bədbəxtçiliklərdən
qurtarmaq iqtidarında deyil. Mən azad və başıuca
olmaq istəyirəm. İnsanları hiyləgərliklə azadlığa
çağıran küfr ilə, sənin həyatı donduran dinin arasında
fərq görmürəm.
BƏTNƏ BAĞLI ƏQİDƏ VƏ YA ALIN YAZISI
Ey ata, ey ana! Sənin inandığın qəzavü-qədər
prinsipinə görə, dünyada baş verən bütün işlər,
cinayətlər, müharibələr əvvəlcədən yazılıb və
qarşısıalınmazdır. Demək, nə cinayətkar cinayətdən
çəkinə bilər, nə də günahkar günahdan. Demək,
bizdən asılı bir iş yoxdur. Bu məntiqlə heç bir
cinayətkarı ittiham etmək olmaz! Demək, biz ya
caniliyə, ya da qurbanlığa məcburuq (əslində, bu
əqidə şiələrə yox, cəbri məzhəblərə məxsusdur).
Demək, oturub alnımıza yazılanları gözləməliyik.
Ey ata, ey ana! Mən bu yolla gedə bilmərəm.
Mənim qarşımda iki yol var: əvvəla, məni öz
gələcəyimə məsul edən bir məktəb tapmalıyam; əgər
tapa
bilməsəm,
etiqadsızlığa
və
nihilizmə
məhkumam. Mən inanmıram ki, Allah sizin dediyiniz
kimidir. Necə ola bilər ki, bağışlayan və mehriban bir
varlıq istədiyini edə?! Əgər belə olsaydı, əxlaqdan
danışmağa dəyməzdi. Sən dərinliyinə varmadan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
21
«Xoşbəxt kəs anasının bətnində xoşbəxtdir və bədbəxt
kəs anasının bətnində bədbəxtdir» hədisini əsas
götürürsən. İnsaf etsənə! Bu ki, bətnə bağlı bir
baxışdır. Bu baxış bütün məsuliyyətlərdən insanı azad
edir, tale mütləq şəkildə həll olunur. Əgər dediklərin
həqiqətdirsə, nə üçün Əliyə sitayiş edir, Hüseynin
şəhadətinə ağlayır, Şimrə qəzəblənirsən?! Əgər hər
şey bətndə həll olursa, Şimrdə nə günah?! Sənin bu
günkü təhrif olunmuş əqidən yalnız Yezidə sərf edir!
Sən, mənə ehtiyaclarıma cavab verəcək bir din
təqdim edə bilmədin. Sən, Allahın bəşəri bir dinini
təkcə alın yazısında məhdudlaşdırdın. Mən isə
özümün
və
cəmiyyətimin
gələcəyini
qurmaq
arzusunda idim. Bu arzu məni ekzistensializmə
apardı. Sartrın sözləri daha xoş gəldi. O, deyir:
«Anasından iflic doğulmuş körpə dünya çempionu
ola bilməzsə, özü günahkardır». Gör, dinsiz və
materialist bir alim insan iradəsini haraya qaldırır!
Amma mənim məzhəbçi və mənəviyyatçı ata-anamın
bu günkü əqidəsi həyatı donuqluğa çəkir. Amma mən
əminəm ki, sizin indiki «İslamınız» bir zaman
dünyanı fəth etmiş İslam deyil.
«QADAĞALAR» DİNİ!
Ey ata, ey ana! Sən mənə qadağalar dini verdin.
Mənə
göstərdiyin
yol,
verdiyin
məsləhətlər,
öyrətdiyin əxlaqi dəyərlərin məğzi bu oldu: getmə,
baxma, demə, anlama, hiss etmə, yazma, oxuma!
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
22
Bunların ki, hamısı «yox» oldu. Amma mən işıqlı bir
yol göstərən din istəyirəm. Yazıçılardan biri deyir:
«Vay o dinin halına ki, onda «yox» «hə»dən çox
olsun». Mən isə səndən bir dənə də olsun «hə»
eşitmədim!
Ey ata, ey ana! Sən müqəddəs hesab etdiyin
Qurandan bu gün nə anlaya bilərsən? Sən o kitaba
etiqadlı olduğun halda, mənim qədər xəbərsizsən.
Amma daim onu gözünə, sinənə, körpənin beşiyinə,
xəstənin balışına sürtürsən. Evdən çıxanda bir neçə
ayə oxuyub, qıfıla üfürürsən. Məgər Allah öz kitabını
bunun üçünmü göndərib? Amma elə bir qıfıl almaq
olar ki, üfürülməmiş də onu kimsə aça bilməz! Əgər
Quran bir neçə ayəni boyundan asmaqla sağlamlığı
qorumaq üçündürsə, belə çıxır ki, xəstəliyə qarşı
peyvənd (vaksin) vurduranların sənin «Quran»ına
ehtiyacları yoxdur!
Sən düşünüb ağıl yolu ilə doğru yolu seçmək
əvəzinə, yeri gəldi-gəlmədi istixarə edirsən. Amma
mən sənin verdiyin tərbiyə sayəsində dindar
olmadığım
halda,
Qurana
bu
qədər
ucuz
yanaşılmasına tərəfdar deyiləm. Mən elm və biliyin
köməyi ilə əqlimi işə salıram və qarşıma çıxan
suallara məntiqi cavab axtarıram. Mən Quranı istixarə
üçün yox, həqiqəti tapmaq üçün oxuya bilərəm. Əgər
sən gözlərini yumub Quranı açırsansa, mən gözlərimi
açıb Quranı oxumaq istəyirəm! Atacan, əgər bir kimsə
mənim dərsliklərimlə bu sayaq qeyri-ciddi rəftar etsə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
23
mənim qanım qaralar. Sənin bu kitablara münasibətin
məndə belə bir təsəvvür yaratdı ki, bu kitab oxumaq
üçün deyil və mən başqa kitablara üz tutdum.
Ey ata, ey ana! Mən sizin namazınızda heç bir
əxlaqi təsir görmürəm. Nə dediyiniz sözlərin
mənasını anlayırsınız, nə də ibadətin fəlsəfəsindən
xəbəriniz var! Sizin namazınız idman hərəkətlərini
xatırladır. Əgər namaz təkcə idman xarakterində
olacaqsa, daha əhatəli fiziki hərəkətlər kompleksi
tapmaq olar! Mən isə hər sübh təsirli musiqi sədaları
altında düşüncəmdə əsər qoyan şerlər oxuyuram.
Gəlin
həqiqəti
birlikdə
araşdıraq.
Hamıya
məlumdur ki, namaz qılan şəxs Allahla danışır. Necə
ola bilər ki, Allahla danışan insan dediyi sözlərin
mənasını və nə istədiyini başa düşməsin?! Sizin
diqqətiniz yalnız hərflərin düzgün tələffüzünə
yönəlib! Görəsən, bu dünyada sizdən başqa bu qədər
yalvardığı halda nə istədiyini bilməyənlər varmı?!
Qarşınızda dayanıb sizə yalvaran və nə istədiyini
bilməyən adama necə baxarsınız? Siz ona nə
verərsiniz? Həmin adamın yalvarmağa adət etdiyinə
və yalnız qorxudan yalvardığına əmin olsanız, onun
sözlərini qulaqardına vurmazsınızmı?!
Əgər Allah bir insanı onun diqqətsizliyinə görə
xoşlamasa, elə namazın ilk rəkətində dərgahından
çıxarar, elə bir yerə atar ki, dünya cəhənnəmində
axirət behişti arzulasın! Belə kişi cəhalətdə «Əbu
Ləhəb», arvadı isə «Həmmalətəl-hətəb» olar. Əgər
Dostları ilə paylaş: |