www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
24
Allah rəhm etsə, onu həmin yerdən buraxar və həmin
şəxs ömrü boyu dəyirman atı tək yerində fırlanar. Bir
ömür qaranlıqda yol getdikdən sonra görər ki, çıxış
nöqtəsinə çatıb. Budurmu möminlik?!
Ey ata, ey ana! Alıcı gözlü qərb qarətçilərinin
cövlan etdiyi üçüncü dünyada övladından nə
gözləyirsən?! Vay olsun o namaz qılanların halına ki,
qəflətdədirlər. Onlar Allaha ibadət etdiklərini güman
etsələr də, əslində, bütpərəstlərə oxşayırlar. Bu bütlər
nə İbrahim, nə də Məhəmməd (s) əsrindəki bütlərdir.
Məgər oruc şam ilə naharın vaxtını dəyişməkdən
ibarətdir?! Əgər orucun mahiyyəti təkcə bundan
ibarətdirsə, mən həkimlə məsləhətləşib, daha münasib
rejim tutaram! Sən isə mədə yarasından əziyyət
çəkdiyin halda oruc tutur, özünü təhlükəyə atırdın.
Müqəddəs saydığın ramazan ayında səndə aclıqdan
başqa bir dəyişiklik görmədim. Tutduğun oruc sənin
əqidə və rəftarındakı nöqsanları aradan qaldıra
bilmədi.
HƏCC
Ey ata, ey ana! Sizinlə Həccə getdim və o
müqəddəs məkanda hər bir hərəkətinizə şahid oldum.
Sizin işiniz Həcc proqramına kəlmə-kəlmə əməl
etməkdən ibarət oldu. Qiyamət səhnəsini xatırladan
bu misilsiz anlarda səni yalnız bir şey narahat edirdi:
Birinci hansı ayağımı atmalıyam?.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
25
Məsum Əhli-beyt övliyalarının uyuduğu Mədinəyə
getdik. Sən pərəstiş edib, ziyarətnamə oxuduğun, bu
insanların müqəddəs amallarından xəbərdarsanmı?!
Sonra Peyğəmbər məscidindən azan sədaları
ucaldı. Elə düşündüm ki, bu azan səsi sənin qəlbində
ilkin
İslam
xatirələrini
oyadacaq
və
dünya
müsəlmanları ilə çiyin-çiyinə dayanıb namaz qılmağa
həvəslənəcəksən. Kasıb, varlı, ağ, qara, ərəb, türk,
hind, əfqan, yuqoslav, bir sözlə - azan səsini eşitmiş
hər bir müsəlman məscidə axışıb sıralara düzülürlər.
Sanki əlvan bir dərya dalğalanırdı. Bu dərya məscidi
doldurub Mədinə küçələrini bürüdü. Bu zaman nə
gördüm? Mənim ata-anam və onlar kimi bir neçə
müsəlman bu cərgələrin arasından sürətlə bayıra
qaçır! Səbəbini soruşuram. Deyirlər ki, bizim hoteldə
məxsus pişnamazımız var, ona iqtida edəcəyik!
İndi bu cərgədə düzülənlər sizə hansı gözlə
baxmalıdırlar?! Sizin Həccə hansı məqsədlə gəldiyiniz
onlarda şübhə doğurur. Çünki sizin hərəkətlərinizdə
ixtilaf əlamətləri var!<
Həcc əməllərinin ruhunu bir kənara qoyub
əməllərdə vasvasılıq göstərmək hansı məntiqə sığır?!
Amandır, təvaf zamanı sol çiynin Kəbədən dönməsin!
Əgər bir barmaq səhv olsa, hər şey batil olacaq! Hətta
bəzi kişilər öz xanımlarının çiynindən tutub, Kəbəyə
tərəf
istiqamətləndirirlər.
O
qədər
xırdaçılığa
varırsınız ki, sanki Həcc protexniki bir məsələdir və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
26
kiçik bir səhv partlayışa səbəb ola bilər. Allaha
yönələsi diqqət gör nələrə yönəlir!
Daim sualım bu oldu ki, «necə?» Bir dəfə də olsun
«nə üçün?» soruşmadın.
Ey Həcc zamanı fikri çiynində qalan ata! Xəbərin
varmı ki, səndən azca aralı bir məmləkətdə yəhudilər
sənin əqidə qardaşlarının evlərinə girir, namuslarına
təcavüz edir, evlərini partladırlar. Sən isə heç «son
xəbərlər»lə də maraqlanmırsan!
Sənin bəhanələrin budur: Biz nə edək axı? Hər kəs
özünü xilas etməlidir! Özünü islah et! Biz nə bilirik
beynəlxalq siyasət nədir? Kim bilir ki, sünni
fələstinlilər pisdir, yoxsa yəhudilər? Gör, ərəb
filmlərində hansı əxlaqsızlıqlar var! Cəzalarıdır, qoy
çəksinlər! Onlar şiə deyil!
Həcc karvanındakılardan birinin adyalı yoxa
çıxmışdı. Bu şəxs Ərəfatda itirdiyi adyalı bir nəfərin
əlində görüb tanıyır. Həmin şəxs adyalın haşiyəsindəki
tikişləri sökürmüş. Bəli, şəri cəhətdən ehram, yəni Həccə
məxsus paltarda tikiş olmamalıdır. Belə bir etiqad insanı
dəhşətə gətirir. Bir tərəfdən başqasının malını götürür
(«oğurlayır» deməyə dilim gəlmir), digər tərəfdən isə
şəri vəzifəsinə əməl edir! Bu insan qiyamət səhnəsini
xatırladan Ərəfat çölündə də öz əyriliyindən qalmır!
Deyə bilərsən ki, bu istisna haldır. Amma mən başqa
səhnələrə də şahid olmuşam. Məsələn, Səfa və Mərvə
dağları arasında səy, yəni şütüyən zaman iki nəfərin
Hacərin xatirəsini yad etmək əvəzinə, söhbət etdiyini
gördüm:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
27
- Hacı filan kəs, bu gün təzə bir şey öyrəndim.
- Nə öyrəndin?
- Bəzi müsəlmanlar nisa təvafı (Həccdə bir dini ayin)
etmirmiş. Axı nisa təvafı etməyənin Həcci naqisdir və
Həccdən sonra öz xanımı ona haramdır. Başa düşdün nə
demək istəyirəm hacı?
- Hacı, başa düşdüm. Əhsən sənin diqqətinə! Yəni ki,
bu adamların hamısı<
Amma bir müddət yoldaşlıq etdiyim həkim zəvvar
deyirdi: «İlk dəfə hiss etdim ki, Həccdə necə böyük
hikmət varmış. İslam dəyərlərində belə bir dərin fəlsəfə
olduğu ağlıma gəlməzdi».
Bəli, bu diqqətli insan hər bir əməlin mahiyyəti ilə
maraqlanır və mənəvi qida alırdı. O, mənimlə yanaşı
gedir, dərin hisslərə qapılaraq Həccə aid kitab
oxuyurdu. Qəfildən təəccüb içində məndən soruşdu:
«Burada bir şey yazılıb, anlamadım. Yazılıb ki,
dördüncü səy (gediş) zamanı Səfanın dördüncü
pilləsində dayanıb bu duanı oxuyan varlı olar!».
Ruhi gözəllikləri dəyərləndirən, ilahi eşq haqqında
düşünən gənc ziyalının belə bir məsələ ilə rastlaşması
məni narahat etdi. Zəvvar yoldaşıma dedim ki, bu dinin
yox, kitabı tərtib edənlərin fikridir və sürətlə ondan
uzaqlaşdım.
Mən demirəm ki, bu qəbil göstərişlər düzgün deyil.
Amma məhz Həccdə, insan ruhunun İbrahim dinindən,
İsmayıl qurbanlığından, Hacər səyindən şövqə gəldiyi
bir vaxt uyğun hissləri həyəcanlandırmağın yeridirmi?!
Ey müəllif, sən gördüyün işə görə pul almırsan?
Məgər pul qazanmaq üçün başqa yol yoxdur?! Pullu
Dostları ilə paylaş: |