Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə62/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   58   59   60   61   62   63   64   65   ...   98

Firuz Mustafa 
192 
Ca
vad Əmirxanlı yorulmamışdı. Amma indi onu daxili bir sək-
s
əkə hissi narahat edirdi. Görəsən, qız onu haraya çəkib aparır-
dı? Görəsən, bu “büllur” dəhlizin bir sonu vardı ya yox? 
 Onun ür
əyindən keçənləri oxuyubmuş kimi, qız ayaq sax-
la
dı. Astaca gerı qanrılıb əlini irəli uzatdı. Onlar əl-ələ tutdular. 
Aman allah, bu “buz heyk
əl”in əli od kimi alışıb-yanırmış ki... 
Sanki bu istilik Ca
vad  Əmirxanlının  canına-qanına hopdu. 
Onun dizin
ə  yeni güc gəlmişdi. Bu anlarda ona elə  gəldi ki
qızla əbədiyyətə qədər addımlaya bilər.  
 -Biz hara gedirik bel
ə? 
 Dey
əsən, qız Cavad Əmirxanlının verdiyi sualı eşitmədi.  
 Amma az sonra B
əyaz geri qanrılıb asta səslə: 
 -
İndi özün görəcəksən hara gedirik,-deyə, dilləndi. 
 Dem
əli, bu hiyləgər xanım onun dediklərini eşidibmiş. 
 Q
əfildən onların  qarşısında yeni, qeyri-adi bir mənzərə 
canlan
dı.  Bayaqdan divarlarının  arası  ilə  addımladıqları  buz 
d
əhliz indi mavi bir geniıliyə açılırdı. Amma bu genişlik heç də 
“ba
yıra”-boşluğa,  intəhasız  aləmə  açılan genişlik deyildi; mə-
s
ələ  burasında idi ki, buz dəhlizin bitdiyi yerdən yeraltı  göl 
başlayırdı. Allah bilir, bu, bəlkə də kiçik bir göl yox, nəhəng 
d
əniz idi. Di gəl ki, indi bu yeraltı dünyada uyuyan sakit sula-
rın  həcmini müəyyən etmək Cavad  Əmirxanlı  üçün  çətin idi. 
Qız onun əlini buraxıb irəli addımladı. Burada sahil başa çatır, 
mavi sula
rın intəhasızlığı başlayırdı. “Görəsən, çaparlılar yeral-
tı suların üstündə yaşadıqlarını bilsələr nə düşünərlər? Çox gü-
man ki, kö
çüb  başqa yerə  gedərlər.  Axı  günlərin bir günü bu 
gölün üstünd
əki torpağın daş-ağac, dağ-təpə qarışıq çöküb gölə 
tökülm
əsi ehtimalı var”. O, bu düşüncələrlə qızın arxasınca ye-
rim
əkdə idi. Başını qaldırıb ətrafa göz gəzdirəndə təzədən hey-
r
ətlənməli oldu; sahildə kimsəsiz bir qayıq vardı. Onlar qayığa 
ya
xınlaşdılar.  Qız  qayığı  itələyib suya sarı  istiqamətləndirdi, 
quş  cəldliyi ilə  atılıb  qayığa  tullandı.  İstər-istəməz Cavad 
Əmirxanlı da qayığa mindi. Qız əlindəki gümüşü budağı ehti-
yatla böyrün
ə qoyub avarları ehmalca tərpətdi. Qayıq asta-asta 
yırğalanıb yerindən tərpəndi.  


Seçilmiş əsərləri, I CİLD 
193 
 Qa
yığın  sürəti get-gedə  artmaqda idi. Sahil boyu dikələn 
boy-buxunlu 
ağacların əksi dalğaların qoynunda yığılıb-açılır-
dı. Qız da susurdu, kişi də. Yalnız avarların xışıltısı eşidilirdi. 
Su hövz
əsinin bir-birindən aralı düşmüş sahilləri get-gedə da-
ralma
ğa  başladı.  Onlar dar bir boğaza yetişdilər. Qayıq  sanki 
böyük sulardan kiçik bir körf
əzə adlamışdı. Az sonra onlar qı-
jıltı ilə axan ensiz çayın məcrasına düşdülər. İndi avarı çəkmə-
y
ə ehtiyac yox idi. Qayıq çayın axarı ilə, ensiz tunellə irəlilə-
yirdi. Olsun ki, bu tunel ge
niş dünyaya açılırdı. Qranit tunelin 
divarla
rı sanki mahir bir rəssamın əli ilə bəzədilmişdi; divarlar-
da bütün f
əsillərə xas lövhələr həkk olunmuşdu; burada qış öz 
b
əyaz, payız qızılı, bahar yaşıl, yaysa mavı rənglərin duru ça-
larla
rı ilə nəqş edilmişdi. Elə bil ilin dörd fəsli bu yeraltı dün-
yada görü
şüb bir araya gəlmişdi. Cavad Əmirxanlı gözünü bu 
şəkil-mənzərələrdən çəkə bilmirdi. Görəsən, bu şəkilləri doğru-
dan
mı təbiət öz “fırçası” ilə çəkmişdi? Buna inanmaq çətin idi. 
Bu m
ənzərələr daha çox usta, peşəkar rəssam və ya heykəltəra-
şın əl işlərinə bənzəyirdi.  
 Qa
yıq yırğalandıqca Cavad Əmirxanlı səksəkəyə düşür, is-
t
ər-istəməz müvazinətini saxlamağa  çalışırdı.  O,  hətta, arada, 
qa
yıq ləngər vuranda əl atıb qızın çiynindən yapışmaq istəsə də 
bundan bir n
əticə  hasil olmamışdı.  Qızın  çılpaq çiyinləri buz 
kimi sü
rüşkən idi. Belə olanda Cavad Əmirxanlıya başını yel-
l
ətməkdən savayı bir şey qalmamışdı.  
 N
əhayət, qayığın burnu çayın sahilindəki yumşaq çeyilliyə 
ilişdi. İrəlidə yaşıl vadi görünürdü. Qız avarları buraxıb gümü-
şü ağacı qaparaq qayıqdan düşdü, cəld əlini Cavad Əmirxanlı-
ya uzat
dı.  
 Onlar bir xeyli ça
yın sahili boyu irəliləyəndən sonra yaşıl 
vadiy
ə çıxdılar. Burada hər tərəf işıqlı bir yaşıllığa qərq olmuş-
du. Yuxa
rıda parlaq zərrəciklər alışıb-yanırdı. Yamyaşıl otların 
v
ə pöhrələrin arası ilə süd kimi bəmbəyaz bir çay axıb gedirdi. 
Dey
əsən, bu çay göldən ayrılmışdı. Çayın sahilində budaqları 
ç
ətir kimi açılmış bir ağac da vardı. Ağacın yarpaqlarının ara-
sından zərif çiçəkər boylanırdı.  Onlar  əl-ələ  tutub sahildəki 


Firuz Mustafa 
194 
ağaca yaxınlaşdılar.  Ətrafa bihuşedici bir ətir yayılmışdı.  Bu, 
y
əqin ki, ağacdakı yarpaqların arasından boy verən zərif çiçək-
l
ərin ətri idi.  
 
Qız  əlindəki gümüşü  budağı  yerə  qoydu,  əyilib sahildəki 
ağacın dibindəki uzun, yaşıl otlara sığal şəkdi. İri, parlaq gözlə-
rini yer
ə dikib dodaqaltı nəsə pıçıldadı. Sanki yenə dua oxuyur-
du. Am
ma qızın baxışları indi səmaya yox, torpağa dikilmişdi. 
Ca
vad Əmirxanlı həmin anlarda öz düşüncələrinə  görə özünü 
qınadı; bəyəm burada səma vardı ki? Axı onlar hələ mağaradan 
çıxmamışdılar. Yer altında səma ola bilməzdi. Olsun ki, heç 
onla
rın  ayağının  altındakı  bu  əsrarəngiz yaşıllıq  da  torpağın 
yox, el
ə buzlağın üstündə idi. 
 -
Doğru fikirləşirsən, Cavad bəy... 
 Ca
vad Əmirxanlı çaşdı. Belə şıxırdı ki, qız onun ürəyindən 
keç
ənləri oxuyurdu. 
 -H
əqiqətən, bu yaşıllıq  buz  laylarının  üstündədir.  Doğru 
fikirl
əşirsən, Cavad bəy... 
 Ca
vad Əmirxanlı susub ətrafa nəzər saldı. Burada səma ilə 
torpaq bir-birin
ə qovuşmuşdu. Elə bil onun baxışlarına hopan 
bu qeyri-qdi m
ənzərəni rəssam əli şəkmişdi. Qızın dediyindən 
bel
ə çıxırdı ki, onun gördüyü mənzərə buz qatının üstünə “həkk 
olunub”.  Dem
əli, burada Buzlaq ağ kətan rolunu oynayırdı və 
indi onlar o “k
ətanın” üstundə dayanmışdılar.  
 
Qız  bayaq  sığal  çəkdiyi uzun otları  indi zərif barmaqları 
il
ə saç kimi yana “darayıb”  yerə uzandı,  yerini rahatlayıb hə-
min otla
rı yorğan kimi üstünə çəkdi. 
 -Cavad b
əy, gəl sən də uzan yaxınlıqda, mənim yanımda... 
 Ca
vad Əmirxanlı hələ də çaşqınlıq içində idi; indi o, hansı 
ad
dımı atacağını özü də müəyyən edə bilmirdi. Qız əlini uzadıb 
onun 
əlindən tutdu. Sanki kişinin bədəninə  elektrik cərəyanı 
burax
dılar. 
 Onlar uzun müdd
ət yan-yana uzandılar. Yox, bəlkə də bu 
görü
şün ömrü Cavad Əmirxanlıya belə uzun görünürdü; olsun 
ki, bu sehrli dünyada zama
nın ölçüsü dəyişmişdi; burada indi 
günün han
sı vaxtı olduğunu müəyyən etmək də müşkül məsələ 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə