Cilda: - Ne qovori, - dedi, - xoxma e...
Nemət:
- Balam, özünüz maqnitofon istəmişdiniz, - dedi, - Başımı keçəl
eləmişdiniz. Mən də alıb gətirmişəm də.
Sürəyya:
Lap yaxşıdır, - dedi. - sən bu sırtıqlara fıkir vermə, qələt eləyirlər.
Bikə xala məzəmmətlə:
Heç nəyi bəyənmirlər, - dedi. - Alyanın uşaqları da belədir.
Sürəyya:
Amma doğrudan qiyamət şeydir, - dedi. - Mən heç öz səsimi ta-
mmazdım. Elə bil özgə adamdır.
Nemət:
Heç kəs öz səsini tanımır, - dedi. - Çünki elə belə həyatda biz
səsimizi olduğu kimi eşitmirik.
Sürəyya:
Sən mənim canım, qoy bir də qulaq asaq, - dedi.
Karmen:
Nu uje prostite, - dedi. - Eto ispıtaniye vışe moix sil.
O da, Cilda da o biri otağa keçdilər. Nərgiz də onların dalınca qaçdı.
Nemət düyməni basdı. Dinləmoyə başladılar. İlk sözlər, cümlə-lor ötdü.
Maqnitofondan Sürəyyanm səsi eşidildi: -
Demək, mən istə...
O biri otaqdan Karmen qışqırdı:
Demək, mən istə...
Nemət başını buladı:
O biri otaqdan Kamıenin səsi gəldi:
Seyças çuvixa naçnyot rasxvalivat maqnitofon Murzika.
Dərhal maqnitofondan Bikə xalanın səsi eşidildi:
Alyagildə də bundan var. Amma bundan böyük olar. O
biri otaqda qəhqəho vazları cingiltiylə sınıb dağıldı.
Axıra qədər qulaq asdılar. Qızlar o biri otaqdan replikalar atır və
maqnitofon onların sözlərini tutuquşu kimi təkrar edirdi: artıq onlar yazını
əzbər bilirdilər.
Əslinə qalsa, Nemət də hansı sözdən sonra hansı sözün, kimin sə-
sindən sonra kimin səsini eşidəcəyini bilirdi. Dil yamltmacları, danışıq
büdrəmələri, nəfəslər, öskürəklər, gülüşlər, hamısı cağbacağ öz yerin-də
sabit və dəyişilməz donub qalmışdı.
Maqnitofondan Nemətin səsi eşidildi: -
Bir də mən görsəm ki...
Sonra lentlərin sükutu hərlonməyə başladı.
Nərgiz o biri otaqdan qaçıb gəldi. Qaçanda iki nazik hörüyü siçan
quyruğu kimi çiynində atılıb-düşiirdü.
Ata, - dedi. - Bir də görsən nə edərsən?
Nemət:
Ay şeytan, - dedi. - Bir az tez saxlamışam, sözüm yarımçıq qa-lıb.
Amma bax deyirəm: bir də monim ruçkamı götürsən, atanı yandı-racağam.
Nərgiz dinməzcə mətbəxə getdi. Kibrit gətirib atasına uzatdı. -
Yandır, - dedi.
Nemət gülüb qızını qujağına götürdü. O üzündən, bu üzündon öpdü.
Yerə qoydu.
Qapı döyüldü.
Açdılar.
Mürşüdün daz başı göründü. Mürşüd:
- Döy taxta qapımı, döyorom domir qapını, - dedi, - gülmo qon-şuna,
quyuya öziin düşorson, - bu, onun danışıq manerası idi. Qosdon miixtəlif
zorb-mosəllori bir-birinə calayıb deyər, ya da təhrif cdərdi.
İki qatar qızıl dişloriylo gülo-gülə içəri girdi.
Ay salamoleyküm, ay hor vaxtınız xcyir. Necosiniz? Yaxşısınız. - Bu
da onun zarafat formalarından biri idi. Özü sual verib özii do ca-vab verordi:
“Saat neçodir? Beşin yarısı. Hardan golirson? İşdon” . Sonra da gülordi.
Mürşüd Ncmotgilin qonşusu idi. Özü do diş həkimiydi. Kimso ha-çansa
demişdi ki, bu Mürşüd yaman baməzə oğlandır vo bu sözlorlo onun evini
yıxmışdı. Mozəlilik, neçə deyorlor, ağır bir yük kimi onun boynuna
düşmüşdü. Hor yerdo, hər məclisdo, hər saniyə, hor dəqiqo mozoli olmaq
yolunda yeddi qat qabıqdan çıxardı. Mürşüd gəlondo so-si otağı başına
alardı, otağı güclü radiostansiya efıri dolduran kiırıi dol-durardı.
- Nizaıni dcmişkən, cücəni payızda sayarlar, - dedi.- İndi golmi-şom,
Nemət qağa, səndən qisas alım.
Dünən Nemət şahmatda onu dörd ol dalbadal udmuşdu.
- Dünən xoruzumu verdin qoltuğuma. Arvad sübh tezdən moni oyadıb
ki, get bir toyuq da al evdə ptisafenna düzəldək. Dedim, arvad
heç elə söhbət yoxdur, - əlini daz başına çəkdi, - eşitməmisən keçəl suya
getməz. Bu xoruz əmanətdir. Nemət qağadan əlborcu almışam. Sabah
şəxsən aparıb qağamın qoltuğuna verəcəm. Nizami demişkən: borclu
borclunun sağlığını istər.
Nemət:
Nizami müəllimin bir başqa kəlamı da var, - dedi. - Rəhmətlik yaxşı
deyib ki, daldan atılan daş dəysə-dəysə, topuğa dəyər, - o da Mürşüdün
yumoruna alışmış və onu mənimsəmişdi.
Mürşüd:
Ay Allah ölənlərinə rəhmət eləsin, - dedi. - İndi mən səni elə udacam
ki, heç Nizaminin Gəncədə ruhu da inciməsin.
Nemət:
Məni şahmatda udmaq, tul işdir, - dedi. - Mən yaxşı məktəb
keçmişəm. Müharibə vaxtı, uşaq idim onda, anamdan gizlin qonşunun
oğluyla marqarinə oynayardıq. Bilirdim ki, ölsəm də gərək udam. Doğrudan
bir dəfə də uduzmadım.
Mürşüd:
O ki qaldı mənkuhatın müəzzəm faidələrinə, burada mətləb bir az
tuldur, - dedi.
Mürşüddən beş dəqiqə sonra M ənzər gəldi. M ənzər Mürşüdün ar-vadı
idi. Həmişə də belə edərdilər. Ya əvvəl ər gələrdi, beş dəqiqə-dən sonra
arvad təşrif buyurardı. Ya da tərsinə.
Mənzər:
A kişi, hardasan, səhərdən səni axtarıram, - dedi. - Salamə-leyküm.
Nemət qardaş.
Hardayam? Çəkməmin üstündə, papağımın altmda, köynəyimin
içində.
Mənzər şaqqıldayıb əliylə ağzını yumdu,
Aa, aa, - dedi. - Bacı, deyəsən, xəmir yoğurur. Mürşüd, səsivi
çıxarma, düşbərə-qutaba qonağıq.
Mürşüd:
Mən srağagündən hazır, - dedi, - mən düşbərə-qutabın köhnə
Məcnuniyəm.
Sürəyya:
Gözümüz üstə yeriniz var, - dedi. - Sabah üçdə buyurub gəlin.
Mürşüd:
E, yox, - dedi. - Nisyə girməz kisəyə. Sabah nisyə söhbət oldu. Çərxi-
dövranı bilmək olmaz. Zəifcanlı oğlanam. Qan təzyiqim yüksək,
özüm də radikulit. Nə bilim sabaha salamat çıxacağam, yoxsa yox. Ni-zami
yaxşı deyib ki, bu günün işini sabaha qoyma:
Mənzər:
A, bacı, mübarək olsun, - dedi. - Deyəsən, təzə priyomnik almısız.
Mürşüd iki əlini daz başma vurdu:
Vaxsey, vaxsey, arvad, - dedi. - Məni biabır elədin. Ağız, bu ki
maqnitofondur, priyomnik deyil, çox mübarək, sağlığınıza qismət ol-sun,
mən də bayaqdan görmürəm.
Mənzər:
Nə bilim, a kişi, - dedi, - evimizdə bişməyib, qonşudan gəlməyib...
Mürşüd “ciddiləşdi” .
Yox, arvad, sən lap ağ elədin. Qonşun sənə düşbərə- qutab bişi-rir,
bəs deyil, hələ üstəlik maqnitofon da bişirsin?
Mənzər şaqqanaq çəkdi:
Ay kişi, heç bəndə sənin dilinə düşməsin.
Mürşüd:
Yox da, - dedi, xeyli gülüb birtəhər sakitləşdi. - Mən ölüm, düz
demirəm, Nemət qağa? Kişisən, vur bura. Deyir, qonşuda bişməyib. Balam
hansı vilayətdə görünüb ki, qonşu-qonşuya maqnitofon alsın?
Bikə xala:
Sizin kimi qonşuya adam lap canını da qurban eləyər, - dedi. -
Vallah, xeyirdə, şərdə qonşu adama qohumdan yaxın olur.
Nemət: “Qonşu mövzusu,- deyə düşündü, - on beş dəqiqə çərən-
ləyəcəklər” .
Mürşüd:
Can Bikə xala, - dedi,- varam sənin o bal kimi şip-şirin şəkər dilinə.
Belə dili olan adamın dişləri də gərək cabaca olsun. Sabah gəl sənə müftəcə
düz otuz iki dənə təzə diş qoyum. Amma, Nemət, zara-fat bir yana dursun,
qonşuluq ki var, doğrudan ayrı aləmdir.
Nemət: “Yox, deyəsən tab gətirə bilm əyəcəyəm ”, - deyə düşündü. -
“Mürşüdün yumoruna birtəhər davam gətirmək olar, am-ma üstəlik izhari-
məhəbbətinə də qulaq asmaq!” .
Əlbəttə, Mürşüd, - dedi, - söz ola bilməz ki, qonşuluq ayrı aləm-dir, -
Birdən gözü maqnitofona sataşdı. - Bilirsən, dedi, indicə səsi-mizi
yazmışdıq. Qiyamət çıxıb, qulaq asmaq istəmirsiniz?
Mürşüd:
Bax, bu olar, rəhmətlik Nizami demişkən əmiri. Qur, qulaq asaq,
Nemət qağa. Yaxşı deyiblər ki, hər şeyin köhnəsi, maqnitofonun təzəsi.
Dostları ilə paylaş: |