SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə32/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   28   29   30   31   32   33   34   35   ...   104

 
Mürşüd Cabbarı yeni mənzilləri haqqında sorğu-suala tutmuşdu. Nemət 
qulağınm ucuyla Cabbann sözlərini eşidirdi. 
 
- ...ayrı, hamam ayrı. Qəşəng. 
 
Cabbargil gedəndə dəhlizdə Sürəyya dedi ki, sabah saat üçdə na-hara 
bizə gəlin. Elə-belə. Özümüz olacağıq. 
Bir azdan Mürşüdgil də durdular. Dəhlizdə Sürəyya dəvətini tək-rar 
etdi. 
 
Mürşüd: 
 
  Qapını  ayağımızla  açaq,  əlimizlə?  -  dedi. 
Sürəyya başa düşmədi. 
 
Mürşüd: 
 
  Sürəyya bacı, lap dilbilməzsiniz, - dedi, - deyirəm yəni əlidolu 
 
gələk? 
 
Sürəyya: 
 
- Yox, yox, nə damşırsımz, - dedi, - ayıbdır. 
 
Sürəyya boşalmış fıncanlar, mürəbbə qabları düzülmüş süfrəni 
yığışdırmağa başladı. 
 
  Alyagilə  özün  zəng  eləsən  yaxşıdır,  -  dedi.  -  Murtuzun  xasiyyə-tini 
bilirsən ki. Mən zəng eləsəm çestinə dəyər. 
Nemət dəstəyi götürüb zəng elədi. 
 
  Murtuz  Balayeviç,  -  dedi,-  çox  xahiş  edirik  sabah  Alya  xanımla 
birlikdə bizə təşrif buyurasımz. Saat üç üçün. Elə-belə, özümüz... 
Yox,  heç  bir  münasibəti-zadı  yoxdur.  Öz  canımçün  düz  deyirəm.  Val-lah, 
yox. “İşə düşmədik! Xeyr a, gərək anket dolduram” . - Əşi, yox, Karmenin 
yaşı  apreldədir.  Cildanmkı  noyabrda,  Nərgizinki  mayda,  Sürəyyanmkı  da 
maydadır. Mənimki? Mənimki heç bilirəm ki... Hər halda lap  yəqin sabah 
mənım yaşım deyil... Aha... Di sağ olun. 
 
Murtuz Karmenlə Cildanm atası Əsədin cəbhə dostu idi: Bəlkə elə buna 
görə  Nemətlə  heç  ulduzu  barışmırdı.  Nemət  yazıq  ona  hər  cür  ehtiram 
göstorirdi. Necə olsa böyük baeanaq idi. Nemətdən do, Cabbardan da neçə 
yaş  böyük  idi.  Özü  də  çox  zəhmli  adam  idi.  Lap,  “ağır  oturub  batman 
gələnlərdən  idi”  .  Boy-buxun,  bazburut,  maşallah!  Çal  saçlar.  İstefaya 
çıxmış polkovnik Murtuz Murtuzov. 
 
Orden-medallarının  hamısını  taxanda  sinəsində  iynə  sancmağa  yer 
qalmazdı. Zövcəsi də özü kimi boylu-buxunlu, gözəl arvad idi. 
Firəngiz  adlı  bir  qızları  və  Spartak  adlı  bir  oğulları  var  idi. 
Nemət: 
  Yaxşı,  mən  gedim  yatım,-  dedi,  -  sabah  tezdən  duracam.  Mən-zər 
dəhlizdən içəri boylandı: 
  Hələ  yatmamısınız  ki?  Siz  allah  bağışlayın  ha.  Mürşüdlə  spor 
eləmişik. Deyir orda Bikə xalanın səsi yoxdur. Qurban olum, Nemət qardaş, 
qoy ona bir də qulaq asım, özüm öz qulağımla. 
Nemət maqnitofonu qurdu: 
 
  Qurtaranda bu düyməni basın, - dedi. 
 
Özü o biri otağa keçdi. Öz səsini eşitdi. - 
Hə, bir şey deyin. 
 
Soyunub  yerinə  girdi.  Əliylə  çarpayısınm  yanında  divara  vurulmuş 
xəritəni  sığalladı.  Barmaqlarını  qoyduqca  qaranlıqda  Qazaxıstandakı  yer 
adlarını yada salırdı. Qaratal, Ağsuat, Ayaquz... 
 
Səhra, çöllər, alaçıqlar... O yerləri təsəvvüründə canlandırmağa çalışdı. 
Yavaş-yavaş xumarlandı. Yuxu aramla onu öz girdabına, ba-taqlığına çəkib 
apardı. Alaoyaq halda o biri otaqdan öz səsini eşitdi: 
 
- Bir də mən görsəm ki... 
 
Sonra sükut və qaranlıq qovuşub qapandı... 
 
Birinci Dadaş gəldi. Düzdür, Mürşüdgil ondan qabaq golmişdi. Ancaq 
daha onlar qonşu idi, onlar heç. Dadaş həmişə məcliso tək go-lərdi. Nədənsə 
arvadım adam içino çıxarmazdı. 
 
  Qiyamət evin var ki, - dedi, - elə bu pəncəro noyo desən doyər. Axar-
baxarı qiyamətdir. 
 
Nemətlo  pəncoronin  qarşısında  dayanıb  şəhəri  seyr  edirdilor.  Ne-mət 
izahat verirdi: 
 
  Odur  Qız  qalasınm  təpəsi  görünür.  Sağ  tərofə  baxın.  Donizdən 
belosino.  Aha,  o,  Nizaıni  muzeyidir.  Yox,  kino  bu  tərəfdodir.  Bax  be-lo, 
barmağımın tuşuyla baxın. 
Mürşüd: 
 
  Dadaş  Mamedoviç,  -  dedi  Nemət  onu  Dadaşla  on  doqiqə  bundan 
qabaq  tanış  etmişdi.  Ancaq  Mürşüd  artıq  Dadaşın  atasımn  adını  bilirdi, 
ümumiyyotlo,  Mürşüdün  ata  adlarına  xüsusi  hafizəsi  vardı.  Az  çox  iizdə 
olan adamların hamısının atasının adını bilirdi. 
 
Dadaşın eşitmədiyini görüb bir az ucadan təkrar etdi: 
 
  Dadaş Maırıedoviç, eşitdiz do, Xosrov Teyyuboviçi keçirtdilər 
 
Azprodsovetə. 
 
Mürşiidün başqa bir keyfiyyəti inzibati dairələrdəki doyişiklikləri 
ovvəlcədən ycrli-yataqlı bilməsi idi. 
 
Dadaş bir an maddım-maddım Mürşüdo baxdı. 


 
  Xosrov Teyyuboviç kimdir? - deyə soruşdu. 
Amma Mürşüd ondan da artıq məəttəl qalmışdı. 
 
  Xosrov  Teyyuboviçi  tammırsmız?  Qaçayev  Xosrov  Teyyuboviçi  də. 
Bir  vaxtlar  Şamaxıda  prokuror  işləyirdi,  sonra  keçirtdilər  M  aş-tağıya 
ispolkom.  Bu  saat  deyim  sizə,  yaxm  olsun  tanıyasmız.  Qardaşv  Əsgər 
Süleymanov  Maarif  Nazirliyində  işləyir.  Əsgər  Teyyuboviç.  Doğma 
qardaşdırlar, amma familləri ayrıdır. Tamdınız indi? 
  Hə, hə, qara Əsgərin qardaşıdır? 
 
Mürşüd irişdi: 
 
  Düzdür, düzdür. Qara Əsgər də deyirlər ona, hə, Xosrov Teyyu-boviç 
onun doğma qardaşıdır. Amma araları, deyəsən, bir az sərindir. 
 
Dadaş: 
 
  Qardaşım  tanımıram,  -  dedi,  -  ancaq  qara  Əsgər  cüvəllağının, 
badalağın biridir. 
Mürşüd yenə irişdi: 
 
  Lap düz deyirsiniz, lap düz. 
 
Mürşüd hündürboylu idi. Ancaq bir balaca rütbəli adam görən kimi elə 
bil zahirən də kiçilir, cürübbəzləşirdi. Nemət düşündü ki, yaltaqlıq çox pis 
şeydir, ancaq uzun-hoqqar adamın yaltaqlığv lap dəhşətdir. 
 
Zəng çalındı. 
 
Cabbarla Tahirə gəldilər. 
 
Murtuzgil  ən  azı  bir  saat  gecikəcəkdir.  Bir  saat  onların  gecikmək 
reqlamenti idi. 
Qapı açılanda mətbəxdən otağa iy doldu. 
 
Mürşüd Dadaşa baxdv, hırıldadı və ləzzətlə əlini-əlinə sürtüb: - 
Deyirəm plovu nimçələrə çəkək, - dedi. - Daha gələn olmaz. 
 
Dadaş  aeiz-aciz  gülümsündü.  Hələ  Mürşüd  yumorunun  çəmini  ta-pa 
bilməmişdi. 
 
Mənzər: 
 
- Eh, ay kişi, nə plov-plov salmısan, - dedi. - Plova çağırmayıblar ki, 
səni. 
 
Nemət düşündü ki, bir az nalayiq çıxır. Dadaş elə bilər ki, əsas qo-naq o 
deyil, Murtuzgildir. Ona görə də hamv yığışvb onları gözləyir... 
 
Dadaş  doğrudan  da,  deyəsən,  darıxırdı.  Deyəsən,  Mürşüdün  inziba-ti 
dəyişikliklər  söhbəti  onu  çox  da  maraqlandırmamışdı.  Bəlkə  də  o  be-lə 
məlumatları  daha  yüksək  dairələrdən  alır  və  ancaq  özünə  tay  bildiyi 
adamlarla müzakirə edirdi. Nemət kişinin başını qatmaq məqsədiylə: 
  Dadaş müəllim, - dedi, - maqnitofon almışıq. Səslərimizi yaz-mışıq. 
Qulaq asmaq meyliniz var? 
  Hə, nə olar... 
 
Nemət düyməni basdı. 
 
- Hə bir şey deyin. 
 
Tanış  sözlər,  cümlələr,  gülüşlər,  çoxdan  bələd  olduğun yolun 
 
mənzərələri kimi ötüb gedirdi... 
 
...- Demək, mən demək istə... 
 
Alyagildə də bundan var... 
 
...- Ne qovori... 
 
...- Bir də mən görsəm ki... 
 
Dadaş: 
 
- Yaxşıdır, - dedi, - çox maraqlıdır. 
 
Qapı döyüldü. Alya, Murtuz və uşaqları gəldilər. 
 
Bikə xala: 
 
  Bu  saat  gətirərəm,  -  dedi.  -  Keçin  oturun. 
Dadaşla Murtuz tamş oldular. 
 
Murtuz: 
 
  Maqnitofon  almısmız?  -  deyə  soruşdu: 
Tahirə: 
  Bir  qiyamət  sözlər  yazıblar.  ki,  -  dedi.  -  Nemət,  qur  da,  Alyagil  də 
qulaq assvn.. 
 
Nemət: “İlahi, sən saxla”, - deyə düşündü. 
 
  Bu saat, - dedi, düyməni basdı. 
 
Öz səsi eşidildi. Sürəyyanın səsi. Birdən yadına düşdü ki, lentdə yasaq 
bir  söz  var:  “Murzik”  kəlməsi.  Saxlamaq  olmazdı,  gecdi.  Yeri-ni  yada 
salmağa  çalvşdı.  Deməli,  Bikə  xala  Murtuzgilin maqnitofonu-nu tərifləyir, 
onda Karmen deyir: Murzik. Yaxşı, Bikə xala bəyəm bir yerdə tərifləyir, elə 
kəlmə başı deyir də... 
 
Elə bu an Karmenin səsi eşidildi: 
 
  Çuvixa v vostorqe ot maqnitofona... 
 
Nemət var səsiylə: 
 
  Murtuz  Balayeviç,  -  deyə  çağırdı,  -  sabah  futbola  baxırıq  da. 
Sürəyya təəccüblə ərinə baxdı. 
 
  Daha niyə qışqırırsan? 
 
Nemət fıkirləşdi ki, səbəbini bilsən, sən məndən bərk çığırardın, səsi 
maqnitofondan eşidildi: 
 
- Nərgiz, qızım-quzum... 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə