Rahat nəfəs aldı. Qıl körpüsünü salamat keçmişdilər. Heç kəs bir şey
duymadı, başa düşmədi, eşitmədi.
Murtuz:
- Bəs necə ki, - dedi, - mütləq.
Alyayla Tahirə nə barədəsə pıç-pıç edirdilər. Ancaq Alyanın ay-rı-ayrı
cümlələri Nemətin qulağına çatırdı:
- Az, ağrım onun ürəyinə, az, bir ağız-burun bəhəm eləyib gəl gö-
rəsən... Gədəni girinc eləyib.
Nemət söhbətin kimdən getdiyini dəqiq bilmirdisə də, başa düşürdü ki,
Alya xanım yenə Spartakın növbəti eşq-məhəbbət macə-rasmdan danışır. 24
yaşlı Spartak əhli-kef oğlanlardan idi, yaxşı gəzib, dolanıb, yeyib-içən cayıl
idi. Atasınm “mən ölüm-sən ölüylə” bildir birtəhər medinstitutu qurtardı.
Vay o xəstənin halına ki, pənahmı Spartaka gətirə! Spartakm bütün fıkri-
zikri gününü xoş keçirmək idi. Arvadları qalstuk kimi dəyişirdi. Murtuz
oğlunun bu cəhətinə gizli bir ata qüruruyla göz yumar, daxilində
fərəhlənərdi. “Ot kökü üstə bitər, mən də cavan olanda arvadlardan qaçıb
qurtara bilmirdim”.
Alya üzdə Spartakın sərgüzəştlərindən guya bərk narazı idi. Tele-fonla
Spartaka zəng eləyən saysız-hesabsız, “cananlara” kobud cavab verib,
dəstəyi asardı. Ancaq Nemət bilirdi ki, daxildə o da, Murtuzun ordenləriylə,
Firəngizin gözəlliyi, əlaçıqhğı, isməti və məsumluğuyla fəxr etdiyi kimi,
Spartakm erkək şöhrətiylə də qürurlanır.
Alya xanım özündən də xeyli bədgüman idi. Damşığmda qəribə bir
təzad vardı. Gah Murtuzun adından-sanından, yüksək dairələrdə
hörmətindən, ailələrinin səadətindən danışırdı, gah da xırda bir şey üstündə
bəxtindən şikayətlənərdi: “Ey, ay Sürəyya, vallah, hərdən deyirəm
neynirdim bu gözəlliyi, bu ağlı, bu fıquranı? Bundansa Allah mənə bir bəxt
verəydi” .
Otağın o başmda Mürşüd Murtuza bərk girişmişdi. Mürşüdün ba-yaq
Dadaşla tutmayan söhbəti indi Murtuzun canına kərə yağı kimi yayılırdı.
Bildiz də, Murtuz Balayeviç, Mahmud İsrafıloviçi zamministr
qoydular.
Sən nə danışırsan? Bəs onun yerinə kimi qoydular?
Turab Qurbanoviçi.
Yox əşi? Bəs Turabın yerinə?
Turab Qurbanoviçin yerinə Zakir Zülfüqaroviçi qoyublar. Zakir
Zülfüqaroviçin yerinə də elə Mahmud İsrafiloviç gəlib.
Keçəl Həsən, Həsən keçəl?
Necə? - deyə Mürşüd irişdi, - lap düz deyirsiniz. Bir balaca dəy-iş-
düyüş olub. Yerlərini dəyişiblər.
İnzibati dəyişikliklər Murtuzun da azarı idi. Özü də həmişə bu
dəyişikliklərdən narazı qalardı. “Filan yerə filankəsi qoydular. Pah atonnan,
gör dünyanın nə yeridir! Əşi, heç belə şey olmamışdı...”
Onu da qeyd etmək lazımdır ki, istefaya çıxmış polkovnikin mən-səb
ehtirasları heç də sönməmişdi.
Sürəyya:
- Buyurun süfrənin başına, - dedi.
Nemət başını sındırırdı. “Yaxşı, əsas mən Dadaşı çağırmışam. Bi-rinci
dəfədir bizə gəlib. Amma di gəl ilk badəni Murtuzun yox, onun sağhğma
qaldırsaq, Murtuz Balayeviç mısmırığını sallayacaq. Alya xanımın
qaşqabağı yemən gedəcək, Sürəyya pörtəcək, mənim də günüm qaralacaq.
Amma o tərəfdən də...”
Birdən çıxış yolu tapdı. Dahiyanə çıxış yolu... Caboş demişkən: qəşəng.
Badəsinə çaxır töküb ayağa qalxdı:
- Mən təklif edirəm, - dedi, - ilk badəni içək tamadanm sağlığına.
Murtuz Balayeviçin sağlığına. Onun ailəsinin sağlığına. Arzu edək ki, bu
xudmani məclisimizə əsil sorkərdə kimi rəhbərlik eləsin.
Gülüşdülər.
Nemət:
“Bu belo, deyo düşündü. - Göz dəyməsin, bu bəla da sovuşdu” . Nemət
Murtuzgilin inciməsindən yaman qorxurdu. Özü do ən pis o idi ki,
Murtuzun nədən, haçan və nə səbəbə inciməsini fələk özü do
gəlsə təyin edə bilməzdi. Görürsən adi bir söz, bir zarafat elo böyük bir
incikliyo, kinə-ədavətə səbəb olurdu ki, Alyagilin ailəsi aylarla küsü
saxlayır, Bikə xala isə evin içində Nemətin gününü göy əsgiyo bürüyürdü.
Əsəd rəhmətə gedəndən bəri Bikə xalanm ən istokli, ən əziz kürəkəni
Murtuz olmuşdu. Eyni zamanda o, Nemət üçün göz dağı idi. Bəli, belə bir
fövqəladə (yəni elə tez-tez olurdu ki, bir fövqoladə-liyi də qalmamışdı)
hadisə baş verən kimi Bikə xala başlayırdı: “Qı-zım sənə deyirəm,
kürəkənim sən eşit” prinsipiylə görürsən Nemətin qulağmın dibində
Süroyyayla damşırdı: “Getmişdim bu gün Alyagilə, Murtuzun qanı yaman
qaradır, deyir, Bikə, nə ədəb qalıb, nə ərkan, dünənin lüməyi görürsən elə
söz deyir, qalırsan baxa-baxa, nə böyük tanıyan var, nə kiçik. Saça-saqqala
hörmət eləyən kimdir? Elə tutuqu-
şu kimi bir-iki söz əzbərləyib, üç-dörd kitab oxuyurlar, elə bilirlər dünyada
bunlardan alim adam yoxdur. Deyir, qoyaydılar onları mənim ixtiyanma,
verəydim əllərinə lapatkanı, di qaz bu yeri, görüm necə qa-zırsan tranşey, bu
səninçün kitab oxumaq deyil, arvad kimi kağız-kuğazla elləşib cızmaqara
eləmək də deyil” . Bu söhbətlər onunla n ə - ticələnirdi ki, Sürəyyanm
təkidiylə Nemət bahalı konyaklardan bir şüşə alıb, yamnda da bir qutu
şokolad konfeti, gedirdi Murtuzgilə, otu-rub içir, barışırdılar.
Murtuzun səsi Neməti fıkirlərindən ayırdı:
- Etimadınıza görə təşəkkür edirəm. - Nemət fıkirləşdi ki, elə bil
seçicilorlə görüşdə nitq irad eləyir. - Mən hərbi adamam, - boğazım arıtladı,
- boş-boş danışmağı sevmirəm. Hər şeydən ə w ə l nizam-in-tizam, rus
demişkən, dissiplina prevışe vseqo. Kimə söz versəm, gə-rək, artıq-əskik söz
danışmadan, durub, söz damşsm. Vəssalam.
Nemətə elə gəldi ki, nitqini “əmri icra edin. Gedə bilərsiniz” söz-ləriylə
qurtaracaq. Amma Murtuz “vəssalam” kəlməsindən sonra qıv-raq bir
hərəkətlə stula çökdü.
Bir an Nemot düşündü ki, xudanəkərdə, əsgər olaydı, özü də Mur-tuz
Balayeviçin əsgəri. Aman Allah. Adama qan uddurardı. Səhərdən
axşamacan şaqqama günün altmda o baş-bu başa qovardı: addımla marş!
Raz, dva! Raz, dva!
Mürşüd:
Müəllim, - dedi, - Murtuz Balayeviç. Müsaido etsəydiniz... Bir iki
kəlmə... hi, hi, hi...
Murtuz ötkəm səslə:
Edirəm, - dedi. - Damş, görüm nə deyirsən?
Mürşüd Molla Nəsrəddindən başladı. Nemət nə qədər cəhd edir-disə də,
diqqətini toplaya bilmirdi. Beynindən nə qodər çıxarmaq is-təyirdisə, bu
yaxınlarda aldığı gözlənilməz bir məlumatı unuda bilmir-di. Iki-üç həftə
bundan qabaq Sürəyya böyük bir sirr kimi Nemətə xə-bər verdi ki, Alyanın
dediyinə görə, Murtuz Balayeviç şeirlə beş pər-dəlik bir pyes yazıb. Babək
üsyam haqqmda. Bu xəbəri alanda Nemət qamını tutub uzun müddət sakit
ola bilmədi. Sürəyya tutulan kimi ol-du: “Başa düşmürəm, burda gülməli nə
var?” - dedi. Nemət boğula-boğula: “Murtuz Balayeviç, pyes yazıb... şeirlə”
- dedi və qəşş edəc-ək hala düşdü. İndi də bu məlumatı yada salıb
pıqqıldayıb gülməkdən özünü güclə saxlayırdı. Xoşbəxtlikdən Mürşüd
Molla Nəsrəddin əh-valatını danışıb qurtardı, hamı gülüşdü və Nemət
fürsətdən istifadə
edib ürəkdən bir qəhqəhə çəkdi. Onun bu boyat lətifəyə belə bərk gülməsi
deyəsən Murşüdün özünü do təəccübləndirdi. Mürşüd bir an dayanıb
sözüno davam elədi:
- Hə, indi zarafat bir yana qalsın, birinci dəfədir ki, Dadaş Mame-
doviçlə bir məclisdəyik, amma necə deyərlər, ürəkdən ürəyə yollar görünür.
Yəni, Dadaş Mamedoviçi çoxdan tanıyırdım. Nemətdən onun haqqında çox
eşitmişdim, bilirdim ki, bizim bu qonşu qağam alıb qa-nadının altına.
Amma Dadaş Mamedoviç, onu deyim ki, yəni özünüz də məndən yaxşı
bilirsiniz, bizim bu Nemət ayrı oğlandır, sizin xətri-nizi mən bilirəm necə
istəyir. Bir Dadaş Mamedoviç deyəndə beş eşi-dir, sizdən danışanda, vallah,
ağzına çullu dovşan sığmır. Deyir, Mürşüd, sən həlo o kişini tammırsan,
belə deməknən qurtaran deyil e, gərək Dadaş Mamedoviçlə özün oturub-
durasan ki, bu adamm necə adam olduğunu dərk eləyə biləsən lazımınca.
Elə bil onunçün deyib-lər ki, çelovek - eto zvuçit qordo.
Nemət fıkirləşdi ki, görəsən, bu büllur qrafınin qiyməti neçədir?
Görəsən, Sürəyyaya söz versə ki, lap bu qrafınin cüt ekizindən tapıb alar,
onda bu stolun üstündəki qrafıni Mürşüdün başına vurmaq olar-mı? Yox,
içindəki çaxır süfrəyə tökülər, qiyamət qopar. Ağ süfrədən çaxır ləkəsi
getmir, gərək üstünə dərhal duz səpəsən. Amma onda da taınam
təmizlənmir. Bəs, persol necə? Görəsən, persol ləkəni tamam aparırmı?
Mürşüdün uzaqlaşmış səsi yenə yaxınlaşdı:
- Hə, onu deyirəm axı, mən Dadaş Mamedoviçi çoxdan tanıyıram,
hərçənd o məni tanımırdı, biz balaca adamıq, həkim babayıq. Ancaq, Dadaş
Mamedoviç, bilirsiniz də, məsəl var, dağın dağa işi düşməz, ada-mm adama
işi düşor. Məsol var: arvadm pisdi, boşa getsin, hə, arvad, son qulağını yum
görok (ümumi gülüş), dişin ağrıyır, çək qurtar. İndi, Allah cloməmiş, şər
deməson, xeyir gəlməz. İşdi-şayəd Dadaş Mamedoviç, dişiniz ağrısa-eləsə,
bax bu lələşiniz qulluğunuzda hazır, haçan istəso-niz, necə diş istəsəniz,
səhər, axşam, gecə, bahar, yay, qış, payız...
Nemət düşündü ki, bu, lütfkarlığın ən yeni və orijinal formaların-
dandır: dişin ağrısın, gətir çokim.
Mürşüd qədəhini Dadaşa tərəf uzatdı:
Sağ olun, Dadaş Mamedoviç, sizin sağlığımza.
Sağ ol, əziz olasan, çox sağ olun, hamınız, sağ olun. Sonra növ-bəylə,
Cabbargilin, Mürşüdgilin, Nemətgilin sağlığına içdilər. Allah-
Dostları ilə paylaş: |