SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə36/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   32   33   34   35   36   37   38   39   ...   104

  Nemət, dola məni əzizlərinin başma, əgər sən də desən ki, bir qəlbdən 
min  qəlbə  mənə  aşiq  olmusan,  mən  daha  başımı  götürüb  gə-rək  bu 
vilayətdən qaçam... 
 
  Yox, əzizim, ürəyini buz kimi elə, arxayın ol. Mən sənə izhari- 
 
məhəbbət və etirafı-eşq eləmək fikrində deyiləm. 
 
  Allah ölənlərinə rəhmət eləsin. Yenə bu da qənimətdir. 
 
  Hə,  indi  qulaq  as.  Mən  səninlə  məsləhət  eləmək  istəyirəm.  Bu  gün 
mən bir çox şeyləri anladım, anladım ki, mən daha bundan sonra indiyədək 
yaşadığım kimi yaşaya bilmərəm. 
 
  İndiyədək necə yaşamısan ki?.. 
 
  Bilmirəm. Təhminə, heç bilmirəm keçmiş həyatıma nə ad verim. 
 
Durğunluq, ətalət, meşşanlıq bataqlığı. 
 
  Pah atonnan! 
 
  Gülmə. Artıq bu cür yaşamaq mümkün deyil. İş, ev, ailə, maaş, 
 
qonorar, mebel, televizor, maqnitofon... Mən bu çərçivədə boğuluram. 
Təhminə. 
 
  Nemət,  əzizim,  qonorar  da,  televizor  da,  maqnitofon  da  pis  şey-lər 
deyil. Ancaq gərək onların əsiri olmayasan. 
  Elədir. Bax, bayaq evimin pəncərəsindən baxırdım. Pəncərənin axar-
baxarı, mənzərəsi çox gözəldir. Bütün şəhər görünür. Qız qala-sımn təpəsi, 
Akademiyamn  təzə  binası.  Ancaq  mən  düşündüm  ki,  bu  mənzərə  artıq 
mənim  qəlbimi  titrətmir,  çünki  bu  mənzərəyə  məhku-mam.  Ömürlük 
məhkumam. Heç bir zaman bu pəncərə qatar pəncərə-si kimi hərəkətə gəlib 
dəyişməyəcək.  Bu  pəncərəni  xalça  kimi  dörd  mismarla  mənim  həyatıma 
mıxlayıblar.  On  ildir  mən  bu  pəncərədən  baxıb  Qız  qalasının  təpəsini, 
Akademiyanın  yeni  binasmı,  bankı,  də-yirmanı  görürəm. Ömrüm  boyu  da 
görəcəyəm. Amma... 
 
  Dayan, dayan bir görək, bir nəfəsini dər. Maşallah bu kəlama! Elə bil 
əyalət teatrında monoloq söyləyirsən. 
 
  Yox, əgər sən məni dolamaq fıkrindəsənsə... 
 
  Dolamıram,  o  saat  da inciyirsən.  Dəymədüşər  olma.  Düz  demir-son 
axı. Qatar pəncərəsi-filan, bütün bunlar gəlişi gözəl sözlərdir, ancaq həqiqət 
deyil. Dünyada hər şeydən yüksək isə həqiqətdir. 
 
  Niyə həqiqət deyil? 
 
  Niyə?  Bu  saat  deyim.  Bax,  deyirsən  ki,  on  ildir  pəncərədən  ba-xıb 
Akademiyanın təzə binasını görürəm. Düz deyil. On il yox, heç üç 
 
il  bundan  qabaq  da  bu  bina  tikilməmişdi.  Bu  bir.  İkincisi,  deyirsən  ki, 
ömrüın  boyu  eyni  mənzərəni  görəcom.  Bu  da  yalandır.  Çünki  bir  ildən 
sonra,  məsəlon,  tutaq  ki,  sirkin  yeni  binası hazır  olacaq,  onu  görəcək-sən. 
Ayrı  təzə-təzə  binalar  tikiiəcək.  Yəni  sənin  pəncərən  özü  tər-pənməyəcək, 
ancaq  ordan  görünən mənzərə, həyat  dəyişir,  dəyişəcək,  başqalaşacaq.  Sən 
pəncərəni  rəmzi  mənada  deyirsən,  mən  də  rəmzi  mənada  deyirəm  ki, 
pəncorədən diqqətlə baxsan, görərsən ki, həyat necə qaynayır, dəyişir. Hə, 
susursan? Görürsən, mən haqlıyam, indi qulaq as mənə, bir şey də deyim. 
Bu  gün  səhər radioyla  bir  verilişə  qu-laq  asırdım.  Heç  bilmirəm nə  veriliş 
idi,  ancaq  orda  bir  şey  dedilər,  mənim  yaman  beynimə  batdı.  Təxmini 
deyirəm,  dəqiq  yadımda  deyil.  Üç  obrazı  əsas  götürmüşdülər.  -  Pəncərə, 
qapı,  güzgü,  məcazi  ınəna-da.  əlbəttə.  Deyir  bozi  adamlar  otaqlarında 
pəncərələri,  qapıları  güz-gülərlə  ovəz  eloyir,  yəni hara  baxır,  özünü  görür. 
Belə  adamçün  yal-nız  tok  bir  özü  mövcuddur.  Onun  üçün  nə  pəncərədən 
görünən mon-zərə var, nə də qapının dahndakı həyat. Ancaq güzgü. Ancaq 
özii.  İkinci  qisim  adamlar  pəncərədən  baxır.  Pəncərədən  dünyanı,  həyatı 
seyr  edirlər,  seyrçidirlər.  Pəncərədən  gördükləri  yaxşılıqları,  pisliklo-ri 
ancaq kənardan müşahido edirlər. Və nəhayət, üçüncü qisim adam-lar qapını 
açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gör-düyü yaxşılıqlara 
qapıdan  çıxıb  qəhmər  dururlar,  pislik  görəndə  yeno  qollarını  çirməyib 
davaya  girişirlər.  Pəncərə,  qapı,  güzgü.  Mən  qapı-nın  torəfdarıyam,  -  bir 
qədor susub güldü və olavo etdi: - Əlbotto, o demok dcyil ki, mon çantamda 
güzgü gəzdirmirom. 
 
Küçodon maşın kcçdi geconin sossizliyi parçalandı, maşın sosi 
uzaqlaşanda, sükut yeno qapandı. 
 
Bilirson, Tohmino, sonin dcdiklərin çox doğru vo gözol iikirlor-dir. 
Ancaq mosolo ondadır ki, bütün bunlar ycno do abstraksiyalardır, mücorrod 
mofhumlardır.  Mono  iso  konkrct  cavablar  lazımdır.  Başa  düşürson,  mən 
bilınok  istoyirom  ki,  şoxson  mon  Namazov  Neınot  no  üçün  yaşayıram, 
hansı  amalla,  hansı  məqsədlo?  Moni  düzgiin  başa  düş.  Mon  nihilist  vo 
skcptik deyilom. Yüksək amala da inanıram. Böyük monada moqsodim do 
var.  Comiyyotin  moqsodlorini  başa  dıişürom.  Xalqımm  problcmlorini  do 
anlayıraın.  Ədalotli,  azad,  gözol  bir  cə-miyyot.  Boraborhüquqlu  insanlar, 
bəraborhiiquqlu millotlor. No ozən 


var,  nə  ozilon.  Bütün  dünyada  sülh  və  əmin-amanhq.  Ən  uzaq  ölkə-lordə 
belo  aclıq,  fəlakət,  xəstəlik  olmasm.  Mon  bütün  bunları  arzu  edi-rəm.  Bu 
məqsədlərin  yolunda,  necə  deyərlər,  canımı,  qanımı  verərəm  .  Çox  yaxşı. 
Amma,  bax  şəxsən  mənim,  otuz  üç  yaşlı  tərcüməçi  Nem  ət  Namazovun 
konkret məqsədi, işi nə olmalıdır? Mənim nə xüsusi bir parlaq istedadım, nə 
böyük  bir bacarığım var ki, xariqüladə işlər gö  - rüm. Mənim elədiyim işi 
isə, başqası da lap gözəl, bəlkə də m əndən yüz dəfə yaxşı, ya məndən bir az 
pis, fərqi yoxdur, hər halda mənim işimi başqası görə bilər. Bos mənim necə 
deyərlər, mütloqliyim,  əvəz-sizliyim  nədir, mənim  öz  yerim hardadır  ki,  o 
yerdə  məni  heç  kəs  əvəz  edə  bilməz?  Şəxsən  mənim  məqsədim,  konkret 
olaraq mənim m əqsə-dim nədir? Maşın almaq? Kooperativ evə  yazılmaq? 
Ya  bütün  ömrüm  boyu  Murtuz  Balayeviçin  atmacalarına  göz  yummaq, 
Dadaşa yarm - maq, Mürşüdün şitliyinə gülmək? Hə? 
 
- Mürşüd kimdir, Murtuz Balayeviç kimdir, ay Nemot? 
 
-- Tanımasan yaxşıdır, mənim durub-oturduğum adamlardır... 
 
  Pis adamlardır? 
 
  No  bilim?  Pis  adam,  yaxşı  adam.  Məgər  bilmək  olar,  pis  adam 
kimdir, yaxşı adam kimdir? 
 
  Aırıan Allah! Ay Nemət, dünən həmin bu sözləri mən özüm bir nəfərə 
deyirdim.  Amma,  Nemət,  axı,  vallah,  belə  deyil.  Hər  halda,  yaxşı  adam 
yaxşı adamdır, pis adam pis adam... 
 
  Yaxşı, onda bax, mən, pis adamam, yoxsa yaxşı adam? 
 
~ Mən səni az tanıyıram, Nemət. 
 
-  Çox  sağ  ol,  Tohminə,  belə  dediyin  üçün  sənə  çox  minnətdaram, 
ınordliyin  üçiin  sağ  ol.  Desoydin  ki,  yaxşı  adamsan,  inanmayacaqdım. 
Arnma  düz  deyirsən  ki,  adama  yaxşı,  ya  pis  demək  üçün  onu  gərək  ta-
nıyasan.  Bax,  məsələn,  o  Murtuz  Balayeviç  ki  deyirəm,  mənim  böyük 
bacanağımdır,  özü  hərbçidir,  polkovnikdir.  Belo  bir  az  köntöy  adaın-dır, 
namərbutdur  e...  Sözüni'ın,  danışığının  yerini  bilən  deyil,  odur  ki,  məni 
həmişə əsəbiləşdirir. Ancaq indi fıkirləşirəm ki, onu ittiham et-məyə mənim 
nə haqqım var? Kişi oddan-alovdan çıxıb. Müharibədə yaralanıb, qan töküb. 
Ölümün gözünün içino baxıb. Hər halda həyatda müəyyən bir yeri, rolu olub 
ki, orda onu heç kəs əvəz edə bilməzdi. Yaxud o biri bacanağım Cabbar... 
 
  Bacanaq sarıdan deyəsən bolsan. 
 
  Hə,  Cabbar,  onun  arvadı.  Elə-belodo  söhbət  eləyirson,  dayaz  adam 
təsiri  bağışlayırlar.  Amma  axı  deyirlor  öz  sahələrində  yaxşı  mütə-
xəssisdirlər. Mühüm dövlət əhəmiyyoti olan bir obyektdə işləyirlər. 
 
Təhminə qəfılcə soruşdu: 
 
  Nemət, neçə uşağın var? 
 
Nemət də qəfılcə cavab verdi: 
 
- Bir, - həyatında ilk dofə belə cavab verdi. 
 
  Bir? 
 
  Bir, - deyə qətiyyətlə təkrar etdi. - Qızdır. Nərgiz.- Sonra əla-və etdi: 
- İki böyük qız yoldaşımın birinci ərindəndir. 
 
  Allah saxlasın, hamısını. 
 
Az qaldı desin, soninkiləmən. Sonra yadma düşdü ki, Təhminonin uşağı 
yoxdur.  Qəribə  bir  həvəslə  Nərgizdən  danışmağa  başladı.  Söz-lərindən, 
oyunlarından, marka toplamasmdan. 
 
- Dünən oturub özü Xoruz babaya uzun bir məktub yazıb. Deyir Xoruz 
baba  keçən  səfər  tapşırdı  ki,  hansı  quş  adlarını  bilirsiniz  yazın  mənə.  Bu 
yazıq şəhor uşağı, quşların adını hardan bilsin? Bəli, otumb buna bir-bir quş 
adlarını  demişəm  yazıb.  İndi  bu  gün  də  səhordon  otu-rub  radionun 
qabağında ki, Xomz baba mənim adımı deyocək. Deyi-rom, qızım, moktubu 
dünən  yazmısan, hələ heç  gedib  Xoruz  babaya  çatmayıb.  Kimə  dcyirsən? 
Boli,  axıra  qədər  qulaq  asdı,  adını  demodi-lor,  bir  də  gördiim,  dodağını 
büzüb doluxsundu. Deyirom, qızını, son lap arxayın ol, golon həfto mütləq 
sənin adını deyocək. 
Təhmino  sossiz  qulaq  asırdı.  Bir  an  Nemotə  elə  gəldi  ki,  Tohmino 
yuxuya gedib. 
Tohmino, 
dcdi. 
 
Ho... elo bil sosi uzaq bir aləmdən qayıtdı. - Eh, ay Neınot, dcdi. 
Belo qızın ola-ola yeno həyatının mənasını axtarırsan... 
 
-  Bilirson  mon  bu  barodo  də  düşünmüşəm.  Deyirəm  bəlkə  hoyat-da 
ınonim varhğımın yegano mənası körpü olmaqdır. Bütün ocdadı-mın, baba-
nonolorimin,  atamın,  anamın  həyatını  körpü  kimi  öz  üstiimdon  keçirib 
övladlarıma yetirməkdir? Ho? Susursan. Deyoson yaman naqqalladım, soni 
lap yordum. Yuxun gəlmir ki... 
 
- Yox. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə