SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə39/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   35   36   37   38   39   40   41   42   ...   104

 
Burada, dünyanın o başında Zauru yaxalasm vo hər şeyi geriyə dön-dərsin. 
Bütiin  olub  keçənlər,  ötüb-itənlər  yenidon  qayıtsın,  dirçəlsin,  yenidən 
başlansm.  Amma  axı  başlamamalıydı  hər  şey  təzədən.  Olan  olmuş,  keçən 
keçmişdi, biryolluq, həmişəlik, dönüb-qayıtmaz bir mütləqlikdir. Bəs onda... 
Axı,  bu,  yuxudur,  -  deyə  düşünürdü...  -  Yu-xunun  nəyindən  qorxursan, 
yuxunun  nə  təhlükəsi  var?  -  deyə  düşünürdü.  -  Ayılıb  oyanaeam,  hor  şey 
keçib  gedəcək,  -  deyə  düşünürdü  və  onu  da  düşünürdü  ki,  yuxudamı, 
oyaqhqdamı,  bu  dünya-da  Tohminonin  nəvazişlərindən  qorxulu  heç  nə 
yoxdur  onunçün.  Təh-minənin  nəvazişləri,  sığalları,  beyni  dumanlandıran 
oxşamaları, çılğm pıçıltıları, deyilmətniş gileyləri... Bir də qapqara, uzun, sıx 
kirpiklori - o kirpikləri elə qaldırırdı, elə bil qədim bir kitabın ağır səhifəsini 
açır və o kirpiklər Təhminənin sifətinin tən yarısına kölgə salırdı. Bir də-fə 
Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda elo bil bəşəriyyət tarixində 
yeni bir səhifo açılır... 
 
...Yuxuda, iradəsi zəifləyib möhkəm şüur, məntiq buxovları boşa-landa 
Zaur onun, Tohminənin alaqaranlıq istoklorinə tabe olacaqdı. Axı bu istəklər 
həm do onun özünün, Zaurun istəkləri idi. Bir gün Za-ur iradəsini toplayıb 
bütün  hiss-həyocanlarını  ürəyindən  birdofolik  qoparıb  ata  bilmişdi.  Aneaq 
yuxunun öz qanunları var, daha doğrusu, yuxu  bütün qanunlardan azaddır. 
Zaur isə indi heç bir azadlığa hazır deyildi, istomirdi heç bir azadhq-filan. 
Yalnız  bircə  şey  istəyirdi  -  yu-xudan  ayılmaq.  Ən  çətini  göz  qapaqlannı 
qaldırmaq, gözünü açmaq idi... Bir cəhd elədi, güc-bəlaynan göz qapaqlarım 
açdı,  amma  bu  da  yuxu  idi  -  yuxuda  cəhd  eləmişdi,  yuxuda  açmışdı 
gözlərini. Bunu an-layıb bir də cəhd elədi və bu səfər, doğrudan da, oyandı... 
Bir an, ayı-landan sonra düz bircə an ona elə gəldi ki, bu otaqda - Afrikanın 
iyi hopmuş bu otel nömrəsində başqa bir qoxu, Təhminənin rayihəsi də qalır 
hələ.  Indicə  canını  qurtardığı  yuxu  girdabının  cazibəsi  qəlbini  limhəlim 
doldurmuşdu,  amma  Zaur  bilirdi  ki,  xilas  olmahdır  bu  his-slərdən;  rahat, 
dinc  yaşamaqçün  bütün  bunları  biryolluq  özündən  iraq  eləməlidir  və  bu 
gecəni do sakit başa vunnaq istəyirsə, indicə durub geyinməlidir, nömrədən 
çıxıb  aşağı  düşməlidir,  fıkirlərini  yayındırıb,  düşüncələrin  yönünü  dəyişib, 
sonra qayıtmalıdır otağına. Yalnız bun-dan sonra sakit uzanıb yata bilərdi. 
 
 
Qaranhqda ayaqqabılarım axtararkən Firəngiz səsə oyandı. Bir şey 
demədi, amma nəfəsinin dəyişməsindən Zaur arvadınm ayıldığmı bildi. 
Zaur: 
 
- Nədənsə yata bilmirəm, - dedi, - çıxıb bir az okeanın qırağında gəzmək 
istəyirəm. 
 
Firəngizdən səs çıxmadı. Nə hə, no yox. Zaur diişüntirdü ki. eyni tərzdə 
“istəyirəm  gedib  özümü  dənizo  atam"  -  deyə  də  bilərdim  və  yenə  də 
Firəngiz etirazını bildirməzdi... Bəzən Zaura elə gəlirdi ki, Fi-rəngiz laldır. 
Bəzən  tanış-bilişlər  deyəndə  ki,  hələ  heç  bir  vaxt  Fi-rəngizin  səsini 
eşitməyiblər, Zaur fikro gedirdi: o özü haçan eşidib ar-vadının səsini? Nə 
isə  yadına  sala  bilmir.  Ancaq  ayrı-ayrı  sözlər...  -  hə,  yox.  -  Gedək  -  hə, 
qalaq - yox. Yataq - hə, duraq - yox... ya da əksinə... ho, yox, vəssalam... 
 
Zaur  cəkmələrini, 
şalvar-köynoyini  geyinib  nömrədən  çıxdı... 
 
Düyməni basdı, lift goldi. Lifti idarə edən oğlan  - otelin xidmət palta-rmı 
geymiş balaca zənei Zauru görüb gülümsündü, fransızca nə iso de-di. Zaur 
da  başını  yelləyə-yelləyə  gülümsündü,  amma  oğlanm  nə  isto-diyini  başa 
düşmədi: bəlkə pul istəyirdi ondan, yaxud xoş gecələr ar-zulayırdı, ya saatı 
soruşurdu, ya liftin yavaş getməsindən şikayətlənir-di? Kim bilir? 
 
Gecənin  bu  vaxtında  okeanın  sahili  bomboş  idi...  Əslində  okcana  da, 
donizə də baxanda onların ucu-bucağı görünmür, amma birbaşa to-ossürata 
bcynin  məlumatı  əlavə  olunanda,  okeanın  hüdudsuzluğu  ada-ma  daha 
müdhiş, daha ofsanəvi görünürdü. 
 
,  Sahilo  yaxın  yerlordo,  ləpodöyəndə  otelin  çimərlik  çıraqlarınm 
şölələriylo  işıqlanmış  okeanın  uzaqları  get-gedə  qatı  vo  qorxunc  bir 
qaranlığa  qarışırdı,  haradasa  ziilmotin  qovuşduğu  üfüqlordo  itib  gedir-di, 
amma o intəhasız ucqarlarda, getdikcə uzaqlaşan üfüqiin o tayında okeanın 
başqa sahili do var idi - Amerika sahili... 
 
Zaur: 
 
“İnşallah, bir vaxt Amcrikaya da səyahot elomok lazımdır. Firon-giznon 
bir yerdə deyo duşündü vo birdon-biro bütün bunların puç-luğunu, hcçliyini 
dork clodi. No qədər mənasız idi bütün bu şeylor. Amerikaya soyahət etmok 
istoyi, bura, Afrikaya golmolori, burada, bu yad okeanın yabançı sahilində 
dinclik,  aram axtarması, hər  şcyi  unut-maq niyyoti...  Axı heç  bir  təyyaro, 
heç bir gomi, heç bir noqliyyat va-sitəsi insanın özünü özündon uzaqlaşdıra 
bilmir,  keçmişindon  ayıra  bilmir  vo  “soadət  axtarmaq  ifadəsi”  o  demək 
deyil  ki,  səadoti  axtarıb  tapmaq  üçün  düzo-dünyaya  düşməlisən... 
Xoşbəxtlik,  ya  bodbəxtlik  insanın  öz  içindodir,  onları  yük  kimi  özünlə 
daşıyırsan belodən-belo, 


hara gedirsən get, lap dünyanm o başına; bu etibarlı yükdür - hara ge-dirsən 
get - nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq... 
 
Zaur  əyildi,  barmaqlanyla  soyumuş,  narm  sahil  qumlarına,  dalğala-rın 
yaladığı  irili-xırdah,  hamar  daşlara  toxundu  və  qəsdən,  bilərəkdən  bu 
duyğunu  yenidən  oyatmağa  çalışdı  -  bu  duyğu  xatirəsi  barmaqları-nın 
ucundan əllərinə keçdi, əllərindən qollarına, çiyinlərinə, köksünə, bədəninin 
bütün  hüceyrələrinə.  Bir  gizilti  kimi  gəzdi  bütün  varlığında  bu  duyğunun 
xatirəsi... xoşbəxtlik xatirəsi... Sonralar yalanı üzə çıxsa da, yaşadığı an əsil 
bəxtiyarhq kimi duyulan o uzaq anlarm xatirəsi. O xoşbəxt anların ki, Zaur 
onlan  da  sahildə,  nann  qumlarla,  bahqqulaqla-rıyla,  yosunlarla,  dalğalarm 
uğultusu,  mehin  nəvazişləriylə  sərt,  sal  qayalarla,  ulduzlu  göylə  birgə 
yaşamışdı...  Qumuyla,  mehiylə,  səsləriy-lə,  göyünün  ulduzlanyla  bura 
oxşayan  başqa  bir  sahildə...  Okeanın  yox,  dənizin  sahilində...  Buralardan 
çox-çox uzaq bir dənizin... 
 
İkinci fəsil 
 
E y xoş ol günlər ki, mən həmraz idim canan ilə, N em 
əti-vəslin görüb, nazın çəkirdim can ilə. 
 
Bu ensiz sahil uzandıqca uzamrdı... Sahil xəttinin əyri-köndələn köbəri 
gah  ləpələri  yumruqlar  kimi  əzən  qayalar  boyu,  gah  dümdüz  hamar 
çimərliklər boyu çəkilmişdi. Dəniz balaca, xudmani körfəzcik-lərdə sahilin 
bətninə girir, sivri, nazik, qumlu burunları öz altma çəkir, gah qabarıb sahili, 
qayaları qamarlayır, kiçicik qum adalannı basıb içi-nə alır, gah da çəkilir - 
yenidən  üzə  çıxmış  qumlu  sahələri  -  burunla-rı,  adacıqları  mülayim 
ləpələriylə  tumarlayırdı.  Sahilin  dənəvər  qızılı  qumlarını  yavaş-yavaş 
sığallayır,  oxşayır,  pişik  balasmı  yalayan  kimi  yalayırdı.  Xırda  daşları, 
qumları,  bahqqulaqlarını  təsbeh  kimi  bir-bir  çevirirdi,  sonra  qəfdcən 
rəftarmı  dəyişir,  dalğalan  dəli  rüzgarlarla  qamçüanmış  kimi  şahə  qalxırdı, 
bayaqkı  nəvazişdən,  sığaldan  əsər-əlamət  qalmırdı,  külək  qumları  havaya 
sovurur,  dəniz  elə  bil  yüyürüb  qan-tər  içində  qayalara  çatmaq,  daşların 
yalçın sərtliyinə çırpıhb çilik-çilik olmaq istəyirdi. 
 
Bu sahil - Pirşağı tərəflərdəki Mayakdan Mərdəkandan o yana uc-alan 
QRES  borusuna  qədər  uzanmış  bu  sahil,  sahil  qəsəbələrıylə  -  Buzovna, 
Zuğulba,  Bilgəhlə  Xəzər  arasında  qalmış  bu  sahil,  qərbə  doğru  getdikçə 
Nardaranın, Sarayın, Coratın yamndan keçib Sumqayı- 
 
ta  çatır  və  Sumqayıtdan  da  yuxarı  -  şimala  doğru  uzanırdı.  Dənizin  uzaq 
üfüqündə tülu edən günəş biitün sahilin üstüylə kos kimi dığırla-nıb keçir və 
axşamtərəfi  Zuğulba  topələrinin  ardında  qürub  edirdi.  Amma  günəş 
təpələrin  dalında gözdən  itəndən  sonra  belə  onun  maili  şüaları  -  projektor 
işığı kimi - səmaya sancılırdı və bu şüalann əksi dənizin səthinə qızılı-pash 
talalar  salırdı.  Şüalar  get-gedə  qısalır,  ha-va  get-gedə  qaralır  və  dənizin 
üzündə  qəribə  kölgələr  dolaşırdı  -  tə-pələrin,  buludların,  qayaların  əcaib 
kölgələri.  Sahil  evlərinin  qızılı  rəngə  çalan  pəncərələri  ətrafa  həzin  bir 
qəriblik hissi çiləyirdi elə bil. Axşamm bu çağında sahilə kədərli bir dinclik 
hakim idi  -  dənizin gecə həyatı  başlanmazdan  qabaq  qısa bir müddət  belə 
olurdu  -  təkəmsey-rək  adamlar  hələ  də  çimirdilər,  dənizdən  çıxmışdılar, 
onlarm siluetləri bir qara ləkə kimi görünürdü. Sahildə bir-iki maşın yubanıb 
qalmışdı... 
 
Ala-toranlığm  geco  qaranlığına  keçdiyi  bu  son  dəqiqələrdə  çılpaq  bir  kişi 
oğrun-oğrun ətrafa boylanaraq - görən olmasın - qurulanır, geyi-nir, başını 
darayırdı...  Yubanmış  maşınlar  səssizcə-səmirsizcə  çiınər-liklə  hərəkət 
edirdi.  Çimməkdən  qayıdan  axırmcı  dəstələrin  hənirtisi,  gülüşü  artıq  tam 
qaranlıqlaşmış havada eşidilib itirdi... Çimərlikdən çı-xıb uzaqlaşan maşımn 
arxa işıqları iki qan-qınnızı lent kimi maşımn ardınca sürünüb gedirdi. 
 
Bu sahil Zaurçün dünyanın ən cazibədar bir guşəsi idi və hcç bir tərifli 
təbiət mənzorəsi-sıldırım dağlar, sıx kölgəli meşələr, gur şəla-lələr, köpüklü 
çaylar,  yaşıl  vadilər,  dərin  dərəlor,  sərin  topələr  -  heç  nə,  heç  ycr  qızmar 
gıinəşin yandınb-yaxdığı bu quru, ağacsız-bitkisiz sahilin gözolliyino tay ola 
bilməzdi... 
 
Təhmino: 
Havalar soyuyub ha, - dedi. 
 
Zaur  uzun  tiftikli  iri  sarı  qotfəni  maşından  ona  uzatmışdı.  Təhmi-no 
qurulanırdı.  Donizdon  indicə  çıxımşdı  və  sulardan  maşına  qodor  goldiyi 
yolboyu  damcı-damcı  zoncirvan  iz  salmışdı,  maşının  içino  iso  ayağmdan 
sopəlonən qumları gotirmişdi. 
 
Day çimmok olmaz... Axırıncı dofodir bu. 
Zaur: 
 
Ho,  dcdi vo siqaretini sümürdü, 
payızdır... 
 
Üç ay no tez kcçdi Zaur, ho? Yadında birinci dofo bura golmoyi- 
 
miz. Onda iyun idi, hə? 
 
Zaur: 
 
İyunun beşi idi, 
dedi, - monim dəqiq yadımdadır... 
 
5 iyun 1965-ci il. Gərok bu tarixi qayalarda bir yero hokk elo- 
 
yəydin. Golocok nosilloro yadigar qalsın. 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə