- Qəsdən, qəsdən səni bura gətirdim, - deyirdi, - axırıncı dəfə, son dəfə,
son dəfə səninlə olmaq istəyirdim...
Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bun-lar
hamısı, axırıncı görüşləri-fılan deyil, yenə görüşəcəklər, yenə se-vəcəklər
bir-birlərini, çünki Təhminə onsuz - Zaursuz yaşaya bilmir. Buna lap qəti
əmijı olmuşdu Zaur, odur ki, sakit idi... Deyir, axınneı görüşümüzdür, çox
gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə,
deyəcəyəm ki, “balam, özün qərar vermədin, axır göriişümüzdür?” . Özü
məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
Maşına minəndə Təhminə:
- Amma səni o bağa aparmağımm bir səbəbi də var idi, - dedi.
Bu səbəbi heç vaxt bilməyəcəksən.
Nə səbəbdir ki?
Demərəm.
Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyə-cək.
Amma bu səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə on-da, nə
sonra.
...Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi.
Bəlkə də heç yox imiş belə bir səbəb, Təhminə elə-belə, onun
marağmı cəlb eləmək üçün demişdi bunu. Kim bilir?..
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşımn
içindəcə Zaurun boynundan öpdii:
- Əlvida, - dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf
addımladı.
“Əlvida. Sağ ol. Hələlik” . Vida sözlərinin heç bir fərqi yoxdur.
“Holəlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç
saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar... Bu belədir,
əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin al-tında
yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən
sahilin qumu, dənizin duzu, isti günün təriylə birlikdə Təhminənin
öpüşlərini, sığallarım, əllərinin təmasını da həmişəlik yuyub aparır.
Sözlərini, pıçıltılarını, saçlarmın iyini... Bir də heç bir zaman Təhminəylə
görüşməyəcəklər, saçlarını əliylə almndan atdığı-nı, dodaqlarında tükənmiş
təbəssümün, gözlərinin dibində sönən son qığılcımlarım Zaur heç vaxt
görməyəcək. “Əlbəttə, belə deyil, - deyə düşündü. - Əlbottə, yeno
görüşəcəyik. Gözləmək lazımdır. Gözləmək, vəssalam” .
Üçüncii fəsil
Yaxşı görüniir surəti məhvəşhrin, əmma
Yaxşı nəzər etdikcə, sərəncamı vamandır!
Zaur valideynlərini çox istəyirdi. Həm də yaşa dolduqca daha ar-tıq
istəyirdi onları. Daha doğrusu, yetkinlik yaşında o, öz valideynləri-ni lap
körpə vaxtında sevdiyi kimi sevirdi - təbii və təmənnasız bir məhəbbətlə...
Körpəliklə yetkinlik yaşı arasında qalan qısa bir dövrdə - beş-altı il
çəkmişdi bu müddət - Zaurun təqribən 14-15 yaşından 19-20 yaşına qədər -
valideynlərinə münasibəti başqa cür idi. Əlbət-tə, sevirdi onları, amma bu
sevgidə bir bəyənməzlik, üstüörtülü, bəzən də açıqdan-açığa rişxənd,
istehza da var idi - valideynlərinin yaşayış tərzinə, köhnəlmiş anlayışlarına
və zövqlərinə bir növ ağız büzərdi. Amma, eyni zamanda, bu bəyənmədiyi
həyat tərzinin bütün niyaz-im-tiyazlarından da bolluca istifadə edirdi, bahalı
hədiyyələrdən - ali məktəbə daxil olduğu il atası ona, “Moskviç”
bağışlamışdı - imtina eləmirdi. O illər Zaurun bütün marağı idmanla, caz
musiqisiylə, rəqs-lərlə və qızlarla, xariei geyim-gecimlərlə və xarici
fılmlərlə bağlı idi.
Valideynləri ev-eşiklərini ağır, zəhmli, tünd mixəyi rəngli köhnə
mebellə doldurmuşdular. (Belə mebel sonralar yenə dəbə mindi, am-ma o
illər geriliyin, pis zövqün rəmzi kimi görünürdü Zaura). Vali-deynləri
bufetlərinin üstünü, servantlarınm içini bahalı qab-qacaqla doldurmuşdular,
masanın, hətta röyalın üstünə də iri büllur güldanlar, mürəbbə vazalan,
gülqabılar düzülmüşdü. Valideynləri hind fılmlərin-dən zövq alırdılar, atası
saatlarla radiocihazı qurdalayıb orob vo İran musiqisinə qulaq asardı -
ləzzotlə gözlərini də yumardı, qulağını di-rəyərdi cihazın dinamikinə, necə
deyərlər, “çorta gedərdi” vo yalnız hərdən-birdən ağzım marçıldadıb “bəh-
bəh” deyərdi. Valideynləri böyük cah-cəlallı məclislor düzəldordilər, bu
məclislərdo uzun-uzadı, adamın üroyini çəkən duzsuz sağlıqlar deyilərdi.
Vo valideynlori elə bil iynə üstündə oturardılar: amandır, birdən qonaqlann
yeri sohv düşər, başda oturmalı qonaq aşağı düşər, aşağıda oturmalı adam
başa keçər, amandır, birdon bir adam yaddan çıxıb qalar, sağlığına badə
qaldırmazlar, amandır, birdən siyahının sırası, ardıeıllığı pozular: ki-minsə
ünvanına ovvolcə sağlıq deyilər (halbuki onun sağlığı sonra deyilməliydi),
kiminsə sağlığı sonra deyilər (halbuki əvvəl deyilmo-liydi) və belə
məclislərdə tamadalığa məhkum olmuş bədbəxt, yu-
mordan mohrum biçarə, dəridən-qabıqdan çıxardı ki, ırıəzəli bir söz dcsin və
dcdiyinə də bircə özü gülərdi, amma qonaqlar da başa düşən-də ki, bu yerdə
gülmək lazımdır, birtəhər, zoman irişərdilər... Vali-deynlərinin bütün bu
həyat sistemini Zaur öz-özlüyündə “müsəlman-çılıq” adlandırardı və heç
fıkirləşməzdi ki, bədbəxt müsəlmanlar ha-çandan sağlıq deyiblər görəsən,
haçandan bəri tamada seçiblər?
Bir də ki, saysız-hesabsız qohum-əqrəbaları vardı və tez-tez on-lara
təşrif gətirən bu yad adamlarla kəlmə kəsmək, xoş-beş eləyib, hal-əhval
tutmaq məcburiyyəti vardı... Bir də evlərinə gələnlərlə ana-sının daimi
söhbətləri, qeybətləri vardı: kim necə yaşayır, kimi hara qabağa çəkiblər və
məlumdur ki, nə yolla çəkiblər, kim kimin adamı-dır, kim kimin arxası,
dayağıdır, kim kimin yerlisidir, filankəs filan-kəslo gəzir, fılankəs də
fılankəslə, fılankəs fılan qədər qazanır, fılan-kəs fılan şeyi alıb, fılankəs
arvadını döyür, ya filankəs ərinin başma min fırıldaq açır...
Bütün bunlar Zaurçün yad və yabançı idi, onun sevmədiyi, bəyən-
mədiyi, bəzən, hətta nifrət bəslədiyi başqa bir aləmin bəlirləri idi. Və bu
aləmin təzahürləri Zaurun camnı lap boğazına yığan vaxtlarda o, hətta öz
valideynlərinə də xor baxırdı. Amma qəribədir, bu cür müna-sibətin nəticəsi
tamam başqa olurdu. Zaur bu anlarda valideynlərinə az qala ikrah hissi ilə
yanaşsa da, onların sədəqələrindən imtina etmirdi, oksino, elə bil daxilində
valideynlorino qarşı bir növ ifrat, təmənnaçı-lıq hissi oyanırdı: müxtəlif
şəkillərdə, müxtəlif bəhanələrlə valideyn-lərindən elə hey bir şey çəkib
qoparmaq istəyirdi. Valideynlərindən deyəndə - anası evdar qadmdı, atası
idi qazanan, amma atasına birba-şa miiraciət etməyə cəsarəti çatmırdı,
atasıyla aralannda müəyyən pərdə saxlanırdı, odur ki, tələblərini, istəklərini
anasımn vasitəçiliyi ilo edirdi: “palto, kostyum, almaq istəyirəm”, “səfərim
var” və sairə sobəblor gətirirdi. Bəzən iirəyinin sözünü zarafata salıb
deyirdi: “ki-minçün saxlayırsız bu pulları, bilmirəm, tək bircə balanıza da
xərclə-məyəndə kimə xərcləyocəksiniz professorun var-dövlətini?”
Hər istəyinə, hor arzusuna əməl olunurdu Zaurun və qəribədir -
valideynlərinin oğullarına qarşı bu səxavəti, bu əliaçıqlığı oğullarında
minnətdarlıq hissi oyatmırdı, olsa-olsa içi istehza qarışıq məmnun bir
təbəssüm qonurdu dodaqlarına...
O illərdə Zaur su porisino oxşayan sarışın saçlı Tanya adlı bir qız-la
gəzirdi. Tanya idmançı idi, yelkənli qayıqları sürmək üzrə çempion idi.
Məlum deyil ki, hansı yollarla Zaurun anası oğlunun kiminlə gəz-
diyini iyləyib-çiiyloyib bilirdi. Bu əlaqo heç ürəyindən deyildi Zivor
xanımın vo nədənso homişo o qız haqqında com halında danışardı:
- Yenə sənin Tanka-mankaların zong eləmişdi...
Tanka-manka həmin o Tanya adlı qız idi, həmin o su pərisinə ox-şayan
qayıq çempionu. Və həmin o su pərisinə oxşayan sarışın qayıq-çı qız
günlərin bir giinündə ata-anasıyla Lvova köçdü və Zaurun həya-tından
həmişəlik qeyb oldu... Zaur az-az xatırlardı onu, hər dəfə xatır-layanda elə
bil yaddaşma ilıq bir bahar mehi əsirdi - uzun sarı saçları islanmış Tanyanı
gözləri qarşısına gotirən kimi dərhal xəyalında dəni-zin sonsuz maviliyi -
qızın gözlori rəngdəydi bu mavilik - bir də dal-ğaları yarıb aşan iri ağ
yelkənli qayıqlar canlanırdı.
Zaurun atası, geoloji-mincraloji elmlər doktoru, professor Məcid
Zeynallı nə qazanmışdısa öz əlinin zəhmətilə, uzun və çətin həyat
mübarizələrində qazanmışdı. 30-cu illərdə ucqar bir dağ kəndindən Bakıya
gələndə Məcid Zeynallının yamaqlı çəkməsi, bircə dəst boz şalvar-köynəyi
vo şalvarının cibində cəmi-cümlətanı üçcə manat pulu vardı... Mocid
modənlordo qara fəhlə işlədi, vağzalda hambal işlədi, hətta bir müddət
yeməkxanada aşpaz köməkçisi işlədi. Rabfakm axşam şöbəsində təhsil aldı.
Xüsusi bir qabiliyyətə malik olmasa da zohınot-sevərlik, yuxusuz gecəlor,
inad gücüno universitetə daxil oldu, oranı ola qiymotlə bitirib Leninqrada
aspiranturaya getdi... 1936-cı ildə Lenin-qradda dissertasiya müdafıo elodi,
elmlor namizədi oldu. Bakıya qayıt-dı və elə homin il işo düzoldiyi
institutun makinaçısı Zivərlo evlondi...
Zivorgilin Dağlı ınohollosindo dodə-baba evləri vardı. İkimortoboli evin
ikinci ınortobosini kirayo verordilor, birinci mortobosindoki iki otaqda iso
Zivorin anası vo bacılarıyla bir yerdə Mocidlo Zivor düz bir il yaşadılar. Bir
il sonra Mocidgil şohorin morkozindo azad olunmuş monzillordən birino
köçdülor, sonralar qonşularındakı iki otağı da öz monzillorino qatdılar vo
indiyocon do burada yaşayırdılar...
Qırxıncı ilin scntyabrında Zaur dünyaya goldi...
Dava diişdii vo topçu-zabit Mocid Zeynallı Scvastopolda yaralan-dı,
qospitaldan sonra tocili Bakıya çağrıldı vo bir dosto geoloqla bir ycrdo
İrana göndorildi. Davanm axırınacan İranda qaldı. İıandan gotiı-diyi şcylor
içindo Zaurun on çox yadında qalan lakh çokmolor vo ol-van şokokıd
qutuları idi... Davadan sonra Mocid Zeynalh doktorluq müdafio clodi,
kafcdra miidiri toyin olundu vo Qırmızı Əmok Bayrağı ordcni aldı.
Tohminonin falında bir şey hoqiqət idi: yaşa dolduqca Zaur, doğ-rudan
da, yumşalırdı, mülayimləşirdi. Əvvola, validcynlorino qarşı
Dostları ilə paylaş: |