SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə44/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   40   41   42   43   44   45   46   47   ...   104

Anası  elə  hey  üyüdüb  tökürdü,  deyirdi  ki,  axır  Alya  dözməyib,  özü  işə 
qarışıb,  aınına  Alya  mənim  kimi  oğluynan  danışmayıb,  axı  oğlu  da  elə 
avaranın,  yelbeyinin  biridir,  yox,  Alya  o  çərhəyanın  özüylə  danışıb,  zəng 
eləyib  hədələyib  ki,  bax,  əl-ayağını  yığışdır,  yoxsa,  gəlib  saçla-rmı 
keçirdərəm əlimə, bircə-bircə yolub tökərəm tüklərivi. - Zivər xanım güldü. - 
Saçları da deyir, heç özününkü deyil o lotunun, qoyma-dır, parik taxır başına. 
 
Zaur elə bil bu hədələri artıq icra olubmuş kimi görürdü, elə bil gözləri 
qarşısında  canlanırdı.  Təhminənin  gözlərinin  Zivər  xanım  tə  -  rəfındən 
deşilməsi, tüklərinin, (bu tüklər parik-zad deyildi, özününkü 
 
idi - bunu Zaur yaxşı bilirdi) uzun saçlarınm Alya xamm 
tərəfındən 
yolunmasmı... 
 
- Çıxıram bir az havaya - dedi Zaur. 
 
Küçəyə düşən kimi avtomatdan Təhminəyə zəng elədi. 
 
- Bəli... bəli, eşidirəm sizi. - Telefondan yumşaq kişi 
səsi gəldi. 
- Manaf idi - Təhminənin əri. 
 
Zaur dəstəyi asdı... 
 
Axşam düşmüş, hava qaralmışdı. Zaur şəhəri gəzirdi. İki dəfə də zəng 
elədi.  Manafın  səsini  eşidib  asdı.  Əlbəttə,  salamlaşa  bilərdi,  öz  adını  deyə 
bilərdi  və  xahiş  edərdi  ki,  Təhminəni  telefona  çağırsın:  axı  hər  halda,  bir 
idarədə işləyirdilər, neçə müddətdi tanışdılar. Amma be-lə etmək istəmirdi: 
əvvəla,  ona  görə  ki,  ümumiyyətlə,  Təhminənin  əriylə  danışmaq  heç 
ürəyindən deyildi. İkincisi, bəlkə Manafın qula-ğına da bir şey çatıb, həm də 
Manafın yanında Təhminə necə ona iza-hat verəcəkdi - Spartakla “dostluq” 
eləyib,  ya  yox?  Bütün  bu  fıkirləri  beynində  dolaşdıra-dolaşdıra  şohəri 
gəzirdi vo gəzdikcə də elə bil sa-kitləşirdi. Lap tutalım Dadaş, ya elə Spartak 
Təhminənin  adamı  olub?  Monə  nə?  Nəyimdi  monim  Təhminə?  Arvadım, 
qızım, bacım? Tamam özgə bir adamdır. Gözəldir, cazibəlidir, məni də cəlb 
edir, çəkir. Çox gözəl, mən ki, niyyətimə çatdım, yaxınlığımız oldu onunla... 
Xoş də-qiqolər, saatlar keçirdik... İndi də, özünün dediyi kimi, ayrılmalıyıq. 
Çox əcəb... Daha iztirab kcçirmok, qısqanmaq niyə?.. Nəyimdir mə-nim?.. 
heç  nəyim...  Onun  qeyrətini  mənmi  çəkməliyəm?..  Həm  də  bütün  bu 
əlaqələri - əgor doğrudan da olubsa bu əlaqələr - bizim münasibətlərimizdən 
qabaq olub... Mənə nə? Doğrudur, Təhminənin məhz Spartakla olması fıkri 
Zaurun təpəsindən tüstü çıxarırdı. Kim olur-olsun, Spartak olmasın. Spartakı 
görməyə gözü yox idi. Hələ uşaq yaşlarından, həyətdə bir yerdə oynadıqları, 
dalaşdıqlan vaxtlardan 
 
Spartakdan zəhləsi gedirdi. Spartak satqın idi, daima onları satırdı, hom də 
qorxaq idi. Zaur uşaqlıqda o qodor ozişdirmişdi ki, Spartakı. Alya xamm, 
əlbəttə ki, yalan danışır: Təhminə, dünya gözəli Təhminə Spar-tak kimi bir 
dəyyusla  “dostluq"mu  edə  bilər?..  Əlbəttə  ki,  Spartak  Təh-minəyə  heç 
yaxın da düşə bilməyib  və rnəhz buna görə də ağzını Allah yoluna qoyub 
artıq-əskik  danışmağa  başlayıb.  Başqa  səviyyədə  Dadaş  da  bu  cür 
davranmırdımı? Təhminə özü Zauru başa salmışdı ki, Dadaş necə edir bunu 
və  nə  səbəbdən  edir?  İndi  də  Spartak?  Yəqin  söz  düşsəydi,  Təhminə 
Spartak məsələsini də dəqiq-dürüst izah edərdi Za-ura. Zaurun da ürəyində 
heç bir şəkk-şübhə qalmazdı... 
 
Axırıncı dəfə 12-nin yarısmda zəng elədi, yenə də Manafın səsini eşidib 
dəstəyi asdı... Evo dönərkən düşünürdü: doğrudan, qəribədir, bax indieə bu 
saat  Manafın  səsini  eşitdim.  Gecədir.  Yəqin Təhmino-gilin  poncərələri  də 
qaranlıqlaşıb.  Onlar  bir  yerdədirlər,  qaranlıq  otaq-da,  gecəni  bir  yerdə 
keçirəcəklər,  ər-arvaddırlar.  Amma  bu  fıkir  Za-uru  Spartak  haqqındakı 
şübhələri qədər incitmir... 
 
Yağış çisəloyirdi, Zaur evlərinə tərəf addımlayarkən birdən ağlına gəldi 
ki, sabah Tohminonin təzə iş yerinə zəng eləyə bilər. Telefonu-nu bilmirdi. 
Dadaşdan  öyrənə  bilər.  Bəlkəm  elə  indi  gecəyarısı  Dada-şa  zəng  vurub 
öyronsin? Məzəli bir əhvalat yadına düşdü, bu ohvalatı Təhminə danışmışdı 
ona:  bir  gecə  Nemət  içib  dəm  olub,  gecə  saat  üçdə  zəng  eləyib  Dadaşdan 
Təhminənin gözlərinin rongini soruşub. 
 
-  Yox,  mən  belə  etməyəcəyəm,  -  deyə  düşündü  Zaur.  -  Geco  zəng 
eləməyocoyom Dadaşa. Səhər idarədə xəbər alaram. 
 
Sabahısı  gün  uzun  zaman  Dadaşa  yanaşa  bilmədi,  otaq  adamla  do-lu 
idi. Təhminonin yerində təzə bir işçi - qara bir qız oturmuşdu. Za-urN em 
ətlə  bir-iki  kəlmə  ordan-burdan  danışıb  çıxdı  otaqdan.  Fasilə  zamam 
golondo  gördü  ki,  Dadaş  otaqda  təkdir...  Dadaş  iri  şişman  port-felini 
açmtşdı, stolunun üstünə qəzet salıb evdən gətirdiyi yemoyini çıxartmışdı. 
Toyuq  yeyirdi,  otaq  istiydi  və  Dadaşın  sir-sifotindon  tər  axırdı,  tor 
dameıları  toyuğun  yağına  qarışırdı  və  bir an  Zaurun  bu  görünüşdon  ürəyi 
qalxdı... 
 
Dadaş Zauru görüb: 
 
- Buyur, buyur, - dedi, - gəl çörək yeyək... 
 
Zaur: 
 
 Nuş olsun, - dedi, kənardakı stolun dalına keçdi. Dadaş başa düşdü ki, 
Zaurun onunla işi var. Ağzındakı iri tikəni udub: 
 
 Mono sözün var? - dedi. 


 
 Bəli. Təhminənin təzə işində telefonunu bilmirsiz ki? Dadaş: 
 
 Bilirəm, - dedi və barmaqlarının yağını silmədən əlini pencəyi-nin içəri 
cibinə  saldı,  oradan  balaca  telefon  dəftərçəsini  çıxartdı,  ovu-lub  didilmiş 
vərəqləri çevirdi, telefon nömrəsini tapdı və Zaura dedi, Zaur yazmadı. Bu 
nömrə də, Təhminənin ev nömrəsi kimi yaddaşına həkk olunacaqdı. 
 
Daha  Dadaşla  bir  işi  yox  idi,  öyrənmək  istədiyini  öyrəndi,  həm  də 
şahidsiz-fılansız, artıq söz-söhbət nəyə gərək? İndi gedə bilərdi, am - ma bir 
az yubandı, nədənsə birdən soruşmağı qərara aldı: 
 
 Bəs, niyə getdi axı burdan Təhminə? 
 
Dadaş ağzındakı loxmanı uzun zaman çeynədi, nəhayət, uddu, bun-dan 
sonra  da  cavab  vermədi,  hələ  bir  müddət  də  tikəsini  həzm  eləyə-eləyə, 
udquna-udquna, səssiz-səmirsiz başmı buladı. Axır ki: 
 
 Əşi, bu qızm işi uzun həngamədir, - dedi. - Elə ömrü boyu belə olacaq - 
kəpənək  kimi  ordan  bura,  burdan  ora  uçacaq...  -  Dadaş  kəs-kin  və  sərt 
danışırdı, amma sonra sakitcə əlavə elədi: - Yəqin köhnə məhəbbəti yadına 
düşüb. 
 
Zaur mat-məəttəl qalıb: 
 
 Nə məhəbbət? - dedi. 
 
 Nə bilim, nədir o oğlanın adı, Muxtardır deyəsən. Məhərrəmov Muxtar. 
Televiziyada  rejissordur  nədir...  Bilmirəm,  aralarmda  nə  haqq-hesab  var, 
amma  yüz  faiz əminəm  ki, Təhminəni  o  dartıb  apardı telcviziyaya.  Diktor 
eləyəcək onu. Bu qız guya fılosofdur, diplomu var, univcrsitet qurtarıb, indi 
gedib diktor olacaq. Ay-hay... Nə olub deynən, nəyin əskikdi burda?! Maaş 
kimi  maaşın  vardı, qonorardan-zaddan  da  yazırdıq hərdən,  kefın  istəyəndə 
gəlirdin, kefın istəyəndə gcdirdin... 
 
Dadaşm  sözlərindən  açıq  hiss  olunurdu  ki,  Tohminədən  yanıqlıdır, 
möhkəm  inciyib  onun  bu  gözlənilmoz  horokətindən.  Yəni,  doğrudan, 
görəsən,  Dadaş  Tohminəni  scvirmiş  ki,  bu  etibarsızlıq  ona  belə  ağır  təsir 
eləyib?  İndi  nə  idi  onu  danışdıran?!  -  İnciklik,  yamq,  qısqanclıq,  ya  da 
sadocə  himayodarlıq  hissi,  heyifsilənirdi,  yanırdı  bəlkə  Təh-minəyə  ki,  öz 
qodrini  bilmir,  həyatda  ycrini  tapa  bilmir...  Ya  da  elə  bütün  bu  hisslorin 
hamısı  bir  yerdo  hakim  idi  Dadaşa?  Yaxşı,  bəs  bu  Məhərrəmov  deyilon 
kimdir  belo,  bu  hardan  çıxdı,  bu  nə  yuvanın  qu-şudur  görosən?  Köhno 
mohobbət...  Bolkə  “köhnə  tanışım  dovət  elo-yirdi  məni  televiziyaya” 
dcyəndo Tohminə məhz elə o Məhorrəmovu 
nəzərdə  tuturdu.  Köhno  tanış.  Elo hara  baxsan  bunun köhnə  tanışları-dır. 
Belə də qadın olar, ilahi? 
 
Dadaş  yeyib  qurtarmışdı,  toyuğun  sür-sümüyünü  yığışdırıb  qəzetə 
bükürdü. Zaur da ayağa durmuşdu ki, otaqdan çıxsın, amma bu vaxt Dadaş 
qəfılcə dedi: 
 
- Zaur, bala, sənin atavı yaxşı tanıyıram, hörmətim var o kişiyə. Sən də 
elə mənim oğlum, incimə sözümdən, amma mən sənə məslə-hət eləyirəm: 
Bir əmi kimi. O arvada baş qoşma. 
 
Zaur heç belə söhbot gözləmirdi, bir an özünü itirdi elə bil. “De-məli, 
belə,  -  deyə  düşündü.  -  Deməli,  bu  xəbər  hamıya  yayılıb.  Ana-sı  düz 
deyirmiş,  yerin  qulağı  var.  Yaxşı,  əgər  belədirsə,  onda,  deməli,  Dadaş 
həmin  o  Muxtar  Məhorrəmovdan  söz  salanda  hər  şeyi  bilirdi,  -  bilirdi 
Zaurla  Tohminənin  münasibotlərini.  Elə  çıxır  ki,  acıqcan  deyir-miş  bu 
sözləri Zaura, ondan hayıf çıxmaq üçün, intiqam almaq üçün... 
 
Axı bütün bu şayiəlor düzdürsə, onda, dcməli, Zaur Dadaşın da rəqi-bidir, 
məqsədinə nail olmuş rəqibi”. 
 
-  Yaman  afətdir  o  qız.  İnan  mənə.  Mon  hər  şeyi  başa  düşürəm:  gö-
zəldir, həddən ziyadə gözoldir, cazibəlidir. Sən də cavan oğlansan... 
 
Amma ondan mümkünsə gen gəz. Səni lopp eləyib elə udar ki, heç ru-hun 
da inciməz... 
 
Zaur ifadə torzinə mümkün qədər çox zəhər qataraq: 
 
- Bəs mon elo bilirdim, siz ona yaxşı münasibət bəsləyirsiz, - dcdi. Bu 
sofor Dadaş tutuldu, amma dərhal özünü əlo aldı və sakit-sakit 
 
sözünə davam elodi: 
 
- Mən, doğrudan da, ona pis münasibət bəsləmirəm. Yazığım go-lir ona. 
Bir  insan kimi  yaxşı  cəhətlori  də  var.  Amma no  olsun?  Özii  özünü mohv 
cloyocok... Onunçün heç bir qanun-kitab yazılmayıb, - kefı ncco istoyir, elo 
də  yaşayır.  Dünya-aləm  vecino  deyil...  Axı,  belo  də  olmaz...  Qayda  var, 
adot var... 
 
“Yaxşı, ay kaftar haramzada, bos son, sinli, həm də cvli kişi alt-dan-
altdan Tohminoyo maz gedondo - bu hansı qayda-qanuna, hansı adət-
ononoyo göro idi, ho? Özü do sonin işçin idi, tabeliyində idi”, Zaur bclo 
düşündüso do dinmodi, maddım-maddım Dadaşın sifotino baxırdı. Dadaş 
iso gct-gcdo daha çox cuşa golorok danışırdı: 
 
Onunçün  hcç bir tofavütü  yoxdur,  kimiynən dostluq cləsin... 
 
Kimdir onun tanış  bilişlori? Baza müdirlori, no bilim alverçilər, filan... 
 
No var, no var, təzo bir parça alacaq, ya şuba, ya no bilim, üzük-sırğa... 
 
Zaur bu bulanıq söz sclinin qarşısında tam bir kömoksizlik duyur-du, 
axı, hisso qapıhb çılğın ctirazlardan başqa noylo-hansı doqiq fakt- 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə